Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
1   2   3   4   5   6

16 mart 2017-ci il

3

http://w w w.amu.edu.az



Azərbaycan Tibb Universi 

te­

ti 

nin Tədris Cərrahiyyə Kli 

ni­

kasında  Yaponiya  Bey    nəl  xalq 

Əməkdaşlıq  Agen  t   liyinin  (JICA) 

nüma yən  də  heyəti  ilə  görüş 

keçirilib. 

 

Görüşü  ATU-nun  Beynəlxalq  Əlaqələr 

üzrə  prorektoru,  dosent  Nadir  Zeyna-

lov açaraq universitetin beynəlxalq qu-

rumlarla  əməkdaşlığı  barədə  məlumat 

verib.  Sonra  elmi  işlər  üzrə  prorektor, 

dosent  Rauf  Bəylərov  ATU-da  aparı-

lan  elmi-tədqiqatlar  barədə  danışa-

raq, bu işlərin bir qisminin beynəlxalq 

təşkilatların dəstəyi ilə həyata keçirildi-

yini vurğulayıb.

Tədris  Cərrahiyyə  Klinikasının  di-

rektoru,  professor  Surxay  Hadıyev 

Azərbaycan  Tibb  Universitetinin  klinik 

bazaları  haqda  məlumat  verərək,  elmi 

işlərin müalicə və tədris işləri ilə para-

lel aparılmasına auditoriyanın diqqətini 

cəlb  edib,  elmi  araşdırmaların  aparıl-

ması  üçün  lazımi  şəraitin  olmasının 

zəruriliyini bildirib.

II uşaq xəstəlikləri kafedrasının assis-

tenti Sevinc Muxtarova JICA təşkilatının 

qrantı hesabına Yaponiyada 20 günlük 

treninq-seminarda iştirak etdiyini deyib 

və təəssüratlarını tədbir iştirakçıları ilə 

bölüşüb.


Yaponiya  Beynəlxalq  Əməkdaşlıq 

Agentliyinin 

Özbəkistanda 

yerlə-


şən  regional  mərkəzinin  müdiri  Fu-

şimi  Katsutoşi  təşkilatın  tarixi,  Ya-

poniya  hökumətinə  aidiyyəti,  qrant 

layihələrinin  ayrılması  prinsipi  və 

müxtəlif  dövlətlərin  hökumətləri  ilə 

əlaqələri barədə ətraflı məlumat verib, 

bu qrant layihələrində Azərbaycanın da 

iştirak etdiyini bildirib.

Tədbirin  sonunda  Dr.  Sevinc  Muxta-

rovanın layihəsi üçün nəzərdə tutulmuş 

avadanlıq – yenidoğulmuşlar üçün por-

tativ  RAD-5  puls-oksimetri  və  EMMA 

kapnoqrafı təqdim olunub.

Tədbirdə  JICA  təşkilatının  Özbəkistan 

üzrə koordinatoru Farhod Kurbonov və 

Azərbaycan  üzrə  koordinatoru  Nigar 

İsmayılova, həmçinin II uşaq xəstəlikləri 

kafedrasının  və  ATU  Cərrahi  Klinikası-

nın  neonatal  xidmətinin  əməkdaşları 

iştirak ediblər.



ATU-nun mətbuat xidməti

Konfransa  sədrlik  edən  ATU-

nun  rektoru,  professor  Gəray 

Gəraybəyli  bildirdi  ki,  bu  təhsil 

ocağı 

Azərbaycanın 



dövlət 

müstəqilliyinin  bərpasının  25-

ci  ildönümünü  yeni  elmi  na iliy-

yətlərlə  qarşılayıb:  “2016-cı  ildə 

ölkəmizin  dövlət  müs təqilliyinin 

bərpasının  25  ili  tamam  oldu, 

prezidentin sərəncamına əsasən, 

bu gün bütün ölkədə geniş qeyd 

edildi. Bu münasibətlə Prezident, 

cənab İlham Əliyevin Sərəncamı, 

Təhsil  Nazirliyinin  əmri  və 

Səhiyyə  Nazirliyinin  müvafiq 

göstərişləri  əsas  götürülərək, 

ATU-nun  nəzdində  yaradılmış 

təşkilat komitəsi də elmi-praktik 

konfrans keçirmək qərarına gəldi. 

“Elmsiz tədris, tədrissiz elm yox-

dur!” prinsipinə riayət edən ATU-

nun əməkdaşları daim bu ideya-

nı rəhbər tutaraq, tədrislə elmin 

inteqrasiyasını yüksək səviyyədə 

aparmağa nail olublar”.

Gəray Gəraybəyli həmçinin vur-

ğuladı  ki,  ulu  öndər  1998-ci  il 

sentyabrın  28-də  və  2000-ci 

il  iyunun  19-da  iki  dəfə  ATU-

ya  gələrək,  öz  müdrik  çıxışı  ilə 

səhiyyə işçilərini yeni nailiyyətlərə 

ruhlandırıb: “2002-ci ildə ümum-

milli  lider  ATU-nun  ilk  klinikası 

olan  Stomatoloji  Klinikanı  ya-

ratmaqla,  tədris  klinikalarının 

bünövrəsini qoydu. Bundan son-

ra  ümummilli  liderin  layiqli  da-

vamçısı,  cənab  prezident  İlham 

Əliyevin  göstərdiyi  diqqət  və 

qayğısı  sayəsində  ATU-da  daha 

üç klinika – Onkoloji, Tədris Te-

rapevtik  və  Tədris  Cərrahiyyə 

klinikaları  fəaliyyətə  başladı. 

ATU-nun  qarşısında  duran  əsas 

vəzifələrdən  biri  də  gənclərin 

elmi işlərə cəlb edilməsidir. Yəni, 

öndə duran məsələ rezidentlərin 

və  tələbələrin  elmi  axtarışlara 

marağını artırmaqdır”.

Sonra  konfrans  işini  plenar 

məruzələrlə davam etdi.

ATU-nun  I  cərrahi  xəstəliklər 

kafedrasının  əməkdaşı  Tariyel 

Ömərov  “Aşırı  piylənməsi  olan 

xəstələrdə  apardığımız  bariatik 

cərrahi əməliyyatların nəticələri”, 

psixiatriya kafedrasının əməkdaşı 

Gülay 

Məmmədzadə 



“Dep-

ressiya  –  xərçəng  xəstəliyinin 

“maskalanmış”  simptomu”,  II 

cərrahi  xəstəliklər  kafedrası-

nın  əməkdaşı  Pərviz  Abbasov 

“Qaraciyər transplantasiyasından 

sonra rast gəlinənin ağırlaşmala-

rın  profilaktikasında  portovenoz 

plastika  üsullarının  müqayisəli 

öyrənilməsi”,  ATU-nun  Tədris 

Terapevtik Klinikasının əməkdaşı 

Orxan Quliyev “Böyrək transplan-

tasiyası  olunmuş  resipiyentlərdə 

arterial sərtlik və metabolik sind-

rom  arasındakı  əlaqə”  mövzula-

rında məruzələrlə çıxış etdilər.

Konfransda  universitetin  pro-

rektorları və müvafiq kafedrala-

rın müdirləri iştirak edirdilər. 

“Təbabətin  aktual  problemləri-2017” 

elmi-praktik konfransı

Fevralın 28-də Azərbaycan Tibb Universitetinin Tədris 

Terapevtik Klinikasında Azərbaycanın dövlət müstəqilliyinin 

bərpasının 25-ci ildönümünə həsr olunmuş “Təbabətin aktual 

problemləri - 2017” elmi-praktik konfransı keçirilib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin 

nümayəndə heyəti ilə görüş keçirilib

ATU-nun Böyük Elmi Şurasının yanvarın 27-də keçirilən iclasının 6 

saylı qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib. 

Azərbaycan Tibb Univesitetinin yeni gerbi 

dairəvi formadadır. Dairənin mərkəzində maarif 

və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. 

Kitabın üstündə Hippokrat camı, yəni ilan 

sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi

bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi 

sayılır.


Kitabın altında universitetin yaranma tarixi 

əks olunub. Kitabı, tarixi və Hippokrat camını 

iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun - 

Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi 

geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi 

kimi qəbul edilib.

Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, 

sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt 

hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və 

yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar isə  məhz Azərbaycan Respublikasına 

məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır.

ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. 

Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, 

onun altında universitetin yaranma tarixi də qeyd olunub.



ATU-nun yeni gerbi və loqosu seçildi


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə