RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə61/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   56   57   58   59   60   61   62   63   64

2 4 2
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
haniliyi  dialoq  və  əməkdaşlıq  sahəsində  dünya  miq­
yasında  fəaliyyəti  ilə  nümunə  ola  bilər,  -  desək, 
yanılmarıq.  Hələ  1991-ci  ildə,  Sovetlər  Birliyi  tərkibində 
Azərbaycan  İslam  Konfransı  Təşkilatının  46-cı  üzvü 
olmuşdur.  Ölkəmizin  dünya  mədəniyyətinə  açıq  və 
dialoqa hazır olması  bütün dövrlərdə təsdiq edilmişdir.
Bundan  başqa,  Azərbaycan  Ruhaniliyi  və  Dini 
Qurumlarla 
İş 
üzrə 
Dövlət 
Komitəsi 
beynəlxalq 
səviyyədə  keçirilən  ən  mühüm  tədbirlərdə  iştirak  edir. 
Bütün  Qafqazın  Şeyxi  2003-cü  ildə  Dünya  Xalq  İslam 
Rəhbərliyi  Təşkilatının  Parisdə  keçirdiyi,  dünyanın  29 
ölkəsindən  100-dən  çox  nümayəndənin  iştirak  etdiyi 
“İslamda  dialoq”  beynəlxalq  konfransında  iştirak  edib. 
“Şeyxülislamın  təşəbbüsü  ilə  2001-ci  ilin  noyabrında 
Bakıda  “İslam  və  terrorizm  bir  araya  sığmazdır” 
mövzusunda beynəlxalq konfrans keçirilmişdir.1
2002-ci  ilin  oktyabrında  ATƏT  Bakıda  “Demokratik 
cəmiyyətdə  dinin  və  əqidənin  rolu:  terrorizm  və 
ekstremizmə  qarşı  mübarizə  yollarının  araşdırılması” 
mövzusunda  beynəlxalq  konfrans  keçirmişdir.  Burada 
“Dini  Liderlərin  Beynəlxalq  Forumu’ nun  təsis  edilməsi 
tövsiyə  olunmuşdur.  Roma  katolik  kilsəsinin  başçısı  papa 
II  İohan  Pavel  Azərbaycan  dövlətçiliyi  tarixində  ilk  dəfə 
ölkəmizə səfər etmişdir.
Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  sədri, 
professor  R.Əliyev  2003-cü  il  martın  4-6-da  Böyük  Bri­
taniya  Lordlar  Palatasında  “Üç  Dinin  Forumu”  (iudizm, 
xristianlıq və  islam)” Təşkilatının  rəhbərliyi  ilə görüşmüş, 
“Dünyəvi  dövlətdə  dinlərin  birgə  yaşayışı.  Azərbaycanın 
pozitiv təcrübəsi” mövzusu ətrafında çıxış etmişdir.
R.Əliyev  demişdir  ki,  belə  forum  Azərbaycanda 
“ 1992-ci 
ildən 
fəaliyyət 
göstərir  və 
şeyxülislam 
A.Paşazadə onun koordinatorudur.”2
1 Россия  и мусульманский мир.  2002, №4, с. 157.
2  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  Bülleteni.  2003,  №7, 
s.7.
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
2 4 3
Azərbaycanda  dinin  inkişafı  yalnız  islam  dininə  aid 
deyil,  bütün  konfessiyaların  fəaliyyətində  müşahidə 
olunur.  Müxtəlif  dini  konfessiyalara  normal  şəraitin 
yaradılması  dialoqun  əsas  şərtlərindəndir.  Azərbaycanda 
1300-ə  yaxın  kilsə,  40-dan  artıq  kilsə,  sinaqoq  və  ibadət 
evləri,  dini  keçmişimizlə  bağlı  500-dən  artıq  müqəddəs 
ocaq  mövcuddur.  Bakıda  Qafqaz  üzrə  ən  böyük  sinaqoq 
fəaliyyət göstərir.
Dinlərarası  dialoq  nəzəri  müstəvidən  sırf  praktiki 
müstəviyə keçmişdir.
Postsovet  məkanında,  MDB-nin  Dinlərarası  Sülh­
yaratma  Forumu  təsis  edilmişdir.  Forumun  təşəbbüskarı 
və  həmsədri,  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri 
Şeyxülislam Allahşükür Paşazadədir.
2004-cü  ildə,  martın  2-4-də  Forumun  ikinci  yığıncağı 
keçirilmişdir.1  Yığıncaqdan  əvvəl,  Moskvanın  və  bütün 
Rusiyanın  patriarxı  II  Aleksi  ilə  görüşən  Şeyxülislam, 
A.Paşazadə,  xalqlar  arasında  dini  dialoq  və  əlaqələrin 
dərinləşməsi  və  genişlənməsinin  qloballaşan  dünyanın 
gələcək mənafeyinə xidmət etdiyini xüsusi vurğulamışlar. 
Bu  baxımdan  dinlərarası  dialoq  həsr  edilən  bu  forumun 
siyasi-mədəni  əhəmiyyətinin də  çox  böyük olduğuna dair 
də fikir mübadiləsi aparılmışdır.
Dinlərarası  sülhyaratma  forumunda  Moskvanın  və 
bütün  Rusiyanın  patriarxı  II  Aleksi,  2001-ci  ildə 
Azərbaycana  gəlişi  zamanı  burada  müxtəlif  dinlərə 
bəslənilən  həqiqi,  səmimi  münasibətin  şahidi  olduğunu 
bir  daha  qeyd  etmişdir.  O  həmçinin  söyləmişdir  ki, 
Şeyxülislam  əsil  dialoq  və  sülh  yaradıcısıdır  və  onlar 
birgə  səylərlə  xalqlar  arasında  sülh  və  həmrəylik  işinə 
xidmət edə bilərlər.
Forumda  “Qafqaz  dördlüyu’nün  -   Azərbaycan,  Ru­
siya,  Gürcüstan  və  Ermənistan  dini  liderlərinin  Qafqazda 
sülhyaratma  fəaliyyəti  sahəsində,  münaqişələrin  nizama 
salınmasında  səylərinin  gücləndirilməsinin  zəruriliyi
1  “ A z ə r b a y c a n ”  q ə z e ti,  2 0 0 3 -c ü   il,  3  m a rt.


244
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
vurğulanmışdır.
Moskvanın  Müqəddəs  Danil  monastrında  keçirilən 
MDB-nin  İkinci  Dinlərarası  Sülhyaratma  Forumunda 
bütün  postsovet  məkanından  300-dək  adam,  o  cümlədən 
din xadimləri, ən müxtəlif konfessiyaların dini icmalarının 
nümayəndələri  toplaşmışlar.  Burada  xüsusi  qeyd  edildiyi 
kimi,  forumun  əsas  məqsədi  millətlərarası  və  dinlərarası 
sülhün  möhkəmləndirilməsi,  cəmiyyətdə  ənənəvi  dini 
dəyərlərin  bərqərar  edilməsi,  qlobal  təhlükələrlə  -  ter­
rorizm  digər  bəlalarla  mübarizə  üçün  MDB-nin  ənənəvi 
dini  təsisatlarının  fəaliyyətini  möhkəmləndirməkdir. 
Şeyxülislam  A.Paşazadə  çıxış  edərək  bildirirdi  ki, 
Azərbaycanda  müxtəlif millət və  dinlərə  mənsub  insanlar 
arasında  dialoq  və  əməkdaşlığın  çoxəsrlik 
dəyərli 
təcrübəsi  mövcuddur  və  belə  forumların  keçirilməsi  bu 
təcrübənin  qorunması  və  daha  da  inkişaf  etdirilməsinə 
şərait yaratmaqdır.
Şeyxülislam  Forumda  Azərbaycan  Prezidenti  İlham 
Əliyevin  bu  fikrini  iştirakçılara  çatdırmışdır:  “İndi  xalqla­
rımızı  narahat  edən  problemləri,  təkcə  dövlətlərarası 
dialoq  prosesində  deyil,  həm  də  millətlərarası  və  din- 
lərarası  dialoqlar  prosesində  aradan  qaldırmaq  olar.  Hu­
manizm,  xeyirxahlıq  və  ədalətlilik  amalları  bütün 'dünya 
dinlərinə  xasdır  və  bu  xalqlar,  ölkələr  arasında  sülhə, 
həmrəyliyə  nail  olmaq  məqsədi  ilə  konfessiyalararası 
konstruktiv ünsiyyətə çox böyük əhəmiyyət verir”.1
Şeyxülislamın  təklifi  ilə  MDB  Dinlərarası  Sülhya­
ratma  Forumunun  növbəti  görüşünün  Bakıda  keçirilməsi 
qərara alınmışdır.
Xalqların  öz  tarixi  kök  və  təməllərinə  bağlılığını 
nəzərə  alaraq,  dinlərarası  dialoqların  daimi  keçirilməsi, 
Azərbaycanda  elmi  ictimaiyyətin  diqqətini  cəlb  edən 
məsələlərdəndir.
Son  illər  Azərbaycanda  “Dinlərin  görüşü”  Mər­
kəzinin  yaradılmasına,  həmçinin  “İslam  və  Demokratiya
1  "Y eni  A zərbaycan” qəzeti.  2003, № 043.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin  dialoqu
245
Mərkəzi”nin  təsis  edilməsinə  dair  layihələr  işlənmişdir.1 
Mədəniyyətdə  və  dində  müxtəliflik  ruhunun  möhkəm­
ləndirilməsi,  cəmiyyətdə  mənəvi  və  demokratik  inkişaf 
yollarının  ahəngini  təmin  etmək  üçün,  dinlərarası 
dialoqun bu mühüm prinsipləri təklif olunmuşdur:
1.  “Həqiqi”  və  “yanlış”,  “ali”  və  “adi”  dinlər  möv­
zusundan inkar edilməsi.
2.  Bütün  dinlər  bəşəriyyəti  Allaha,  həqiqətə  aparan 
müxtəlif yolları ifadə etdirir.
3.  Həqiqət  yollarının  müxtəlifliyi  ilahi  qanunların 
mahiyyətindən  irəli  gəlir və  bəşəriyyətin mənəvi-mədəni 
çoxçalarlığını, müxtəlifliyini əks etdirir.
4.  Liberal-demokratik  dəyərlərin  aşılanması,  öz- 
özlüyündə  dini  mədəniyyətə  və  insanların  müqəddəs 
hisslərinə  təzyiq  göstərməyin  səbəbi  ola  bilməz  və  onun 
mənəvi tənəzzülünə gətirib çıxara bilər.
5.  Hər  bir  xalq  və  ya  hər  bir  insan  sonsuz  həqiqətin 
sonlu  daşıyıcısıdır.  Buna  görə  də  dialoq,  ünsiyyət  və 
qarşılıqlı  təsir  bəşər  mənəviyyatının  zənginləşməsinə 
xidmət edir.
Dünya  dinləri  arasında  xüsusi  dialoq  məkanının 
yaranmasına  hələ  1884-cü  ildə  dinlərarası  “Ümumdünya 
Parlamenti”  yaradılmaqla  cəhd  edilmişdir.  1984-cü  ildə 
parlamentin 
100  illiyi  qeyd  olunmuşdur.  Parlament 
modeli  geniş inkişaf edə bilmədisə də, beynəlxalq  şuralar, 
assambleyalar və s. yaradılır, fəaliyyət göstərir.
Dinlərarası  dialoqun  xüsusi  “dialoq  məkam”nın 
formalaşması  ilə  əlaqədar bəzi  səciyyəvi  cəhətlərini  artıq 
ayırd etmək olar:
1. Norma, prosedura, reqlament sxemlərini əhatə edən 
xüsusi dialoq mədəniyyətinin yaranması.
2.  Ekspert  və  aktivistlərin  sabit  birliyi  çərçivəsində 
xüsusi “dialoq subkulturası” təşəkkül tapır.
3.  Daimi  ünsiyyət  və  əlaqələri  inkişaf  etdirən  dini
1  Bax:  Проблемы  теории,  истории  и  методологии  познания,  Б., 
2001, с.269-270.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə