Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   2   3   4   5   6   7   8   9   ...   119

"Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr". 

(əl-Həşr, 21) 

Allah-taala  Quranda  insanı  müxtəlif  növlü  idrak 

formalarından biri olan fəfəkkürə çağırır. Hər bir sahənin 

ölçü  vahidi  olduğundan,  insan  həqiqətlərin  idrakında 

onu hissi, xəyali, təsəvvür kimi sadə idrak formalarından 

- yalnız peyğəmbərlərə (ə) məxsus vəhy idrakından geri 

qalan  -  fəlsəfi  və  irfani  idrak  formasına  aparan  fəfəkkü- 

rünü, "təfəkkürün ölçü vahidi məntiq"lə ölçməlidir! 



Müəllif 

15 



 

Bağışlayan 

və mehriban 

Allahın adı İlə

 

Ön söz 


Bu  kitabı  yazmaqda  məqsəd,  insamn  təfəkkür  yönünün  inkişaf 

etməsinə  xidmət  etməkdir.  Digər  məntiq  kitablarmda  da  insarun  bu 

yönünün inkişafı üçün dəyərli məlumatlar var. Amma nəzərimizcə, bu 

məntiq kitablarmda insamn bu yönünün inkişafı üçün Farabi, İbn Sina, 

Nəsirəddin Tusi kimi İslam dahilərinin əsərlərindəki dolğunluq qədər 

dolğunluq  yoxdur.  Çünki  insanın  cismindən  daha  önəmli  olan  onun 

həqiqətinin göstəricisi ruh, bir neçə cəhətlərə malikdir; qəlblə və ağılla 

bağlı  fenomenlər.  AğIm  isə  vahid  bir  həqiqət  olsa  da,  müxtəlif 

bölmələri var, məsələn: adi ağıl, ümumi ağıl, praktiki ağıl, konstruktiv 

ağıl, siyasi ağü, hüquqi ağü, fiqhi ağıl, fəlsəfi ağıl və s. 

Vahid  ağIm  bu  müxtəlif  bölmələrinin  fərqini  izah  etmək  üçün 

aşağıdakı  misala  baxaq:  adi,  yaxud  ümumi  ağılla  riyazi  ağIm  fərqi: 

riyaziyyatda belə bir məsələdə deyilir: iki düz xətt üzərində olan A, B, 

C, D nöqtələrinin aşağıdakı kimi qarşılıqlı vəziyyəti (belə ki, ikisi də bir 

düz xətt üzərində olmaqla bərabər, C nöqtəsi A-dan yuxarıda, yenə də 

ikisi də o biri düz xətt üzərində olmaqla  bərabər, B nöqtəsi də D-dən 

yuxarıda olmaq şərti ilə) zamam A ilə B və C ilə də D nöqtələrini həmin 

xətlər  arasmda  oknaq  şərti  ilə  hər  hansı  əyri,  yaxud  düz  xətlərlə 

birləşdirsək, bu xətlər kəsişər. 

16 


 

 



. On söz 

 

 



Göründüyü kimi, iki düz xətt arasmda olmaq şərti ilə. A, B, C, D 

nöqtələrinin }aıxarıdakı şəkildə qarşılıqlı vəziyyəti zamam A ilə B və C 

üə  də  D  nöqtələri  birləşdirildikdə,  onlar  hökmən  kəsişməlidir.  Bunu 

hər bir adi, sağlam ağıl qavrayır. Amma, görəsən, vahid olan ağıl bunu 

özünün hansı mərtəbəsi, hansı forması ilə qavrayır? Məlumdur ki, adi, 

ümumi forması ilə  qavrayır. Bu zaman  sual olunur ki, görəsən,  bunu 

adi ağılla dərk edən həmin vahid ağıl, riyazi ağıl Uə də dərk edirmi? 

Əlbəttə ki, yox. Amma riyaziyyatçılarm məharəti, hamınm dərk etdiyi 

bu  qaydam  riyazi  şəkildə  də  göstərə  bilmələridir.  Onlar  m  bu  riyazi 

qayda üçün verdikləri isbata nəzər saldıqdan soma insamn riyazi ağlı 

işə  düşür  və  insan  eyni  mətləbi  vahid  ağhn  həm  adi,  həm  də  riyazi 

formaları ilə dərk etdiyini müşahidə edir. 

Deməli, riyazi ağıl adi, ümumi ağıldan fərqlərdr. Eyrü ilə də fəlsəfi 

ağIm digər ağıllardan fərqləndiyini göstərən misallar da vermək olar. 

Məntiq ağIm bu bölmələrinin hamısma ümumi olaraq yol göstərir, 

çünki hər halda bıpılar da düşüncədir, təfəkkürdür. 

17 



Məntiq ___________________________________________________________   

amma  mətiqin  əsl  məqsədi  fəlsəfi  ağla  xidmət  etməkdir.  Dediyimiz 

kimi, məntiq, ağIm iştirak etdiyi bütün sahələrə yol göstərir. Məntiq bu 

sahələrin  hər  birində  eyni  rolu 

0

}madığmdan,  onların  hər  birində 



istifadə  edilən  məntiq  qaydaları  vahiddir.  Amma  başqa  elmlərdə 

olduğu  kimi,  təbii  olaraq  hər  bir  məntiq  müəllifi  də  bu  sahələrdən 

birini  nəzərə  alaraq,  vahid  məntiq  qaydalarmı  həmin  sahədə  istifadə 

ediləcək  şəkildə  vermiş  olur.  Məsələn:  məhkəmədə  hüquqşünaslarm 

hüquq işlərində məntiq qaydalarmdan necə istifadə etməli olduqlarım 

izah edən məntiq kitabı kimi. Əlbəttə, hüquqşünaslar üçün hazırlanmış 

məntiq  kitabmdakı  qaydalardan,  fəlsəfəçilər  də  istifadə  edə  bilər  və 

əksinə.  Amma  məlumdur  ki,  hər  bir  sahədə  "vahid  məntiq 

qaydaları"mn  müəyyən  sahədə  hazırlanmış  kitab  formasmdan,  digər 

sahədə  istifadə  etmək  mümkün  olsa  da,  tam  olmayacaq.  Çünki 

məsələn:  məntiqin  daha  çox  fəlsəfədə  işlənən  müəyyən  qaydalarım, 

təbiidir  ki,  hüquqşünaslar  üçün  məntiq  kitabı  hazırlayan  müəllif, 

müəyyən  səviyyədə  verə  bilər.  Eyni  ilə  də  fəlsəfə  üçün  məntiq  kitabı 

hazırlayan  müəllif  də  hüquqşünaslarm  istifadəsi  üçün  məntiq 

qanunlarım  hüquq  sahəsinə  tam  uyğun  verməyə  bilər.  Buna  görə  də 

biz  də  həqiqətdə  məntiqin  əsl  məqsədi  olan  ağla,  fəlsəfəyə  xidmət 

üçün,  hazırkı  məntiq  kitabım  bu  sahəyə  uyğun  şəkildə  hazırladıq. 

Əlbəttə  ki,  bu  kitabdan  eyni  zamanda  ağılla  bağlı  yuxarıda  qeyd 

etdiyimiz başqa sahələr də istifadə edə bilər. 

Bundan başqa, məntiq elmi ümumi olaraq ağla, təfəkkürə  xidmət 

etsə  də,  bizim  bu  kitabm  yazılmasmda  əsas  məqsədimizdən  biri  də, 

"irfan"lak həmçinin fəlsəfə  ilə maraqlananlara filosoflarm, ariflərin bu 

yolda  necə  hərəkət  etmək  üçün  göstərdiyi  proqramlara  qısa  şəkildə 

izah  verməkdir.  Belə  ki,  ümumi  olaraq  irfan  ya  Şərq,  ya  da  Qərb 

irfanma bölünür. Bunlarm hər biri də öz növbəsində qisimlərə ayrılır. 

Məsələn: Qərb irfanma 



1 Bu haqda kitabm IV hissəsində nisbətən geniş məlumat verilmişdir. 

18

 

1 .A 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə