RESPUBLİKA FƏNN OLİMPİADALARI
RAYON (ŞƏHƏR) MƏRHƏLƏSİ
T A R İ X
X
I SİNİF –
B
VARİANTI
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – XI sinif ( B variantı)
1. XI əsrdə parçalanmış dövlətləri müəyyən
edin.
1. Kiyev dövləti
2. Kordova xilafəti
3. Qaraxanilər dövləti
4. Sin imperatorluğu
5. Monqol dövləti
6. Şirvanşahlar dövləti
A)1, 2, 3
B)4, 5, 6 C) 1, 3, 5
D) 2, 4, 6 E) 2, 3, 6
2.Şumlama zamanı qoşqu heyvanlarından
istifadə edilmişdir:
A) Mezolit dövründə
B)Erkən Tunc dövründə
C) Neolit dövründə
D) Eneolit dövründə
E) Üst Paleolit dövründə
3. E. ə. VII əsrin sonlarında Mannanın
Assuriyaya hərbi yardım göstərməsinin
səbəbi:
A) Hetlərin hücumuna məruz qalması
B)Midiya və yeni Babil dövlətinin hücum
etməsi
C) Kutilərin qiyam qaldırması
D)Mərkəzi hakimiyyətə qarşı üsyanların baş
verməsi
E) Urartu hökmdarı I Rusanın hücumuna məruz
qalması
4. I Pun müharibəsi dövrünə aid deyil:
A) müharibənin başlanğıcında Romanın quru
döyüşlərində uğur qazanması
B) Romalıların güclü donanma qurmaları
C) müharibənin əvvəlində Karfagen
donanmasının qələbə qazanması
D) Sardiniya və Korsika adalarının Roma
tərəfindən işğalı
E) Siciliya uğrunda Roma-Karfagen
döyüşləri
5. E.ə. VII əsrə aiddir:
1. "Drakon qanunu"nun qəbul edilməsi
2. Solon islahatının keçirilməsi
3. Demosla aristokratlar arasında mübarizə-
nin kəskinləşməsi
4. Afina şəhərinin salınması
5. Sparta şəhərinin salınması
A)3,4 B)1,5 C)2,4 D)1,3 E) 4, 5
6.1840 - cı il 10 aprel qanununa əsasən Cənubi
Qafqazda
məhkəmə
sistemində
hansı
dəyişiklik aparıldı:
1. Ümumimperiya qanunları əsasında fəaliyyət
göstərən quberniya, vilayət və qəza
məhkəmələri yaradıldı.
2. Bütün səlahiyyətlər hərbi məhkəməyə verildi.
3. Şəriət məhkəmələri saxlanıldı.
4. Hərbi-feodal məhkəmələri möhkəmləndirildi.
A) 1, 4
B) 2, 3
C) 1, 3
D) 3, 4
E) 2, 4
7. XIX əsrin I yarısında Naxçıvan, İrəvan və
Qarabağ bölgələri əhalisinin etnik tərkibinin
dəyişməsinin əsas səbəbi:
A) Alman koloniyalarının salınması
B) Rusiyadan köçürülmüş təriqətçi və
bidətçilərin məskunlaşdırılması
C) Rus hərbi məskənlərinin yaradılması
D) Rusiya-İran müharibələri zamanı köç etmiş
yerli əhalinin öz vətənlərinə geri qayıtması
E) İran və Osmanlı imperiyasının ərazilərindən
köçürülmüş ermənilərin kütləvi şəkildə
məskunlaşdırılması
8.1867- ci ildə Kanadaya verilən dominion
hüququna əsasən:
1. Kanada vətəndaşları Böyük Britaniya təbəəsi
sayılırdı
2. Kanada istiqlaliyyət qazandı
3. Kanada parlamentinin qərarları ingilis
general-qubernatoru tərəfindən təsdiq
olunmalı idi
4. Kanada xarici dövlətlərlə diplomatik
əlaqələr qura bilərdi
A) 1, 3
B) 2, 4
C) 1, 2
D) 3, 4
E) 1, 4
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – XI sinif ( B variantı)
9. Leyptsiq döyüşündə məğlub olan dövləti
müəyyən edin:
A) 1 B) 2
C) 3
D) 4
E) 5
10.Ş. M. Xiyabaninin başçılıq etdiyi Milli
Hökumətin fəaliyyəti üçün səciyyəvi deyil:
A) Təbrizdə pulsuz qız məktəbinin açılması
B) polis və jandarm dəstələrinin təşkil edilməsi
C) bir sıra idarə və nazirliklərin yaradılması
D) yeni açılmış məktəblərə Bakıdan
müəllimlərin dəvət edilməsi
E) Azərbaycan adının Azadıstana dəyişdirilməsi
11. Azərbaycan Xalq Cümhuriyyətində F.
Xoyskinin başçılıq etdiyi ikinci hökumət
kabinetinin həyata keçirdiyi tədbirlərdən
biri:
A) Osmanlı dövləti ilə “Sülh və dostluq
müqaviləsi”nin imzalanması
B) məktəblərin milliləşdirilməsi haqqında
qərarın qəbul
edilməsi
C) Qarabağ və Naxçıvanda general-
qubernatorluqların təsis edilməsi
D) “Muğan Sovet Respublikası”nın ləğv
olunması
E) aqrar məsələ ilə bağlı qanun layihəsinin
müzakirə edilməsi
12. Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin vergi sistemini formalaşdırmaq,
maliyyə sistemini qaydaya salmaq sahəsində
gördüyü tədbirlər:
1.“Bakı bonu” adlı pul vahidinin dövriyyəyə
buraxılması
2. Respublika ərazisində gömrük xidmətinin
təşkil edilməsi
3. Əmək nazirliyinin yaradılması
4. Arbitrajın yaradılması
5. Dövlət Bankının yaradılması
A)1, 2, 5 B)2, 4, 5 C)3, 4, 5 D)2, 3, 4
E) 1, 2, 3
13. Zaqafqaziya Seyminin fəaliyyəti dövrünə
aiddir:
A)Şəmkir hadisələri”nin baş verməsi
B) Cənubi Qafqazıın müstəqil Respublika elan
edilməsi
C) banklar, neft sənayesi və Xəzər Ticarət
Donanmasının milliləşdirilməsi
D)Osmanlı dövləti ilə Ərzincan sazişinin
imzalanmasıı
E) Azərbaycan Xalq Cümhuriyyətinin elan
edilməsi
14.ABŞ konstitusiyasına 1791-ci ildə edilmiş
dəyişikliyə əsasən:
A) məhkəmənin qərarı olmadan heç kim həbs
edilə bilməzdi
B) prezident qanunlar üzərinə veto qoya bilərdi
C) ali məhkəmənin üzvləri senatın razılığı ilə
təyin edilə bilərdi
D)quldarlıq quruluşu tamamilə ləğv edilməli idi
E) qəbul edilmiş qərarların konstitusiyaya
uyğunluğuna nəzarət ali məhkəməyə
tapşırılırdı
1
2
3
5
4
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – XI sinif ( B variantı)
15. XIII əsrin sonu-XIV əsrin əvvəllərində
Azərbaycanda iqtisadi canlanmaya səbəb
oldu:
A)Hülakü hökmdarı Qazan xanın islahatları
B) Monqolların ölkədən qovulması
C) Cəlairi Şeyx Üveysin tədbirləri
D)Abaqa xanın həyata keçirdiyi tədbirlər
E)Hülakülər dövlətinin yaranması və mərkəzi
hakimiyyətin güclənməsi
16. Ağqoyunlu hökmdarı Gödək Əhmədin
fəaliyyətinə aiddir:
A)Avropa dövlətləri ilə geniş diplomatik
əlaqələrin qurulması
B)dövlətin əvvəlki qüdrətini bərpa etməyə cəhd
göstərməsi
C)Trabzonun osmanlılardan geri alınması
D) hərbi-inzibati islahatın keçirilməsi
E) Əbhər sazişinin imzalanması
17.İlk dünya səyahətinin nəticələrindən biri:
A) Hindistana gedən dəniz yolu kəşf edildi
B)Yerin kürə şəklində olması qəti şəkildə sübut
edildi
C)Amerika qitəsi kəşf edildi
D)Amerika qitəsi bütövlükdə İspaniyanın
müstəmləkəsinə çevrildi
E)Ümid burnu kəşf edildi
18. XVI əsrin 30-cu illərində Osmanlı-Fransa
yaxınlaşmasının səbəbi:
A)Şərqlə
ticarətdə
Italiya
şəhərlərinin
hegemonluğuna son qoymaq
B)Avstriya ilə mübarizədə mənafe ümumiliyi
C)Aralıq dənizində İspan ağalığına son qoymaq
D)Səfəvilərin Rusiya ilə yaxınlaşmasına mane
olmaq
E)Balkan yarımadasında Serbiyanın mövqeyinə
zərbə vurmaq
19. Slavyanların 987-ci il yürüşü zamanı
Azərbaycan torpaqlarında mövcud idi:
1. Sacilər dövləti
2.Salarilər dövləti
3. Şirvanşahlar dövləti 4.Rəvvadilər
dövləti
5. Şəddadilər dövləti
6.Ağsunqurilər
dövləti
A) 1, 3, 5
B) 2, 4, 6
C) 3, 4, 5
D) 1, 2, 6
E) 1, 5, 6
20. Azərbaycanın VII-VIII əsrlər tarixinə aid
deyil:
A)İlk müstəqil feodal dövlət yarandı.
B)Yeni vergi sisteminə əsasən rahiblərdən də
can vergisi alınmağa başladı.
C)Azərbaycanın şimal torpaqları xəzərlərin
hücumuna məruz qaldı.
D)Xilafət ilə aparılan danışıqlar nəticəsində
Cavanşir Albaniyanın daxili müstəqilliyini
qoruyub saxlaya bildi.
E)Azərbaycan torpaqlarının ərəblər tərəfindən
işğalı başa çatdı
21. 661-ci ildən 750-ci ilə qədər ərəb
xilafətində hakimiyyətdə olmuş sülalə:
A) Əməvilər sülaləsi
B) Məzyədilər sülaləsi
C) Mehranilər sülaləsi
D) Abbasilər sülaləsi
E) Arşakilər sülaləsi
22. Azərbaycan SSR-də sənayeləşdirmə illərinə
aid deyil:
A) Balaxanı-Sabunçu rayonlarında yeni neft
yataqlarının aşkar edilməsi
B) Bakı-Batum neft kəmərinin çəkilməsinin
başa çatdırılması
C) Ələt-Culfa dəmiryol xəttinin çəkilməsinin
başa çatdırılması
D) Bakıda ilk elektrik dəmir yolu xəttinin
istifadəyə verilməsi
E) Azərbaycanın aqrar ölkədən aqrar-sənaye
ölkəsinə çevrildi
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – XI sinif ( B variantı)
23. I Ümumittifaq Türkoloji qurultaya aiddir:
1. Türkologiyanın inkişafında mühüm rol
oynamışdır.
2. Türk xalqlarının latın əlifbasına keçilməsi
işində mühüm rol oynamışdır.
3. Türk dünyasında Azərbaycanın nüfuzunu
artırmaq məqsədi güdürdü.
4. Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri
inkişaf etdirmək məqsədi güdürdü.
A)3, 4 B)1, 3 C)2, 3 D)1, 4 E)1, 2
24. Azərbaycanın 1930-cu illərin ikinci yarısı
tarixinə aiddir:
A) Kənd təsərrüfatının kollektivləşdirilməsinə
başlanması
B)Sosialist sənayeləşdirilməsi xəttinin elan
olunması
C) Birinci konstitusiyanın qəbul edilməsi
D)ZSFSR-in yaradılmasında iştirak etməsi
E)Birbaşa SSRİ-nin tərkibinə daxil olması
25. I Leyborist hökumətinə aiddir:
1.İşsizliyə görə sığorta sisteminin
yaxşılaşdırması
2. İri zavodların milliləşdirilməsi
3. Fəhlələr üçün yaşayış evləri tikilməsinə
dövlət vəsaitinin artırılması üzrə planın
hazırlanması
4. Lokautun ləğv edilməsi
5. Tred - yunionların bərpa edilməsi
A)1, 3 B)2, 4 C)2, 3 D)4, 5 E)1, 5
26. Paris sülh konfransının qərarlarını
ratifikasiya etməyən dövlət:
A) Fransa
B) Yaponiya
C) İngiltərə D) Almaniya
E) ABŞ
27.Mandat sisteminə əsasən birinci kateqoriya
tətbiq olunurdu:
A) Mərkəzi Afrikaya
B) Sakit okean adalarına
C) Cənub şərqi Asiyaya
D) Şimali Afrikaya
E) Osmanlı dövlətinin ərəb mülklərinə
28. Göstərilənlərdən neçəsi Peterburq
müqaviləsinə aiddir?
1. Dərbənddən Gilana qədər olan torpaqlar
Rusiyaya verildi.
2. Rusiya Səfəvilərə əfqanlarla müharibədə hərbi
yardım edəcəyini öhdəsinə götürdü.
3. Müqavilə Səfəvi şahı tərəfindən təsdiq edilmədi.
4. Şirvan Osmanlıların himayəsində yarımmüstəqil
xanlıq elan edildi.
5. Səfəvilər Van və Qars qalalarına hücum
etməyəcəklərinə
dair təminat verdilər.
6.Səfəvilərin bütün hakimiyyəti dövründə ruslara
gömrüksüz ticarət hüququ verildi.
A) 2-si B) 3-ü C) 4-ü D)5-i E) 6-sı
29. Sxemi tamamlayın:
A)Ruslara qarşı mübarizə aparmaları
B)Osmanlı qoşunları üzərində qələbə
qazanmaları
C)Səfəvi sülaləsinə mənsub olmaları
D) İtirilmiş Azərbaycan torpaqlarını geri
qaytarmaları
E)Hərbi-inzibati islahat keçirmələri
30. 1793-cü ildə Fransa əleyhinə təşkil edilmiş
birinci koalisiyanın əsas məqsədi:
A) Burbonlar sülaləsinin hakimiyyətini bərpa
etmək
B) Konsulluq idarə üsulunu devirmək
C) ölkədə respublika quruluşunu bərqərar etmək
D)Direktoriya rejimini bərpa etmək
E) yeni konstitusiya qəbul etmək
II Şah Abbas
Nadir xan
?
Dostları ilə paylaş: |