R b a y c a n X z r d n z g m



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

“Bibiheybət” Gəmi Təmiri 

Zavodunda tərsanəyə qaldırılan 

emalatxananın sualtı və suüstü 

hissələri, üst tikililəri təmizlənərək 

rənglənib, dam örtüyü, gövdədə 

olan qoruyucu tirlər yenilənib,  

istehsalat sahələrindəki  bütün 

dəzgahlar təmir olunub, istilik 

və şirin su sistemləri dəyişdirilib. 

Bundan başqa, üzən emalatxa-

nada hər biri 17 kubmetr həcmə 

malik su və fekal çənlər, 20 yerlik 

telefon stansiyası quraşdırılır, 

sanitariya sistemi yenisi ilə əvəz 

edilir.Heyət və komanda işçiləri-

nin yüksək keyfiyyətlə təmir edilən 

otaqlarında yeni mebellər quraş-

dırılır. Bütün sahələrdə təmizləmə 

və rəngləmə işləri görülür.

Təmir    başa  çatdıqdan  sonra  

üzən emalatxana    yedək gəmisi ilə 

Ələtə - yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət  Limanına aparılacaq. Müa-

sir  standartlara  cavab  verəcək  üzən 

emalatxanada    gəmilərin    təmiri  ilə 

bağlı bütün xidmətlər göstəriləcək.

Xatırladaq ki, bu qurğu  Xəzərin 

ən  böyük  yükaşırma  müəssisəsinə 

yan alacaq gəmilərə operativ xidmət 

göstərməyə imkan verəcək. Bununla 

da gəmilərin səfərlərarası cari təmi-

rində  vaxt itkisi aradan qaldırılacaq.  

Əvvəllər  gəmilərin  “Bibiheybət” 

və  “Zığ”  gəmi    təmiri  zavodların-

da  həyata  keçirilən  cari  təmir  işləri 

bundan sonra yeni Bakı Beynəlxalq 

Dəniz Ticarət  Limanında gerçəkləş-

diriləcək. 



“tRAnZit DAşIMALARDAn ƏLDƏ oLUnAn 

gƏLiRLƏR 5,5 DƏfƏ  ARtIRILMALIDIR”

Transxəzər dəhlizi ilə 

daşımaların həcminin ar-

tırılması ilə əlaqədar Ku-

rık limanının tikintisinin 

ikinci fazasının icrasına 

başlanmalıdır.

Qazaxıstan  Respub-

likası  Prezidentinin  rəsmi 

saytı  xəbər  verir  ki,  Prezi-

dent  Nursultan  Nazarba-

yevin  Qazaxıstan  xalqına 

“Qazaxıstanın  üçüncü  dəfə  modernləşdirilməsi:  qlobal  rəqabətəda-

vamlılıq” adlı müraciətində belə deyilir.

Müraciətə görə, yeni Avrasiya logistika infrastrukturunun inkişaf 

etdirilməsi  əsas  prioritetlərdən  biridir.  Sənəddə  deyilir:  “Hökumətə 

tranzit daşımaların illik həcmini 2020-ci ilə qədər yüklər üçün 7 dəfə, 

daşınan konteynerlər üçün təqribən 2 milyon konteyner, hava nəqliy-

yatı ilə sərnişindaşımaları üçün 4 dəfə - təqribən 1,6 milyon tranzit 

sərnişin artırmağı təmin etməyi tapşırıram. Tranzit daşımalardan əldə 

olunan gəlirlər 5,5 dəfə - ildə təqribən 4 milyard dollar artırılmalıdır”.

Daha  sonra  müraciətdə  deyilir  ki,  ölkənin  nəqliyyat  və  tranzit 

potensialını  tam  üzə  çıxarmaq  üçün  qonşu  ölkələrlə  əlaqələndirmə 

olmalıdır. Yüklərin tranzitinin sərbəstliyi, nəqliyyat dəhlizlərinin ya-

radılması və modernləşdirilməsi təmin edilməlidir. Nəqliyyat infrast-

rukturunun  idarə  olunmasına,  xidmət  səviyyəsinin  artırılmasına  və 

inzibati maneələrin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. 

Transxəzər dəhlizi ilə daşımaların həcmini artırmaq üçün Kurık lima-

nının tikintisinin ikinci fazasının – avtomobil keçidinin reallaşdırıl-

masına başlamaq lazımdır.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

5

Dövlət Dəniz Administrasiyasında 

Avropa İttifaqı tərəfindən maliyyələş-

dirilən “Azərbaycan Respublikasında 

dəniz nəqliyyatı sahəsində məsuliyyətin 

artırılmasında Dövlət Dəniz Administ-

rasiyasına dəstək” adlı Tvinninq layihə-

si çərçivəsində, “Neftlə çirklənmədən 

vurulan zərərə görə mülki məsuliyyət 

haqqında” 1992-ci il tarixli Beynəlxalq 

Konvensiya və “Neftlə çirklənmə 

zamanı dəyən ziyanın kompensasiyası 

üzrə Beynəlxalq Fondun yaradılması 

haqqında” Beynəlxalq Konvensiyaya 

dair seminar keçirilib.

Azərbaycan  Respublikası  Dövlət  Də-

niz  Administrasiyasının  mətbuat  xidmə-

tindən  bildirilib  ki,  2015-ci  il  noyabrın 

16-dan həyata keçirilən Tvinninq layihəsi, 

Azərbaycanda  dəniz  üzgüçülüyünün  təh-

lükəsizliyi  və  dənizin  gəmilərdən  çirklən-

dirilməsinin  qarşısının  alınması  ilə  əlaqə-

dar  beynəlxalq  konvensiyalarda  nəzərdə 

tutulan məsuliyyət prosedurlarının Avropa 

İttifaqı  qanunvericiliyi  ilə  əlaqəli  şəkildə 

həyata keçirilməsində və tətbiqi məsələlə-

rində  Dövlət  Dəniz  Administrasiyasının 

potensialını gücləndirmək məqsədi daşıyır.

“Azərbaycan  Respublikasında  dəniz 

nəqliyyatı  sahəsində  məsuliyyətin  artırıl-

masında  Dövlət  Dəniz  Administrasiyasına 

dəstək” adlı Tvinninq layihəsi çərçivəsində 

keçirilən  seminarda  Dövlət  Dəniz  Admi-

nistrasiyasının  əməkdaşları  ilə  yanaşı,  də-

nizçilər, vətəndaş cəmiyyətlərinin, eləcə də, 

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar As-

sosiasiyasının nümayəndələri iştirak ediblər.

Tvinninq  layihəsi  çərçivəsində  ölkə-

mizə  dəvət  olunan  İspaniyalı  mütəxəssis-

lər  —  professor  J.L.Gabaldon,  kapitan  L.

Fernandez  və  R.Pastor  tərəfindən  “Neftlə 

çirkləndirmədən  vurulan  zərərə  görə  mül-

ki  məsuliyyət  haqqında”  1992-ci  il  tarixli 

Beynəlxalq  Konvensiya  və  “Neftlə  çirk-

lənmə  zamanı  dəyən  ziyanın  kompensasi-

yası  üzrə  Beynəlxalq  Fondun  yaradılması 

haqqında”  Beynəlxalq  Konvensiyaya  dair 

məlumat verilməklə, onların tətbiqi dairə-

si, konvensiyalarda nəzərdə tutulmuş əsas 

anlayışlar,  gəmi  sahibinin  məsuliyyəti, 

məcburi  sığorta  halları,  neftlə  çirklənmə 

zamanı dəyən ziyanın kompensasiyası üzrə 

Beynəlxalq Fondun yurisdiksiyası və kom-

pensasiyaların verilməsi qaydaları, icraatın 

başlanması üzrə tətbiq olunan vaxt məhdu-

diyyəti  və  konvensiyalarda  əksini  tapmış 

digər məsələlər ətraflı izah edilib, eləcə də 

“Prestige” neft tankerində baş vermiş qəza-

ya dair bir sıra praktiki məşğələlər aparılıb.

Seminarın sonunda iştirakçılara sertifi-

katlar təqdim edilib.

Ekologiya və Təbii Sərvətlər Nazir-

liyinin Ətraf Mühit üzrə Milli Monito-

rinq Departamenti 2016-cı il ərzində 58 

müşahidə məntəqəsində 42 su obyektinin 

(27 çay, 4 su anbarı, 10 göl və 1 liman) 

monitorinqini həyata keçirib.

Departamentdən    verilən  məlumata 

görə,  detergentlər,  neft  məhsulları,  fenol-

lar,  üzvi  oksidləşdiricilər,  xlorüzvi  pesti-

sidlər, ağır metallar, suyun mineral tərkibi 

üzrə ötən il ərzində götürülmüş 427 su nü-

munəsi  üzərində  8466  analiz  aparılıb.  Su 

nümunələri  üzərində  aparılmış  analizlərin 

nəticələrinə  əsasən  məlum  olub  ki,  ək-

sər su obyektlərində bəzi göstəricilər üzrə 

konsentrasiyalar yol verilən qatılıq həddini 

(YVQH) keçib.

Kür-Araz  ovalığı:  Kür  çayı  suyunun 

keyfiyyəti  əsasən  yuxarı  və  aşağı  axınla-

rında pisləşir. Bunun səbəbi yuxarı axında 

Gürcüstan ərazisindən axıdılan transsərhəd 

çirkləndiriciləri, aşağı axında isə Araz ça-

yının  tökülməsi  və  çay  boyunca  yerləşən 

yaşayış  məntəqələrindən,  xüsusən  də  Şir-

van  və  Salyan  şəhərlərindən  axıdılan  sə-

naye və məişət çirkab sularıdır. Bu ərazidə 

suyun  keyfiyyəti  mülayim  çirklənmiş  su 

sinfinə aiddir. Aşağı axında Zərdab və Sur-

ra məntəqələrində nisbətən zəif çirklənmə 

səviyyəsi  müşahidə  olunur.  Bu  da  həmin 

məntəqələr  boyunca  qeyd  edilən  ərazidə 

çaya axıdılan çirkləndiricilərin miqdarının 

azalması ilə bağlı olub.

Böyük Qafqazın cənub yamaclarından 

axan  çaylar:  Bu  bölgənin  çayları  əsasən 

kənd  təsərrüfatı  çirkab  suları  ilə  çirklən-

məyə məruz qalsa da, il ərzində Qanıx ça-

yında Əyriçayın mənbəyindən 1,7 kilometr 

aşağıda,  Balakənçay,  Talaçay,  Əyriçay, 

Katexçay,  Dəmiraparançay,  Kürmükçay, 

Göyçay,  Türyançay  və  Qarasu  çaylarında 

özünütəmizləmə aktiv olduğundan çox zəif 

çirklənmə  səviyyəsi  müşahidə  edilib.  Bu 

çayların suyu təmiz su sinfinə aid olub.

Böyük  Qafqazın  şimal-şərq  yamacla-

rından axan çaylar: Qusarçay (Quzun kəndi 

ərazisində),  Qudyalçay,  Qaraçay, Vəlvələ-

çay (Təngəaltı kəndi ərazisində) çaylarının 

çirklənmə səviyyəsi çox zəif olub. Bu çay-

lar təmiz su sinfinə aid edilib.

Kiçik  Qafqaz  regionunun  çayları:  Bu 

regionun  çayları Ağstafaçay,  Qabırrı  çayı, 

Tovuzçay,  Şəmkirçay,  Kürəkçay  çayları 

(Qoşqarçay istisna olmaqla) mülayim çirk-

lənməyə məruz qalıb. Qoşqarçayın çirklən-

məsində  isə  Daşkəsən  şəhərinin  kommu-

nal-təsərrüfat, məişət çirkab suları və zəylik 

alunit–filiz  kombinatının,  Daşkəsən  filiz 

zənginləşdirmə kombinatının tullantı suları 

böyük rol oynadığından bu çay çirklənmiş 

su sinfinə aid edilib. Ağstafaçayda aparılan 

müşahidələr göstərib ki, Qazax şəhəri əra-

zisində çayın çirklənmə səviyyəsi mülayim 

çirklənmiş su sinfinə aiddir.

Lənkəran  -  Astara  zonasının  çayları- 

İstisu çayı və Viləşçay mülayim çirklənmiş, 

Təngərud və Lənkərançay isə təmiz su sin-

finə aid edilib.

gƏMiçiLƏRƏ neftLƏ çiRkLƏnMƏDƏn vURULAn ZƏRƏRƏ 

göRƏ MüLki MƏSULiYYƏt BARƏDƏ MƏLUMAt veRiLiB

BƏZi çAYLAR tƏMiZ SU SinfinƏ AiD eDiLiB

Azərbaycanla Türkiyə arasında 

əlaqələrin, dostluq münasibətlərinin tarixi 

köklərə dayandığını deyən Dövlət Dəniz 

Administrasiyasının rəisi Qüdrət Qurbanov, 

iki ölkə arasında dəniz nəqliyyatı sahəsində 

əməkdaşlığın yüksək səviyyədə olduğunu 

vurğuladı. Prezident İlham Əliyevin qayğısı 

nəticəsində dəniz nəqliyyatı sahəsində 

görülən işlər, donanmanın yenilənməsi 

istiqamətində əldə olunan nailiyyətlər, 

respublikamızın nəqliyyat dəhlizlərinin 

inkişafına verdiyi töhfə barədə ətraflı mə-

lumat verildi. Görüşdə, ölkəmizin Birləşmiş 

Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan 

Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə 

orqanı olan Assambleyasında və adıçəkilən 

Təşkilatın Alt Komitələrinin sessiyalarında, 

Şurasına keçirilən seçkilərdə Türkiyə Res-

publikasına daima yaxından dəstək olduğu 

qeyd edildi.

Eyni  zamanda  “Türk  Loydu”  təsnifat 

cəmiyyətinin  ölkəmizdə  fəaliyyətinin  ge-

nişləndirməsi üçün münbit şəraitin olduğu, 

respublikamızda  ticarət  gəmiçiliyi  sahə-

sinin  getdikcə  inkişaf  etdiyi,  bu  şəraitdən 

istifadə  edərək  gəmilərə  texniki  nəzarət 

sahəsində  məqsədyönlü  tədbirlərin  həyata 

keçirilməsinin zəruriliyi qeyd edildi. Azər-

baycan dənizçilərinin təcrübəsi və fəliyyə-

tindən söz açıldı, istər Azərbaycan, istərsə 

də  xarici  bayraq  altında  üzən  gəmilərdə 

təcrübəli  azərbaycanlı  dənizçilərin  olduğu 

diqqətə çatdırıldı.

Vaxtilə Azərbaycanda çalışdığını qeyd 

edən Türkiyə Respublikasının ölkəmizdəki 

fövqəladə və səlahiyyətli səfiri Erkan Özo-

ral, bu dəfəki dönüşündə ölkədə qısa müd-

dətdə inanılmaz inkişafla rastlaşdığını dedi. 

Uzaq Məsafədən Tanınma və İzləmə Milli 

Mərkəzinin  fəaliyyəti  ilə  yaxından  tanış 

olduğunu diqqətə çatdıran səfir bildirdi ki, 

ölkədə gedən sürətli inkişaf prosesi bütün 

sahələrdə olduğu kimi Dövlət Dəniz Admi-

nistrasiyasının  da  fəaliyyətində  nəzərəçar-

pacaq şəkildə hiss olunur.

Səfir,  həmçinin  Dövlət  Dəniz  Admi-

nistrasiyası  tərəfindən  dəniz  nəqliyyatı 

sahəsində  həyata  keçirilən  məqsədyönlü 

tədbirlərin  uğurlu  nəticələrinin  Azərbay-

candan  kənarda  da  hiss  edildiyini,  bu  sə-

bəbdən  Respublikamızın  dəniz  nəqliyyatı 

sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbe-

dici xarakter daşıdığını, Türkiyə Loydunun 

da  bu  təsnifat  cəmiyyətləri  cərgəsində  ön 

sıralarda olduğunu və Azərbaycan Respub-

likasının  Dövlət  bayrağı  altında  üzən  bir 

neçə  gəmisinə  “Türk  Loydu”  təsnifat  cə-

miyyəti tərəfindən texniki nəzarətin həyata 

keçirildiyini  vurğulayaraq,  Dövlət  Dəniz 

Administrasiyası  tərəfindən  Türkiyə  Loy-

duna  göstərilən  dəstəyə  görə  təşəkkürünü 

bildirdi.

Görüşdə  Azərbaycan  Respublikasının 

Dövlət bayrağı altında üzən 10-a yaxın gə-

misinin Qara dənizdə həyata keçirilən yük 

daşımalarına  yaxından  cəlb  edilməsi  və 

Türkiyə Respublikasına məxsus tərsanələr-

də bir neçə gəmimizin inşa edildiyi, habelə 

bu sahədə gələcəkdə əməkdaşlığın daha da 

inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Dövlət Dəniz Administrasiyasının

mətbuat xidməti

tüRkiYƏ ReSPUBLikASInIn öLkƏMiZDƏki fövQƏLADƏ vƏ 

SƏLAhiYYƏtLi SƏfiRi eRkAn öZoRALLA göRüş keçiRiLiB

üZƏn eMALAtXAnAnIn tƏMiRi YekUnLAşMAQ üZRƏDiR

“hAZIRDA XƏZƏR hövZƏSinDƏki DƏniZ LiMAnLARInIn 

inkişAfI StRAtegiYASI üZƏRinDƏ iş geDiR”

Həştərxan vilayəti 

Xəzər Nəqliyyat-Logisti-

ka kompleksi layihəsinin 

hazırlanmasında iştirak 

etmək üçün RF-nin Şimali 

Qafqaz Məsələləri üzrə 

Nazirliyi nəzdində işçi qru-

pun tərkibinə daxil olacaq.

  Şimali  Qafqazın  İn-

kişafı 

Korporasiyasının 



(ŞQİK)  rəsmi  saytı  xəbər 

verir ki, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin 

birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şura-

sının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru 

Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.

O.Baysultanov  deyib:  “Hazırda  Xəzər  hövzəsindəki  dəniz  li-

manlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin stra-

tegiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayəti-

nin  bu  layihədə  iştirak  etməsi  ölkə  üçün  çox  vacibdir.  Həştərxan 

limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub 

darvazası deməkdir”.

A.Jilkin  də  öz  növbəsində, Yaxın  Şərqdən, Afrikadan  və  Cə-

nub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf 

etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.

Qubernator  deyib:  “Biz  “Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizinin  inkişafına  ümid  bəsləyirik.  Xəzər  dənizi  boyunca  qon-

şularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə 

25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan li-

manları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də 

Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsin-

də əlaqələndirilməsi zəruridir”.

neftçALADAkI nƏRƏ BALIQARtIRMA ZAvoDU 

inDiYƏDƏk XƏZƏR DƏniZinƏ 45 MiLYonDAn 

çoX nƏRƏ köRPƏSi BURAXIB

Neftçaladakı Xıllı Nərə Ba-

lıqartırma Zavodu hər il Kür çayı 

vasitəsilə Xəzər dənizinə 5 milyon 

nərə körpəsi köçürür. Zavod fəaliyyət 

göstərdiyi 2003-cü ildən bəri, ümumi-

likdə, 45 milyondan çox müxtəlif növ 

nərə cinsli balıq körpəsi yetişdirərək 

dənizə buraxıb. Balıqartırma zavodu 

əsasən, nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo 

və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.

Yaz-yay balıqartırma mövsümündə yetişdirilən nərə cinsli balıq 

körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək 80-150 qrama 

çatdırıldıqdan  sonra  Kür  çayının  mənsəbinə  buraxılır.  Son  illərin 

təcrübəsi  göstərir  ki,  ənənəvi  normal  çəkidən  daha  yüksək  çəkidə 

körpələrin təbii ərazilərə buraxılması daha effektli olur və onların açıq 

dənizdə yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq, zavodun 

istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və isteh-

sal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir 

neçə dəfə artırılması nəzərdə tutulub.

Zavodun direktor əvəzi Kamal Bayramov AZƏRTAC-a bildirib 

ki, 2013-cü ildə Azərbaycanda balıqartırma tarixində ilk dəfə olaraq 

süni  yolla  kürü  yetişdirilib.  Kürüdən-kürüyə  prinsipi  qorunaraq  za-

vodda  saxlanılan  və  təmir-törədici  fondunun  tərkibinə  daxil  edilən 

törədici balıqlardan cinsi məhsullar alınıb. Təmir-törədici fondu yara-

dılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən 

elmi-praktiki eksperimentlər keçirilir. Hazırda zavod şəraitində süni 

yolla alınmış 5500-dən çox nərə cinsli balıqlar saxlanılır.

Qeyd edək ki, zavod Xəzəryanı ölkələr sırasında nərə körpələ-

rinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncü 

yerdədir.



Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə