Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   10   ...   17

16 

 

imkan  vermirdi.  Bu  isə  o  demək  idi  ki,  gah  Rusiyanın,  gah  ingilislərin  ətəyindən 



yapışan silahlı ermənilərlə Azərbaycan xalqı əliyalın vəziyyətdə üz-üzə qalacaqdı. 

Şaumyan  isə  hər  gün  Leninə  teleqram  göndərir,  bolşevik  ordusunu  Bakıya 

çağırırdı.  Beləcə,  yenicə  müstəqilliyini  elan  eləmiş  Azərbaycan  Respublikasının 

taleyi tükdən asılı vəziyyətdə idi. 

Azərbaycan  Milli  Şurası  adından  bəyanat  yazıb  İstanbuldakı  Almaniya 

böyük  elçiliyinə  gedən  M.Ə.Rəsulzadə  Almaniyanı  yeni  müzakirə  açmağa  dəvət 

etdi. Türkiyə hökuməti də Almaniyaya ciddi-cəhdlə təsir edirdi. 

Azərbaycanla  Türkiyə  hökuməti  arasında  Batum  müqaviləsinin 

imzalanması  gənc  Azərbaycan  Respublikasının  taleyində  mühüm  rol  oynadı. 

Azərbaycanı qəsbkarlardan təmizləmək üçün başda Nuru paşa olmaqla türk qoşunu 

Azərbaycana  yaxınlaşırdı.  Bakıda  isə  bir  tərəfdə  Şaumyanın  daşnak-bolşevik 

hökuməti, bir tərəfdə oyuncaq Sentorkaspi hökuməti at oynadırdılar. Bütün bunlara 

baxmayaraq  müzəffər  türk  ordusu  Bakıya  çatmaq  üzrə  idi.  Sentyabrın  15-də 

Qafqaz-Müsəlman  ordusunun  komandanı  general-leytenant  Nuru  paşa  Gəncəyə  - 

Müstəqil Azərbaycan hökumətinin başçılarına xoş bir müjdəli teleqram göndərdi: 

«Allahın  köməyi  ilə  Bakı  şəhəri  saat  9-un  yarısında  bizim  qoşunlar 

tərəfindən alındı». 

İstanbuldakı  beynəlxalq  konfransda  diplomatik  döyüşlər  aparan 

Azərbaycanın  nümayəndə  heyəti  nəhayət  ki,  Ənvər  paşanın  yaxından  köməyi  ilə 

Almaniyanı Azərbaycanın müstəqilliyini tanımağa razı sala bilir. 

Elə buradaca  Ənvər və Nuru  Paşa qardaşlarının xalqımız qarşısında tarixi 

xidmətlərini nəzərə alıb onlar haqqında bilgiləri də kitaba çatmaq qərarına gəldik.  



Ənvər Paşa, Killiqli  (1880,  İstanbul - 4.8.1922,  Tacikistan) - Türkiyənin 

görkəmli  dövlət  xadimi,  Osmanlı  dövlətinin  hərbi  naziri;  1918-ci  ildə  erməni-

daşnakların  soyqırımına  məruz  qalmış  Azərbaycan  xalqına  hərbi  yardım 

göstərilməsinin əsas təşkilatçılarından biri. Birinci dünya müharibəsində (1914-18) 

Böyük dövlətlərin Osmanlı imperiyasını bölüşdürmək siyasətini həyata keçirməkdə 

olduğu mürəkkəb tarixi  şəraitdə Böyük Turan imperatorluğu  yaratmaq ideyasını 

irəli sürmüş və əqidəsi yolunda şəhid düşmüşdür. İstanbulda hərbi təhsil almışdır. 

1903-cü  ildə  kapitan,  1907-ci  ildə  mayor,  1913-cü  ildə  qayməqam,  1914-cü  ildə 

polkovnik,  elə  həmin  ildə  -  34  yaşında  ikən  general-mayor,  1916-cı  ildə  isə 

general-leytenant  rütbəsi  almışdı.  Osmanlı  ordusunun  Baş  qərargah  rəisi  (1914), 

Osmanlı  ordusu  Baş  komandanının  müavini  (1915),  Osmanlı  sultanının  xüsusi 

yavəri  (1916),  hərbi  nazir  (1917)  və    Baş  komandan  müavini  təyin  edilmişdi. 

«İttihad  və  tərəqqi»  partiyasının  liderlərindən  biri,  türk  xalqlarının  mənəvi-siyasi 

birliyi    ideyasının  -  turançılığın  fəal  tərəfdarlarından  idi.  Fevral  inqilabı  (1917) 

nəticəsində Romanovlar mütləqiyyətinin devrilməsindən sonra Rusiya ərazisindəki 

türk  xalqlarının  milli-azadlıq  hərəkatının  güclənməsi  Ənvər  paşada  turançılıq 

ideyalarının  reallaşmasına  ümidi  artırdı.  Rusiyanın  türk-müsəlman  xalqlarının,  o 

cümlədən,  Azərbaycan  xalqının  həyatında  baş  verən  ictimai-siyasi  prosesləri 




17 

 

yaxından  izləyirdi.  1917-ci  ilin  sonlarında  Qafqaz  cəbhəsində  və  Cənubi  



Qafqazdakı  hadisələr  haqqında  aldığı  məlumatlardan  sonra  Ənvər  paşada 

Rusiyanın müsəlman xalqlarına, o cümlədən, Azərbaycan türklərinə konkret hərbi-

siyasi  kömək  göstərmək  meyli  gücləndi.  Ənvər  paşa  ilk  vaxtlar  qardaşı  Nuru 

paşanın  rəhbərliyi  ilə  Tehranda  xüsusi  bir  qurum  yaratmaq  və  həmin  qurum 

vasitəsilə  Azərbaycan,  Dağıstan,  Türküstan  və  hətta  Əfqanıstanda  cərəyan  edən 

proseslərə  fəal  təsir  göstənnək  niyyətində  idi.  Bu  planı  bütünlüklə      reallaşdıra 

bilməsə də, Qafqaz İslam Ordusunun yaradılması ilə Azərbaycan və  Dağıstandakı  

milli    azadlıq  hərəkatını  dəstəkləməyə  müvəffəq  oldu.  Ənvər  paşa  Qafqaz  İslam 

Ordusu  adı  altında  türk  zabitlərinin  rəhbərliyi  və  iştirakı  ilə  Azərbaycanda  üç 

piyada  diviziyadan  ibarət  hərbi  korpus  yaradılmasını  planlaşdırırdı.  1918-ci  ilin 

əvvəllərində  Nağı  Şeyxzamanlının  başçılığı  altında  Azərbaycandan  gəlmiş 

nümayəndə  heyəti  ilə  görüşdükdən  sonra  Ənvər  paşa,  qəti  olaraq,  Azərbaycan 

türklərinə  hərbi  yardım  göstərmək  qərarına  gəldi.  Həmin  qərarın  uğurla  həyata 

keçirilməsinə,  Azərbaycan  türklərinin  böyük  ümid  bəslədiyi  hərbi  yardımın 

vaxtında  və  yetərincə  çatdırılmasına  qətiyyətlə  girişən  Ənvər  paşa  bu  mühüm  və 

çətin  vəzifəni  yerinə  yetirəcək  zabitlərin  seçilməsinə  də  xüsusi  diqqət  yetirirdi. 

Qəbul olunmuş qərara əsasən, Azərbaycana göndəriləcək zabitlərin rütbəsi bir pillə 

artırılmalı və onlara ikiqat əmək haqqı verilməli idi. 

Ənvər  paşa  Qafqaz  İslam  Ordusuna  kimin  başçılıq  edəcəyinə  də  böyük 

əhəmiyyət  verirdi.  Bu  vəzifəyə  başqa  namizədlərin  də  olmasına  baxmayaraq, 

Ənvər paşa Qafqaz İslam Ordusu komandanı vəzifəsini qardaşı Nuru paşaya etibar 

etmişdi.  Qafqaz  İslam  Ordusunun  struktur  baxımından  tabe  olduğu  Şərq  ordular 

qrupunun komandanı vəzifəsinə isə Ənvər paşanın yaxın qohumu Xəlil paşa təyin 

edildi. Bununla o, Azərbaycan türklərinə hərbi yardım göstərilməsini özünün daha 

çox etibar etdiyi yaxın qohumlarına həvalə etdi. 1918-ci il aprelin 5-də Ənvər paşa 

Qafqaz İslam Ordusunun təşkil olunması və onun qarşısında duran vəzifələrə dair 

təlimnaməni  təsdiqlədi.  Bu  təlimnamədə  Qafqaz  İslam  Ordusunun  təşkili 

prinsipləri və onun qarşısında duran vəzifələr konkret olaraq müəyyənləşdirilirdi. 

Nuru  paşa  Gəncəyə  yetişdikdən  sonra  aydın  oldu  ki,  Azərbaycanın 

müstəqilliyinə qənim kəsilmiş Bakı Soveti qoşunlarının artıq Gəncə istiqamətində 

başladıqları  hücum  əməliyyatının  qarşısını  almaq  üçün  yerli  qüvvələrdən  qısa 

müddətdə  güclü  ordu  yaratmaq  mümkün  olmayacaqdır.  Odur  ki,  Nuru  paşa 

Türkiyə  rəhbərliyi,  o  cümlədən  Ənvər  paşa  qarşısında  Azərbaycana  türk  hərbi 

qüvvələrinin göndərilməsi barədə məsələ qaldırdı. 1918-ci il iyunun 4-də Batumda 

Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Osmanlı  dövləti  arasında  imzalanan 

müqavilədən  sonra  Ənvər  paşa  Azərbaycana  hərbi  qüvvələr  göndərilməsinə  dair 

göstəriş verdi. 

Türk hərbi qüvvələri və Azərbaycan milli qoşun hissələrindən təşkil edilmiş 

Qafqaz  İslam  Ordusunun  təchizatını,  fəaliyyətini  daim  nəzarət  altında  saxlayan 

Ənvər paşa Azərbaycana hərbi yardım göstərilməsinin dayandırılmasını tələb edən 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə