30
№2 İyun 2014
Dəyər nədir? Hər hansı bir əşyanın dəyəri necə müəyyən olunur?
Bu barədə çox sayda nəzəriyyələr mövcuddur və əsasən iki qrupa bölünürlər:
dəyərin əşyanın özündən yarandığını iddia edən və dəyərin əşyadankənar
formalaşdığını iddia edən nəzəriyyələr. Dəyərin əşyadankənar formalaşdığını
iddia edən fikir adamları əşyanın dəyərinin bazarda, tələb-təklif qanunu əsasında
müəyyən olunduğunu irəli sürürdülər. Onlar iddia edirdilər ki, bir stəkan su, yaxud
almaz parçasının səhradakı dəyəri ilə şəhərdəki dəyəri fərqlidir, yəni, əşyaların
dəyərini insanlar müəyyən edir. Klassik XIX əsr iqtisadçıları – A.Smit, D.Rikardo,
K.Marks isə ilk dəfə əşyanın dəyərinin yalnız və yalnız onun istehsal zəncirində
(dəyər zəncirində) keçdiyi bütün mərhələlərdə hazırlanmasına sərf olunmuş müxtəlif
keyfiyyət və kəmiyyətə sahib olan ümumiləşdirilmiş əməkdən ibarət olduğunu irəli
sürürlər
i
. Bu iddianı müzakirə etməzdən əvvəl kapitalist istismar sisteminin hansı
şəraitdə formalaşmasına nəzər salaq.
Kapitalist istismarın formalaşması
Orta əsrlərdə Britaniyada kral ailəsi, ona tabe olan Lordlar (Feodlar) və bu
feodların idarə etdikləri torpaqlar var idi. Lordlar bütün İngiltərə, Şotlandiya və
Uels torpaqlarını öz aralarında bölüşdürmüş, krala sədaqət andı içmişdilər. Onların
hər birinin səlahiyyətində yüzlərlər kənd, bir neçə iri və xırda şəhər və qəsəbələr
var idi. Kəndlərdə əsasən fermerlər ailə təsərrüfətı kimi, şəhərlərdə isə sənətkarlar
gildiya formasında birləşərək müəyyən məhsul istehsal edirdilər. Digər bir qrup
isə tacirlər idi. Tacirlər şəhərlərdə istehsal olunan məhsulları və kəndlərdə istehsal
olunan ərzağı kəndlər və şəhərlər arası daşıyırdılar və yaşayışlarını təmin edirdilər.
Lakin XVII əsrdə yüzilliklərlə davam edən bu nizam-intizam dəyişməyə başlayır.
Çin, Hindistan və yeni dünya kəşf olunur. İngilis mallarına tələbat artdıqca tacirlər
şəhər ətrafı qəsəbələrdə məskunlaşan və evlərində fərdi olaraq fəaliyyət göstərən
xalça toxuyanlara, yaxud gildiyalarda fəaliyyət göstərən dəmirçilərə növbəti il üçün
sifarişlər verir, sifarişlər hazır olduqda qapı-qapı gəzib sifarişləri toplayır, ödənişləri
edir və məhsulu gəmilərə yükləyərək Çin şəhərlərinə aparıb satır, əvəzində uzaq
şərqdən müxtəlif ipək paltarlar, xalçalar, ədviyyatlar və zinət əşyaları gətirirdilər.
31
Lakin əyalətdə yaşayan və böyük torpaqları idarə edən lordların bu əşyaları
almağa imkanı çatmırdı. Onlar artıq əsrlərdir ki özləri-özlərini təmin edir, kralın
əmri gələrsə, kəndlərdən cəngavərləri toplayaraq döyüşlərə qatılırdılar. Pulları isə
az idi, çünki təbəələrdən topladıqları məhsulların yalnız kiçik bir hissəsini satırdılar
və müharibələrdən əldə etdikləri mənfəət onların iddialı həyatlarını təmin etməyə
yetmirdi. Amma əvvəllər pulun azlığı feodal lorda hər hansı bir problem yaşatmırdı.
Çünki onun statusunda olan hər kəs aşağı-yuxarı eyni cür dolanırdı. Minlərlə kəndlini
təhkimçi kimi saxlamaq artıq kifayət qədər baha başa gəlirdi. Lakin baş verən
dəyişikliklər nəticəsində şəhərlərdə bahalı libaslar geyinib qiymətli zinət əşyaları
istifadə edən yeni varlanmış tacir-zadəganların həyat tərzi tezliklə feodal lordları
şəhərlərə cəlb edir, eyni zamanda, şəhərdə istehsalatla məşğul olaraq varlanmaq
kəndlilər üçün cəlbedici olmağa başlayır. Beləliklə, həm lordlar daha çox ticarət
yaxud da istehsalata yönəlmək, həm də kəndlilər tədricən daha yaxşı dolanışıq vəd
edən şəhərlərə yönəlməyə başlayırlar. Tacirlər də, öz növbəsində, kəşf olunan yeni
dünya və kontinental Avropa ölkələrində oxşar proseslərin baş verməsi səbəbindən
İngilis məhsullarına artan tələbat qarşısında istehsalatın çoxalmasını tələb edirdilər.
Bu məqsədlə, tacirlər və imkanlı mülkədarlar şəhər ətraflarında fərdi şəkildə ev
istehsalatı ilə məşğul olan sənətkarları eyni müəssisədə birləşdirməyə, fərdlərin
ayrı-ayrılıqda fəaliyyət göstərərkən xammal toplanmasına, üslub fərqinə, hazır
məhsulların toplanmasına daha çox vaxt və enerji itirməkdənsə, onları eyni yerə
yığaraq homogen istehsalı təmin etməyə can atırdılar. Eyni zamanda, belə bir addım
fərdlərin öz fərdi qazancları ilə ayrılıqda ala bilməyəcəkləri istehsalatı sürətləndirən
yeni texnologiyaları almağa imkan verəcəkdi
ii
.
Beləliklə, manufakturalar yaranır və əvvəllər xammalı bazardan alaraq əmək
sərf edib əmtəə yaradan sənətkarlar bu əmtəəni bazarda tələb olunan müvafiq
qiymətə sataraq
1
öz sərf etdikləri əməyin dəyərini, xərcləri çıxdıqdan sonra, yalnız
özləri alırdılarsa, indi onlar başqaları üçün müəssisədə çalışırlar. Bu proses tamamilə
könüllü şəkildə, həm işəgötürən, həm də işçinin əmək şəraiti, əməkhaqqı və digər
1
Əmtəənin bazardakı qiyməti ilə onun dəyəri arasında fərqi burada izah etməyə imkan yoxdur, lakin
bu iki mövhum fərqlidir və “Marksizmdə transformasiya problemi” olaraq müzakirə olunur.
32
№2 İyun 2014
əlaqəli məsələlər barədə razılığı əsasında baş verir. Bəs o zaman istismar necə baş
verir?
Kapitalist istismar
Kapitalın birinci cildinin ilk üç bölməsini Marks öz nəzəriyyəsini izah etmək
üçün əhəmiyyətli olan anlayışların müzakirəsinə həsr edir. Bu anlayışlar Marksın
Əmək Dəyər Nəzəriyyəsi tezisinin əsasını təşkil edirdi. Bu nəzəriyyəyə əsasən,
hər hansı bir əşyanın dəyəri iki formada təzahür edir: istehlak dəyəri və mübadilə
dəyəri. Yəni, istənilən əmtəəni biz ya istehlak edə, ya da bazarda mübadilə edə
bilərik. Bu iki dəyər eyni zamanda həyata keçirilə bilməz
2
. Əgər biz iş qüvvəsini bir
əmtəə kimi qəbul etsək, o zaman onun mübadilə dəyəri, həmin iş qüvvəsinin əmələ
gətirdiyi əmtəənin istehlak dəyərindən fərqlidir. Başqa sözlə, işçinin əməyinin bazar
qiyməti – maaş, onun əməyinin sərf olunması nəticəsində ərsəyə gələn əmtəənin
bazardakı dəyərindən – məhsulun qiymətindən fərqlidir
iii
.
Marksın “Dəyər”, “İstehlak dəyəri”, “Mübadilə dəyəri” anlayışlarının dərinliyinə
getmədən, kapitalist istismarını bir fenomen kimi izah etmək üçün XIX əsrin
İngiltərəsində baş verən proseslərə uyğun bir misaldan istifadə etmək olar. Deyək
ki, yuxarıda sözügedən məhsul xalçadır və müəssisədə çalışan hər bir işçi xalça
istehsalında istifadə olunmuş (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində
xammalın və (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində texnologiyaların
hazırlanmasının
3
müəssisəyə qədər gəlməsinə çəkilən əziyyətlərin toplanmış
dəyərindən sonra (yəni, dörd saat ümumiləşdirilmiş əmək), müəssənin işçiləri
hər bir xalçanın hazırlanmasına ayrılıqda əlavə altı saat ümumiləşdirilmiş əmək
sərf edirlər və beləliklə, bir ədəd xalçanın bazara çıxarılmasının dəyəri on saat
ümumiləşdirilmiş əməyə bərabər olur.
Sadəlik naminə, fərz edək ki, xalça bazarda satılır və xalçanın satış qiyməti
2
Puldan başqa, hər hansı bir əşyanı eyni zamanda həm satmaq, həm də istifadə etmək mümkün
deyil.
3
Texnologiyanın bütövlükdə dəyəri, yaxud bazar qiyməti dəfələrlə çox olsa da, burada hər bir
texnologiyanın istifadə müddəti bitənə qədər istehsal olunmasında istifadə edildiyi hər bir xalçaya
düşən dəyər nəzərdə tutulur.
Dostları ilə paylaş: |