Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə204/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

410 

 

etmək  uğrunda  yunanlar  mübarizəyə  başladılar.  E.ə.  V  əsrin  70-ci  illərində 



yunanlar Egey dənizində bir sıra adaları tutdular və  Bizans (Vizanti) koloniyasını 

ələ keçirdilər. Bu isə öz növbəsində Kiçik Asiyadakı yunan şəhərlərinin iranlılara 

qarşı  üsyanına  səbəb  oldu.  Buna  cavab  olaraq  iranlılar  Yunanıstana  qarşı  yeni 

yürüş  hazırladılar,  amma  Afina  sərkərdəsi  Kimon  e.ə.  469-cu  ildə  İran 

donanmasını Evrimedont çayının mənsəbində darmadağın etdi. Bundan sonra hərbi 

əməliyyatlar  müvəqqəti  dayandırıldı.  E.ə.  454-cü  ildə  iranlılara  qarşı  üsyana 

başlamış misirlilərə yardım üçün cəhd göstərən Afina donanması Nilin mənsəbində 

darmadağın edildi. E.ə. 449-cu ildə iranlıların Kiprin  Salamin şəhəri yaxınlığında 

darmadağın  edilməsindən  sonra  yunanlarla  iranlılar  arasında  Kalli  sülhü  adlanan 

saziş  imzalandı.  Sazişin  şərtlərinə  görə,  İran  vəd  edirdi  ki,  daha  Egey  dənizinə 

donanma çıxarmayacaq, qoşunlarını Kiçik Asiya sahillərindən 3 günlük məsafədən 

yaxın  saxlamayacaq,  Afina  isə  Kipri  tərk  etməyi,  öz  qarnizonlarını  Əhəməni 

dövlətinin  təbəəliyində  hesab  edilən  Kiçik  Asiyadakı  yunan  şəhərlərindən 

çıxarmağı vəd edirdi. 



"yunan  odu"

 

-  qatran,  neft,  kükürd,  şora  və  s.  aşqarlardan  ibarət  su  ilə 

söndürülməyən  yandırıcı  qarışıq.  Bizansda  kəşf  olunmuşdur.  VII  -  XV  əsrlərdə 

"yunan  odu"  dəniz  döyüşlərində  və  qalaların  mühasirəsi  zamanı  istifadə 

olunmuşdur. 

YUNESKO

 

-  maarif,  elm  və  mədəniyyət  məsələləri  üzrə  (ingiliscə  adının 



baş hərfləri ilə) BMT-nin 1946-cı ildə yaradılmış hökumətlərarası ixtisaslaşdırılmış 

təşkilatı. 



yunker

 

(alm. "yunq herr" - "gənc ağa") - Prussiyada və Almaniyanın digər 



yerlərində mülkədarların adı. 

Yunona

 

-  Qədim  Roma  mifologiyasında  baş  ilahələrdən  biri,  Yupiterin 

arvadı. Yunan ilahəsi Hera ilə eyniləşdirilirdi. 

Yupiter 

-  Qədim  Roma  mifologiyasında  baş  allah.  Yupiter  qədim  yunan 

allahı Zevslə eyniləşdirilirdi. 

yurisdiksiya

  -  1)  müvafiq  məhkəmə  orqanlarının  mülki,  cinayət  və  digər 

işlərə  baxıb  onları  həll  etmək  səlahiyyəti;  2)  dövlət  müəssisəsi  və  ya  dövlətin 

səlahiyyətinə aid olan məsələlər. 



Yustinian  I

  -  Bizans  imperatoru  (527  -565).  Yustinian  Roma  imperiyasını 

ilkin sərhədlərində bərpa etməyə cəhd göstərir. 20 ildən artıq davam edən aramsız 

müharibələr  nəticəsində  o,  Şimali  Afrikada  vandalların  krallığını,  Siciliyanı, 

İtaliyada  ostqotların  krallığını  istila  edir  və  İspaniyanın  cənub  hissəsini 

vestqotlardan  ala  bilir.  Ağır  vergilərdən  əziyyət  çəkən  Bizans  əhalisi  üsyanlara 

başlayır  və  bu  üsyanlar  Yustinian  tərəfindən  amansızcasına  yatırılır.  Uzunsürən 

müharibələrdən sonra Yustinian şərqdə ərazilərinin bir hissəsini Sasanilərə güzəştə 

getmək  məcburiyyətində  qalır.  Yııstinianın  dövründə  Roma  qanunları 

sistemləşdirildi  və  "Yustinianın  qanunnaməsi"  tərtib  edildi.  Onun  dövründə 

Konstantinopolda  Müqəddəs  Sofiya  məbədi  və  Dunay  sərhədi  boyunca  qalalar 



411 

 

sistemi inşa edilmişdi. Yustinianın ölümündən az sonra  Bizans imperiyası qərbdə 



ələ keçirdiyi, demək olar ki, bütün torpaqları itirdi. 

Yuy-di

  (tam  adı:  Yuy-xuan  Şan-di  -  "Ali  hökmdar  -  Nefrit  padşah")  - 

Qədim Çində populyar olan əfsanənin qəhrəmanı. Səmanın şər allahı sel yaradanda 

və  bütün  Yer,  demək  olar  ki,  sahilsiz  dənizə  çevriləndə  böyük  Yuy-di  insanlara 

damba  (torpaq bənd) və kanallar tikməyi, böyük çayların suyunun okeana axması 

üçün onların mənsəbini dərinləşdirməyi öyrətdi. Sonrakı dövr xalq mifologiyasında 

Yuy-di  bütün  kainatın  -  göylərin,  Yerin  və  yeraltı  dünyanın,  bütün  allahların  və 

ruhların ona tabe edildiyi baş hökmdardır. 



Yüzillik  müharibə

  -  1337  -  1453-cü  illərdə  Giyen,  Normandiya,  Anju  və 

Flandriya  üstündə  İngiltərə  ilə  Fransa  arasında  baş  vermişdir.  İngiltərə  kralı  III 

Eduardın  (Fransa  kralı  IV  Gözəl  Filippin  nəvəsi)  Fransa  taxt-tacına  iddia  etməsi 

Yüzillik müharibə üçün bəhanə oldu. "Sipər pulu" sayəsində əla təşkil edilmiş və 

peşəkar  şəkil  almış  ingilis  qoşunları  fransız  rıtsarlarından  daha  üstün  idilər. 

İngilislərin çoxsaylı piyadaları azad kəndlilərdən təşkil olunmuşdu. İngilis piyada 

oxçuları 600 addımlığa  ox atır, 200 addımlıqdan isə  rıtsar  zirehli  geyimini  vurub 

tam  deşə  bilirdilər.  İngilis  qoşunları  Sleys  (1340),  Kresi  (1346),  Puatye  (1356) 

yaxınlığında  qələbə  çaldılar,  sonuncu  döyüşdə  isə  Fransa  kralını  əsir  götürdülər. 

1360-cı  ildə  Bretinyidə  bağlanmış  müqaviləyə  əsasən,  Fransa  ərazisinin  xeyli 

hissəsi  İngiltərənin  əlinə  keçdi.  XIV  əsrin  70-ci  illərində  ingilislər  Fransadan, 

demək  olar  ki,  tamamilə  qovuldular.  Lakin  Azenkur  (1415)  yaxınlığındakı 

qələbədən sonra ingilislər burqundlarla birlikdə Fransanın şimalını tutdular. 1429-

cu  ildə  Fransa  qoşunları  Janna  d’Arkın  başçılığı  ilə  Orleanı  mühasirədən  azad 

etdilər. Janna d’Ark Fransa kralı vəliəhdinin Reymsdə tac qoymasına nail odlu. Az 

sonra  Janna  d’Ark  əsir  düşdü,  amma  artıq  təşəbbüs  fransızların  əlinə  keçmişdi. 

Yüzillik müharibə Bordoda ingilislərin təslim olması ilə (1453) başa çatdı. Fransa 

ərazisində  İngiltərə  yalnız  Kale  limanını  (1558-ci  ilə  kimi)  öz  əlində  saxlaya 

bilmişdi. 

 

- Z - 

 

zadəganlar,  zadəganlıq

  -  feodal  dövlətlərdə  ali,  imtiyazlı  süklərdən 

(ruhanilərlə  bərabər)  biri.  Onların  siyasi  qüdrətinin  əsasını  təhkimli  kəndlilərin 

işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi. 

zahid 

-  tərki-dünya,  dünyəvi  həyatdan  könüllü  imtina  edib,  adamsız 

yerlərdə,  təklikdə,  səhra  yerlərdə  məskunlaşan  insan.  Təklikdə  dərvişlik  həyatı 

sürən (hər şeydən imtina edən) zahid Allahla mənəvi birliyə qovuşmağa çalışırdı. 



Zakir  Qasım  bəy

  (1784  -  1857)  -  Azərbaycan  şairi,  Şuşada  yoxsullaşmış 

zadəgan  ailəsində  doğulmuşdur.  Zakirin  ədəbi  irsi  müxtəlif  janrlarda  və 

mövzularda  yazılmış  şer  və  təmsillərdən  ibarətdir.  Şairin  bir  çox  əsərləri  onun 

sağlığında işıq üzü görməmişdir. Onun siyasi satirasının hədəfi xalqı qarət edən çar 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə