Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

20 


Mayın  14-də  Müstəqil  jurnalist  İdrak  Abbasov  Lənkərandan  uşağın  məktəbdə 

müəllim  tərəfindən  döyülməsi  barədə  video  süjet  hazırladığı  ailənin 

qohumları  tərəfindən  təhdid  edildiyini  bildirib.   Xatırladaq  ki,  videoda  qızının 

döyülməsi barədə şikayətlənən ata fevral ayında narkotik ittihamı ilə həbs olunub.  

Mayın  16-da  “Həftə  içi”  qəzetinin  əməkdaşı  Qələndər  Xaçınçaylı  peşə 

fəaliyyətini  yerinə  yetirən  zaman  polis  tərəfindən  fiziki  təzyiqə  məruz 

qalıb. Jurnalistin sözlərinə görə, bu gün “Elmlər Akademiyası” metro stansiyasının 

yaxınlığında  olarkən,  orada   polislə vətəndaşlar  arasında  qarşıdurma  olduğunu 

görüb və hadisəni lentə almaq istəyərkən təzyiqlə üzləşib. “Hadisə yerində bir qrup 

şəxsin  Ədliyyə Nazirliyinə şikayət üçün müraciət etdiyini öyrəndim. Əksəriyyəti 

qadınlar  olan  şəxslər  nazirlikdən  çıxdıqdan  sonra  sərnişin  avtobusuna  miniblər. 

Amma  “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında polis əməkdaşları 

avtobusu  saxlatdırıb,  şikayətçiləri  yerə  düşürüb.  Polislər  onlara  “niyə  şikayət 

edirsiz?”  deyib.  Bundan  sonra  vətəndaşlarla  hüquq-mühafizə  orqanı  əməkdaşları 

arasında qarşıdurma olub. Həmin vaxt foto çəkirdim. 27-ci bölmənin polis serjantı 

Fuad  vəsiqəmi  alıb,  məni  də  maşına  basdı.  Çəkdiyim  fotoları  sildilər.  Sonra 

Yasamal  Rayon  Polis  İdarəsinə  apardılar.  Rəis  müavini  Ələkbər  Tağıyev  mənə 

dedi  ki,  üzərinizdə  media  əməkdaşı  olduğunuzu  bildirən  forma  olmadığına  görə 

şübhəli  şəxs  kimi  saxlanılmışam.  Bundan  sonra  üzr  istəyib,  buraxdılar.  Halbuki 

üzərimdə  jurnalist  olduğumu  təsdiqləyən  vəsiqəm  vardı”  –deyə  Q.  Xaçınçaylı 

bildirib.  

Mayın  17-də 

obyektiv.tv

-nin  əməkdaşı  Fəridə  Alıyeva  peşə  fəaliyyətini  yerinə 

yetirərkən  polisin  təzyiqinə  məruz  qalıb. Jurnalistin  sözlərinə  görə,  30-a  yaxın 

Sabirabad sakini, üç nəfər sabirabadlı gəncin həbsinə etiraz edən ailələr və onların 

qohumları  Qaradağ  rayon  məhkəməsində  gənclərə  qarşı  əsassız  ittiham  irəli 

sürüldüyünü  iddia  edərək,  Prezident  Aparatının  qarşısında  aksiya  keçiriblər. 

“Onların tələbi o idi ki,  qərəzli aparılan istintaq tezliklə yekunlaşsın, işə ədalətli 

baxılsın  və  gənclər  həbsdən  azad  edilsin.  Bu  zaman  polislə  sakinlər  arasında 

mübahisə  yarandı.  Hadisə  yerində  çəkiliş  aparırdım  ki,  polislər  məni  saxladılar. 

Məndən  izahat  aldılar,  çəkdiyim  video  kadrları  sildikdən  sonra  özümə  qaytarıb 

sərbəst buraxdılar” –deyə Alıyeva bildirib. 

Mayın  17-də 

moderator.az

 

saytının  baş  redaktoru  Zülfüqar  Hüseynzadə  Daxili 



İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCQMİ) 

saxlanılıb. Baş redaktorun sözlərinə görə, dünən saat 15:00-da hüquqşünas  Aslan 

İsmayılov  blogger  Rəşad  Ramazanovun  qanunsuz  həbsi  ilə  bağlı  keçirirdiyi 

mətbuat  konfransından sonra  İsmayılovun  dəvəti  ilə Daxili  İşlər  Nazirliyinin Baş 

Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin  (BMCQMİ)  qarşısına  gəlib. 

“İsmayılov  blogger  Rəşad  Ramazanovun  qanunsuz  həbsi  ilə  bağlı  açıqlama 

verməyə  başlayanda,  polislər  yaxınlaşaraq,  A.  İsmayılovu  maşına  sarı  itələməyə 

başladılar. Mən onu könüllü getməyə razı saldım, çünki baş verənlərin bir təxribat 

olduğundan  ehtiyyatlanırdım.  Polislər  mənim  də  onlarla  getməli  olduğumu 

bildirdilər və bizi Nərimanov Rayon Polis İdarəsinə gətirdilər. İdarədə özümə qarşı 

normal münasibət gördüm, lakin mənim hansı səbəbdən saxlanıldığım barədə heç 



 

21 


bir  izah  vermədilər”  –deyən  Zülfüqar  Hüseynzadə  iki  saat  qanunsuz  olaraq 

saxlandığını bildirib.  

Mayın  23-də  “Yeni  Müsavat”  qəzetinin  əməkdaşı  Araz  Bayramov  peşə 

fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb.  Jurnalistin sözlərinə görə, vəfat 

etmiş əsgər Toğrul Abdullazadənin ölümü ilə bağlı Lənkəranda olarkən, Lənkəran 

şəhərinin Balıqçılar (Nərimanabad) kəndinin ərazi nümayəndəsi tərəfindən təzyiqə 

məruz  qalıb.  “Şəhidin  cənazəsi  aparılan  vaxt  Balıqçılar  kəndinin  ərazi 

nümayəndəsi  qolumdan  tutaraq  məcburi  şəkildə  məni  ərazidən  uzaqlaşdırmağa 

çalışdı. Sonra  daha  2-3  nəfər  çəkiliş  apardığım  kameranı  əlimdən  dartıb  almaq 

istədilər.  Bir  az  sonra  əraziyə  polis  gəldi  və  vəsiqəmi  tələb  etdi,  vəsiqəmi 

göstərdim.  Daha  sonra  şəhidin  yaxınları  ilə  ərazidən  uzaqlaşan  zaman  dalımca 

düşüb yenidən məni tutdular və şəhidin qohumları gələnə qədər buraxmadılar ”,-

deyə jurnalist bildirib. 

Mayın  30-da  “Azadlıq”  Radiosunun  İsmayıllı  bölgə  müxbiri  Elçin  İsmayıl 

Azadlıq  Radiosu  TV-yə  İsmayıllı  rayonundakı  sel  daşqınlarından xəbər 

hazırlayarkən  təzyiqlə  üzləşib.  “Rayon  mərkəzinin  Ələkbərzadə  küçəsində  sel 

suları  basmış  həyətləri  çəkəndə  icra  başçısının  köməkçisi  Səməd  Kamilov   mənə 

yumruq  ataraq,  yaxamı  cırdı.  Əlindəki  açar  boğazımı  zədələdi.  Üstümə  düşdü  ki, 

siz  kimsiniz,  axı,  bunları  çəkib  problem  yaradırsınız?  Bundan  sonra  da  heç  bir 

açıqlama  vermədən  avtomobilə  minib  ərazini  tərk  etdi”  –deyə  bildirən  jurnalist 

hadisə  ilə  bağlı  Daxili  İşlər  Nazirliyinin  “102”  xidmətini  məlumatlandırdığını, 

eləcə  də  faktla  bağlı  prokurorluğa  müraciət  hazırlandığını  və  tibbi  ekspertizaya 

müraciət  etdiyini  bildirib.  S.  Kamilov  Azadlıq  Radiosuna  bildirib  ki,   jurnalistə 

qarşı təzyiq etməyib.  

İyunun  2-də  ANS  telekanalının iki əməkdaşı  –    müxbir  Elnarə  Məmmədova və 

operator  Firuz  Ağayev  Türkiyədə  “Gezi  Parkı”  aksiyasına  dəstək  məqsədilə 

Bakıda  keçirilmiş  aksiyada  çəkiliş  aparan  zaman  polis  təzyiqinə  məruz  qalıblar. 

“Operatorumuz  və  müxbirimiz  bədən  xəsarətləri  alıblar.   Əməkdaşlarımız  tibbi 

ekspertizadan  keçiblər  və  nəticə  bu  gün  məlum  olacaq. Polis  sonradan  öz 

hərəkətini  onunla  izah  etdi  ki,  guya  əməkdaşlarımız  hansısa  tanıdıcı  geyimdə 

olmadıqlarından  onları  tanımayıblar. Baxmayaraq  ki, mikrofonumuzun  üstündə 

ANS-in loqotipi var idi”, -deyə ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais 

Məmmədov qeyd edib. 

İyunun  3-də  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (RATİ) 

əməkdaşları  Mehman  Hüseynov  və  Rasim  Əliyev  peşə  fəaliyyətlərini  yerinə 

yetirən zaman polis təzyiqinə məruz qalıblar. Bu zaman keçirilən aksiyada çəkiliş 

aparan  jurnalistlər  polisin  kobud  rəftarına,  fiziki  təzyiqinə  məruz  qalıblar.  Polis 

əməkdaşı  Rasim  Əliyevə  yumruq  vuraraq,  ona  fiziki  xəsarət  yetirib,  telefonunu 

əlindən  alıb.  Digər  bir  əməkdaş  Mehman  Hüseynov  isə  polisin  hədəsinə  məruz 

qalıb.  Jurnalist  Rasim  Əliyevə  edilən  təzyiqi  lentə  alarkən,  polis  jurnalisti 

itələyərək, uzaqlaşdırmağa çalışıb, onu həbs etdirəcəyi ilə hədələyib. Əliyevə fiziki 

təzyiq  göstərən  polis  zabitləri  Mais  Əliyev  və  Zahid  Daşdəmirov  sonradan  işdən 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə