Rəqəmsal iqtisadiyyat və İkt t e. n., dos.Əsgərov H.Ə


Neyron şəbəkəsinin formalaşdırılması üzrə bə`zi qeydlər



Yüklə 46,25 Kb.
səhifə7/7
tarix30.04.2023
ölçüsü46,25 Kb.
#107765
1   2   3   4   5   6   7
UNEC 1682797769.docx

Neyron şəbəkəsinin formalaşdırılması üzrə bə`zi qeydlər.

Ümumiyyətlə dedikdə, tələb olunan neyron şəbəkəsinin sintezi məsələsini qoymaq olar. Bu halda sol tərəfi şəbəkə qrafı, aktivləşmə funksiyası və neyronların vəziyyəti əsasında qurulan tənliklər sistemi formalaşdırılmalıdır. Əsas çətinlik sol tərəfin formalaşdırılması ilə əlaqədardır. Əgər həllər oblastının quruluşu məlumdursa, onda sağ tərəf bu oblastın məlum quruluşu əsasında, necəsə, parametrik təsvir oluna bilər. Sistemin formalaşması həll edildikdən sonra neyron şəbəkəsi tinlərinin (tillərinin) tələb edilən məsələni həll edən çəkiləri hesablanar.


Lakin bir qayda olaraq, həllər oblastının quruluşu qabaqcadan məlum olmur. Ənyaxşı halda həllər oblastının ayrı-ayrı nöqtələri mə`lum olur ki, onları da şəbəkənin öyrədilməsi üçün istifadə etmək olar.
Əgər həllər oblastının quruluşu məlumdursa “ Əgər A-dırsa, onda B-dr” tipli qaydalara əsaslanan alqoritmlər tətbiq edilə bilər. Bu proqramlardan fərqli olaraq neyron şəbəkəsi nəticəni formalaşdırır (ekstrapolyasiya edir). Şəbəkənin belə proqramlardan daha bir üstünlüyü ondan ibarətdir ki, yeni faktlar proqram qaydalarının dəyişdirilməsi və yenidən yazılması yolu ilə deyil, şəbəkənin onların iştirakı ilə yenidən öyrədilməsi yolu ilə nəzərə alınır. Bundan başqa, neyron şəbəkəsinin çox miqdarda nümunə üzrə öyrədilməsi onun iş vaxtını artırmır, əlavə qaydaların daxil edilməsi isə proqramın işini zəiflədir.
Ümumiyyətlə, problem nə qədər çox öyrənilmişdirsə, onun həlli üçün formulalara və qaydalara əsaslanan alqoritmlərin tətbiqi ehtimalı bir o qədər çoxdur. Lakin eksperimental məlumatlar məhdud miqdarda olduqda, neyron şəbəkələri mövcud informasiyanı maksimum istifadə etməyə imkan verən aparatdır.


Neyroşəbəkə paketləri.

Yuxarıda , istifadə edilən neyronların tipi, neyronlar arası birləşmələrin qrafı, şəbəkənin qurulması və ya öyrədilməsi alqoritmi kimi neyroşəbəkə paradiqmaları haqqında ən ümumi anlayışlar göstərilmişdir. Neyroşəbəkə hesablamaları nəzəriyyəsinin bugünkü vəziyyəti, konkret tətbiqi məsələnin həlli üçün optimal neyroşəbəkə paradiqmasının seçilməsi sualına cavab vermir. Ancaq bu və ya digər paradiqmanın tətbiqi ilə müvəffəqiyyətli həll edilmiş məsələlərin siyahısı nəşr edilir. Neyroşəbəkə paradiqmalarının geniş yığımını reallaşdıran proqram vasitələrində tətbiqi təcrübə toplanır və inkişaf edir. Tətbiqi məsələləri həll edən zaman neyrohesablamaları təmin edən proqram vasitələrinin müstəqil hazırlanması zərurəti az hallarda meydana şıxır. Neyroşəbəkələrin yaradılması, öyrədilməsi və istifadəsi üçün lazım olan funksiyaların əksəriyyəti pulsuz verilən və kommersiya paketlərində peallaşdırılmışdır. Olarda demək olar ki, bütün mə`lum öyrətmə alqoritmləri və neyroşəbəkə topologiyaları toplanmışdır. Bu vasitələri hazırlayan firmaların ümumi sayı 150-dən artıqtır.


Neyropaketlərdə istifadə edilən metodların mürəkkəbliyinə baxmayaraq, onların tətbiqi kifayət qədər sadədir. Onlar, bir neçə əsas nəzəri kəlamları başa düşməklə neyro şəbəkəni qurmağa, öyrətməyə, sınaqdan çıxarmağa və işdə istifadə etməyə imkan verir.
Bu tip ilk məhsullar qərbdə 80-ci illərin ortalarında meydana gəlmişdir. Bu bazarın ilk lideri California Scientific Software amerikan firmasının BrainMaker neyroşəbəkə paketi olmuşdur. O, iki komponentdən ibarətdir: neyroşəbəkəni öyrədən, sınaqdan çıxaran və işini tə`min edən neyroşəbəkə nüvəsi və neyroşəbəkəni yaradan, təhlil və çıxış məlumatlarını hazırlayan vasitələr. Bu proqram ancaq bir paradiqma istifadə edir: “tərs (əks) paylanma perseptronu” (səhvin tərs paylanması metodunun öyrətmə alqoritmi ilə birbaşa paylanmalı çoxqatlı şəbəkə). Lakin bu tanıma və praqnozlaşdırma məsələlərinin əksəriyyəti üçün kifayət edir.
Neyrosistem bazarında öz yerini tutan vasitələrdən biri də HyperLogic firmasının OWL paketidir. Bu paket, C və C++ dillərində, məlum neyroşəbəkə alqoritmlərinin əksəriyyətini özündə birləşdirən kitabxanadır. Onu istifadə etməklə ixtiyari ölçü və təyinatlı analitik system hazırlamaq olar.
Neyroşəbəkə texnologiyalarını istifadə edən daha bir məşhur paket Ward Systems Group amerikan firmasının "The AI Trilogy" (Sünii intellect trilogiyası) paketidir. O, üç müstəqil əlavədən ibarətdir: NeuroShell II, Neuro Windows və GeneHunter. Bunlardan birincisi, neyroşəbəkə əlavələrinin yaradılması, öyrədilməsi və sınaqdan çıxarılması üçün vasitədir. İkincisi Giriş mətnlərində neyroşəbəkə kitabxanasıdır. Üçüncüsü isə genetik alqoritmlər əsasında neyroşəbəkələrin optimallaşdırılması sistemidir. Bu paketdə mətn məlumatlarını e`mal etmək, aydın şəkildə qaydalar vermək, maliyyə indikatorları ilə işləmək, dövrü(təkrarlama) hadisələrini e`mal etmək və habelə asılı olmayan əlavələr yaratmaq imkanı vardır. Onun rusdilli versiyası da vardır.
Hazırda proqram təminatı bazarının neyrokompüter seqmenti sür`ətlə inkişaf edir və yeni paketlərin və aparat platformalarının meydana gəlməsi təbii prosesdir.

Əsas ədəbiyyat





  1. Абдикеев Н.М. Проектирование интеллектуальных сис­тем в эконо­мике: Учебник Под ред. Н.П. Тихо­ми­ро­ва. М.: Изда­тельство «Экза­мен», 2014. — 528 с.

  2. М. Пот Интеллектуальный автомат: Компьютер в качестве эксперта. Перевод с немецкого, М., «Энергоиздат», 2011, 80 с.

  3. «Информатика». Под ред. Н.В.Макаровой. Москва, «Финансы и статистика», 2007. 758 с.

  4. В.В.Корнеев, А.Ф.Гареев, С.В.Васютин, В.В.Райх. Базы данных. Интеллектуальная обработка информации. Москва, «Нолидж», 2013, 352 с

  5. Карпова Т. Базы данных: модели, разработки, реа­ли­зация. – СПб: Питер, 2014.

  6. Под редакции Наумова Б.Н. Базы и банки данных и знаний. М: Высшая школа 2002.

  7. Abbasob Ə.M., Qasımov V.Ə., Quliyev R.A. İntellektual informasiya sistemlərində qərar qəbul etmə üsulları. Dərslik, Bakı, “ADİU” nəşriyyatı, 2003, 254 s.

Əlavə ədəbiyyat

  1. İ.K.Musayev, V.Ş.İbrahimov, A.Maxmudov “Verilənlərin və biliklərin strukturu və modelləri” Dərs vəsaiti, 2015.

  2. R.Ə.Balayev,M.N.Əlizadə, İ.K.Musayev İntellektual sistemlər və texnologiyalar. Dərs vəsaiti, “MSV NƏŞR”, 2016, 256 s

  3. Андрейчиков А.В., Андрейчикова О.Н, Интелектуальные информационные системы, М.Финансы и Статистика, 2004.

  4. Cəfərnejad T. Süni intellektin inkişafı. Tehran: Şəbəkə nəşriyyatı, 2008.

Yüklə 46,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə