Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır


Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   ...   21

 

12 


Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj 

və təzyiq

 

 



Azərbaycanda  ifadə  azadlığına  əsas  maneələrdən  biri  jurnalistlərə  və  media 

nümayəndələrinə  qarşı  zorakılıq  hallarının  intensivliyi  və  bu  əməlləri  törədən 

şəxslərə  qarşı  cəzasızlığın  hökm  sürməsidir.  Başqa  sözlə  desək,  Azərbaycanda 

“cəzasızlıq böhranı” yaşanmaqdadır və bu vəziyyət oktyabrda keçiriləcək prezident 

seçkiləri ərəfəsində daha da pisləşməkdədir. 

 

Hüquqları  ciddi  şəkildə  pozulmuş  jurnalistlər  və  media  nümayəndələri  üçün 



ədalətin təmin olunması və günahkarlın məsuliyyətə cəlb olunması demək olar ki, 

qeyri-mümkün bir hala çevrilib. Bu cür cəzasızlıq mühitinin hakim olması ölkədə 

özünü-senzuranın geniş vüsət almasına səbəb olmuşdur. Jurnalistlərin çoxu “tabu” 

hesab olunan müəyyən mövzularda, məsələn korrupsiya və ya prezident ailəsinin 

biznes maraqları barədə yazmaqdan çəkinirlər. 

 

Oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində, hökumət tənqidçi jurnalistləri, 



bloqçuları,  hüquq  müdafiəçilərini,  siyasi  fəalları  və  QHT-ləri  susdurma  və 

nüfuzdan  salma  kampaniyasını  həyata  keçirib.  Ötən  6  ay  müddətində  hətta 

fərqləndirici  jurnalist  gödəkçələri  geyinmələrinə  rəğmən  jurnalistlər  mitinq  və 

kütləvi  iğtişaşlardan  reportajlar  hazırlayarkən  polisin  zorakılığına  və  kobud 

rəftarına məruz qalıblar.  Hakimiyyət etiraz aksiyalarını, məhkəmə proseslərini və 

ictimai  maraq  kəsb  edən  digər  hadisələri  işıqlandıran  jurnalistlərin  işinə  tez-tez 

müdaxilə edib. Öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə qəsdən bu cür sərt 

rəftar edilməsi rejimin ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisidir. 

 

Jurnalistlərə qarşı polis zorakılığı ilə bağlı edilmiş onlarla rəsmi şikayət hökumət 



tərəfindən cavablandırılmayıb. Jurnalistlərin peşə fəaliyyətinə müdaxilə etmiş polis 

işçilərindən  heç  biri  intizam  tədbiri  ilə  üzləşməyib.  Bu  cür  əməllər  Azərbaycan 

Konstitusiyasının  50-ci  (məlumat  azadlığı),  İnsan  Hüquqları  üzrə  Avropa 

Konvensiyasının isə 10-cu (ifadə azadlığı) maddələri ilə təmin olunan informasiya 

əldə etmək hüququnun pozulmasını təşkil edir. Jurnalistin peşə fəaliyyətinə mane 

olma ən azı Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. 

 

Hakim rejimin maraq dairəsinə aid məsələləri araşdıran jurnalistlərin susdurulması 



vasitəsi  kimi  onların  qətllərinin,  onlara  qarşı  fiziki  və  mənəvi  təzyiqlərin  cəzasız 

qalmasına görə rejim özü məsuliyyət daşıyır. 

 

Martın  2-də  Azərbaycanda  və  dünyanın  bir  çox  yerində  jurnalistlər  2005-ci  ildə 



yaşadığı  binanın  qarşısında  odlu  silahla  qətlə  yetirilmiş  “Monitor”  jurnalının  baş 

redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin səkkiz illiyini qeyd 

edib. Elmarın ölümü ilə Azərbaycan xalqı həqiqəti cəsarətlə yazan bir jurnalistini 

itirdi.  Elmarın  jurnalist  fəaliyyəti  və  qətli  media  mənsublarına  araşdırmaçı 




 

13 


jurnalistikanın nə qədər cəsarət tələb etdiyini və bu işdə jurnalistin hansı risklərlə 

üzləşə biləcəyini göstərdi. 

 

E.Hüseynovun  qətlindən  bəri  Azərbaycanda  2011-ci  ilin  noyabrında  tanınmış 



yazıçı-jurnalist  Rafiq  Tağının  da  qətli  daxil  olmaqla  jurnalistlərə  qarşı  200-dən 

zorakılıq hadisəsi baş verib. 2013-cü ilin ilk altı ayında jurnalistlərə qarşı 24-ü peşə 

fəaliyyətini  yerinə  yetirərkən olmaqla  26  fiziki  təzyiq  faktı qeydə  alınıb. Bundan 

başqa, hökumət tərəfindən jurnalistlərə təzyiqlərin və onların işinə digər formada 

müdaxilələrin  baş  verməsi,  həmçinin  jurnalistlərə  qarşı  təhdidlərlə  bağlı  bir  çox 

məlumatlar yayılmışdır. 

 

Jurnalistlərin məruz qaldığı aşağıda qeyd olunmuş zorakılıq halları, ümumiyyətlə, 



Elmar Hüseynovun qətlindən bəri jurnalistlərə qarşı baş vermiş cinayət əməllərinin 

demək  olar  ki  heç  biri  hökumət  tərəfindən  lazımınca  araşdırmamış  və  əsl 

günahkarlar  cəzalandırılmamışdır.  Bu  isə  media  ictimaiyyəti  arasında  qorxu 

hissinin, tənqidi fikirləri zor tətbiq etməklə boğmaq niyyətində olan şəxslər üçün 

isə cəzasızlıq mühitinin yaranmasına gətirib çıxarmışdır. 

Yanvarın  12-də  Bakının  mərkəzində  əsgər  ölümlərinə  son  tələbi  ilə  keçirilmiş 

icazəsiz  etiraz  aksiyası  hökumət  tərəfindən  aşırı  güc  tətbiq  edilməklə  dağıdıldı. 

Aksiyada  təxminən  10-dək  jurnalist,  “Press”  gödəkçələri  və  kameraları  ilə 

fərqlənmələrinə baxmayaraq, polisin təzyiq və zorakılığı ilə üzləşiblər. RATİ sədri 

Emin  Hüseynov  da  aksiya  zamanı  xəsarət  alanlar  arasında  idi.  Polis  tərəfindən 

qəsdən itələnən Hüseynov yerə yıxılmış, başı arxada olan iri daş parçasına dəymiş 

və  kiçik  beyin  silkələnməsi  xəsarəti  almışdı.  Hadisə  anbaan  videokameraların 

lentinə  alınmışdır.

 



Hesabat  dövrü  müddətində  Avropa  İnsan  Hüquqları 



Məhkəməsi Emin Hüseynova qarşı 2008-ci ildə baş vermiş əvvəlki polis hücumu 

işi ilə bağlı kommunikasiyaya başlamışdır.  

Yanvarın  22-də  “Azadlıq”  qəzetinin  müxbiri  Ərşad  İbrahimli  naməlum  şəxs 

tərəfindən  izlənməsi  barədə  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutuna 

(RATİ)  məlumat  verib.  Onun  sözlərinə  görə,  yanvarın  22-də  Gəncə  şəhər 

polisindən  olduğunu  deyən,  amma  adını  gizli  saxlayan  bir  nəfər  onunla  telefon 

əlaqəsi saxlayaraq, onun nəzarətə götürülməsi barədə xəbərdar edib. Yanvarın 23-

də səhər saatlarında isə jurnalist mülki geyimdə olan bir nəfər tərəfindən izlədiyini 

hiss edib. Jurnalist izlənməsinin səbəbini Gəncədə keçmiş polis rəisi ilə icra başçısı 

davası  haqda  məlumatların  mətbuata  çıxmasında  polisin  ondan  şübhələnməsinin 

olduğunu ehtimal edir. 

Yanvarın 24-də İsmayıllıda baş vermiş hadisələrdə çəkiliş aparan “musavat.com” 

saytının  reporyoru  Araz Bayramov polis təzyiqi ilə üzləşib. Jurnalistin sözlərinə 

görə,  o,  polisin  vətəndaşlara  qarşı  zorakılığının  çəkilişi  zamanı  saxlanılıb. 

Bayramov  zorla  polis  idarəsinə  aparılmış,  bir  saat  orada  saxlanmış  və  yalnız 

polisin saytın redaksiyası ilə əlaqə saxlamasından, və jurnalistin orada işləməsini 

                                                 

5

http://bit.ly/144Bmlc



  


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə