Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə19/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   15   16   17   18   19   20   21   22   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

56 



142. Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr 

edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə 

girəcəyinizimi güman edirsiniz?  

143. Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) 

arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.  

144. Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-

getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək 

və ya döyüşdən qaçacaqsınız?) Halbuki ən şəxs Allaha heç bir zərər yetirməz. Lakin 

Allah şükür edənlərə mükafat verər.  

145. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən 

edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət 

savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, 

mükafatlandıracağıq!  

146. Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə 

qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə 

acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!  

147. Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi 

bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və 

kafirlərə qələbə çalmaqda bizə kömək et!" - deməkdən başqa sözləri olmamışdır.  

148. Nəhayət, Allah onlara həm dünya ne’mətlərini, həm də ən gözəl axirət ne’mətini 

(Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!  

149. Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) 

döndərər və siz də zərər çəkmiş halda ərsiniz.  

150. Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.  

151. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin 

ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer 

nə pisdir!  

152. (Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə 

verdiyi və’dinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə 

göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə 

mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

57 



isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı 

mərhəmətlidir!  

153. Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi 

çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə 

(məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; 

onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, 

əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, 

Allah gördüyünüz işlərdən xəbərdardır!  

154. Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin 

bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə 

bizim üçün bir şey (xeyir) varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan 

düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: "Əlbəttə, bütün işlər Allaha 

məxsusdur (Allahın əlindədir)". Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz 

ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə 

buradaca öldürülməzdik", - deyirlər. (Ya Rəsulum!) De: "Əgər siz evlərinizdə olsaydınız 

belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə 

gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) 

yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah 

ürəklərdə olanları biləndir!"  

155. (Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, 

məhz etdikləri bə’zi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa 

(büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. 

Həqiqətən, Allah bağışlayandır, həlimdir!  

156. Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya 

öldürülmüş) qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə 

də öldürülərdilər", - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların 

ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də 

Allahdır. Allah etdiyiniz əməlləri görəndir!  

157. Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm 

etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha 

xeyirlidir.  

158. Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

58 



159. (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra 

yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar 

sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) 

bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! 

Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!  

160. Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil 

edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö’minlər Allaha 

təvəkkül etsinlər!  

161. Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən 

şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər 

kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!  

162. Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs 

kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!  

163. Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi 

işləri görəndir.  

164. Allah mö’minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini 

oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti öyrədən 

bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində 

idilər.  

165. Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları 

ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət 

gəldiyi zaman: "Bu haradan gəldi?" - dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin 

özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir!  

166. (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də 

Allahın iznilə oldu ki, mö’minləri ayırd etsin.  

167. Və münafiqləri onlardan fərqləndirsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, 

yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) - deyildi. Onlar: "Əgər biz 

vuruşa bilsəydik, sizin ardınızca gələrdik" - deyə cavab verdilər. Onlar o gün imandan 

çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah 

onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!  

168. (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) 

qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər", - 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə