«qurani–KƏRİMİN» QƏLBİDİR



Yüklə 2,11 Mb.
səhifə12/12
tarix25.06.2018
ölçüsü2,11 Mb.
#51323
1   ...   4   5   6   7   8   9   10   11   12

Quranın bir çox ayələrində bu məsələyə işarə olunmuşdur. Bir yerdə deyilir:

«Allah onların (xaçpərəstlərlə yəhudilərin) arasındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!» (Bəqərə-113).

Digər bir ayədə oxuyuruq:

«Onlar: «Allah ölən bir kimsəni diriltməyəcəkdir!»-deyə Allaha möhkəm and içdilər. Xeyr! Allah (qiyamət günü ölüləri qəbirlərindən çıxardıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah, öləndən sonra hər bir mömin və kafiri dirildəcəkdir ki,) ixtilafda olduqları məsələləri onlara izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər...» (Nəhl-38, 39).

4-Quran və məad məsələsi:

Peyğəmbər lərin dəvətinin ən əsas hissəsi olan tövhid məsələsinə aid olan ayələrdən sonra məad məsələsi və onun əsərləri Quranda birinci yeri tutur. Quranda tövhiddən sonra ən çox ayəni özünə ixtisas verən məsələ məad məsələsidir. Məada aid olan ayələrin bəzisi bu məsələni məntiqi sübut və istidlal əsasında gətirmiş, bəziləri isə bu məsələni fanatik surətdə bəyan etmişdir. Bu məsələ insana o qədər təsir edir ki, bəzi vaxtlar insan bu ayələri eşidəndə bədəninin tükləri biz-biz olur. Bu sübutlar o qədər cazibəlidir ki, insanın bədən və ruhuna nüfuz edir.

Bu ayələrin birinci dəstəsində (yəni məntiqi sübut və dəlil əsasında gətirilən ayələr) ən çox məadın baş verəcəyi mövzusuna işarə olunmuşdur. Səbəbi də budur ki, məadı inkar edənlərin əksəri onun baş verəcəyini mahal və imkandan kənar bir iş güman edirdilər. Onlar belə güman edirdilər ki, məad, xüsusən cismani məad həyata keçəcək bir iş deyildir. Çünki, cismani məad baş tutması üçün lazımdır ki, çürüyüb torpağa qatışmış bədənlər yenidən dirilsinlər. (bunu da qeyri əqli bir iş bilirdilər).

Bu ayələrin birinci dəstəsi müxtəlif yollarla bu məsələyə işarə edərək onun həyata keçəcəyini isbat etmişdir. Bu yolların müxtəlif olmasına baxmayaraq nəticələri eynidir. O da məadı isbat etməkdir. (Özü də əqli dəlillərlə).

Bir dəfə insanın ilk yaşayışını onun zehnində canlandıraraq qısa ifadə ilə bu məsələni açıqlayıb deyir: «Sizi (yoxdan) yaratdığı kimi, «Yenə də Onun hüzuruna qayıdacaqsınız» (Əraf-29).

Başqa bir yerdə bitkilərin (və təbiətin) ölüm və həyatını bizlərlə xatırladaraq həmən ayələrin sonunda insanların da ölüm və dirilməyinin bu cür baş verəcəyini bəyan edir: « Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və arpa, buğda və s. Kimi) biçilən taxıl dənələri yetişdirdik. Biz o su ilə ölü bir məmləkəti cana gətirdik. (Qəbrlərdən) dirilib-çıxmaq da belədir.» (Qaf-9, 11).

Biz insanlar, bitkilərin və təbiətin bu ölüb yenidən dirilməsini hər il müşahidə edirik.

Başqa bir ayədə belə deyilir:

«Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir.» (Fatir-9).

Məad məsələsini bəzi vaxtlar Allahın qüdrətini bəyan etməklə irəli sürür:

«Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?» (Əhqaf-33).

Bəzi vaxtlar enerjilərin qiyamətini və göy ağacdan od əmələ gəlməsini Onun qüdrət və məad nişanələrindən qələmə vermişdir:

«O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi.» (Yasin-80).

Bəzi vaxtlar insanın ana bətnində keçirdiyi dövrü onun yadına salmaqla məad məsələsinə işarə edərək buyurur: «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayır, sonra sizi (oradan) uşaq olaraq çıxardırıq...» (Həcc-5).

Bəzi ayələrdə qiyamətin əsər-əlamətini «Əshabi-Kəhf»in 309 il çəkən yuxusu kimi uzun-uzadı yuxularda (ölümə tay olan və bəzi vaxtlar ölümün özü olan yuxularda) insanlara göstərir. Əshabi-Kəhfin dastanını bəyan etdikdən sonra buyurur:

«İnsanları (Tərsusun əhalisinin) onların halı ilə beləcə tanış etdik ki, Allahın (öləndən sonra məxluqatın diriləcəyi haqqındakı) vədinin doğru olduğuna və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər». (Kəhf-21).

Bu altı yol «Quran»da məadın bunların vasitəsilə isbat olduğu yollardır.

Bunlardan əlavə «Quran»da məadın bunların vasitəsilə isbat olduğu yollardır.

Bunlardan əlavə «Quran»da digər dəlil və şahidlər vardır ki, hər biri məad üçün bir nümunədir. O cümlədən İbrahim(ə) Peyğəmbərin quşlarla macərası (Bəqərə-260), Üzeyr Peyğəmbərin (Bəqərə-73) sərgüzəştlərini misal gətirmək olar.

Qısa sözlə desək «Quran» məadı, onun əsərlərini, müqəddimə və nəticələrini o qədər gözəl bəyan edir ki, bu ayələr o qədər çoxdular ki, hər kəsdə bir zərrə vicdan olsa və bu ayələri nəzərdən keçirsə mütləq onda təsir edəcək.

Bəzilərinin dediyinə görə «Quran»da 1200-ə yaxın ayə məad barəsində bəhs edir. Əgər bu ayələri bir yerə toplayıb onları təfsir etsək böyük həcmli bir kitab əmələ gələr.

5-Cismani məadın mənası bu deyil ki, qiyamətdə təkcə insanın bədəni dirilib qayıdacaq və bədən ruhdan ayrılacaq. Əksinə, bədən ruhla birgə qiyamətdə hazır olacaqlar. Başqa sözlə desək ruhun qayıtmasında şübhə yoxdur. Şübhə cism və bədəninin qayıdacağındadır.

Qədim filosoflardan bir qrupu demişlər ki, məad təkcə ruha aiddir. Bədəni isə insanın (ruhunun) yalnız bu dünyada özü ilə gəzdirdiyi bir yük bilirlər. Öldükdən sonra insan bədəndən ayrılaraq ruhlar aləminə tələsir.

Lakin İslam alimlərinin fikrincə məad həm cismani, həm də ruhani olacaqdır. Düzdür bu alimlərdən bir dəstəsi belə deyir ki, o cisim bu dünyadakı cisim olmayacaq. Allah insana başqa bir cisim əta edəcək. İnsanın şəxsiyyəti və mənliyi onun ruhu ilə hesablandığına görə bu cisim də insanın cismi hesab olur.

Ancaq təhqiqçilərin təhqiqatı sayəsində məlum olur ki, qiyamətdə hazır olan cisim insanın bu dünyadakı cisminin özüdür. Çürüyüb torpağa dönmüş bədən Allahın əmri ilə dirilib yeni libası geyəcək. Bu məsələ Quran ayələrindən ələ gəlmiş bir məsələdir.

Cismani məad barədə «Quran»da o qədər ayələr vardır ki, yəqinliklə bu nəticəyə gəlmək olar: təkcə ruhani məada əqidə bəsləyənlər bu ayələri azacıq da olsun belə mütaliə etməmişlər. Əgər onlar bu ayələri oxusaydılar yəqin ki, belə əqidədə qalmazlar.

Elə «Yasin» surəsinin son ayələri də bu məsələni vurğulamışlar. Çünki, çürümüş sümüyü əlinə götürən kişi təəccüb edirdi ki, bunu yenidən kim dirildə bilər?

«Quran»da buna cavab olaraq açıq-aşkar deyilmişdir: «Qul yuhyiyhəlləzi ənşəəha əvvələ mərrətin». «(Ey Peyğəmbər!) De ki,-onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir».

Müşriklərin tamam təəccüb və müxalifəti elə bu məsələyə görə idi. Onlar deyirdilər ki: «Məgər biz torpağa qarışıb yox olduqdan sonra yenidən diriləcəyikmi?» (Və qalu əiza zələlna fil ərzi əinna ləfi xəlqin cədid? Səcdə-10).

Onlar deyirdilər ki: «O (Muhəmməd(ə)) sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirilib) çıxacabınızı vəd edirmi?» (Əyəidukum ənnəkum iza mittum və kuntum turabən və izamən ənnəkum muxrəcun? Muminun-35).

Onlar bu məsələyə o qədər təəccüblə yanaşırdılar ki, onu Allah rəsuluna dəlilik və ya yalançılıq kimi nisbət verirdilər: «Kafirlər (öz aralarında Peyğəmbərə istehza edərək bir-birinə dedilər: Sizə parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir adam göstərəki? Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?» (Qaləlləziynə kəfəru həl nədullukum əla rəcülin yunəbbikum iza muzziqtum kullə muməzzəqin ənnəkum ləfi xəlqin cədid? Əftəra ələllahi kəzibən əm bihi cinnətun? (Səba-7, 8).

Məhz bu səbəbdən «Quran»ın məadın baş tutacağı barədə gətirdiyi sübutların hamısı cismani məada aiddir. Ötən fəsildə (4-cü incəlikdə) gətirdiyimiz altı dəstə ayələrin hamısı bu iddiaya (məadın cismani və ruhani olacağına) bir sübut və dəlildir.

Bundan əlavə «Quran»nın bir çox ayələrində bəyan olunur ki, siz qəbirlərinizdən çıxarılacaqsınız («Yasin»-51, «Qəmər»-7 və s.). Qəbirdən qalxmaq da cismani məada aiddir. İbrahim (ə) peyğəmbərin başına gələn hadisə, Üzeyir (ə) peyğəmbərin ölüb-dirilməsi və Bəni-İsraildə qətlə yetirilmiş kişinin əhvalatlarında cismani məada işarə edir.

Mütərcimdən:

Bu üç əhvalat haqqında qısa məlumat.

Bir gün İbrahim (ə) peyğəmbər Allaha xitab edərək buyurdu: «Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər.» Allah ona belə cavab verdi: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» İbrahim (ə) buyurdu: «Niyə, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün istəyirəm.» Allah ona buyurdu: «Dörd quş tut, onların başını kəsib bir dağa qoy. Sonra bir yerdə dayanıb onları səslə. Dərhal dirilib sənə tərəf uçub gələcəklər.»

İbrahim (ə) Allahın buyurduğu kimi dörd quş (hədisdə bu quşlar ördək, tovuz, xoruz və kəklik, ya da qarğa qeyd olunmuşdur) tutub başlarını üzdü. Onları bir dağa qoyub bir yerdə dayanaraq quşları özünə tərəf çağırdı. Allahın izni və əmri ilə quşlar dərhal dirilib İbrahimə (ə) tərəf uçub gəldilər (Bu dastan «Bəqərə» surəsinin 260-cı ayəsində bəyan olunmuşdur).

Bir gün Üzeyir (ə) Peyğəmbər damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçib gedərkən dedi: «Əcəba, Allah bu kəndi ölümündən sonra necə diriləcək?» Bu vaxt Allah onun qəlbini xatircəm etmək üçün onu yüz il yuxuya apardı (öldürdü). Peyğəmbər oyandıqdan sonra Allah ondan soruşdu: «Nə qədər yatmısan?» Üzeyir (ə) cavab verdi: «Bir gün, bəlkə bir gündən də az.» Allah ona dedi: «Sən yüz ildir ki, yatmısan. Yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bir bax! (Onun uzunqulağı da var idi).

O, uzunqulağa baxanda onun yalnız sümüklərini gördü. Allah sözünə əlavə edib buyurdu: «İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə necə birləşdirib, sonra da necə onların üzərini ətlə necə örtürük? (Gör onu dirildirik?)». Bu vaxt uzunqulaq cana gələrək ayağa qalxdı (Bu dastan «Bəqərə» surəsinin 259-cu ayəsində bəyan olunmuşdur).

Bəni İsraildə gözəl bir qız var idi. Bu qız tanınmış bir ailədə böyüdüyü üçün onun adı, sorağı hər tərəfə yayılmışdı. Bu qız üçün çoxlu elçilər gəlmişdi. Qızın üç əmisi oğlu var idi. Onlar da bu qıza elçi göndərmişdilər. Qız-oğlanlardan birinin elm sahibi olduğu üçün ona ərə getməyə razılıq vermiş. O biri əmisi oğlanları qardaşlarına həsəd apararaq onu qətlə yetirib gecə vaxtı Bəni İsrailin küçələrinin birinə atırlar. Səhər açılan kimi qatillər həmin küçəyə gəldilər. Əmisi oğlunun meyitini görcək şivən vurub ağlamağa başladılar. Onlar Musanın(ə) yanına gəlib əhvalatı ona danışdılar. Musa(ə) nə qədər axtardısa qatili tapa bilmədi. O, Allahın dərgahına pənah aparıb bu işin sirrini öyrənmək istədi. Allah Musaya vəhy etdi ki, Bəni İsrailə de bir öküz kəsib onun ətindən (ya qanından) meyitə sürtsünlər. Ölü dərhal dirilib öz qatilini təyin edəcək. Qatillər bunu eşitdikdə tez bəhanələrə əl atdılar (və inəyin kəsilməsinə mane oldular). Allah onların bütün bəhanələrinin cavabını verdi. Nəhayət, çox bəhanələrdən sonra inəyi kəsməyə məcbur oldular. İnəyi kəsib onun ətindən meyitə sürtdükdə o dirildi və dilə gələrək öz qatilinin kim olduğunu bildirdi (Bu mövzuya «Bəqərə» surəsinin 67-ci ayəsindən 73-cü ayəsinə qədər olan hissədə müraciət edə bilərsiniz).

Bu dastanların hamısı cismani məada bir şahid, sübut və nümunələrdir (Mütərcimdən).

«Quran»da Cənnətin maddi nemətlərinin (Hurinin, yeyib-içməyin, dincəlməyin və s.) sadalamasından da məadın həm ruhani, həm də cismani olması başa düşülür. Əgər belə deyilsə onda maddi nemətləri mənəvi nemətlərlə birgə qeyd etməyin mənası olmaz.

Hər kim «Quran» ayələrini bir az mütaliə edərsə, o şəxsin cismani məadı inkar etməsi mümükün deyil. Başqa sözlə desək, cismani məadı inkar etmək məadın özünü inkar etmək deməkdir (İstər ruhani, istərsə də cismani).

Yazdıqlarımızdan əlavə cismani məad haqqında çox hədis və rəvayətlər mövcuddur. Həmin hədisləri digər kitablardan əldə edib oxuya bilərsiniz.

6.Cənnət və Cəhənnəm.

Bir çoxları belə güman edirlər ki, ölümdən sonrakı həyat elə bu dünya kimidir. Ancaq daha kamil, daha gözəl bir şəkildə.

Lakin əlimizdə olan əsaslardan belə məlum olur ki, o dünya ilə bu dünyanın çox fərqləri vardır. Bu iki dünya arasındakı fərq bu dünya ilə uşaqlıq dünyası (ana bətni) arasında olan fərqdən də çoxdur. Əgər axirət aləmi ilə bu dünyanın fərqini ana bətni ilə bu dünya arasında olan fərqlə müqayisə etsək, müqayis yenə də səhih və düz olmayacaq.

Bəzi rəvayətlərin dediyinə görə o dünyada elə şeylər var ki, onları nə bir göz görmüş, nə də bir qulaq eşitmişdir. Hətta insanın fikrinə belə gəlməyib. «Quran»da bu barədə buyurur: «Fəla tələmu nəfsun ma uxfiyə ləhum min qurrəti əyunin».

«Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün gözoxşayan (onları sevindirəcək) nə cür nemətlər gilənib saxlandığını heç kəs bilməz» (Səcdə-17).

O dünyanın hökuməti, şəhadəti də bu dünyada hökumətçilik edən qayda-qanunlarla fərqlənir. Bu dünyada məhkəmədə (islami məhkəmədə) iki nəfər ədalətli kişi şahid durmalıdır. O dünyada isə insanın öz əli, ayağı və hətta dərisi gördükləri əməllərə şəhadət verəcəkdir. «Yasin» surəsinin 65-ci ayəsi bu məsələyə sübutdur: «Əlyəvmə nəxtimu əla əfvahihim və tukəllimuna əydiyhim və təşhədu ərculuhum bima kanu yəksibun.» «Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.»

«Fussilət» surəsinin 21-ci ayəsi də bu məsələni vurğulayır: «Və qalu liculudihim limə şəhidtum ələyna qalu əntəqənəllahulləziy əntəqə kullə şəyin». «Onlar öz dərilərinə: «Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.»

Ümumiyyətlə axirət aləmi barədə nə qədər sözlər deyilirsə, bizim zehnimizdə təsəvvür olunan bunlardır. Uzaqdan görünən qaraltıya bənzəyir. Bununla da axirət aləmi barədə verilən sualların bir çoxuna cavab verilir.

Bu qədər bilirik ki, Cənnət Allah nemətlərinin cəm olduğu yerdir. İstər maddi nemət olsun, istərsə də mənəvi nemət. Cəhənnəm də onun əksinə. Yəni ən çətin əzablar orada mövguddur.

Cənnət və Cəhənnəmin xırdalıq və cüziyyatı barədə «Quran»da yalnız bəzi şeylər deyilmişdir (Qısa şəkildə). Biz də bunları qəbul edirik. Lakin bunlar barədə geniş məlumatı görmədən kimsə deyə bilməz.

Pərvərdigara! O qorxulu, dəhşətli gündə ədalətli məhkəmədə bizləri öz pənahında saxla. Bizlərə rahatlıq əta et.

Pərvərdigara! Əgər məhkəmə əməllər əsasında qurulsa onda bizim əlimizdə heç bir şey olmayacaq. Öz kərəm və fəzilətinlə bizim ləyaqətsiz əməllərimizi qəbul et. Öz rəhmət və mərhəmətinlə bizim günahlarımıza pərdə çək.

Pərvərdigara! Bizim aqibətimizi elə et ki, həm Sən bizdən razı qalasan, həm də biz Sənin hüzurunda başıuca olaq.

Amin ya Rəbbəl aləmin.

Son.

Kitabın tərcüməsində istifadə olunan kitablar:



1-«Quran»-tərcümə-prof. Vasif Məmmədəliyev.

2-«Quran»-tərcümə-Beynəlxalq «Əlhuda» nəşriyyatının tərcüməçi qrupu.

3- Təfsiri «Quran»-Mövlazadə.

4-Möcəmül müfəhres liəlfazil Quran.



5- Mufrədat-Rağib isfahani.



1 Məcməul-Bəyan. Yasin surəsinin başlanğıcı.

2 Yenə orada

3 Yenə orada

1 Müqəttəə hərfləri «Quran»ın bəzi surələrinin «Bismillah...»dan sonra gələn və adıyla oxunan hərflərə deyilir.

 Təfsiri Alusi.22-ci cild.səh199

 Əl-Kəbir təfsiri

1 Təfsiri Qirtəbi

1 Nəhl-44; Fussilət-41; Zuxruf-44; Qəmər-25.

1 Nəkərə –yəni qeyri-müəyyən

4Nurus-səqələyin.Ç-4C-374

5 Məanil-əxbar. Səh-95

6 Nurus-səqələyn təfsiri 4-cü cild səh.379

7 Misir o zaman şəhər adlanırdı.

86 Şüəra surəsi. 109, 127, 145, 164, 180.


9 Məsələn:Yunus sur: ayə3 və 32.Hud sur. Ayə 3 və 52. Nəhl sur. Ayə24. Kəf sur . ayə 29 və s...

10 Qurtəbi təfsiri.

11 Məcməül-bəyan, Tibyan, Əbül Fütühi Razi təfsirləri.

12 Biharul-ənvar. C. 6,səh.218.

13 Pavel məsihiyyətin ən məşhur təbliğçilərindən biri idi. O, İsa (ə)-dan sonra bu dini genişləndirmək üçün əlindən gələn səyləri etmişdir. Bornaba isə Pavel və Markın ən yaxın dostlarından idi. Onun əsil adı Yusif olmuş və məşhur bir «İncil» də yazmışdır. Həmin «İncil»də İslam Peyğəmbərinin gəlişindən xəbərlər verilir . Lakin məsihilər onu qeyri-qanuni hesab edirlər və deyirlər ki, bir müsəlman tərəfindən yazılmışdır.

14 İsa reyğəmbərin şagirdlərinə həvari deyilir.

15 Nəhcül bəlaqə. 201-ci xütbə


16 «Məcməül-bəyan», «Qurtəbi», «Əl-mizan» və «Nurus-sələqəyn» təfsirləri

17 Müfrədati Rağib kitabı.

18 İslam fəlsəfəsində söz terminləri.

19 Bu hərəkət yuxarıda qeyd etdiyimiz bu halqada olan sonuncu nəzəriyyədən fərqlənir.

20 «Can əli rükbətəyhi» bir qurup ulduzlara deyilir ki, Fələkitn bir surətini təşkil edir və diz-üstə oturub ayağa qalxmağa hazırlaşan adama oxşayır.

21 Məcməül-bəyan təfsiri.

22 Ehticac kitabı.

23 Rövzətul-Kafi kitabı.

24 Məcməül-bəyan təfsiri.

25 Ruhul-məani. 23-cü cild. Səh.-35.

26 Ruhul-məani. 7-ci cild. Səh.-416.

27 Vəsailüş-şiə. 18-ci cild. Səh. 89. 1-ci hədis.

28 Vəsailüş-şiə. 18-ci cild. Səh. 91. 2-ci hədis.

29 Nəhcül-bəlağə. 192-ci xütbə.

30 Təfsiri Safi.

31 Bəzi hədislərdə isə 70 yaş yox 90 yaş qeyd olunmuşdur.

32 Bəharül-ənvar. 77 C. Səh. 77.

33 Nəhcül-Bəlağə. 110-cu xütbə.

34 Nəhcül-Bəlağə.133-cü xütbə.

35 Nəhcül-Bəlağə. Qısa sözlər. 388-ci söz.

36 Nəhcül-Bəlağə. Qısa sözlər. 349-cu söz.


37 Nəhcül-Bəlağə. 186-cı xütbə.

38 Nəhcül-Bəlağə, 5-ci xütbə.

39 Mütərcimdən: İmam Hüseyndən(ə) də buna oxşar bir ifadə vardır. Kərbəlada İbni Sədin qoşununun qarşısında durarkən belə buyurdu: «Ma ərəl məvtə illa səadətən və ma ərəl həyatə illa zillətən!»

(Yezidlə beyət etməməyimə görə) ölməyi özümə səadət, (onunla beyət edib) sağ qalmağımı isə özümə zillət və nankorluq bilirəm.



40 Nəhcül-Bəlağə. Qısa sözlər. 131-ci söz.

0 1


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə