Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
324
Haldoninin «Mehmanxana sahibəsi» tamaşası yadıma gəlir və o tamaşaya da
səhv etmirəmsə, rəhmətlik Mehdi Məmmədov quruluş vermişdi. O tamaşada 
Mirandolinanı Barat Şəkinskaya, Kavaler Ripafrattanı Möhsün Sənani, Markiz 
Forlipopolini Mustafa Mərdanov, Qraf Albofioritanı isə Ağasadıq Gəraybəyli 
oynayırdı və bu korifeylərin oyununun da İlyas Əfəndiyevin ürəyinə necə yağ kimi 
yayıldığının mən dəfələrlə şahidi olmuşdum.  
Sonrakı illərdə – gərək ki, 1955-ci il idi – yenə Mehdi Məmmədov «Hacı 
Qəmbər»i tamaşaya qoymuşdu və İlyas Əfəndiyevin (mən də həmişəki kimi, onun 
yanında!) premyeradan sonra baş rolun ifaçısı Məmmədəli Vəlixanlının qrim 
otağına gedib onu necə sidq-ürəkdən gələn bir hərarətlə təbrik etməsi də mənim 
teatrla (və atamla!) bağlı gözəl xatirələrimdən biridir.  
Bizim komik aktyorlardan yuxarıda adlarını çəkdiyim Ağasadıq Gəraybəylinin, 
Mustafa Mərdanovun, Möhsün Sənaninin, eləcə də Məmmədəli Vəlixanlının 
(xüsusən, onun Ocaqqulusunu və «Lənkəran xanının vəziri»ndəki Vəzirini), 
Ağahüseyn Cavadovun, Ismayıl Osmanlının, Lütfəli Abdullayevin, Məcid 
Şamxalovun, Füzuli teatrının aktyoru (və ömrünün sonuna kimi bizə gəlib-gedən) 
Mürşüd Həşimlinin sənətini, Barat Şəkinskayanın, Mirvari Novruzovanın, Məlik 
Dadaşovun komik istedadını (məsələn, onun Şeyx Nəsrullahını), Ağadadaş 
Qurbanovun Mirzə Səməndərini, Ələsgər Ələkbərovun Salamovunu, Əminə 
Sultanovanın Mariya Timofeyevnasını atam böyük sənətkarlıq nümunəsi hesab 
edirdi.  
Sonrakı aktyorlar nəslinə mənsub olan Səyavuş Aslanın istedadı barədə həmişə 
ağızdolusu danışırdı və «Hökmdar və qızı»nın məşqlərində satirik planda işlənmiş 
erməni Vanya rolunu ifa edən Səyavuşun oyunundan çox razı idi. Yeri düşmüşkən 
deyim ki, Səyavuşun tərəf-müqabili kimi Haykanuş rolunun ifaçısı Kübra Əliyeva 
da İlyas Əfəndiyevin qiymətləndirdiyi aktrisalardan idi.  
Çox təəssüflər ki, İlyas Əfəndiyev «Hökmdar və qızı»nın premyerasını görə 
bilmədi. 1996-cı il oktyabrın 3-də İlyas Əfəndiyev vəfat etdi, iki aydan sonra
dekabrın 15-də isə «Hökmdar və qızı»nın ilk tamaşası göstərildi və zalda oturub 
Səyavuşla Kübra xanımın gözəl ifasına tamaşa edə-edə, tamaşaçıların gülüşünü, 
alqışlarını eşidə-eşidə mənə elə gəlirdi ki, İlyas Əfəndiyev də hardasa, başımızın 
üstündən səhnəyə baxır və bu artistlərin oyunundan xoşu gəlir... 
Amma mən yenə keçmişlərə qayıtmaq istəyirəm.    
1954-cü ildə Tofiq Kazımov «Atayevlər ailəsi»ni tamaşaya qoymuşdu və mən 
də İlyas Əfəndiyevlə birlikdə hər axşam o tamaşaya gedirdim. Tamaşada yozumu 
satirik planda verilmiş Sadıq surətinin ifasında Mustafa Mərdanov ilə Məmmədəli 
Vəlixanlı bir-birinə dublyor idi. Hərdən tamaşadan sonra İlyas Əfəndiyev Tofiq 
Kazımovu və Niyazini (tamaşanın musiqisini o bəstələmişdi) köhnə «Inturist»də 
restorana dəvət edirdi və süfrə arxasındakı söhbət əsnasında Tofiq Kazımov 
şikayətlənirdi: 
– Əşşi, qalmışam Mustafa ilə Vəlixanlının arasında. O deyir bu gün mən 
oynayacağam, bu deyir, yox, mən oynayacağam... 
İlyas Əfəndiyev gülüb: 
– Tofiq,– deyirdi.– Məni bu işə qatma. Mustafa da böyük sənətkardı, Vəlixanlı 
da!  


 
325
Orası da indi gözəl bir xatirə kimi yadıma düşür ki, həmin «Inturist» 
məclislərindən sonra, Niyazi bəzən təkid edirdi ki, bizə gedəcəyik! İlyas Əfəndiyev 
də, rəhmətlik Tofiq Kazımov da nə qədər edirdisə ki, indicə süfrənin arxasından 
qalxmışıq, gecdir, mümkün olmurdu, təzədən Niyazigilə gedirdilər (mən – 5-ci sinif 
şagirdi də onlarla! onlar yeyib-içib söhbətləşirdi, mən də onlara qulaq asırdım) və 
məlum olurdu ki, Həcər xanım (maestronun vəfalı həyat yoldaşı) plov bişirib 
Niyazini gözləyir. Onların Niyazigildəki məzəli söhbətləri, oradakı o duzlu ab-hava 
da heç vaxt mənim yadımdan çıxmayacaq. 
Mən lap uşaqlıq çağlarımdan İlyas Əfəndiyevin həyatının sonuna qədər, onun 
Mehdi Hüseynlə, Əli Vəliyevlə, Adil Isgəndərovla, Süleyman Rüstəmlə, Mir Mehdi 
Seyidzadə (ona «Ağa» deyirdilər) ilə, professor Əmir Həbibzadə ilə, bəstəkar Sultan 
Hacıbəyovla, atamın, Əmir müəllimin, xüsusən, Sultanın dostu, musiqiçi, 
Mədəniyyət Nazirliyinin işçisi, çox koloritli bir adam olan rəhmətlik Davud 
Balayeviç Qədimovla (ona «Dodik» deyirdilər), həkim-yazıçı Əli Ağabəyli ilə, 
başqaları ilə duzlu-məzəli söhbətlərinin, zarafatlarının şahidi olmuşam.  
Fikirləşirəm ki, o zarafatların, məzəli əhvalatların bir qismi ilə, eləcə də həm 
İlyas Əfəndiyevdən eşitdiyim, həm də başqalarının mənə danışdığı bəzi hadisələrlə 
oxucuları tanış etsəm, bu, bir insan, şəxsiyyət kimi, İlyas Əfəndiyevin xarakterini 
duymağa kömək edər. 
Eyni zamanda, güman edirəm ki, bu yumoristik hadisələr, epizodlar, 
mükalimələr dövrün yazıçılar mühitini hiss etmək baxımından da maraqlıdır.  
Orasını da deyim ki, bu zarafatlar yalnız və yalnız təmiz hisslərin, gözəl 
münasibətlərin, qarşılıqlı hörmət və istəyin məhrəmanə ifadəsidir və mənim də bu 
epizodları qələmə almağım onlarda adı çəkilən Əli Vəliyev və Xan Şuşinskinin, 
Mehdi Hüseyn və Ağasadıq Gəraybəylinin, Süleyman Rəhimov və Mir Cəlalın, 
Əbülhəsən və Mirzə Ibrahimovun, Adil Isgəndərov və Mir Mehdi Seyidzadənin, 
Məmməd Əkbər və Zeynal Xəlilin, Əliağa Kürçaylı və Cabbar Məcnunbəyovun, 
Islam Səfərli və Salam Qədirzadənin, Firudin Şuşinski və Tələt Əyyubovun, 
başqalarının ruhuna ehtiramımın ifadəsidir.   
Elə bütün bu mülahizələri nəzərə alaraq da, mən həmin məzəli əhvalatların 
bəzisi ilə bu kitabın oxucularını tanış etmək istəyirəm. 
 
ÇƏTİN VƏZİYYƏT  
 
Əllinci illərin  əvvəllərində  İlyas  Əfəndiyev Azərbaycan Yazıçılır Ittifaqında 
məsləhətçi işləyirdi. Bir nəfər ədəbiyyat xəstəsi (zorən təbib!) qoltuğundakı yekə bir 
qovluq ilə həftə səkkiz, mən doqquz, İlyas müəllimin yanına gəlir, kolxozdakı əmək 
qəhrəmanlarının şanlı fəaliyyətindən, camışçılıq sahəsində dövlət planını artıqlaması 
ilə yerinə yetirməklərindən bəhs edən povestini ona oxumaq istəyir.  
İlyas  Əfəndiyev də  hər dəfə bir bəhanə ilə onu başından edir. Axırda daha 
mümkün olmur və günlərin bir gözəl yaz günündə həmin ədəbiyyat xəstəsi Yazıçılar 
Ittifaqındakı məsləhətçilər otağında İlyas müəllimlə üzbəüz oturub o böyük və danq-
danq danqıldayan povesti ona oxumağa başlayır.  
O, yazısını oxuduqca İlyas  Əfəndiyev Yazıçılar Ittifaqının geniş 
şüşəbəndindən görünən o gözəl yaz gününə baxır, kim bilir, nə fikirləşir, nələri 
xatırlayır, kimləri düşünür... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə