Redaktor: Nuranə Axundzadə



Yüklə 225,89 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix18.06.2018
ölçüsü225,89 Kb.
#49688
növüYazı
1   2   3   4   5   6   7

-

 Film Fiction, 17 -

15

15

ANRİ KARTYE



BRESSON

Müsahibə


Bu müsahibə 1971-ci ildə Parisdə Şeyla Törner-Sid tərəfindən

alınıb. İlk dəfə 2011-ci ildə yayımlanıb.

S

ənədli fotoqrafiya ilə 



maraqlanmamışam. 

Sənədləşdirmə son 

dərəcə cansıxıcıdır 

və mən çox pis 

reportyoram. 1946-cı ildə Müasir 

İncəsənət Muzeyində (Nyu York 

şəhərində – tərc.) sərgim olarkən 

dostum Robert Kapa mənə dedi: 

“Anri, diqqətli ol. Sənin sürrealist 

fotoqraf yarlığın olmamalıdır. 

Əgər olsa, heç bir tapşırığın, 

ezamiyyətin olmayacaq və 

istixana bitkisi kimi bir yerdə 

qalacaqsan. Nə istəyirsən elə, 

amma “fotojurnalist” adını 

qazan.” Bütün öyrəndiklərim 

sürrealizm üzərində idi. Hələ də 

özümü sürrealistlərə yaxın hiss 

edirəm. Lakin Kapa qətiyyətlə 

demişdi. Beləcə mən bir 

daha sürrealizmin adını belə 

çəkmədim. Bu mənim şəxsi 

məsələm idi. Nə istəyirəm, nə 

axtarıram – bunlar mənim öz 

işimdir. Digər tərəfdən isə mənim 

vəzifəm olmayacaqdı, ezamiyyət 

almayacaqdım. Jurnalistika qeyd 

aparmağın bir yoludur – bəzi 

jurnalistlər gözəl yazıçıdırlar, 

bəziləri isə fakt çatdırırlar. Faktlar 

maraqlı deyil. Bu, faktlara 

vacib olan baxış bucağıdır və 

fotoqrafiyada təsəvvürdən, göz 

önündə canlanmadan ibarətdir. 

Bəzi fotolar Çexovun, yaxud 

Mopassanın hekayələri kimidir. 

Təsirlidirlər və onlarda bütün 

dünya cəmlənib. Lakin kimsə 

fotonu çəkərkən bunları hiss 

etmir.


FOTOQRAFİYAYA NECƏ 

BAŞLADINIZ?

Çox gənc olanda sərgüzəşt 

həyatını xoşlayırdım, amma bir 

şeyi dəqiq bilirəm: ailəmizin 

toxuculuq biznesində işləmək 

fikri məni çox qorxudurdu. Əmim 

rəssam idi və Birinci Dünya 

Müharibəsinin ilk günlərində 

öldürülmüşdü. O öləndə mənim 

5-6 yaşım olardı; mən həmişə 

rəssamlıq haqda xəyallar 

qurmuşam. Atam razı olduğunu 

dedi. O, yetərincə mülayim idi, 

məni zorla biznesin içinə atmadı. 

Beləliklə, ölən əmimin dostundan 

rəssamlığı öyrənməyə başladım. 

Sonra Andre Lotun studiyasında 

iki il təhsil aldım. O, böyük 

rəssam deyildi, ancaq mükəmməl 

müəllim idi. Hər şeyi bilməyim 

ondan gəlir – o və kinorejissor 

Nurlan Babazadə 



-

 Film Fiction, 17 -

16

Jan Renuardan. İki fotonu çox yaxşı 



xatırlayıram. Onlardan biri Munkaçinin 

(Martin Munkaçi, macar fotoqraf – tərc.) 

çəkdiyi üç uşağın böyük dalğanın içinə 

qaçması fotosudur. Və budur – əla 

nəqletmə və dizayn. Və onların hərəkəti 

qəribədir. Mən mat qalmışdım. Təkcə foto 

mənə təsir etməmişdi, mən həmçinin 

düşündüm ki, kamera intuitiv rəsm 

çəkmək üçün ən sürətli vasitədir.

DÜŞÜNÜRSÜNÜZMÜ KI, İNDİ DAHA 

ÇOX GÖRƏ BİLIRSİNİZ, NƏİNKİ 20 

YAŞLARINIZDA?

Güman edirəm ki, fərqli şeylərdir. Nə az, 

nə çox. Ən yaxşı fotolarım bu kitabdadır 

– 

“Həlledici an”



. Mən onları 20 yaşlarımda 

çəkmişəm. İki həftədən sonra fotoya 

başladığım ilk gün gələcək. Bunlar o 

kitabda var. Buna görə də öyrətmək 

və öyrənmək heç nədir. Bu yaşamaq 

və görməkdir. Bütün bu fotoqrafiya 

məktəblərinin hamısı kələkdir. Onlar nəyi 

öyrədirlər? Mənə necə gəzməyi öyrədə 

bilərsən?

BU, FOTOQRAFLAR ÜÇÜN EHTIYAT 

İŞDİR.

Hə, amma saxtakarlıq dünyasıdır. Bu sizin 



işləmə üsulunuza təsir edir. İnsanlarla 

işləmək nəsə fərqli bir şeydir.

YOZEF BRAYTENBAX (ALMAN 

FOTOQRAF – TƏRC.) BİR DƏFƏ 

MƏNƏ DEMİŞDİ, O HİSS EDİR Kİ, 

YAXŞI FOTOQRAFLARIN ÇOXU LAP 

BAŞLANĞICDAN YAXŞI OLURLAR.

Razıyam. Yaxud belə deyək, ya 

sənin istedadın var, ya da heç nəyin. 

Əgər istedadın varsa, çox yaxşı, bu 

məsuliyyətdir. Sən işləməlisən.

SİZCƏ, FOTOQRAF SƏNƏTİ 

KAMİLLƏŞDİRƏ BİLƏRMİ?

Kamillik? Bunun mənasını bilmirəm. Bu 

hər zaman təkrar imtahana çəkmək, 

daha aydın olmağa çalışmaq, daha azad 

olmaq və daha dərinə, daha dərinə 

getməyə çalışmaqdır. Bilmirəm fotoqrafiya 

incəsənətdir, yoxsa yox. Bütün bunlar 

haqda bir fikrim yoxdur. Çox gözəl rəsm 

çəkən uşaqlar görürəm, amma yetkinlik 

vaxtlarında araya pərdə çəkilir və bunu 

qaldırmaq bir ömürlük vaxt aparır. 

Təəssüratın saflığı çox vacibdir. Yorulmaq 

dəhşətli şeydir.

BİR ÇOX ÖLKƏLƏRƏ SƏYAHƏT ETMƏK 




-

 Film Fiction, 17 -

17

QƏRARINIZA NƏ SƏBƏB 



OLDU?

Əlbəttə, hər şey maraqlıdır – öz 

otağın da. Lakin eyni zamanda 

gördüyün hər şeyin fotosunu 

çəkə bilməzsən. Bəzi yerlərdə 

ürəyin başqa yerdəkindən daha 

çox döyünür. 

İkinci Dünya Müharibəsindən 

sonra mən dostlarım Bob Kapa 

və Şimlə (Devid “Şim” Seymur 

nəzərdə tutulur – tərc.) birlikdə 

müstəmləkə ölkələrinə getməyin 

vacib olduğunu hiss etdik. 

Orada olmaq hansı dəyişiklikləri 

gətirəcəkdi? Buna görə də 

mən üç ilimi Uzaq Şərqdə 

keçirtdim. Biz nə baş verəcəyini 

bilmirdik. Hər şey mümkün idi. 

Bəzən müharibə olurdu. Bəzən 

olmurdu. Bəzən dinclik idi.

ÇİN SƏRGÜZƏŞTLƏRİNİZDƏN 

BİR AZ DANIŞA BİLƏRSİNİZMİ?

Heç bir şey demək istəmirəm. 

Bu, sanki nahara qonaq etdiyin 

adama etiketli butılkadan 

yox, qrafindən şərab verməyə 

bənzəyir. İnsanlar düşünə 

bilərlər ki, bu, doğrudan da, 

yaxşı şərabdır. Lakin yox, onlar 

istifadə tarixini görmək istəyirlər. 

Bu bərbaddır. Ona görə də 

heç bir başlıq olmamalıdır. 

İnsanlar sadəcə baxmalıdırlar. 

Hissiyyatımızı oyatmalıyıq. 

Lakin insanlar yox. Əgər 

qrafindədirsə, onlar bunun 

yaxşı və ya pis şərab olmasını 

deməyə cürət etməyəcəklər, 

çünki tarixini görməyiblər. Hansı 

markadan olduğunu bilmirlər. 

Əsəbiləşdiyim şey də budur. 

Fikirləşirəm ki, fotolarda heç 

bir başlıq olmamalıdır, sadəcə 

çəkildiyi məkan və tarix. Tarix 

önəmlidir, çünki hər şey dəyişir. 

Turizmə nifrət edirəm!

 Bir 

yerdə yaşamağı xoşlayıram. 



Qısamüddətli gedişləri sevmirəm. 

Eyni zamanda nəsə baş verərkən 

son dərəcə cəld olmalısan. 

Heyvan və ov kimi – vruum! 

Onu tutursan və insanlar bunu 

görmürlər. Müxtəlif situasiyalarda 

çox tez-tez bir şəkil çəkə bilirsən. 

İkincini çəkə bilmirsən. Bir şəkil 

çək və axmaq kimi, turist kimi 

görün. Lakin əgər iki, üçü şəkil 

çəksən, həyəcanlanacaqsan. 

Bu, nə qədər uzağa gedə 

biləcəyini öyrənmək üçün yaxşı 

məşqdir. 

Meyvə yetişəndə 

onu dərməlisən. Cəld!

 Özünə 

qarşı güzəştə getmədən, 



amma cəsarətlə. Yaxşı fotoqraf 

işi görməkdən həzz alıram. 

Sanki öküz döyüşündən zəriflik 

yaradırlar. Lakin mənimçün ən 

çətini küçə fotoqrafiyası deyil. 

Portretdir. Portretlə küçədə 

çəkmək arasındakı fərq ondan 

ibarətdir ki, portreti çəkiləcək 

adam buna razı olmalıdır. 

Həmişə portret çəkməyə 

gedəndə əsəbi oluram, çünki 

yeni təcrübədir. Adətən portret 

çəkərkən bir neçə sual verib 

həmin şəxsin reaksiyasını tutmaq 

istəyirəm. Kiminsə üzündəki 

gərginliyi müşahidə etdiyin vaxt 

söhbət etmək çətindir. Lakin 

sən hər hansı formada kontakt 

yaratmalısan. Amma Ezra 

Paundun (amerikalı şair – tərc.) 

fotosunu çəkərkən qarşısında 

bəlkə də bir saat yarım tamamilə 

sakitcə oturmuşdum. Biz sadəcə 

bir-birimizə baxırdıq. Mən 1 yaxşı, 

4 ortabab və 2 maraqsız foto 

çəkdim. Bütün bu 7 foto bir saat 

yarıma çəkildi. Hər iki tərəfdə heç 

bir sıxılma, utancaqlıq olmadı.

ÖZÜNÜZ BARƏDƏ NƏ 

GÖRÜRSÜNÜZ? DAHA SONRA 

NƏ EDƏCƏYİNİZ BARƏDƏ BİR 

FİKRİNİZ VARMI?

Bu günorta rəsm çəkmişəm. 

Kameramı gəzdirirəm. Bilmirəm. 

Şəraitdən asılıdır. Həyatımı, 

zamanımı planlaşdırmıram. 

Daha çox sakitcə rəsm çəkmək 

və başqa fotoqrafları görmək 

istərdim. Görürsünüz, bu yolda 

özümü çox tənha hiss edirəm. 

Keçmiş barəsində nostalgiyaya 

qapılmamalıyam, çünki demək 

istəyirəm ki, bu, Kapa, Şim və 

mənim aramda asan deyildi. 




Yüklə 225,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə