Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
180 
Şəfəqnur dinmədi. 
Ziyad  siqareti  alışbırıb  arvadın  sümükləri  çıxmış 
barmaqlarının arasında qoydu. 
- Bəlkə həkim çağırım? 
Arvad  gözlərini  televizora  dikib,  göz  qırpmadan  ekrana 
baxır,  elə  bil,  o  sehirli  şüşənin  arxasından  dərdinə  çarə 
gözləyirdi. 
Ziyad televizorun səsini bir az qaldırdı. Efirdəki yaraşıqlı 
qız həyəcanlı-həyəcanlı danışırdı. 
-  Demə,  Azərbaycanda  yaşamış,  Azərbaycanın  çörəyini 
yemiş  ermənilərin  də  çörəkləri  dizlərinin  üstündəymiş. 
Amerikadakı  erməni  lobbisinin  liderlərindən  olan  keçmiş 
bakılılar  Karina  və  Zarina  Kasparova  bacıları  Azərbaycan 
əleyhinə  mənfi  rəy  yaratmaqdan  yorulmurlar.  Onlar  çap 
etdirdikləri «Erməninin göz yaşları» kitabında… 
Ziyad  televizoru  söndürdü.  Özünü  itirmiş  halda  otaqda 
var-gəl elədi.  Arvadın  yanına  gəlib  yenə  stulda  əyləşdi. Başını 
qaldırıb  arvada  baxanda…  Arvad  artıq  keçinmişdi.  Siqaret  isə 
hələ də sümükləri çıxmış barmaqlarının arasında tüstüləyirdi. 
Ziyad  nə  edəcəyini  bilmədi.  Bayıra  çıxıb  kimisə  köməyə 
çağırmaq istədi. Darvazanın yanına çatanda qapının ağzında bir 
qadının dayandığını gördü: 
- Siz kimsiniz? 
- Mən… Siz məni tanımazsınız. 
- Bəs sizə kim lazımdır? 
- Bura Şəfəqnur xanımın evi deyil? 
- Bəli. 
- Şəfəqnur xanım hardadır? 
- O, artıq dünyada yoxdur. 
- Necə? 
- Şəfəqnur xanım indicə keçindi. 
Ziyad  qeyri-ixtiyari  qollarını  açıb  tanımadığı  qadını 
bağrına  basdı.  Hönkürüb  ağladı.  Qadın  da  dinmədən, 


 
181 
danışmadan,  sakitcə  başını  yad  kişinin  sinəsinə  qoyub 
ağlayırdı. 
- Sizin adınız Səbrigül deyil? 
- Siz məni tanıyırsınız? 
- Tanıyıram. 
- Hardan tanıyırsınız? 
- Şəfəqnur xanım sizin haqqınızda mənə çox danışıb. 
Şəfəqnuru  dəfn  edib,  yenə  evə  qayıtmışdılar.  Onlardan 
başqa qonşulardan da iki-üç nəfər var idi. Oturanlar Şəfəqnurun 
yaxşı  insan  olduğundan  danışır,  keçmişi  haqqında  bildiklərini 
dillərinə  gətirib,  dünyanın  faniliyindən  gileylənirdilər.  Bir 
azdan  Şəfəqnur  haqqında  xatirələrə  yekun  vurdular.  Bir-birini 
tanımayanlar  özlərini  tanıtmağa  başladılar.  Ziyad  Səbrigülü 
qiyabi  tanısa  da,  onun  sonrakı  taleyi  barəsində  eşitmək 
istəyirdi. Söhbəti dərədən, təpədən  dolandırıb axır ki,  onun öz 
üstünə  gətirə  bildi.  Bu  vaxt  qonşular  sağollaşıb  getmək 
istəklərini  bildirəndə  Ziyad  ürəyində  qəmginləşdi.  Səbrigülün 
sonrakı  taleyini  oxumağın  daha  mümkün  olmadığını  düşünüb 
gedənləri  alaqapının  ağzına  qədər  yola  saldı.  Geri  çevriləndə 
Səbrigülün də getməyə hazır vəziyyətdə dayandığını gördü.  
- Siz də gedirsiniz? 
- Bəli, gedirəm. 
- Bəs… 
- Allah ona rəhmət eləsin! 
- Onda gözləyin. Qapıları bağlayım, mən də sizinlə çıxım. 
Daha məni buraya çəkib gətirən qüvvə yoxdur. 
Qaranlığı  tutub,  bağların  arasındakı  torpaq  yolla 
maşınların şütüdüyü şosse yoluna tərəf gedirdilər. Ziyadın evdə 
verdiyi  sualın  cavabını  Səbrigül  indi,  bu  qaranlıq  bağların 
arasında qaytarırdı. 
- Məni Bakıda qalmağa qoymadılar. Bilirdim ki, bunların 
hamısını  edən  Afinanın  özüdür.  Hətta,  onun  məni  öldürmək, 
aradan  götürmək  planı  da  var  imiş.  Ucqar  bir  rayona  gedib 


 
182 
çıxdım.  İnanırsınızmı,  orada  da  rahat  yaşamağa  qoymadılar. 
Partiya  Komitəsinin  ikinci  katibi  Suren  Dallakyanın  gizli 
tapşırığı ilə günümü-güzəranımı göy əskiyə bükdülər. Rayonda 
həkim  işləyən  Hayrik  adında  həkim  məni  müalicə  adı  ilə  pis 
günə  qoydu.  Onun  yazdığı  iynələrin  təsirindin  əsəb  sistemim 
büsbütün  pozuldu.  Bu  həkimin  müalicəsinin  təsiri  sonralar  da 
özünü göstərdi. Üzr istəyirəm… antimüalicənin səbəbindən ərə 
gedəndən  sonra  yeddi  il  övladım  olmadı.  Çox  həkimlərin 
yanına getdim, çox müalicələr aldım. Axır ki, bir övladım oldu. 
Qızımın  adını  Şəfəqnur  qoydum.  Sonralar  məlum  oldu  ki,  bu 
erməni həkim insanların başına nə oyunlar gətirib. Təəssüf ki, 
biz  müsəlmanlara  çox  şeylər  gec  çatır.  Ayılanda  başımıza 
gətirilənlərdən  dəhşətə  gəlməkdən  başqa  əlacımız  qalmır…  O 
rayonda  da  qala  bilmədim.  Başımı  götürüb  daha  uzaqlara, 
Afinanın əlinin çatmadığı yerlərə qaçdım. 
-  Onun  və  onun  millətindən  olanların  əllərinin  çatmadığı 
yer var idimi, yəni? 
-  Özümü  gizlətməyə  çalışdım,  öz  vətənimdə  vətənsiz 
yadlar kimi yaşadım. 
- İndi xoşbəxtsənmi barı? 
- Xoşbəxtlik nisbidir. Hər halda, mən özümü bədbəxtlərin 
yanında  xoşbəxt,  xoşbəxtlərin  yanında  bədbəxt  kimi  təsəvvür 
edirəm… 
Ziyad da Səbrigülin verdiyi aramsız suallara cavab verdi. 
Şəfəqnurun və yaxınlarının sonrakı taleləri haqqında bu qəmgin 
baxışlı xanımı məlumatlandırdı. 
Sonra öz taleyindən danışdı. Ancaq sona çatdıra bilmədi. 
Çünki  artıq  əsas  yola  çıxmışdılar.  Bir  taksi  yaxında  dayanıb 
onların  maşına  əyləşmələrini  gözləyirdi.  Daha  gecikmək, 
maşını  yola  salmaq  olmazdı.  Axı  artıq  gecə  keçirdi.  Qaranlıq 
bütün  zülmətini  onların  ətrafına  səpələmişdi.  Arxada  işıq  yox 
idi.  O  işığı  Tanrı  birdəfəlik söndürmüşdü. Qabaqda  isə nələrin 
baş vercəyindən asılı olmayaraq, həyat onları gözləyirdi. 


 
183 
 
 
    
*** 
 
Şəhərə  yağış  yağırdı.  Buna  yağış  yağmaq  da  demək 
olmazdı. Elə bil gözü enli xəlbirlərlə göydən yerə su ələyirdilər. 
Bütün  şəhər  süya  basılmış  quşa  bənzəyirdi.  Xiyabanlardan, 
küçələrdən,  evlərin  yan-yörəsindən  yağış  suları  axıb  gedirdi. 
Adama  elə  gəlirdi  ki,  buludlar  çəkilib  gedəsi  deyil.  Yağış 
dayanası  deyil  və  beləcə  aylarla,  illərlə  göydən  yağış  axacaq, 
adamları  qərib  və  qəribə  hisslərin  təsiri  altında  saxlayacaq. 
Nazəningilin  köçdükləri  təzə  həyət  evi  də  yağış  sularının 
altında  yazıq və  zavallı görsənirdi.  Nazənin  namaz qılırdı, dua 
edirdi,  Allaha  yalvarıb  ondan  yağışını  kəsməyi  diləyirdi. 
Yağışsa  kəsmir,  yağır,  elə  hey  yağırdı.  Yağışın  belə  dəli-dəli 
yağması  onun  işlərinə  də  maneçilik  törədirdi.  Üç-dörd  gündə 
onların  evinə  heç  on  adam  gəlməmişdi.  Bu  da  Nazənini 
əsəbiləşdirir,  darıxdırır,  sıxıntıya  salır,  onun  sinir  sistemini 
tarıma  çəkirdi.  Şahnaz  da  Dubaydan  gələndən  sonra  hələ  ona 
dəyməmişdi. Telefonla zəng edib hal-əhval tutmuşdu, Dəryanı 
soruşmuşdu,  vəssalam.  Nazənin  də  doluxsunub  qızını  neçə 
gündü görmədiyini demişdi və Şahnaza dönə-dönə tapşırmışdı 
ki,  burda  olmasa,  xaricdə  bir  yaxşı  həkim  tapsın,  Dəryanı 
aparıb müalicə eləsinlər. 
Dəryanın  bətnində  olan  birinci  uşaq  üç  aylığında  tələf 
olmuşdu.  İkinci  uşağı  da  qalmamışdı.  O  da  üç  aylığında 
boğulmuşdu. Həkimlər zor-bəlayla Dəryanı xilas eləmiş, uşağın 
cəsədini  çıxarıb  atmışdılar.  Buna  görə  ikinci  dəfəydi  qızı 
Şahnaza  qoşulub  Dubaya  gedə  bilmirdi.  Bundan  Şahnaz  da 
pəjmürdə olduğunu dilinə gətirir, Dubayda Dəryasız darıxdığını 
deyir  və  tezliklə  Dəryanın  müalicəsini  başa  vurmasını  və 
onunla xaricə getməsini arzu edirdi. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə