Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

Ə



razidə  ən  böyük  tirələr  və  təpələr  Gürovdağ,  Babazənən,  Kürsəngi, 

Durovdağ və s-dir. (maksimal hündürlükləri 40-50 m-dən  120-150 m-dək). Bəzən 

möhkəm  qumdaşı  və  əhəngdaşı  layları  düzənliyin    səthində  asimmetrik    formada  

tirələr  yaradır.  Kürün  qədim    subaeral  deltaları  mikrorelyefi  daha  mürəkkəbdir. 

Bunlar  yelpikvarı  formada  şaxələnən  akkumulyativ    tirələr  (yallar)  və  onların  

arasındakı çalalardan ibarətdir. 

Kiçik Qafqaz  ətəyi  maili  düzənliklər  rayonu-Gəncə-Qazax  maili  düzənliyini, 

Qarabağ  və  Mil  düzlərinin  yüksək  qərb  hissəsini,  Arazboyu  (sol  sahil)  

düzənliklərini əhatə edir. Əsasən allüvial-prolüvial  mənşəli olan bu düzənliklərin 

uzunluğu 40 km yaxın, maksimal eni 30-35 km, minimal eni 10-12 km-ə qədərdir. 

Kür-Araz    ovalığı  düzənliklərindən  bu  rayona  daxil  olan  düzənliklər  həm  onları 

təşkil  edən  çöküntülərin    litoloji  tərkibinə,  mənşəyinə  və  yaşına  görə,  həm  də 

relyefin  əsas səciyyəsinə görə fərqlənir. 

Gəncə-Qazax  və  Qarabağ  maili  düzənlikləri  relyefinin  əsas  formaları  kiçik 

Qafqazdan  axan  çaylaın  müxtəlif    morfoloji  quruluşda  olan  gətirmə  konusları, 

konusarası çökəklər, dərin qutuvarı terraslı çay dərələridir. 

Maili düzənliklərdə cavan tektonik hərəkətlər  nəticəsində  yaranmış  ara-sıra 

kiçik  antiklinal  qalxmalara  uyğun  gələn  tirə  və  uvallar  da  təsadüf  edir.  Bunlar 

Naftalan maili düzənliyində Naftalan qırışığını, Gödək bozu və s. misal göstərmək 

olar.  Ərazidə  olan  bir  çox  kömülmüş  antiklinal  qırışıqlar  relyefdə  öz  əksini  ya 

tapmamış  və  yaxud  da  çay  dərələrinin  morfologiyasına    təsiri  ilə  özünü  büruzə 

verir (Sultanbud, Qalatəpə və i.a.) 

Relyefinin ümumi fizionomiyasına görə maili düzənliklərin ayrı-ayrı hissələri 

bir-birindən  fərqlənir.  Bu  fərq    Gəncə-Qazax,  Naftalan-Qazanbulaq,  Qarabağ, 

Qərbi Mil və  Arazyanı  düzənliklərdə aydın nəzərə  çarpır.  Gəncə-Qazax düzənliyi 

nisbətən yeknəsəq morfoloji quruluşa malikdir. Onun Kür dərəsinə, dik enən şimal 

kənarı orta və kəskin  dərəcədə parçalanmışdır. 

Naftalan  (Qazanbulaq-naftalan)  maili    düzənliyi  Kiçik  Qafqazətəyi  maili 

düzənliklərin  ən  yüksəyə  qalxmış    hissəsidir.  Onun  mütləq  yüksəkliyi  şimal 

kənarda    250-300  m,  dağ  ətəyinə  qovuşan  hissədə  800-850  m-ə  qədərdir. 




 

Incəçayın, qədim Buzluqçayın və Kürəkçayın qədim gətirmə konuslarından ibarət 



olan bu yüksək maili düzənlik  üst pliosen və antropogenin əsasən iri qırıntılı çay 

daşı qatlarından ibarətdir. 

Kiçik  Qafqaz  ətəyi  maili  düzənliklərdə  ən  kəskin    parçalanmış  sahələr 

Qazanbulaq  və  Naftalan  maili    düzənlikləridir.  Qobu-yarğan  şəbəkəsinin  sıxlığı 

burada    2-4  km/km

2

  çatır.    Bəzi  yerlərdə    bedlend  yaranmışdır.  Ən  kəskin 



parçalanmış  sahə    antiklinal    qırışıqların  tağ  hissəsidir.  Qazanbulaq  və  Naftalan  

sahələrində antiklinalların tağı yerində  erozion-denudasion  çökəklər  yaranmışdır. 

(inversion relyef). 

Qarabağ  maili düzü  relyefinin  əsas  xüsusiyyəti  yenə  də   gətirmə  konusu    və 

konusarası çökəklərin vəhdətindən, bir-biri ilə növbələşməsindən ibarətdir. Burada 

ə

n görkəmli  gətirmə konusu Tərtərçayınkıdır. Bu demək olar ki, maili düzənliyin  



bütün  şimal-qərb  hissəsini  tutur  və  baxılan    rayon  daxilində  70-90  m-lə  650  m 

yüksəklikdə  yerləşir.  Gətirmə  konusunun  səthi  pilləlidir.  Ən  iri  pillələr  Levonarx 

kəndi  (50-80  m)  ,  Mirbəşir  şəhəri  (20  m)  ərazisində,  nisbətən  zəif  seçilən  pillə 

Xoruzlu  (10  m)  kəndindən    şimalda    yerləşir.  Gətirmə  konusunun  sol  sahil 

hissəsində cavan tektonik deformasiyalar özünü yaxşı göstərir. 

Qarabağ maili  düzənliyinin başqa xüsusiyyəti Qarqarçay  və Xaçınçay arası 

sahənin  pilləli olmasıdır. Burada nisbi   yüksəkliyi  10-12 m-ə çatan  3 pillə daha 

aydın  görünür.  Bunlar  Quzanlı-Sarıcalı  (80-90  m),  Xındırıstan  (120  m)    və 

Qərvənd-Yusifli (180 m) pillələridir. Bu pillələri  mənşəyi haqda müxtəlif fikirlər 

var. Bəzi fikirlərə görə bunlar qədim Xəzər dənizinin sahil xətləridir. Başqa  fikrə 

görə  bunlar  müxtəlif  yaşlı  gətirmə  konuslarının  kənarına    müvafiq  gəlirlər. 

Pillələrin  tektonik mənşəli olması haqda da fikir söylənmişdir. 

Mil  düzünün  yüksək  qərb  hissəsi  (70-80  m-dən  yuxarı)  əsasən  dellüvial-

prolüvial  mənşəlidir.  Onun  cənub  hissəsi  isə  Araz  çayının  qədim    (Gürgan  yaşlı) 

gətirmə  konusuna  müvafiq  gəlir.  Çox  hissəsi  Hərami  düzü  adlanan  və  əsasən 

lösəbənzər  gillicələrdən  qurulmuş  dellüvial-prolüvial  düzənliyi  Qarasu,  Şapartu 

çaylarının dərələri və külli miqdarda çox müxtəlif morfoloji quruluşda  olan qobu  



 

və  yarğanlar  kəsmişdir.  Erozion  formalardan  Hərami  yarğanı  daha  tipik  olub  çox 



qol-budaqlıdır. 

Maili düzənliklərin  Köndələnçaydan cənub-qərbdə yerləşən hissəsi Arazyanı 

düzənliklərdir. Bu qərbdə Əkərə çayının  mənsəbinə qədər uzanır. Arazyanı  maili 

düzənlikləri Araz çayının  terraslı  geniş allüvial  vadisindən yüksəkliyi 60-80 m-ə 

qədər  olan  erozion    pillə  ayırır.  Həmin  pillənin  qaşı  ilə  dağətəyi  arasında  maili 

düzənliyin yüksəkliyi 180-200 m-dən 400-450 m-ə qədərdir. 

Ceyrançöl-Acınohur  yarımvilayəti.  Bu  bütün  Zaqafqaziya  depressiya 

vilayətində ən cavan  inversion-intensiv  qırışıqlıq zonasıdır. Elə buna görə də öz 

relyefinə  görə  Qafqazın,  o  cümlədən  Azərbaycanın  başqa  geomorfoloji 

rayonlarından kəskin fərqlənir. 

Ceyrançöl-Acınohur  yarımviləyəti    şimalda  Alazan-Əyriçay  vadisi,  cənubda 

Kür-Araz  ovalığı  və  Kür  çayı  dərəsi  ilə  sərhədlənir.  Onun  qərbdə  davamı 

Gürcüstan  SSR-dəki  Şirək  və  İori  alçaq    dağlığına  keçir,  şərqdə  isə    İnqar- 

Ləngəbiz tirəsinə uzanır. 

Göstərilən  sərhədlər  daxilində  yarımvilayət  qərbdən  şərqə  360  km  məsafədə 

uzanır. Onun eni Ceyrançöl və Acınohurda  20-30 km, inqar-Ləngəbiz  tirəsində 3-

5 km-dir. 

Ceyrançöl    rayonu.-Ərazinin  ən  iri    antiklinal  və  monoklinal    alçaq  sıra  

dağları    və  tirələri  sarmat  əsri  gillərindən  ,  qalın  qumdaşı  qatlarından,  eləcə  də 

yuxarı  pliosenin  (akçaqıl  və  abşeron  mərtəbəsi)  gil,  qumdaşı,  gillicə  və  çaqıldaşı 

laylarından qurulmuşdur. 

Ceyrançöldə relyefin əsas morfogenetik  tipləri  və formaları alçaq antiklinal 

sıra  dağlardan,  monoklinal    tirələrdən,  yüksəkliklərdən  və  bunların  arasında 

yerləşən  sinklinal vadilərdə  çökək  və  yaylalardan ibarətdir.  Ərazinin  şimal kənarı 

ilə şimal-qərbdən cənub-şərqə (ümumi Qafqaz istiqamətində) Yaylacıq, Çobandağ-

Ağtaxtatəpə,  Eldar-ovuğu  dağları  uzanır.  Bunların  mütləq  yüksəkliyi  600-900  m-

arasında dəyişir və ətraf düzənliklərdən nisbi hündürlüyü 300-500m-ə qədərdir. 

Ceyrançölün  orta  hissəsi  eyni  istiqamətdə  uzanan  qısa  tirələrdən  və 

yüksəkliklərdən ibarətdir.  Qərbdə  Udabno (bu antiklinal qırışığın   şimal  qanadına 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə