Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   ...   17

10 

 

Qırxbulaq,  Vedibasar,  Şərur,  Sürməli,  Saatlı,  Seyidli,  Sərdarabad,  Talin, 



Zəngibasar, Abaran, Dərəçiçək, Dərəkənd, Gərnibasar, Göyçə. 

İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun bir səbəbi 

İranlılarla  Osmanlılar  arasında  fasilələrlə  386  il  davam  edən  müharibələr  şəhərin 

14  dəfə  əldən  ələ  keçməsi  və  nəhayət,  1679-cu  il  zəlzələsində  yerlə-yeksan 

edilməsidir. Burada yaşayan əhalinin sayı və milli  tərkibi haqqında ilk və nisbətən 

dəqiq  məlumatı  birinci  dəfə  İ.Şopen  vermişdir.  Onun  hesablarına  görə  son  sərdar 

zamanı  İrəvanda  2400  ailə,  12  min  nəfər  yaşamışdır.  Şəhər  ruslar  tərəfindən 

alınandan sonra yerli kubar ailələrin bir qismi İrana köçmüş, ermənilər isə İrandan 

və    Türkiyədən  buraya  qayıtmışlar.  Müharibənin  sonunda  (1828)  əhalinin  milli 

tərkibi belə olmuşdur: azərbaycanlılar - 1807 ailə, 7331 nəfər, ermənilər - 567 ailə, 

2369 nəfər. 1501-ci ildə I Şah İsmayıl Şərur mahalında Ağqoyunlu padşahı Əlvənd 

Mirzəni  məğlub  etdi.  Ağqoyunlu dövlətinə  son  qoyuldu, İrəvan qalasının  yerində 

gözəl  bir  bağ  salındı,  xan  imarəti  tikildi.  Şah  İsmayıl  İrəvanı  möhkəmləndirmək 

haqqında  tədbirlər  gördü.  II  Şah  İsmayıl  qardaşı  kor  Məhəmməd  Xudabəndə 

dövründə,  1578-ci  ildə  İrəvan  qalasının  yerində  gözəl  bir  bağ  salındı,  xan  imarəti 

tikildi. 1583-cü ildə Fərhad paşa həmin yerdə qalanın əsasını qoydu. Xudabəndinin 

oğlu  I  Şah  Abbas  dövründə  Əmirquna  xan  İrəvanın  hökmdarı  təyin  olunduqdan 

sonra  qala  genişləndirildi,  Matenadaranda  (fars  əlyazmaları  fondu,  N-233) 

saxlanılan  bir  sənəd  bu  barədə  müfəssəl  və  səhih  məlumat  verir:  Hüseynəli  xan 

qalanı  daha  möhkəm  və  əzəmətli  etmək  üçün  Əhməd  xanın  baş  memarı  Mirzə 

Cəfəri Xoydan çağırıb İrəvana gətirtmişdir. Hüseynəli xanın oğlu Məhəmməd xan 

da  1791-ci  ildə  güzgülü  salonu,  yay  imarətini  tikdirmişdir...  ABŞ-da  xarici  işlər 

üzrə müşavir H.Hentse yazmışdır ki, XIX əsrin axırında ermənilər İrəvan xanlığını 

əhatə  edən  əhalinin  20  faizindən  çoxunu  təşkil  etməmişlər.  Başqa  bir  xarici 

tədqiqatçı, C.Makarti  isə  yazmışdır  ki,  İrəvan vilayəti... 1828-ci  ilə  qədər 80 faiz 

müsəlmanlardan  ibarət  olmuşdur.  Eyni  fikri  əsrimizin  əvvəllərində  rus  tarixçisi 

N.Şavrov  da  qeyd  etmişdir.  Onun  fikrincə,  XIX  əsrin  I  rübündə  İrəvan 

quberniyasında ermənilər son dərəcə azlıq təşkil etmişlər. Paskeviç hələ o dövrdə 

yazmışdı  ki,  İrəvan  vilayətində  10  min  müsəlman  ailəsi  3000  erməni  ailəsi 

yaşamışdır.  Erməni  tarixçisi  A.Qioanisyan  isə  yazır  ki,  XIX  əsrin  I  rübündə 

ermənilər  İrəvan  şəhəri  əhalisinin  dörddə  bir  hissəsini,  azərbaycanlılar  isə  böyük 

əksəriyyətini  təşkil  edirdilər.  1828-ci  ilin  martın  21-də  I  Nikolay  çar  Rusiyasının 

Cənubi  Qafqazı,  o  cümlədən  Azərbaycanı  işğal  etməsində  ermənilərin  rus 

qoşunlarına  etdikləri  köməyi  nəzərə  alıb,  o  da  onlara  hədiyyə  İrəvan  vilayətini 

yaratmışdı ki, həmin vilayət iki qəzaya-İrəvan və Naxçıvan qəzalarına bölündü. 

Tarixçi Nazim Mustafanın Cənubi-Qərbi Qafqaz Demokratik Cumhuriyyəti 

/Qars hökuməti də adlanır/ və onun tərkibinə daxil olan Ağbaba Milli Şurası barədə 

qeydlərini  sizə  təqdim  edirəm.  Onu  da  qeyd  edim  ki,  bu  dövr  tariximiz  ya  heç 

öyrənilməmiş, ya da çox pis öyrənilmişdir. Ona görə də bu dövrün tədqiqinə həsr 



11 

 

olunmuş  bütün  yazılar  gözdən  keçirilməlidir.  Bəzi  məlumatlar  təkrar  xarakteri 



daşısa da, yazmağı məqsədəuyğun bildik. 

«Xalqımızın  tarixinə  qanlı  səhifələrlə  yanaşı,  bir  çox  şanlı  səhifələr  də 

yazılmışdır.  Belə  səhifələrdən  bir  çoxu  1918-1920-ci  illərdə  yazılmışdır.  Əhalisi 

əsasən  azəri  türklərindən  ibarət  olan  Qars  vilayətinin  sayılıb-seçilən  kişiləri 

Azərbaycan və Türkiyə dövlətlərinin dəstəyi ilə əvvəlcə Qars Milli İslam Şurasını 

yaratmış,  sonra  isə  müstəqil  Cənubi-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyətinin 

yaradılmasını elan etmişlər. Tarixi ədəbiyyatda  Qars Hökuməti adı ilə tanınan  bu 

qurumlar  yerli  əhali  arasında  səfərbərlik  həyata  keçirmiş,  Ermənistan  ordusunun 

bölgəni tamamilə işğal etmək cəhdinin qarşısını ala da bilmişdir. Bu yazıda həmin 

bölgədə  yaradılan  12  Milli  Şuradan  biri-Ağbaba  Milli  Şurasının  qəhrəmanlıq 

tarixindən  bəhs  edilir.  Xatırladırıq  ki,  Ağbaba  nahiyəsi  1921-ci  ildə  Ermənistana 

birləşdirildikdən sonra onun ərazisində Amasiya rayonu yaradılmışdır ki, 1988-ci il 

deportasiyasınadək həmin rayonda 21 azərbaycanlı kəndi mövcud idi. 

İndiki  Ermənistanın  Türkiyə  ilə  Yuxarı  Arpaçay  sərhədi boyunda  yerləşən 

Ağbaba  bölgəsi 1877-1878-ci  illər rus-türk   müharibəsindən sonra  hərb  təzminatı 

əvəzinə Üç Sancağın (Qars, Ərdəhan, Batum) tərkibində Rusiyaya birləşdirilmişdi. 

Ağbaba  nahiyəsi  Qars  vilayətinin  hərbi-inzibati  ərazi  bölgüsü  daxilində  Qafqaz 

Canişinliyinə  tabe  edilmişdir.    XX  əsrin  əvvəlində  Ağbaba  nahiyəsində  39  kənd 

mövcud  olmuşdur  ki,  bunlardan  da  cəmisi  2  kənddə-Qaraməmməd  və  Bəziganda 

«qaxdağan»  (köçkün)  ermənilər  yaşayırdılar.  1915-1916-cı  illərdə  Türkiyənin 

içərilərindən  köçüb  gələn  «qaxdağan»  ermənilər  «Daşnaqsütun»  partiyasının 

proqramına  uyğun  olaraq  Ağbabanın  Gümrüyə  yaxın  aran  kəndlərinə  hücumlar 

edib, onları, Türkiyənin içərilərinə doğru qaçqın düşməyə  məcbur etmişlər. Macal 

tapıb  qaça  bilməyən  kimsəsiz  qocaları,  xəstələri  və  uşaqları  quyulara  atıb  ağzını 

bağlamış,  yaxud  saman  damına  doldurub,  üstlərinə  neft  tökərək  hamısını 

yandırmışlar.  Rusiyada  1917-ci  il  noyabr  çevrilişindən  sonra  rusların  Şərqi 

Anadolu  cəbhəsində  qoyub  getdikləri  cəbhəxanalara  sahib  çıxan  ermənilər  Qars 

vilayətinin  hər  yerində  olduğu  kimi  Ağbabada  da  dinc  əhaliyə  hücumlar  edib, 

kütləvi qırğınlar törətmişdilər. Bu qırğınlar 1918-ci ilin martında türk qoşunlarının 

Ərzurumu  azad  etməsindən  sonra  daha  da  şiddətlənmişdir.  Türk  ordusunun 

önündən geri çəkilən erməni «könüllü» birlikləri türk kəndlərini yandırıb əhalisini 

soyqırıma  məruz  qoymuşdular.  Qırğınlar  türk  qoşunlarının  Gümrü  şəhərini  azad 

etməsinədək davam etmişdir. 

1918-ci  ildə  imzalanan  Brest-Litovsk  müqaviləsinə  əsasən  Üç  Sancaqda 

plebisit (rəy  sorğusu) keçirmək qərara alınmış və iyunun 12-də keçirilən plebistin 

nəticələrinə  görə,  bölgələrin  əhalisi,  o  cümlədən  də  Ağbaba  nahiyəsinin  əhalisi 

yenidən  Türkiyəyə  birləşmək  arzusunu  ifadə  etmişdir.  Səsvermənin  nəticələrini 

İstanbula təqdim etmək üçün bölgələrin təmsilçilərindən ibarət nümayəndə  heyəti 

göndərilir. Həmin heyətdə  Ağbabanı  Hacı  Abbas oğlu Kərbəlayi Məhəmməd ağa 

təmsil edir. Heyət avqustun 15-də VI Sultan Vahidəddin tərəfindən hörmətlə qəbul 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə