-
Film Fiction, 17 -
18
Bizim fərqli xüsusiyyətlərimiz vardı.
LAKİN ONLARDAN BİRİ – SİZ
DİGƏRLƏRİ ÜÇÜN HƏQİQƏTƏN
DARIXIRSINIZ.
Bunlar fərqli şeylərdir. Mən dərk
edə bilmirəm ki, Kapa və Şim
həyatdan köçüblər. Çünki bu
peşədə biz bir, yaxud iki illik yoxa
çıxırıq və bir-birimizi görmürük.
Və sonra o gəlir. Kapanın
öldüyünü “Müharibə fotoları”
kitabına baxanda bilirəm. Bundan
əvvəl isə o, qətiyyən ölməyib,
bəzən görmədiyin bir adam idi.
Kapanın təsiri öz həyatından
daha uzaqlara getdi. O, ictimai
həyatdakı hər kəslə eyni dalğada
idi. O, şahzadələrin təsirinə
düşmədi. O, insan olan hər kəsin
təsirinə düşdü. Buna görə Kapanı
çox sevirdim. Eyni zamanda biz
tamamilə fərqli idik. Eyni kitabları
oxumamışıq. O, gecəni ayaq üstə
keçirirdi və məni səhər saat 10-
da oyadırdı, o heç nə demədən
pulumu borc götürürdü. Lakin
Kapa, Şim və mənim aramda
fundamental bir birlik vardı. Kapa
optimist idi, Şim pessimist. Şim
şahmatçının məşqçisinə, yaxud
riyaziyyatçıya oxşayırdı.
ORADA HARADA
YERLƏŞƏCƏKSİNİZ?
Heç bir fikrim yoxdur, harada
olsa. 30-cu illərdə Parisdə çox az
fotoqraf var idi. Biz Monparnasda
Dom kafesində (Parisdə yerləşən
ən məşhur kafe. Müxtəlif vaxtlarda
dünyanın ən məşhur adamları
dəfələrlə burada olublar – tərc.)
qəhvə və şirniyyat götürərdik.
Müharibədən əvvəl orada rəsm
çəkirdim. Ora mənim şəhərim idi.
KAPA VƏ ŞİMLƏ OLAN
BİRLİYİNİZ SİZİ RƏSSAMLIQDAN
DAHA ÇOX FOTOQRAFİYAYA
FİKRİNİZİ CƏMLƏŞDİRMƏYƏ
İSTİQAMƏTLƏNDİRDİMİ?
Qətiyyən. Biz heç vaxt
fotoqrafiyanı müzakirə etməmişik.
Ardı gələn sayda...
facebook.com/isiqlacekirem
-
Film Fiction, 17 -
19
19
LA GRANDE
BELLEZZA
və artıq heç də bütün yollar Romaya aparmır
Roma imperiyasının
əzəmətinin və imperiya
mədəniyyətinin
qalıqları arasında
can verən modern
cəmiyyətin mənzərəsi
Paolo Sorrentinonun
“Möhtəşəm gözəllik”
filminin əsas xəttini
təşkil edir.
Fabula – Cep Qambardellanın
Roma gəzintisi
Süjet – Cep Qambardellanın
mənəvi deqradasiyaya uğramış
cəmiyyət arasında dolaşaraq
nostalgiyaya qapılması
Obraz – Bohemiya həyatı
yaşayan jurnalist Cep Qam-
bardella
Şahanə Urfan
-
Film Fiction, 17 -
21
Rejissor Paolo Sorrentino film boyu gözəllik kateqoriyasının hansı mərhələlərdən keçdiyi və
XXI əsrdə hansı mövqedə durduğunu təsvir edir. Mənəvi deqradasiyaya uğramış aristokratiya
yalnız Flober, Prust, Moraviadan sitatlar gətirməklə, qədim mədəniyyət nümunələrinə
snobcasına heyranlıq bildirməklə öz mövcudluğunu təsdiqləməyə can atır. Amma qürub
göz qabağındadır: ekzotik meksikan, afrikan, çin, demokratik amerikan mədəniyyəti ciddi
və təmkinli Avropa mədəniyyətini sıxışdırır: nəticədə surroqat mədəniyyət ortaya çıxır. Bu
mədəniyyətin tələbləri çərçivəsində texnikanın incəsənət üzərində qələbəsi ideyası klassik
orkestrin Apple texnologiyası ilə idarə olunmasında vizual həllini tapır; bir vaxtlar təbii və
harmonik gözəlliyin, humanizmin hakim olduğu cəmiyyətin nümayəndələri süni bədən və
ucuz ekstrim, əyləncə əsirinə çevrilir; qədim Roma cəmiyyətində plebeylərin belə özlərinə
yaraşdırmadığı hərəkətləri bu gün Roma patrisiləri – aristokratları edirlər. Restoranda şərab
sifariş verən rahib və rahibə aristokratizmlə birgə, dinin, kilsənin də əvvəlki mövqeyini itirdiyini
vizuallaşdırır.
Etno stilin aristokrat cəmiyyətdə hakim mövqe tutması, etnikliyin müasirlik səviyyəsinə
qalxması başlanğıca, ilkin rüşeymə qayıdışa nişanədir. Başlanğıca qayıdış filmdə özünü bir neçə
məqamda büruzə verir:
1. Roma cəmiyyətinin ilkin inkişaf mərhələsi olan quldarlıq, günümüzdə formasını dəyişsə
də mahiyyətini saxlayıb. Uşaq hüquqları əlindən alınan azyaşlı qızın, yaşıdlarından ayıraraq
müasir bazarın tələblərinə uyğun işlədilməsi – “müasir incəsənət nümunəsi” yaratmağa
məcbur edilməsi – quldarlığın, ağa-qul münasibətlərinin yeni təzahür formasıdır. Mötədil
klassik incəsənətdən fərqli olaraq, XX-XXI əsrin incəsənəti ani əsəb partlayışının, nifrət selinin
nəticəsində yaranır. Təbii ki, bu zaman meydana Da Vinçi harmonikliyi yox, Cekson Pollok
xaosu çıxacaqdır.
2. Film teatrın tarixi inkişafını vizual şəkildə mərhələləşdirir. Çılpaq qadının divara qarşı “döyüşü”
teatrın ilk formalaşma mərhələsini – açıq havada amfiteatrda baş tutan antik Roma teatrını
təqdim edir.
Növbəti kadrlarda bədənini qırmızıya boyayaraq anasının qarşısında rol oynayan oğulun
faciəsinin təsviri klassik teatr ənənələrinin möhkəmləndiyi fikrini irəli sürür. Bıçaqlarla tamaşa
göstərən sirk ustası karnaval estetikasının təmsilçisi olaraq klassik teatr ənənələrinin yüngül
farslar, məişət vodevilləri ilə əvəz olunduğunun carçısına çevrilir. Və nəhayət modernist teatrda
monodramların meydana gəlməsi bütün film boyu öz pyesini yazmağa çalışan Romanonun
simasında gerçəkləşir. Monodramın premyerasından həmən sonra fokus göstərisinə hazırlığın,
monodramı qəfil kəsərək meydana çıxması növbəti dəfə başlanğıca qayıdışa – möcüzəyə
inamın hakim olduğu ibtidai quruluşa işarə edir.
Antik Romada incəsənət həyatla qaynayıb qarışmış vəziyyətdə mövcud idi. Sorrentinonun
müasir Romasında incəsənət daha sakinlərin yox, muzeylərin malıdır. Filmdə də Roma sakinləri
yalnız incəsənətin parodiyası ilə məşğuldurlar, incəsənət nümunələrini bağlı qapılar arxasında
snobcasına saxlayaraq, yalnız xüsusi günlərdə və xüsusi şəxslərin iştirakı ilə nümayişini təşkil
edirlər. Və bu zaman ekranda fiziki olaraq süqut etmiş və yalnız heykəltaraşlıq nümunələrinin,
abidələrin, xüsusilə Kolizeyin simasında hələ də yaşadığını sübut etməyə can atan “əbədi
Roma” fonunda mənən süqut etmiş insanlar dolaşırlar.
Filmin sonunda təkcə bitki kökləri yeyən müqəddəs rahibə Mariyanın “köklər vacibdir” fikri
Roma sivilizasiyasının, antik mədəniyyətinin mühüm olduğuna işarə edir. Filmdə müasir
cəmiyyətdə dağıdıcılığa (istər fiziki, istər mənəvi) maniakal meyl, sanki bu intervalda nizamlı
antik Roma mədəniyyəti heç olmayıbmış kimi, təəssürat yaradaraq istənilən intibahın məhvə
məhkumluğunu ön plana çəkir.
Sonda tamaşaçı bir suala cavab verməlidir. Hansı daha canlıdır – Roma imperiyasının
əzəmətini özündə saxlayan cansız antik incəsənət abidələri, yoxsa müasir surroqat nəslin canlı
nümayəndələri?
Və qürub göz qabağındadır.
Və artıq heç də bütün yollar Romaya aparmır.