Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi


Böyük Qafqazın geomorfoloji rayonları



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

Böyük Qafqazın geomorfoloji rayonları 



Baş  suayrıcı  silsilənin  qərb  hissəsi  rayonu.  (B.Ə.  Budaqovun  ayırdığı 

Tinovroso-Qaraqaya  və  Fiy  rayonlarını  əhatə  edir).  Rayonun  qərb  hissəsi  Tufan 

antiklinoriumuna,  şərq  hissəsi  isə  Zaqatala-Qovdaq  sinklinoriumunun  şimal 

qanadına  müvafiq  gəlir.  Ən  yüksək  zirvələr    dəniz  səviyyəsindən  qərbdə  3.400-

3.600  m  (Tinovroso,  Quton,  Ruçuk,  Qudurdağ,  Dindidağ,  Axvay,  Qaraqaya 

zirvələri  və  s.),  şərqdə  3.300-3.700  m-ə  (Seyidyurd,  Nohur,  Saylaxan,  Kəjəl 

zirvələri)  qədər  ucalır.  Suayrıcının    nisbətən  kövrək  çöküntülərdən  ibarət    olan 

hissəsi  sürətlə  aşınır  və  şimala  miqrasiya  edir,  möhkəm  və  qalın  qumdaşı  qatları 

səthəf çıxan sahələrdə  isə suayrıcınıın miqrasiyası çox ləng gedir. Bu geomorfoloji 

rayon  daxilində  dərələrin  dərinliyi  1.000-1.500  m-ə  qədər  çatır.  Rayonun  qərb 

hissəsində  dağ aşırımları 2.800-3.250 m (Maçxalroso, Qudurdağ, Dindidağ, Xuray 

aşırımları  və  s.),  şərq  hissəsində  2.800-3.00  m-dən  yüksəkdə  (Qərbi  Salavat, 

Nohur, Qdım, Fiy aşırımları) yerləşir. 

Suayrıcı  silsilə  və  ona  qovuşan    köndələn  silsilələrin  relyefinin  xarakter 

formaları  düzəlmə  səthləri  ,  şiş  zirvələr,  yüksək  zirvələrdə  və  suayrıcının    orta 

hündürlüyü    artan  sahələrdə  buzlaq  morfologiyası  (troq  dərələr,  kar  və  qayalı 

sahələrin  olmasıdır.  Adətən  qayalıqların    və  sıldırımların  ətəyidə  ufantı  konusları 

toplanır. 



Baş  suayrıcı  silsilənin  şərq  rayonu.  (Məlkəmud  –Dostıbazı  rayonu;  B.Ə. 

Budaqov).  Baş  suayrıcı  silsilənin  Məlkəmud,  Bazardüzü,  Tufan  və  başqa  yüksək 

zirvələri  olan  şərq  rayonu  Cənub-Şərqi  Qafqazın  ən  yüksək  zirvələri  olan  

sahəsidir. Başqa ərazilərə nisbətən  neotektonik qalxma  amplitudu daha böyükdür. 

Yüksək  dağlıq    qurşaq    bu  rayonda    xeyli    genişlənir.  Rayon  əsasən    Tufan 

antiklinoriumu və Xınalıq sinklinoriumu zonalarına mübafiq gəlir. Birinci dərəcəli  

tektonik  strukturlara müvafiq  böyük  relyef    formaları  yaranmışdır. Ikinci  dərəcəli 

antiklinorium  və  sinklinoriumların  bəzən  relyefdə  ekvivalent  formaları  müşahidə 

edilmir, relyefin inversiyası hallarına təsadüf edilir. Rayon cənub yamac zonasında 

tektonik pozulmalara (Məlkəmud və Zəngi üstəgəlmələri və s.)əhatələnir. 




 

Ş



ahdağ  rayonu.    Bu  rayon  Şahdağ-Xızı  sinklinoriumunun  yüksək  dağlıq 

qurşağa  daxil  olan  qərb  hissəsini  əhatə  edir.  Tipik  inversion  ,  yüksək  və  dik 

yamaclı  massivlərdən    ibarətdir.  Dərin  yarma  dərələrlə  kəsilmişdir.    Bu  rayon  

daxilində Cənub-Şərqi Qafqazın ən yüksək dağ  massivlərindən Şahdağ (4.250  m), 

Qızılqaya (3.722 m) və s yerləşir. 

Cənub  yamac  (Mazımçay-Göyçay)  rayonu.  Azərbaycan  daxilində  baş 

suayrıcı silsilənin cənub yamacı əsasən  orta dağlıq qurşaqda yerləşir. (Mazımçayla 

Göyçayçayı arasında). Burada alçaq dağlıq çox ensizdir. Cənub yamac  royununun 

ə

sas  geomorfoloji  xüsusiyyətləri,  onun  çox  dik,  pilləli  şəkildə  Alazan-Əyriçay  



vadisinə düşməsidir. Relyefin nisbi yüksəklik amplitudu orta dağlıqda 1.000-1.200 

m-ə  ,  alçaq  dağlıqda    isə  300-500  m-ə  çatır.  Bu  rayonda  hakim  relyef  formaları 

erozion  köndələn    tirələr  və  çay  dərələridir.  Müasir  geomorfoloji  proseslər  orta 

dağlığın meşələrlə örtülü olmasına baxmayaraq  xeyli intensiv, alçaq dağlıqda  isə 

bir qədər zəif gedir. Cənub yamac çayları Qafqazda ən selli çaylardır. Ara-bir çox  

güclü sel hadisəsi baş verir ki, bu da əksər  hallarda təsərrüfata  ziyan yetirir. 



Qovdağ  –Nialdağ,  yaxud  Lahıc  rayonu.  Bu  cənub  yamacın  Göyçaydan  

şə

rqdə  yerləşən  hissəsini  (Ağsu  və  Pirsaat    çaylarının    mənbələrinə  qədər)  əhatə 



edir.  Rayonun  çox  hissəsi  Girdmançay  hövzəsindədir.  Geomorfoloji  rayonunun 

ş

imal  hissəsi  Zaqatala-Qovdağ  sinklinoriumunun,  cənub  hissəsi  isə  Bəndam 



antiklinoriumunun şərq hissəsində yerləşir. Əsas morfostruktur elementləri şimalda  

Qovdağ  və  Matur  silsilələridir.  Bunlar  Göyçayın  sol  qolları,  Axoxçay    və 

Girdmançayın  qolları  ilə  çox  kəsilmiş  asimmetrik    dğlardır.  Rayonun  mərkəz 

hissəsində  geniş  Müdrü  və  Lahıc    çökəkləri  yerləşir.  Çökəklərin  dibi  dəniz  

səviyyəsindən  1.300-1.400  m  yüksəkdədir.  Ətraf dağların suayrıcıları  isə 2.000-

2.200  m-ə  qədər  ucalır.  Relyefin  nisbi  amplitudası  600-800  m-ə  çatır.  Burada 

təbaşir  və  paleogenin  gilli  çöküntüləri  geniş  yayılmışdır.  Müdrü  və  Lahıc  

çökəklərinin  yamaclarında  ən  geniş  intişar  etmiş  relyef  forması  sürüşmələrdir. 

Müdrü və Lahıc çökəkləri cənubdan  Nialdağla  əhatələnir. Nialdağ silsiləsi şimal 

və  cənub  yamac  üzrə  çox  dik  düşən  tektonik  qırılma  ilə  əhatələnir.  Tektonik 

qırılmaların    fəal  zonalarında    və  gilli  çöküntü  qatları  sahəsində  böyük  



 

sürüşmələrə rast gəlmək mümkündür. (Zərnov, Tircan sürüşmələri və son zamanlar 



çox fəallaşmış Qaranohur sürüşməsi). 

Ş

imal  –şərq  yamac  (yaxud  Yan  silsilə)  rayonu.  Şimal-şərq  yamacın    orta 

dağlıq qurşağında  relyefin böyük formaları bir-birinə paralel uzanan silsilələrdən, 

onların  arasında  yerləşən  çökəklərdən  və  qısa  köndələn  tirələrdən  ibarətdir. 

Relyefin  bu  böyük  formaları  əsasən  ərazinin  tektonik  quruluşuna  müvafiq  gəlir. 

Lakin  burada  inversion  formalar  da-sinklinal  strukturlara  uyğun  gələn  dağlar-

müşahidə edilir (Buduq, Kilitdağ sinklinal dağları və yaylaları və s.) Ən böyük sıra 

dağlar  yan    silsilə, Qaytar-Qoca,  Yerfi,  Qaynarca  silsilələridir. Bunların bir qismi 

baş suayrıcı silsilənin davamını təşkil edir. Böyük çökəklərdən  Xaltan, Gilgilçay, 

Yerfi, Rustov və s.göstərmək olar. Bunlar tektonik mənşəlidirlər. 

Ataçay-Pirsaatçay  rayonu.  Rayonun  Baş  Qafqaz  silsiləsinin  cənub-şərq 

davamında    yerləşən  şimal  hissəsində  Ataçayla,  Sumqayıtçay  arasında    relyefin 

tektonika ilə əlaqəsi daha aydındır, lakin burada da tirələrin əksəriyyətinin səthində 

hamar səthlər müşahidə edilir. Bunlar Altıağac ətrafında daha yaxşı  saxlanmışdır. 

Relyefin  ən  geniş  yayılmış  forması  geniş  düzəlmə  səthləridir.  Burada  Qovdağ 

(Dübrar  dağında),  Taxtayaylaq  və  Çuxuryurd  düzəlmə  səthləri  daha  geniş  sahə 

tutur  və  cənub-şərqə  tərəf  tədricən  alçalırlar.  Hamar  səthlər  maili  yaylalar  əmələ 

gətirir.  Müxtəlif  yaşlı  hamar    səthlər  pilləvarı  yerləşir  və  bir-birindən  erozion, 

yaxud tektonik mənşəli yamaclarla ayrılırlar. Rayon Qozluçay, Çikilçay, Pirsaatçay 

çaylarının yuxarı axını və onların qollarının dərələri ilə kəsilmişdir. Çay dərələrinin 

yamacları  dikdir, bir çox yerdə sürüşmələr yayılmışdır. 

Qusar    maili  düzənliyi  rayonu.    Maili  düzənliyin  yan  silsiləyə  yanaşan 

yüksək  hissəsi  (Suval  zirvəsi  sahəsi)  dərələrlə  çox  kəsilmiş  və  dağlıq  relyefi  ilə 

xarakterizə  olunur.  Burada  çay  dərələri  çox  dərin  (200-300  m-dən  artıq)  qutuvarı 

və terraslıdır. 

Qusar  maili  düzənliyi  səthində  çay  dərələri  ilə  yanaşı  gen  qobular,  bəzən 

sahələrdə  (xüsusilə  dərin    çay  dərələrinin  yamaclarında)  yarğanlar  çox  müşahidə 

edilir. 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə