Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə200/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

402 

 

"veto  hüququ"  dövlət  başçısına  verilir,  o,  nümayəndəli  hakimiyyət  orqanları 



tərəfindən  qəbul  olunmuş  qanunvericilik  aktlarına  veto  qoya  bilər;  3)  BMT 

Təhlükəsizlik Şurasının üzvləri olan dövlətlər "veto hüququ"na malikdirlər. 



Veymar respublikası

 - Almaniyada 1918-ci il Noyabr inqilabı nəticəsində 

yaranmış  respublika.  Veymar  şəhərində  qəbul  olunmuş  konstitusiyaya  görə  belə 

adlandırılmışdır.  1933-cü  ildə  Hitler  hakimiyyətə  gələndən  sonra  ömrünü  başa 

vurmuşdur. 

vəhhabilər 

(ər.  "əl-Vəhhabiyyə")  -  XVIII  əsrin  ortalarında  Ərəbistanda 

Məhəmməd  ibn  Əbd  əl-Vəhhabın  təlimi  əsasında  sünnilər  arasında  meydana 

gəlmiş  dini-siyasi  hərəkatın  tərəfdarları.  əl-Vəhhab  1703/1704-cü  illərdə  qazı 

ailəsində  anadan  olmuş,  dini  təhsil  almış,  gənc  yaşlarında  Ərəbistan  və  qonşu 

ölkələrə çoxlu səyahətlər etmiş, sonra  isə öz təlimini yaymağa başlamışdır. Onun 

təliminin əsasını Allahın təkliyi haqqındakı düşüncələr 

təşkil  edirdi:  "Allah  törənişin  yeganə  mənbəyidir  və 

yalnız O, səcdə olunmağa layiqdir, amma müsəlmanlar 

müqəddəslərə  etiqadla  və  müxtəlif  yeniliklər  tətbiq 

etməklə  bu  prinsipdən  uzaqlaşmışlar".  Vəhhabilərə 

görə,  islamın  təmizlənməsi  və  onun  ilkin  vaxtlardakı 

normalarına  qayıtmaq  zəruridir.  Vəhhabilər  ictimai-

siyasi  sahədə  sosial  harmoniya,  bütün  müsəlmanların 

qardaşlığı  və  birliyini  təbliğ  edir,  islamın  əxlaqi-etik  prinsiplərinin  ciddi 

qorunması, cah-calalın, tamahkarlığın ittiham olunması çağırışı ilə çıxış edirdilər. 

Çoxallahlılara  və  erkən  islam  prinsiplərindən  "uzaqlaşan"  müsəlmanlara  qarşı 

cihada  mühüm  yer  verilirdi,  belə  ki,  hesab  olunurdu  ki,  əslində,  həmin 

müsəlmanlar  "çoxallahlıdırlar".  Öz  rəqiblərinə  qarşı  inam  və  ekstremizm 

məsələlərində  mübarizədə  erkən  vəhhabiliyə  qatı  fanatizm  xarakterikdir.  XVIII 

əsrin  40-cı  illərinin  ortalarından  əl-Vəhhab  Ərəbistan  yarımadasında  siyasi 

mübarizəyə  qoşulmuşdu,  onun  təlimi  Ərəbistanı  öz  hakimiyyətləri  altında 

birləşdirmək  istəyən  əl-Səud  nəsli  nümayəndələrinin  mübarizə  bayrağına 

çcvrilmişdi.  Sonralar  isə  Səudilər  dövlətinin  -  Səudiyyə  Ərəbistanının  rəsmi 

ideologiyası  oldu.  XIX  əsrin  əvvəllərində  vəhhabilik  Ərəbistan  yarımadasının 

əksər hissəsində mövqeyini möhkəmlətdi, sonra isə Hindistan, İndoneziya, Şərqi və 

Şimali  Afrikada  yayıldı.  SSRİ-nin  dağılmasından  sonra  vəhhabizm  Orta  Asiya 

respublikalarında, eləcə  də  faktik olaraq Çeçenistanda  (İçkeriya  Respublikasında) 

yayılmağa  başladı.  Hazırda  vəhhabilər  Azərbaycan  Respublikasında  da  yuva 

salmağa cəhd göstərirlər. 



vəqf

  -  müəyyən  məqsədlər  üçün  nəzərdə  tutulan  və  özəlləşdirilməyən 

əmlak:  1)  ən  geniş  mənada  -  müsəlmanlar  tərəfindən  fəth  olunmuş  və  onlardan 

xərac  ödənilən  torpaqlar;  2)  daha  məhdud  və  ürnumişlək  mənada  -  gəlir  və  ya 

məhsulun tam və ya bir hissəsinə mülkiyyət hüququnun məhdudlaşdırıldığı əmlak; 

3)  dini-xeyriyyə  məqsədləri  üçün  nəzərdə  tutulmuş  özəlləşdirilə  bilməyən  əmlak. 



403 

 

Bu  mənada  müsəlman  dini  müəssisələrinə  mənsub  olan  torpaq  sahələri  də  vəqf 



hesab olunur. 

vətəndaş

 - qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət 

qarşısında öhdəliyi olan adam. 



Vətəndaş  müharibəsi

  -  bir  ölkə  daxilində  onun  vətəndaşları  arasında  baş 

verən müharibə. 



vətənpərvər

 (patriot) - vətənə dərin məhəbbət hissi bəsləyən insan. 

vəzir

  -  Şərq  ölkələrində  dövlət  inzibati  aparatının  başçısı.  Quranda  həmin 

söz  ilkin  mənasında  ("köməkçi")  işlənilir.  Vəzirin  əsas  fəaliyyət  dairəsi  inzibati-

maliyyə işləridir; adətən ordu və məhkəmə məsələləri onun tabeliyində olmurdu. X 

əsrdən,  xüsusilə  də  Ərəb  xilafətinin  şərqində  iri  hökmdarların  hamısının  vəziri 

olmuşdur. Osmanlı imperiyasında bir neçə vəzir olmuşdur və onlardan yalnız biri - 

baş  vəzir  (ulu  vəzir)  sultana  məlumat  vermək  ixtiyarına  malik  idi.  Dövrümüzdə 

"vəzir" sözü "nazir" məfhumu ilə ehtiva olunur. 

Vəzirov

 Nəcəf bəy (1854 - 1926) - görkəmli Azərbaycan dramaturqu. Əsas 

dram  əsərləri:  "Daldan  atılan  daş  topuğa  dəyər",  "Sonrakı  peşmançılıq  fayda 

verməz",  "Adı  var,  özü  yox"  və  Azərbaycan  ədəbiyyatında  ilk  faciə  "Müsibəti-

Fəxrəddin". 



Vidadi 

Molla  Vəli  (1709  -  1809)  -  Azərbaycanın  lirik  şairi.  Vidadi 

Şəmkirdə  anadan  olmuşdur.  O  burada  ibtidai  təhsil  almış,  sonra  isə  kənd 

məktəblərində dərs demişdir. Vidadi bir müddət Qarabağ xanlığında və gürcü çarı 

II İraklinin sarayında  yaşamışdır. O, Füzulinin davamçısıdır.  Onun bir çox şerləri 

xalq  aşıq  poeziyası  formasında  yazılmışdır.  Vidadi  qoşma  və  gəraylı  ustası  kimi 

tanınır.  O  öz  şerlərində  feodal  qayda-qanunlarından  narazılığını  ifadə  etmişdir. 

Qazaxda "Gəmiqaya" deyilən yerdə dəfn olunmuşdur. 



vikinqlər

 - VIII - XI əsrlərdə Avropa ölkələrinə talançı və işğalçı yürüşlər 

etmiş skandinav tayfaları. Qərbi Avropada vikinqləri "normanlar", Kiyev Rusunda 

isə  "varyaqlar"  adlandırmışlar.  VIII  əsrdə  yelkənli  qayıqlarla  Qərbə  yollanan 

vikinqlər  İslandiyaya,  Britaniyaya,  Avropa  qitəsi  və  Aralıq  dənizi  sahillərinə 

soxulmuşlar.  Vikinqlər  Baltik  dənizindən  Kiyev  Rus  dövlətinin  çayları  vasitəsilə 

Qara  dənizədək  gəlib  çıxır  və  Bizans  imperiyası  şəhərlərini  talayırdılar.  Bu 

ölkələrin  hökmdarları  vikinqlərə  müqavimət  göstərmədən  xərac  ödəməklə 

talanlardan  qurtarmağa  üstünlük  verirdilər.  Vikinqlərin  mədəniyyət  nümunələri 

saqalardır. 

Viktoriya

 - Qədim Roma ınifologiyasında qələbə ilahəsi; qədim yunanların 

Nike ilahəsinə uyğundur. 



vilayət

 - Türkiyədə inzibati-ərazi vahidi.  Vilayətlərə bölgü    1866-cı  ildə 

tətbiq  olunmuşdur,  bu  vaxta  qədərsə  əsas  inzibati  vahid  əyalət  idi.  Vilayətin 

başında hökumət tərəfindən təyin olunan vali durur. Vilayətlərdə yerli özünüidarə 

orqanı seçkili məclisdir. 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə