Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə137/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

545 

verirdilər.  Elə  üçüncü  ekspedisiyanın  avanqard  dəstəsini 



məhz  həmin  döyüşçülər  təşkil  edirdi.  Başqa  şəhərlərə  nis-

bətən, Santyaqoda məskunlaşmış, əli silah tuta bilən müha-

cirlər  araukanlara  qarşı  aparılacaq  döyüş  əməliyyatlarında 

iştirak  etməkdən  boyun  qaçırırdılar.  Xüsusən  də  qraf 

Ferdinand sağ qalmış ekspedisiya iştirakçıları ilə Araukani-

yanı  tərk  edəndən  sonra  ispanlar  orada  aparılan  müharibə-

nin  perspektivsizliyini  anlayaraq,  könüllü  dəstələrə 

yollanmırdılar. Çünki hamı çox yaxşı bilirdi ki, İspaniyanın 

cəza  dəstələri  Araukaniyada  verilən  canlı  itkilər  qədər, 

Missisipi  və  Missiuri  çaylarının  aşağı  axınından  tutmuş,  ta 

ki, Odlu torpağa qədər olan nəhəng ərazidə, itki verməmiş-

dilər.  Oraya  göndərilən  ekspedisiyaların  əksəriyyəti  geriyə 

yalnız  məğlub  qismində  qayıtmışdılar.  Növbəti  ekspedisi-

yanın  da  uğur  qazanmasına  hamı  şübhə  ilə  yanaşırdı.  Özü 

də  araukanlar  Bio-Bio  çayının  həm  sağ,  həm  də  sol 

sahilində  geniş  hücum  əməliyyatlarına  başlamışdılar. 

Xüsusən də hinduların dəstəsi ispan  yaşayış  məntəqələrinə 

yaxınlaşaraq oralarda diversiya aktlarını həyata keçirirdilər. 

Bir  sözlə,  araukanlar  öz  döyüşkənliyi  və  yenilməzliyi  ilə 

ispanların  arasında  böyük  simpatiya  yaratmışdılar.  Onların 

yenilməz  iradəsi,  mübarizə  ideyası  ölkələrinin  müstəqilli-

yini  qoruyub  saxlamış  və  yadelli  işğalçıların  məhz  həmin 

torpaqda faciəli məzar daşının bünövrəsini qoydular. 



                                                     

 

  



                                                                            

                                                    

546 

Yeni  döyüş  əməliyyatlarına  hazırlaşan  Alonso  bir  çox 



zabitlərdən  yaxşı  anlayırdı  ki,  araukanlara  qarşı  aparılan 

müharibə  ispanlar  tərəfindən  uduzulacaq.  Lakin  buna 

baxmayaraq  o,  Bio-Bio  çayından  bir  qədər  cənubda  yerlə-

şən  torpaqları  işğal  etməyi  planlaşdırırdı.  Bacarıqlı  bir 

sərkərdə kimi çox yaxşı bilirdi ki, o, öz istədiyinə nail olsa 

belə, gələcəkdə araukanlar öz mübarizəsi ilə həmin torpaq-

lardan  ispanları  azad  edəcəklər.  Həmin  müvəffəqiyyətsiz-

likdə  isə,  İspaniya  kralı  yalnız  Çilinin  hakimini  günahlan-

dıracaq. 

Bəzi  konkistadorlar  Çilini  tərk  edib  İspaniyaya  yollan-

dıqları  halda,  onların  silahdaşları  növbəti  ölüm-dirim 

savaşına hazırlaşırdılır. Kapitan Filipp Odovaldonun başçı-

lığı altında Anqud körfəzinin şimal sahilinə iki hərbi gəmi 

göndərildi.  Çaşdırıcı  manevri  həqiqətə  oxşatmaqdan  ötrü 

dərhal  sahilə  80  nəfərdən  ibarət  desant  çıxarıldı  və  onlar 

sahildən  vaxtı  ilə  yerləşmiş,  araukanlar  tərəfindən  yandırı-

lmış,  fortun  bərpasına  başladılar.  Düşmənin  fikirlərini 

özlərinə cəlb etmək üçün sahildə görünən kiçik hindu dəs-

təsi  intensiv  surətdə  gəmilərdəki  toplardan  atəşə  tutulurdu. 

İspanların hücumlarını elə sahildəcə dəf etməyə hazırlaşan 

araukanlar,  Anqud  körfəzi  sahilinin  ətrafında  kiçik  dəstə-

lərini  yerləşdirməyə  başladılar.  Bunun  üçün  ölkənin 

şimalında ispanlara qarşı döyüşən hinduların demək olar ki, 



                                                     

 

  



                                                                            

                                                    

547 

yarısı dislokasiya yerlərini dəyişməli oldular. Çünki ölkənin 



şimalındakı  ispan  döyüşçüləri  müdafiə  olunmağa  üstünlük 

verirdilər. 

Buradakı vəziyyətin öz planı üzrə cərəyan etdiyini görən 

polkovnik Alonso Odovaldonun başçılıq etdiyi 120 nəfərlik 

süvari  dəstəsini  iki  hissəyə  bölərək,  iki  istiqamətdə 

araukanların  üzərinə  göndərdi.  Özü  isə  250  nəfərlik,  sırf 

peşəkar döyüşçülərdən ibarət olan piyada dəstəsi ilə Valdi-

viyadan  La-İmperial  şəhərinə,  oradan  isə  daha  da  cənuba 

yollandı. Araukanlar ispanların, böyük bir qüvvə ilə şimal-

dan  hücumunu  gözləməsələr  də,  lakin  layiqincə  tam 

müqavimət  göstərməyə  hazır  idilər.  Pusqu  döyüşlərinə 

üstünlük  verən  hindular  özlərinin  böyük  dəstələrinin 

mühasirəyə  düşməsindən  ehtiyat  edərək,  tez-tez  kiçik 

dəstələrlə  hücuma  keçir  və  ispanların  sərbəst  hərəkətlərinə 

maneəçilik  törədirdilər.  Onlar  əsasən  ispanların  süvari 

dəstəsinin  diqqətini  özlərinə  cəlb  etməyə  səy  göstərirdilər. 

Kapitan  Alonso  isə  araukanları  sürətli  manevrdən  məhrum 

etmək  üçün,  düşmənin  süvari  dəstəsini  məhv  etməyə 

çalışırdı.  Hinduların  süvariləri  ispanlara  böyük  təhlükə 

yaradırdılar  və  çox  zaman  ərzaq  daşıyan  arabalara  hücum 

edirdilər. 

General-kapitan Onyes de Loyola 300 nəfər ispan və 600 

nəfərlik  hindu  dəstəsi  ilə  (həmin  hindular  əsasən  Perudan 



                                                     

 

  



                                                                            

                                                    

548 

gətirilmişdi)  Vilyarrikadan  Purenə,  oradan  isə  Tukapelin 



xarabalıqlarına  yollanır.  Araukanların  hamısı  kiçikdən 

tutmuş  böyüyə  kimi  hamı  mübarizəyə  qalxır  və  sərbəst 

hərəkət  üçün  yararlı  olan  məntəqələrdən  ispanların  üzərinə 

hücum edirlər. 

Anqud  körfəzinin  şimal  sahilinə  çıxarılan  ispan 

dəstəsinin  fəaliyyətsizliyini  görən  hindular  başa  düşdülər 

ki,  onlar  düşmən  tərəfindən  aldadılıblar.  Şimaldan  cənuba 

doğru hərəkət edən ispan dəstələrinin hücumunu dayandır-

maq  üçün  araukanlar  Anqud  körfəzi  ətrafında  yerləşən 

döyüşçülərin sayını iki dəfə azaldaraq, onları şimala doğru 

göndərirlər.  Həm  də  bunun  üçün  əsas  səbəb  konkista-

dorların  Bio-Bio  çayından  xeyli  aralanmaları  idi.  Arxanı 

möhkəmlətmək  üçün  hökmən  qala-iqamətgahlar  salınma-

lıydı. Havalar soyuyana qədər ispanlar qərb və şərq tərəfdə 

bir-birindən  25  km.  aralı  iki  qalanın  tikintisinə  başladılar. 

Qalaların tikilişi başa çatandan sonra növbəti il üçün hücum 

əməliyyatı  davam  etdirilməli  idi.  Onyes  de  Loyolanın 

fikrincə,  o,  bu  işin  öhdəsindən  polkovnik  Alonso  olmadan 

belə, gələ bilərdi. 

Bu il üçün döyüş  əməliyyatlarını uğurlu keçirən Alonso 

Çilini tərk etməyi qərara alır. Əlbətdə, İspaniyadan gəlmiş 

kral  məmuru  bacarıqlı  sərkərdənin  buradakı  fəaliyyətindən 

tam  razı  idi  və  onun  nailiyyətləri  barəsində  II  Filippə 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə