RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə57/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

226
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mədəniyyətinin  xəzinəsinə  parlaq  töhfə  bəxş  etmiş  ən 
böyük sənətkar, mütəfəkkir filosof olmuşdur.
Nizami  öz  dövründə  və  özündən  sonra  gələn  şair, 
alim  və  filosoflara  çox  böyük  təsir  göstərmiş,  bu  gün  də 
göstərməkdədir.
İslam  bölgəsi  fəlsəfi  poeziyasının  humanizm,  insan­
lara  məhəbbət,  kamillik  və  zəka  prinsiplərini  özündə 
birləşdirən  Nizami  dühası  dünya  mədəniyyətinin  ən 
görkəmli şəxsiyyətlərindəndir.
“Şeyx  Nizami”  rütbəsinə  ucalan  şairin  orta  əsrlər 
islam  mədəniyyətinin,  istər  dini,  istərsə  də  dünyəvi 
mədəniyyət  sahəsində  elə  bir  istiqaməti  olmamışdır  ki, 
onun ideyalarının təsirinə məruz qalmasm.
XIV-XVI  əsrlərdə  Azərbaycan  mədəniyyətinin  inki­
şaf  mərkəzləri  içərisində  Şamaxı,  Təbriz,  Bərdə,  Şəki, 
Gəncə,  Beyləqan,  Naxçıvan  və  s.  seçilirdi.  İslam  dininin 
tədris  edildiyi  dini ocaqlar,  məktəb və  mədrəsələr elm və 
təhsilin  inkişafında  mühüm  rol  oynayırdı.  Bu  dövrdə 
hürufiliyin  banisi  Nəimi,  onun  davamçısı  İ.Nəsimi, 
Qasımi,  X.Təbrizi,  Ə.Marağayi  və  s.  kimi  ölməz  şairlər 
yaşayıb  yaratmışlar.  İncəsənət  və  musiqi  sahəsində
S.Urməvi,  M.İ.Şirvani'  Ə.Q.Marağayi  kimi  musiqişünas­
lar  muğam  və  xalq  sənətini  davam  etdinnişlər,  musiqinin 
nəzəriyyəsinə  dair  əsərlər yazmışlar.  Göstərilən  tarixdən 
Təbrizdə  K.Behzad kimi böyük nəqqaş (miniatür) yaşayıb 
yaratmışdır.  Şeyx Cüneyd  məqbərəsi  (Qusar),  Əlincə  çayı 
üzərində  körpü  (Naxçıvan),  Bakının  Şərq  darvazaları, 
karvansaraları  və  s.-də  bu  dövrdən  qalmadır.  Təbrizin  sa­
ray kitabxanası dünyanın ən zəngin kitabxanalarından idi.
M.Füzuli,  Həbibi,  Şah  İsmayıl Xətai  kimi şairlər XVI 
əsrdə yaşayıb yaratmışlar.
Orta  əsrlər  islam  mədəniyyəti  və  Azərbaycan  de­
dikdə,  Məhəmməd  Füzulinin  fəlsəfi-poetik dühasında  din 
və  islam  mövzusunun  yeri  və  rolundan  söz  açmaq 
zəruridir.  “Erkən  ümumtürk  kültür  enerjisi  ilk  qlobal 
ifadəsini  “Kitabi-Dədə  Qorqud”da,  orta  əsrlərin  və  orta
Fəsil II.  Q loballaşm a və  m ədən iy y ətlərin  dialoqu
227
Asiya Qafqaz çevrəsində ortaq renessansı öz ilk yekununu 
Nizamidə,  türk-islam intihabı öz böyük zirvəsini Füzulidə 
tapmışdır.”1
Orta  əsrlər  Şərqində  və  eləcə  də  Azərbaycanda  heç 
bir böyük şair, sənətkar, mütəfəkkir sufilik  fəlsəfəsi  kimi 
ilahi  dini-fəlsəfi  təlimdən  yan  keçə  bilməmişdir.
M . 
Füzulinin fəlsəfi poeziyasında da sufilik təliminin təsiri 
duyulur.  Dahi  şair  Kərbəla  hadisələrindən  bəhs  edən 
“Hədiqətü-s-süadə” (Xoşbəxtlər bağı) adlı əsər yazmışdır. 
“Hədiqətü-s-süəda”  əsəri  “şahidlik  abidəsi”,  “xoşbəxtlik 
abidəsi” kimi  də tərcümə edilir, səciyyələndirilir.”2 M.Fü­
zulinin  əsərində  Kərbəla  hadisələri  islam  və  şəriət  hü­
dudları  gözlənilməklə,  dinin  ruhuna  uyğun təsvir olunur.3 4
 
Dini  mərasim  və  ənənələr  yaddaşımızı  saflaşdıran, 
kamilləşdirən  amil  kimi  vurğulanır.  M.Füzuli  “Mətləül- 
Etiqad”,  “Leyli  və  Məcnun”,  “Bəngü-badə”,  “Şikayət- 
namə” və s. əsərləri  ilə bütün zamanlar üçün əvəzedilməz 
irs  qoyub  getmişdir.  “Azərbaycan  fəlsəfi  və  ictimai  fikir 
tarixinə,  bütövlükdə  elm  və  mədəniyyətinə  nəzər  salsaq 
görərik  ki,  heç  kim  islam  məsələsi,  dinijdəyərlər,  din 
tarixi və s.  dinlə bağlı məsələlərdə biganə qalmamışdır...
N.  Tusi,  Ş.Sührəvərdi  və  s.  kimi  dahi  mütəfəkkirlərimiz 
din, ilahiyyat mövzusu ilə xüsusi məşğul olmuşlar.'1
Orta  əsrlərdə  Azərbaycana  səyahət  etmiş  məşhur 
səyyahlardan  Övliyə  Çələbi,  Ş.Şarden,  A.Oleari  və 
başqaları  mədəniyyətə  islam  dininin  böyük  təsirini  qeyd 
edirdilər.  Onlar  müxtəlif  sənət  növlərinin  hər  hansı  bir 
müqəddəs  şəxsin  adı  ilə  bağlılığını  göstərirlər.  Məsələn, 
XVII  əsrin  görkəmli  türk  səyyahı  və  diplomatı  Övliyə 
Çələbi  əsərində  32  belə  şəxsin  adını  çəkərək  yazır  ki,
1  Y.Qarayev.  Azərbaycan  ədəbiyyatı:  XIX-XX  yüzillər,  Bakı,  2002, 
s.28.
2 “Çıraq” jurnalı,  1999, №3, s.5-13.
3 M.Fizuli.  Həqiqəti-s-süəda. Bakı, Gənclik,  1993. 364 s.
4  F.Qasımzadə.  Klassiklərimiz və  islam.  “Kəlam” jurnalı,  2002.  №8, 
s.21.


228
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Həzrət  İlyas  -toxuculuq,  Həzrət  Davud  -   silah  və  zirehli 
geyim sənətinin himayəçisi  olmuşlar.
Orta  əsrlər  Azərbaycanda  islam  mədəniyyətindən 
danışarkən  onun  hər  iki  qanadı,  həm  şimali,  həm  də 
cənubi  Azərbaycanın  mədəniyyətini  vəhdətdə  götürürük. 
Azərbaycan  mədəniyyətinin  bütövlükdə  Şərqə,  xüsusilə 
də  İran  mədəniyyətinə  təsirini  mütərəqqi  fars  dövlət  və 
mədəniyyət  xadimləri  dəfələrlə  vurğulamışlar.  Müasir 
İıanın  prezidenti  S.M.Hatəminin  bu  sözlərində  də 
Azərbaycan  mədəniyyətinə  hörmət  və  minnətdarlıq 
hissini  sezməmək  olmaz:  ’’Azərbaycan  ölkənin  ən  dərin 
mədəniyyəti  olan  məntəqəsi  və  İranın  fəxridir...  Azər­
baycan  və  Təbriz  azadlıq  hərəkatının  məhvərlərindondir. 
İslami  İranda  mədəni  cəmiyyətin  qurulması  bu  şanlı 
xalqın  cəhd  və  canfəşanlığının  nəticəsidir.  İslam  mədə­
niyyəti,  İran  islam  mədəniyyəti  və  bizim  təfəkkürümüz 
qəhrəman  Azərbaycana  borcludur.  İslamdan  əvvəlki  və 
sonrakı  bütün  qədim  və  tarixi  əsərlər  göstərir  ki, 
mədəniyyət,  elm  və  ədəbiyyatın  parlaq  keçmişi  bu  mən­
təqə  ilə  bağlıdır.  Azərbaycan  hər biri parlayan  ulduz olan 
böyük 
filosof, 
fəqih, 
alim, 
mütəkəllim, 
şair  və 
sənətkarların  yetişdiyi  beşik  olmuşdur.  Azərbaycan  milli 
vəhdətə  əsaslanan  quruluşun  birinci  paytaxtıdır.  Onlar 
azadlığı  Azərbaycan  üçün  deyil,  bütün  İran  üçün 
istəmişlər.  İran  üçün  azadlıq  və  mədəniyyət  tərzini 
yaradan  qadın  və  kişilərə  salam  olsun!..  Azərbaycanın 
qəhrəman əhalisi, başız uca olsun!”'
Azərbaycan  son  iki  əsrdə  (XIX  və  XX)  mürəkkəb və 
ziddiyyətli,  dramatik  tarix  yaşamışdır.  XIX  əsrdə  bütöv­
lüyü  güney  və  quzey  torpaqlarına  parçalanan  Azər­
baycanın  mədəniyyətini  Rusiya  və  XX  əsrdə  ümumsovet 
mədəniyyəti  kontekstindən  təcrid  olunmuş  şəkildə  təhlil 
etmək qeyri-mümkündür.
1  Təbriz camaatının  yığıncağındakı  nitqi.  “Körpü”  qəz.  1997,  dekabr, 
№5-7.
Fəsil II.  Q loballaşm a  və  m ədəniyyətlərin  dialoqu
229
Azərbaycan  torpağı  hər  dəfə  işğala  məruz  qalanda 
müsəlman  ruhaniliyi  buna  özünəməxsus  şəkildə  xalqın 
maraq  və  mənafeyini  müdafiə  etməklə  və  qanuni  ha­
kimiyyəti  dəstəkləməklə  münasibət  göstərmişdir.  XIX 
əsrdə  çarizmin  işğalçılıq  siyasətinə  cavab  olaraq  Şeyx 
İsmayıl  Siracəddin  Şirvani  Dağıstan  xalqları  ilə  birgə 
xalqı  müdafiəyə  səfərbər edir.  Qurani-Kərimin prinsipləri 
və  “Nəqşbəndi”  sufi  cəmiyyətinin  xalqın  azad  və  müs­
təqil  həyatına  dair  prinsipləri  əsasında  müəyyənləşdi­
rilmiş  müridizm  konsensiyası  S.Şirvaninin  fəaliyyətindən 
başlanğıcını  götürür.  Şirvaninin  davamçıları  Rusiya 
işğalından  80  il  keçəndən  sonra  belə  çar  məmurlarının 
siyasətinə  qarşı  duran  əsas  qüvvə  idi.  Dinin  cəmiyyət 
həyatında  müstəsna  rol  oynadığını  nəzərə  alan  çar 
Rusiyası  1872-ci  ildə  Tiflisdə  Ruhani  idarəsi  təsis  edir və 
Dövlət  siyasətinin  yürüdülməsində  onların  dəstəyinə 
ümid edir.
XX  əsrin  əvvəllərində  islam  dini  və  müsəlman 
ruhaniliyi,  güclü  sosial bazaya  malik real  siyasi  qüvvə  idi, 
buna görə də dövlət idarəetmə sisteminə cəlb edilmişdi.
“XIX  əsrdə  Qafqazda  çar  rejiminə  ciddi  təhlükə 
yaradan  ruhanilik  XIX  əsrin  sonu-XX  əsrin  əvvəllərində 
iri  feodal  sinfindən  sosial  təbəqəyə  çevrilməyə  doğru 
tənəzzül  etmiş,  bolşeviklərin  1917-ci  il  Dekretinə  əsasən 
ruhaniliyin sinif kimi ləğv edilməsi qarşıya qoyulmuşdu”.1
Bolşevik  sovet  hakimiyyətinin  ruhaniliyin  intellektual 
nümayəndələrini  məhv  etmək  siyasəti  nəticəsində  mü­
səlman  ruhanilərinin  əsas  vəzifəsi  matəm  mərasimlərini 
icra etmək oldu.
Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  dünyəvi 
mədəniyyətin  çox  böyük  uğurlar  qazanması,  dünya 
şöhrətli  Azərbaycan  mədəniyyət  xadimlərinin  şöhrət  və
1 В.Кулиева.  Роль  и  позиция  мусульманского  духовенства  в соци­
ально-политической  и  культурной  жизни  Азербайджана  в  XIX  -  
начале XX  вв. Баку, 2003, с.4.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə