Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HƏZRƏT ZEYNƏB (əleyha-salam)-IN XÜTBƏSİ



Yüklə 2,38 Mb.
səhifə44/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   39   40   41   42   43   44   45   46   47

HƏZRƏT ZEYNƏB (əleyha-salam)-IN XÜTBƏSİ

Nagəhan əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə onların sakit olmalarını işarə etdi. Hamı onu tanıyırdı. O, Əmirəl-möminin (əleyhis-salam)-ın qızıdır, uzun illər Kufədə elə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürümüşdü. Birdən o alimə xanım sözə başladı:

Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-ə, onun övladlarına, yaxşı və pak insanlara.

Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar və əhd-peyman pozanlar! Bizə görəmi ağlayır, göz yaşı axıdırsınız? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Bizim gözlərimizi ağlar qoyub, qəlbimizə əbədi dağ vurdunuz. Siz saçlarını qəşəng darayan, sonra isə hörüklərinin hamısını açıb bir-birinə qarışdıran dəli arvadlara oxşayırsınız. Siz əvvəl də məkr və hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. İçinizdə yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.

Siz kənizlər kimi yaltaq, düşmənlər təki hiyləgərsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.

Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndən sonra halımıza ağlayırsınız? Allaha and olsun ki, ağlamağa layiqsiniz; çox ağlayıb, az gülün; çünki siz adınıza elə əbədi rüsvayçılıq damğası vurmusunuz ki, su belə onu pak edə bilməz. Xatəmən-nəbinin ciyər parəsini, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər işdə və əməlinizdə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətləşədə sizə yol göstərirdi. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox pis günaha batıb qiyamətiniz üçün çox pis zəxirə hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyanla dolu olan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiqsiniz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərini parçalamısınız? Onun hansı qanını yerə tökmüsünüz? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiniz? Ey camaat, böyük zülm, son dərəcədə çirkin bir işə əl atmısınız. Az qalır sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, dağlar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı, yaramaz hərəkətləriniz yeri-göyü bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici və rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabı heç də yüngülləşməyəcək. Çünki O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah günahkarların intizarındadır.135

Həzrət Zeynəb (əleyha-salam) əli ilə işarə etdikdə onlar yenidən sakit oldular. Onlar səslərini elə kəsdilər ki, sanki, nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küyü yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutmuşdu. Sonra Həzrət Əlinin qızı özünün ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaət və vüqarla axıra yetirdi.

Həzrət Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin yaramaz əməllərini ifşa etməklə, onları əbədi rüsvay edib onlarda azacıq da olsa belə, izzət və şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşağı salıb hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə siləcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi; əbədi ziyankarlıq və ilahi qəzəbi özləri üçün satın almış, dünya rüsvayçılığını üzərlərində götürmüşdülər. Bəli, axirət əzabı daha çətin, daha üzücüdür. Əgər bunu bilsəydilər!



İMAM HÜSEYN (əleyhis-salam)-IN QIZI HƏZRƏT FATİMƏ (salamullahi əleyha)-NIN XÜTBƏSİ

Həzrət Zeynəb (əleyha-salam)-ın xütbəsindən sonra İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə bir xütbə söyləyərək, kufəlilərin hiylərinin üstündən pərdələri götürdü. O xütbənin bir hissəsində belə deyilir: Ey Kufə camaatı! Ey hiyləgər hoqqabazlar! Bilin ki, Allah təbarək və təala bizi sizin, sizi isə bizim vasitəmizlə imtahan etdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu–Allah bizə Öz lütfünü bağışladı. Lakin siz Allahın yer üzündəki höccətini, elm və hikmət xəzinəsini nahaq yerə şəhid etdiniz, Böyük Allah Öz Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in vasitəsi ilə bizim ailəmizə lütf etdi, bizi Öz məxluqlarından üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir oldunuz, qanımızı nahaq yerə axıtdınız, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki biz qeyri-müsəlman övladıyıq. Siz bundan bir az qabaq cəddim Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ni, dünən isə atam Hüseyni şəhid etdiniz. Qanımız sizin əllərinizdən damır ki bu damcılar da ürəklərinizdə bizə qarşı bəslədiyiniz keçmiş kin-küdurətdən irəli gəlmişdi. İndi gözləriniz aydın, qəlbləriniz şad olsun. Siz Allaha qarşı hiylə işlətdiniz, amma O, ən yaxşı tədbir tökəndir. Allah sizi öz cəzanıza çatdıracaq, Onun əzabının intizarında olun. Allah sizi bir-birinizin canına salacaq. Əlinizdən çıxanlara təəssüflənməyiniz faydasızdır. Baş verən hadisəyə şadlıq etməyiniz də səmərəsizdir. Əlləriniz kəsilsin, Allahın əzabının intizarında olun! Bu dünyada bir-birinizin canına düşəcək, axirət əzabında da əbədi qalacaqsınız. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vay olsun sizə, heç bilirsinizmi ki, hansı əllərlə bizi vurdunuz? Hansı ayaqlarla bizə tərrəf gəldiniz? Heç bilirsinizmi ki, bizimlə necə döyüşə atıldınız? Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz. Ey Kufə əhli, əlləriniz kəsilsiin, görün risalət xanədanından nə qədər qanlar sizin boynunuzdadır! Siz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qardaşına–cəddim Əliyyibni Əbitalibə qarşı, onun övladlarına, pak ailəsinə qarşı nə cinayətlər törətmədiniz!

İmam Hüseyn (əleyhis-salam)-ın qızının sözləri elə bu minvalla davam etdi. Nəhayət camaat dedi:–Ey Peyğəmbər oğlunun qızı, daha bəsdir, qəlbimizi yandırdın, kökümüzü odladın.

Bu vaxt Ümmü-Gülsüm sözü xülasələşdirib dedi:–Üzünüz qara olsun, niyə İmam Hüseynə (əleyhis-salam) kömək etmədiniz? Niyə onu şəhid etdiniz? Niyə bizim mal-dövlətimizi qarət, özümüzü isə əsir etdiniz? Niyə o pak qanları axıtdınız?




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə