Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
26
ağaya bu təklif olunduqda etiraz etmişdir. Ağanın oğlu 
Məhəmməd isə  Nəcəfə - Seyid Əşrəf ağanın oğlu Seyidəli ilə 
birgə oxumağa getdiyinə görə xaricdə qalmışdır.  
Günlərin bir günü Mirbağır ağanın evinin qabağında qara 
maşın dayanır. Onun içində bir nəfər oturmuşdu. O, Ayna 
Sultanovanın həyat yoldaşı  Həmid Sultanov idi. O, ağaya 
müraciət edərək dedi: 
 «Ağa, səni tutacaqlar, gəlmişik səni aparaq, gizlədək».  
Mirbağır ağa cavab verdi: 
 «Mən heç bir pis iş görməmişəm, xalqımı müdafiə etmişəm, 
kömək etmişəm, heç yerə getməyəcəyəm, gizlənməyəcəyəm». 
Onun nüfuzunun böyük olması, əlbəttə, dar düşüncəli dövlət 
aparatı  işçilərini rahat buraxa bilməzdi. Ermənilər keçən  əsrin 
əvvəlində Kür çayı boyu Salyana hücum etdikdə Mirbağır ağa 
vaxt itirmədən türklərə müraciət etmiş  və kömək istəmişdi. 
Ağanın bu addımı sonralar ona baha başa gəlmiş  və ilk 
repressiya qurbanlarından biri olmuşdur. 1930-cu ildə  həbs 
edilmiş  və 1932-ci ildə Stalinə  məktubla müraciət etmişdir. 
1933-cü ildə  həbsdən qayıtdığı  vаxt tikdirdiyi məscidlərdən və 
mədrəsələrdən  əsər-əlamət qalmamışdı. Adi ruhani kimi 
fəaliyyət göstərmiş  və yenə  də  əvvəlki böyük nüfuzu qalmışdı. 
Mirbağır ağanın minbərə  çıxması böyük hadisə kimi 
qarşılanırdı. Onun müdrik kəlamlarını  eşitmək üçün çox adam 
toplanırdı və onu həmişə səbrsizliklə gözləyirdilər. Üç il Sibirdə 
sürgündə Mirbağır ağa daha da güclü olmuşdu. Lаkin 1937-ci 
ildə  həbs edildikdə  qərarı  qəti verdilər: «Güllələnsin və bütün 
mülkiyyəti əlindən alınsın!». 
Bu, onun ailəsinə və əsasən xalqına ağır cəza idi.  
Mirbağır ağa Qazaxıstanın Karaqanda şəhərində 1941-ci ildə 
rəhmətə getmişdir.  
Mirbağır ağanın ailə üzvləri həm davranışda, həm də 
biliklərə yiyələnməkdə ondan çox bəhrələnmişlər. Ərəbistandan 
gətirdiyi həyat yoldaşı  rəhmətə getdikdən sonra Mirbəyim adlı 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
27
xanımla evlənir və ondan üç qızı  həyata gəlir:  Mirələviyyə, 
Mirrübabə və Mirteyyibə.  
Üçüncü xanımı Səlmi olmuşdur. O Şorsulu kənd sakini idi. 
Ondan da iki qızı olur - Sura və Sara.  
Mirbağır ağanın iki qızı yaşayır - Sara və Mirteyyibə. 
Mirteyyibənin qızı  Balacaxanım babasının yolunu davam 
etdirir. Bir qızı var - Zeynəb.  Sara xanım  Şorsulu kəndində, 
Mirteyyibə isə rayon mərkəzi Sаlyаndа olur. Nəvələri və 
nəticələri öz ailələri ilə Salyanda və başqa rayonlarda, əsasən 
Bakıda məskunlaşmışlar. Onun nəvələrinin özləri indi babadırlar 
və onun xatirəsini əbədi olaraq xoş məramlarla xatırlayırlar. 
Ağaya Azərbaycan SSR Ali Məhkəməsinin 1959-cu il 7-
3/303 saylı qərarı ilə bəraət verilmiş və əmlakının az bir hissəsi 
ailəyə qaytarılmışdır.  
Mirbağır ağanın qardaşı  uşaqları  Mirsüleyman, Mirsəlim 
və Mirhadı  da ağanın adına layiq insanlar olmuşlar. Onların 
həyat tərzi, davranışları, yaşayışı  nəsillərə nümunədir. Paklıq, 
doğruluq, ədalət təcəssümü olan bu insanların həyatı keşməkeşli 
olsa da, onlar Allahı, «Qurani-Kərim»i unutmamış, öz 
zəhmətləri, dinə bağlılığı ilə minlərlə insana örnək olmuşlar.  
Allah onlara və bütün dünyasını dəyişmiş övladlarına rəhmət 
eləsin, balalarını min budaq etsin! 
Ağanın nəvəsi Ağalarov Mirmehdi Sadiq oğlu da yaxşı 
buyurur: 
Ey könül, Allahı sev, ol dərddən, qəmdən kənar,  
Çün səni xəlq eyləyib, səninçin yaratmış kainat,  
İstəsən məqsədə çatmaq, yada sal Peyğəmbəri.  
Səbrdir həll eləyən, həll olmayan müşkülləri.  
 
АĞА  MİRBАĞIR  АĞАNIN  QIZI 
MİRTEYYİBƏ  XАNIM 
 
Atam haqqında nə isə söyləmək mənim üçün həm asandır, 
həm də çətin. Çətindir, ona görə ki, hələ erkən yaşlarımdan ata 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
28
qayğısından məhrum olmuşam. Atasızlığın nə olduğunu 
dadmışam. Amma Mirbağır ağa kimi bir müqəddəs  şəxsiyyətin 
qızı olmağımla fəxr edirəm.  
37-ci il idi. İki nəfər hərbi geyimli şəxs gecə yarısı evimizə 
gəldi. Bizim göz yaşlarımıza baxmayaraq atamı  həbs edib 
apardılar. Mənim onda 11 yaşım var idi. Bacımla mən atasız 
qaldıq. Bir neçə gündən sonra evimizə gəlib ev əşyalarımızı da 
müsadirə edib apardılar. Biz acınacaqlı bir həyat tərzi yaşadıq. 
Hər  şeyə dözdük. El-oba atamın adını keçmişdə olduğu kimi, 
yenə də uca tutur. Onun xalqa, elə bağlılığı haqqında çox şeylər 
eşitmişəm. Bu gün də onun xoş  əməllərindən söhbət açanlara, 
onu yad edənlərə Tanrıdan uzun ömür diləyirik. 
 
АĞА  MİRBАĞIR  АĞАNIN  NƏVƏSİ 
АĞАZƏKİ  MƏLİKOV 
 
Anam Mirməsmə danışır ki, bаbam bölgədə böyük nüfuz 
sahibi idi. Onun yanına hətta  İrandan belə  məsləhət almağa 
gələrdilər. Xalq arasında mübahisəli bir hadisə baş verərdisə 
bunun üçün dövlət orqanlarına deyil, ağaya müraciət edərdilər. 
Ağa isə həmin insanları barışdırıb yola salardı. 
Onu tanıyan və tanımayan, adını eşidən, müdrik kəlamlarını 
dinləyən, öncə görmələrindən hali olan hər kəs daima onu 
qəlbində  bəsləyəcək, yaddaşında saxlayacaq, imkanı daxilində 
onun haqqında maraqlı məlumatları gələcək nəslə ərmağan kimi 
çatdıracaq. Bax beləcə, biz qocalıb bu dünyaya əlvida 
deyəcəyik, mənim babam Mirbağır ağa kimi müqəddəslər isə 
zaman-zaman yaşayacaq, insanlara adları, sözləri ilə ümidlər 
paylayacaqlar.  
 
 
Onu da bildiririk ki, xeyirxah, tanınmış eloğlumuz, 
professor R.Hüseynov ağanın yaşadığı evin qabağında 
barelyefini qoydurmuşdur. Ömrü uzun olsun.  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə