Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов


“AZƏRBAYCAN TÜRKLƏRİ BİRLİYİ”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 

“AZƏRBAYCAN TÜRKLƏRİ BİRLİYİ” 

(Sidney) 

 

Uzaq Avstraliyanın paytaxtı Sidney şəhərində yaşayan 



soydaşlarımızın daha bir mədəni   cəmiyyətləri “Azərbaycan Türkləri 

Birliyi” fəaliyyət göstərir. Bu birliyin yaranması lap son aylara təsadüf 

edilir. 

Birliyin ən böyük uğurlarından biri Sidney şəhərində “Azərbaycanın 

səsi” radiostansiyasının yaradılmasıdır. Həmin radio verilişlərinin Baş 

redaktoru Azərbaycan Dillər İnstitutunun məzunu Gülzar Qasımzadədir. 

“Azərbaycan Türkləri Birliyi” rəhbəri cənubi Azərbaycan ziyalısı 

Həsən bəydir. 

Sidneydə yaşayan həmvətənimiz  İmaməddin Xanbaba oğlu Bakıda 

nəşr olunan “Azadlıq” qəzeti redaksiyasına müraciət edərək “Azərbaycan 

Türkləri Birliyi” üzvlərinin Azərbaycan Respublikasında yaşayan 

soydaşları ilə əlaqə yaratmaq arzusunda olduqlarını bildirmişdir. 

 

 

ALMANİYA 

 

“AZƏRBAYCAN ALMANİYA CƏMİYYƏTİ” 

(Berlin) 

 

“Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ilin əvvələrində 



yaranmışdır. Onun əsas məqsədi Almaniyada Azərbaycana olan marağın 

artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun 

mədəniyyəti, iqtisadiyyatı  və incəsənəti ilə tanış etməkdir. Cəmiyyət 

soydaşlarımız, eləcə  də  Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan 

vətəndaşları arasında öz fəaliyyəti ilə  şöhrət tapmışdır. Azərbaycana 

yardım üçün xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə 

Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. Qərbdə istedadlı  rəssam 

kimi tanınan, "Azərbaycan-Almaniya Cəmiyyəti»nin sədri İbrahim Əhrari 

dəfələrlə Bakıda olmuşdur. Hər səfəri zamanı Azərbaycana, müharibə 

aparan döyüşcülərimizə dava-dərman gətirmişdir. O, Azərbaycan 




Rəssamlar Birliyinə  fəxri üzv seçilmişdir.  İbrahim  Əhrarinin rəsm 

əsərlərinin Bakıda xeyriyyə  məqsədilə  sərgisi təşkil edilmişdir.  Əldə 

olunan vəsait yetim uşaqlara və yaralı  əsgərlərə kömək üçün ayrılmışdır. 

Cəmiyyət Almaniya ictimaiyyətini Azərbaycan mədəniyyəti, onun zəngin 

ənənələri ilə tanış etmək məqsədilə konsertlər, poeziya gecələri, musiqi 

festivalları, sərgilər və digər mədəni tədbirlər keçirir. İbrahim  Əhrari bu 

tədbirlər zamanı toplanan vəsaitlə Azərbaycan Qaçqınlar Cəmiyyətinin 

elmi mərkəzinə  də yardım etmişdir. Bu yaxınlarda Azərbaycan  İncəsənət 

muzeyinə dünya rəssamlarının qiymətli oricinal əsərlərini hədiyyə verməsi 

rəğbətlə qarşılanmışdır. 

 

  

“AZƏRBAYCAN AKADEMİYASI CƏMİYYƏTİ” 



(Berlin) 

 

Berlin 



şəhərində yaşayan azərbaycanlı mütəxəssislər və 

Azərbaycanşünaslıqla məşqul olan qeyri-azərbaycanlı elm və  mədəniyyət 

xadimləri yeni bir cəmiyyət yaratmışlar: “Azərbaycan Akademiyası”. 

Cəmiyyətin məqsədi Azərbaycan elm və  mədəniyyətini Qərbi Avropada 

tanıtmaq, onun Almaniyada inkişafına şərait yaratmaqdır. 

“Azərbaycan Akademiyası” Cəmiyyətinin prezidenti Avropa 

ölkələrində yaxşı tanınan alim Əhməd Yəzdanidir. 

Cəmiyyətin vitse-prezidenti Məsud Pənahi (o, həmyerlimizdir. 

Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskva Kinematoqrafiya 

İnstitutunu bitirib. 1979-cu ildən Berlində yaşayır) “Elm” qəzetinə verdiyi 

müsahibəsində bildirib ki, “Azərbaycan Akademiyası” Azərbaycanla bağlı 

araşdırmalara, o cümlədən dilçilik və  ədəbiyyatşünaslıq, tarix elmləri, 

folklorşünaslıq, etnologiya, antropologiya, dilşünaslıq, sənətşünaslıq, 

təbabət, psixologiya sahəsində aparılan bütün işlərə yardım göstərəcəkdir. 

Həmçinin Azərbaycanın özündə olan ən vacib elmi axtarış  və tapıntıları 

Qərbdə tanıtmağa, təbliğ etməyə səy edəcəkdir. 

Elmi layihə  və  nəşrlərin uyğun formalarına kömək etməklə, xüsusi 

dövri və s. mətbu orqanlar təsis etməklə, kitabxanalar, nəşriyyatlar, o 

cümlədən bütün kooperasiya formalarını yaratmaqla, müxtəlif 

akademiyalar, elmi müəssisə  və  təşkilatlarla  əlaqələr qurub, inkişaf 

etdirməyə, türkoloqların mübadiləsinə böyük ümidlər bəsləyirik”.. 



“Azərbaycan Akademiyası” artıq bir sıra konkret işlər görüb. Yuri 

Pompeyevin Qarabağ hadisələrinə dair kitabı alman dilinə  tərcümə edilib 

nəşr olunmuşdur. 

Hazırda Cəmiyyət öz mətbu orqanını  nəşrə hazırlayır. Cəmiyyətin 

xətti ilə Azərbaycandan Berlin şəhərinə bir dəstə alim dəvət edilib. 

Cəmiyyət bu yaxınlarda Azərbaycan alimlərinin bəzi uğurlarının 

Qərb aləmində yayılması yolları barədə konkret iş planı hazırlamış  və 

Almaniya dövlətindən bu işə görə rəsmi razılıq almışdır. 

 

 

“AZƏRBAYCAN KÜLTÜR OCAĞI” 

(Berlin) 

 

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Azərbaycan Kültür 



OCAĞI”nın başlıca məqsədi soydaşlarımız arasında dilimizi, 

mədəniyyətimizi, adətənənələrimizi, incəsənətimizi qoruyub saxlamaq və 

bunları Avropada yaşayan xalqlara tanıtmaqdır. OCAĞIn fəaliyyətinə idarə 

heyəti rəhbərlik edir. Tez-tez xeriyyə gecələri, konsertlər təşkil edilir. 

Azərbaycan-Almaniya Cəmiyyəti ilə birlikdə Azərbaycan mədəniyyəti 

günləri keçirilir. “Azərbaycan Kültür OCAĞI” öz fəaliyyətini yalnız 

mədəni tədbirlərlə məhdudlaşdırmır. Bakıda 20 Yanvar hadisəsi və Xocalı 

faciəsi ilə əlaqədar etiraz mitinqlərinin keçirilməsində, kütləvi informasiya 

vasitələri ilə  əsil həqiqətin geniş ictimaiyyətə çatdırılmasında “OCAĞIn” 

üzvləri xüsusi fəallıq göstərmişlər. “Azərbaycan Kültür OCAĞI” xaricdə 

yaşayan həmvətənlərimiz ilə Azərbaycanın  əlaqələrinin genişlənməsinə 

çalışır. 

“Azərbaycan Kültür OCAĞI” “Savalan” adlı jurnal nəşr etdirir. 

Berlindəki “Azərbaycan Kültür Ocağı”nın  İdarə heyətinin və 

“Savalan” jurnalı  İdarə heyətinin üzvü, tərcüməçi Həbib Makulu bu ilin 

yanvarıda Bakıda qonaq olmuşdur. 

Təkcə Berlində deyil, ümumən Almaniyada və Avropada fəaliyyət 

göstərən Azərbaycan  Mədəniyyət Mərkəzləri və  Cəmiyyətlərinin işi 

barədə H.Makulu “Səhər” qəzetinin müxbiri Zemfira Müseyibqızı ilə 

müsahibəsində demişdir. 

 Qərb ölkələrində çoxlu azərbaycanlı yaşayır. Onlar müxtəlif 

dövrlərdə bu əsrin  əvvəllərindən başlayaraq, birinci, ikinci dünya 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə