Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
159 
Hələ  üstəlik  zavallı  qıza  böhtan  atdığına  görə,  onun  özünün 
həbs olunmasının lazım olduğunu polislərə çatdırdı… 
Ürəyi  yaman  istəyirdi  Səbrigülü.  Heç  olmasa  bircə  dəfə 
onun  üzünü  görmək,  bağrına  basmaq,  ondan  əfv  olunmasını 
diləmək  indiki  məqamda  bəlkə  də  Şəfəqnurun  birinci  arzusu 
idi. 
Bildiyi  yerlərə  baş  vurdu.  Onu  tapammadı. Şəhərdə dəli-
dəli gəzdi, qızı görəmmədi. 
Və gəzdikcə, Səbrigülün həsrətini çəkdikcə gəlininə olan 
nifrəti  daha  da  çoxaldı,  getdikcə  alovlanıb  cəhənnəm  atəşinə 
döndü. 
Məmmədbəydən izin alıb Səbrigül doğulan rayona getdi. 
Onların evlərinə baş çəkdi. Amma onu yenə tapa bilmədi. 
Xəstələnib  yatağa  düşdü.  Bir  müddət  ürəyindən  yatdı. 
Özünə gələn kimi son güman elədiyi Səbrigülün təhsil aldığı ali 
məktəbə  gəldi.  Və  müəllimlərdən  biri  Səbrigülün  ünvanını 
bildiyini  deyəndə  Şəfəqnur  yıxılmamaq  üçün  divardan  tutdu. 
Alaqaranlıqda  deyilən  ünvana  gələndə,  Şəfəqnur  üçün  sanki 
zaman dayanmışdı. Səbrigülü o ünvanda tapmasaydı, bəlkə də, 
zaman onun üçün birdəfəlik dayanardı. 
Qapını  elə  Səbrigülün  özü  açdı.  Şəfəqnuru  görən  kimi 
dartıb qapını bağlamaq istədi. Şəfəqnur qoymadı. Zorla içəriyə 
girib Səbrigüllə üz-üzə  dayandı. Nə qədər beləcə  durduqlarını, 
göz qırpmadan bir-birlərinə baxdıqlarını bilmədilər. Bir də onu 
gördülər ki, qucaqlaşıb ağlayırlar. 
-  Məni  bağışla,  qızım,  səhv  eləmişəm...  O  yumruqlarımı 
ananın balasına nəvazişi say, məni halal elə. 
- Elə demə, Şəfəqnur xanım. 
- Sənə böhtan atdığıma görə məni əfv etməsən, o dünyada 
cəza çəkməli olacağam. 
- Allah eləməsin. 
-  Sənsiz  qala  bilmərəm,  qayıt  gedək  evimizə.  Evimiz 
sənsiz elə yetim görünür ki. 


 
160 
Səbrigülün  bir  otaqda  qaldıqları  rəfiqələri  bir  qıraqda 
dayanıb, bu mənzərəni çaşqınlıqla seyr edirdilər. 
-  Sizə  dediyim  gözəl  insan,  bax  budur,  -  Səbrigül  başını 
Şəfəqnurun çiynindən qaldırıb qızlara baxdı. 
Şəfəqnur  Səbrigülün  sözlərini  tam  səmimi  qəbul  elədi, 
hönkürüb qızı bir az da ürəkdən bağrına basdı. 
Evə qayıdanda hər şey  Səbrigülə aydınlaşdı. O,  əlləri ilə 
başını tutub, Şəfəqnurun dediyi sözləri eşitmək istəmədi. 
- Deməli, evdən sizin ləl-cəvahiratınızı aparıblar? 
- Bəli. 
- Kim aparıb? 
- Gəlinim Afina. 
- Bütün bunlar onun deyildi ki? 
- Nə bilim?! 
Səbrigül Afinanın onlara tez-tez gəldiyini də dedi. 
- Bəs onun gəldiyini mənə niyə demirdin? 
-  Deyə  bilmirdim.  Məni  qorxutmuşdu  ki,  onun  gəldiyini 
sizə desəm, başıma oyun açacaq. Hətta, bir dəfə... 
- Hə, danış. 
- Evə gələndə cibindən bir kağız düşmüşdü. 
- O nə kağız idi? 
- Deyəsən, vəsiqəydi:  «Erməni Milli Birliyi»nin vəsiqəsi. 
O vəsiqəni tapıb ona qaytaranda, boğazımdan yapışıb möhkəm 
sıxdı, dedi, bu barədə bir kimsə bilsə, yəqin özünü ölmüş bil. 
İndi də Şəfəqnur əlləri ilə başını tutmuşdu. Otaqda o başa, 
bu başa var-gəl edir, özünə yer tapa bilmirdi. 
-  Elə  bundan  mən  də  şübhələnirdim.  Qorxduğumuz 
başımıza  gəldi,  Səbrigül.  Mənim  Duruqanım  bədbəxt  oldu. 
Onun duru qanı zəhərli qanlara qarışdı… 
Şəfəqnur özünü nə qədər pərişan hiss eləsə də, bu barədə 
Məmmədbəyə  bir  söz  demək  istəmirdi.  Axı  necə  olsa  kişi 
ürəyiydi,  dözə  bilməzdi.  Onsuz  da,  onun  işləri  axır  zamanlar 
axarında getmirdi. 


 
161 
Duruqana  isə  bəzi  məsləhətləri  çatdırmaq  istəyirdi.  Bu 
işləri  görən,  axı,  onun  ömür-gün  yoldaşıydı.  Bəlkə  bütün 
bunlardan  xəbərdar  olsaydı,  nəsə  düşünə  bilərdi,  tədbirlər 
görərdi. 
Onun  oğru  olduğunu  Duruqana  demədi.  Ancaq  hansısa 
gizli təşkilatlarla əlaqədə olduğunu eyhamlarla ona çatdırdı. 
-  Ana,  sən  nə  danışırsan?  Özün  də  bilirsən  ki,  mən 
Afinanı  bir  qadınım,  yastıq  yoldaşım  kimi  sevə  bilmirəm. 
Amma  onun  gizli  təşkilatlarla  əlaqələr  qurduğuna  inanmıram. 
Heç  Bakıda  belə  təşkilatlar  da  yoxdur.  Bizim  dövlət  belə 
təşkilatların  fəaliyyət  göstərməsinə  izin  verərmi?  Boş-boş 
fikirlərlə başını doldurub, özünə əzab vermə. 
- Oğul, sən hər zaman  gecikirsən. Və bu gecikmələr səni 
uçuruma aparır. 
-  İndi  nə  deyirsən,  deyirsən  Afinadan  ayrılım?  Gec 
deyilmi, ana? Siz vaxtında niyə məni başa salmırdınız? 
- O vaxtlar sən anlamaq zəkasından məhrum idin. Biz çox 
dedik, sən eşitmədin. 
- Hər halda, ay ana, mən özümü bədbəxt kişilərdən hesab 
eləmirəm. 
- Elə bu da sənin ən böyük faciəndir, Duruqan. 
Şəfəqnur  daha  artıq  söz  demədi.  Bildi  ki,  ya  Duruqan 
yenə də anlamaq həddində deyil,  ya da özünü arsızlığa vurub. 
Axı  Afinanın  qohumları  ona  ticarət  sistemində  yaxşı  iş  təşkil 
eləmişdilər. Düzdü, belə işi düzəltməyə Məmmədbəyin də gücü 
çatardı.  Ancaq  hörümçək  qurbanını  tora  alan  kimi,  Afinanın 
qohumları da onu məngənəyə almışdılar və o, bu məngənədən 
qurtulmaq üçün bəlkə də yol tapa bilməzdi. 
Məmmədbəyin  saralıb-solduğunu,  gündən-günə  zərrə-
zərrə  əridiyini  görəndə  Şəfəqnurun  dərdi  bir  az  da  başına 
vururdu. Belə  dərdli insanların kabinetlərdə çürüdüyünü,  masa 
başında  keçindiyini  çox  eşitmişdi.  Qorxurdu  ki,  günlərin 


 
162 
birində  belə  əsirlərdən  olan  Məmmədbəy  də…  Və  bu  fikirləri 
başından qovub həyat yoldaşının yanında olmağa tələsirdi. 
Şəfəqnur  məqam  düşən  kimi  Məmmədbəyi  ovundurur, 
dərdinin  üstündən  bir  az  götürüb  öz  dərdinin  üstünə  atırdı. 
Onun özünü ovunduran  isə  yox  idi.  Hələ  nə  yaxşı  ki,  Səbrigül 
yanındaydı.  Hərdən  bu  qızla  dərdləşirdi.  Ürəyində  olanları, 
hamıdan  gizli  saxladıqlarını  ona  deyir,  onun  sözlərindən 
təskinlik  taparaq,  qəlbində  yaxşı  sabahların  açılacağına  inam 
şöləsi yaranırdı. 
-  Yaxşı  yaşamağın,  varlı  həyat  tərzi  keçirməyin  hələ 
xoşbəxtlik olmadığını bilirsənmi, Səbrigül? 
-  Hə,  bilirəm.  Varlı  həyat  tərzi  keçirənlərin  kasıb 
yaşayanlardan  daha  çox  bədbəxt  olduqlarını  da  çoxları  bilir. 
Mən onları  yazıq, zavallı sayıram.  Ancaq belələri çox vaxt öz 
bədbəxtliklərini  görə  bilmirlər.  Çünki  var-dövlət  onların 
gözlərini kor, qulaqlarını kar edir. 
- Deyirsən, yəni, biz həm kor, həm də karıq? 
-  Yox,  yox,  Allah  eləməsin.  Siz  o  dərəcədə  sərvət  sahibi 
deyilsiniz  ki. Sizin  kor  və  kar  olmağınıza hələ çox var.  Bir  də 
Şəfəqnur xanım, elə insanlar var ki, bədbəxtliklər on yerdən, on 
beş yerdən onları döyür. Sizin isə... 
- Bizim isə bir dərdimiz olsa da, on, on beş tərəfdən gələn 
dərddən də böyükdür. 
Ona  görə  Şəfəqnur  belə  kədərli  danışırdı  ki,  artıq  Afina 
onlarla  gizlin  yox,  açıq  və  sonu  qorxulu  görünən  oyun 
oynayırdı. 
Şəfəqnurun Səbrigülü əzizləməsi, yanında saxlaması, ona 
yiyəlik  eləməsi  Afinanı  qıcıqlandırırdı.  O,  bunu  iki-üç  gün 
əvvəl  açıqca  dilinə  gətirmiş,  Məmmədbəyə  xəbərdarlıq  da 
eləmişdi. 
-  Kişi,  bilirsən  qayınanamın  bu  kəndçi  balasını  belə 
əzizləməyinin  səbəbi  nədir?  Hardan  biləsiniz,  kabinet  işləri 
başınızı  elə  qatıb  ki,  qıraqda  baş  verənlər  yadınızdan  çıxıb... 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə