Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə135/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

537 

Anqud körfəzi olmasa idi, mənim də ekspedisiyam mühasi-



rəyə  düşərdi.  Hindular  bizim  zəif  yerlərimizi  müəyyənləş-

dirəndən  sonra  geniş  miqyaslı  hücuma  keçdilər.  Qraf 

Ferdinandın  düzgün  taktika  seçə  bilməməsi,  əsgərlərimin 

məğlubiyyəti ilə nəticələndi. 

-  Cənab  polkovnik,  mən  sizi  bacarıqlı  bir  sərkərdə  kimi 

tanıyırdım.  -  deyə  Onyes  hüznlə  dilləndi.  -  Öz  günahınızı 

mənim  boynuma  yıxmayın.  Araukaniyanın  hüdudlarını 

mən yox, birinci olaraq sizin başçılıq etdiyiniz ekspedisiya 

tərk etmişdi. 

-  Mənim  ekspedisiyam  lazımi  qədər  Araukaniyanı  əldə 

saxlamışdır. - deyə Alonso öz hiddətini gizlədə bilmədi və 

kral  nümayəndəsinə  ötəri  nəzər  salaraq  həmin  tərzdə 

sözünə davam etdi. - Sadəcə olaraq, kömək gəlmədiyindən 

əsgərlər  oranı  tərk  etmək  məcburiyyətində  olmuşdular. 

Şimalda  yerləşən  qüvvələrdən  fərqli  olaraq,  mən  öhdəmə 

düşən ərazini işğal edənə qədər yalnız hücum taktikasından 

istifadə  etməmişəm.  Mən  həmin  əraziləri  işğal  edəndən 

sonra  bütün  strateji  mövqelərini  və  yaşayış  obyektlərini 

qraf  Ferdinanda  təhvil  vermişdim.  O,  isə  əlavə  qüvvə 

gəlməmişdən  əvvəl,  ilk  növbədə  peşəkar  döyüşçülərin  bir 

hissəsini  ekspedisiyadan  tərxis  etmişdi.  Müdafiə  xətti 

hərtərəfli  elə  bil  ki,  süni  şəkildə  zəiflədilmişdi.  Şimaldakı 

qüvvələrin  fəaliyyətsizliyini  və  cənubdakı  qüvvələrin 



                                                     

 

  



                                                                            

                                                    

538 

zəiflədiyini  görən  araukanlar,  bütün  cəbhə  boyu  hücuma 



keçirlər. 

Kral nümayəndəsi hiddətə gəlmiş Alonsonu dinləyəndən 

sonra başa düşdü ki, bütün müvəffəqiyyətsizliklərdə birbaşa 

general-leytenant  de  Loyolanın  və  kapitan  qraf  Odovaldo-

nun  taqsırları  var.  Polkovnik  Alonso  həqiqətən  də  kral  II 

Filippin  verdiyi  tapşırığın  öhdəsindən  artıqlaması  ilə  gəl-

mişdi.  Lakin  sonrakı  proseslər  göstərir  ki,  araukanlar 

ispanların  buraxdığı  səhvlərdən  istifadə  edərək,  ildırım 

sürəti  ilə  hücuma  keçir  və  itirilmiş  mövqeləri  geri  qaytar-

mağa müvəffəq olublar. 

Vəziyyəti  belə  görən  kral  nümayəndəsi,  hələlik  bu  işdə 

heç kimi künahlandırmaq istəmirdi. O, hər bir idalqoya və 

zabitə  şans  verirdi  ki,  növbəti  hərbi  əməliyyat  zamanı 

günahlarını  öz  qanları  ilə  yusunlar.  Bəlkə,  onlar  döyüş 

meydanlarında  göstərəcək  şəxsi  igidlik  sayəsində  kral 

qarşısında  bəraət  qazandılar.  Uğurlu  nəticələr  əldə  etmək 

üçün  kral  nümayəndəsi  söz  mübadiləsinə  çıxan  hər  iki 

qrandı  bir-biri  ilə  barışdırmalı,  hərbi  əməliyyatların 

müzakirəsinə keçməli və Perudan əlavə qüvvə almaq üçün 

Limaya  yollanmalı  idi.  O,  hər  iki  qrandın  arasında 

dayanaraq ehtiramla dedi: 

-  Mənim  sizin  hər  ikinizə  böyük  hörmətim  var. 

Keçmişdə  nə  baş  veribsə,  çalışın  yaddan  çıxarın.  Hazırda 



                                                     

 

  



                                                                            

                                                    

539 

kral  sizdən  yalnız  qələbə  gözləyir.  İtirilmiş  mövqelər  geri 



qaytarılmalıdır. 

-  Tam  arxayınlıqla  deyə  bilərəm  ki,  biz  Araukaniyanın 

bütün  ərazisini  işğal  edə  bilməyəcəyik.  -  deyə  Alonso 

burada  baş  verən  bütün  reallığı  nəzərə  alaraq  aludəliklə 

dilləndi.  -  Orada  yaşayan  hindu  tayfası,  uşaqdan  tutmuş 

qocaya  kimi  hamı  müharibəyə  qalxıbdır.  Onlar  vaxtı  ilə 

alman  tayfalarının  Roma  imperiyasının  legionlarına  qarşı 

göstərdikləri  müqaviməti  bizə  qarşı  tətbiq  edirlər. 

Araukaniyadakı hərbi vəziyyət, heç də İspaniyada düşünül-

müş kimi deyil. Düşmən həddindən artıq mübarizdir. 

- Əlahəzrət II Filippin yanında olan hörmətinizi yenidən 

qaldırmaq üçün İspaniyaya yalnız qələbə ilə qayıtmalısınız. 

- deyə kral nümayəndəsi onların hər ikisinə iti nəzər salaraq 

ciddi  halda  dilləndi.  -  Əks  təqdirdə,  siz  kralın  qəzəbindən 

yaxa  qurtara  bilməyəcəksiniz.  Bizim  qüdrətli  kralımızın 

xasiyyətinə hər ikiniz bələdsiniz. 

Alonsodan  fərqli  olaraq,  Çilinin  hakimi  bu  xəbərdarlıq-

dan  yerindəcə  büdrədi  və  bir  anlığa  dili  tutuldu.  Sanki  II 

Filipp  qonşu  otaqda  dayanaraq  zəhimli  baxışları  ilə  onu 

süzürdü.  Doğurdan  da  rəzil  hökmdar  sayılan  II  Filippin 

qəzəbindən  yaxa  qurtarmaq  qeyri-mümkün  iş  sayılırdı. 

Lakin Alonso öz sərbəstliyini saxlaya bildi və heç bir şeyə 

əhəmiyyət vermədən həqiqəti söyləmək üçün ehtirasla dedi: 



                                                     

 

  



                                                                            

                                                    

540 

- Qüdrətli kralımız mənim sərkərdəlik bacarığıma şəxsən 



bələddir və o, yaxşı bilir ki, ağzımdan çıxan sözləri elə-belə 

havaya söyləmirəm. Düzdür, kral Çilidə fəaliyyət göstərən 

ekspedisiyalardan  yalnız  qələbə  gözləyir.  Biz  həmin  qələ-

bəni  Araukaniyanın  müəyyən  bir  ərazisini  işğal  etməklə 

əldə  edə  bilərik.  Bütün  ölkəni  işğal  etmək  mümkün 

olmayacaqdır. Bunun üçün Araukaniyada yaşayan uşaqdan 

tutmuş  qocaya  kimi  hamı  qılıncdan  keçirilməlidir.  Lakin 

bunu da etmək mümkün deyil. Ona görə ki, onlar yaşadıq-

ları  ərazinin  coqrafi  quruluşuna  tam  bələddir  və  bilavasitə 

And  dağlarından  qalxan  kimi  istifadə  edirlər.  Əhalinin  isə 

Araukaniyanın  keçilməz  yerlərində  təqibi  çox  güman  ki, 

bizim məğlubiyyətimiz ilə nəticələnəcəkdir. 

- Don Alonso, bəs çıxış yolunu nədə görürsünüz? - deyə 

kralın göndərdiyi nümayəndə xüsusilə maraqlandı. 

-  Döyüş  əməliyyatlarında  müvəffəqiyyətlər  əldə  etmək 

üçün biz hökmən, vaxtı ilə Pedro Valdiviyanın araukaniya 

müharibəsində  düşmənə  qarşı  tətbiq  etdiyi  taktikadan 

istifadə  etməliyik.  -  deyə  Alonso  dərindən  nəfəsini  alaraq 

tələsmədən  dilləndi.  -  Çaşdırıcı  manevrdən  istifadə  edərək 

əsas  mobil  qüvvələrlə  şimal  tərəfdən  Araukaniyaya  daxil 

olmalı  və  bir-birindən  uzaq  məsafədə  yerləşməyən  qala-

istehkamlar tikdirməliyik. Yalnız həmin hərbi məntəqələrin 

vasitəsi  ilə  biz  ölkənin  şimal  hissəsində  kök  salmalı  və 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə