Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

 
 
204 
Toxmaq dərə. Hal kəndinin ərazisində, Qarabağ 
silsiləsinin  ətəyində yerləşir. Toxmaq Qızılbaşların 
ustaclı tayfasının tirələrindən birinin adı olub.  
Ermənistanda Azərbaycanlılar yaşayan Toxumaq 
adlı kənd də olub.  
Toxmaq mülkü Tərtər rayonunun Azad Qaraqo-
yunlu kəndinin ərazisindədir. 
 
Uyuqlu dağı. Seytas kəndinin ərazisindədir. Sər-
hədlənmiş, qazılaraq nişanə qoyulmuş yer mənasın-
dadır. Yerli əhalinin məlumatlarına görə, sərhəd 
təyin edilərkən o ərazidə kömür basdırılıb, onunla 
bağlıdır.  
 
Ulaşlı dərəsi. (Hulaş) Tayfalarının adı ilə əlaqə-
lənir. Hulaş  Xəzər tayfalarının birinin adıdır. Volqa 
çayının sahilində Hulaş şəhəri olub. Ulaş təpə, Ulaş 
dərəsi kimi oronimlərə rast gəlinir. 
Respublikamızın Kəlbəcər rayonu, Xocavənd ra-
yonu, Zəngilan rayonu, Masallı rayonlarında bu cür 
toponimlər qeydə alınmışdır.  
“Kitabi Dədə Qorqud”  dastanında Amud soyu-
nun aslanı Ulaş oğlu salur Qazan Qaracuğun qaplanı 
kimi verilmişdir. (D. 35
12
) (DQK 348) 
 
Üctəpə.  Yuxarı Cibiklinin Ermənistanla sərhəd 
hissəsində yan-yana üç təpədir. Həmin ərazidən əsən 


 
 
205 
küləklər 5-7 gün olur. Bu da yaz aylarının  əvvəl-
lərinə təsadüf edir.  
 
Ücağac meşəsi. Yuxarı Cibikli ərazisindədir. Öl-
çü vahidi olaraq rayondan həmin əraziyə qədər olan 
məsafə kimi qəbul edilmişdir.  
 
Uzun tala. Mistan kəndinin kartoflu bulağı yer-
ləşən ərazidə ensiz, uzun meşə zolağıdır. 
 
Üç qardaş piri. (Ağdaşlar) Qaralar kəndindədir. 
Biri-birindən aralı üç böyük daş: birinci daş  Böyük 
daş bulağının yanında, ikinci daş köhnə kəndin altın-
da,  üçüncü daş isə Böyük gölün kənarında yerləşir. 
Kənd əhalisi onlara Üç qardaş deyirdi. 
 
Üç qardaş  əfsanəsi.  Yuxarı Mollu kəndi  ərazi-
sində bir-birinə yaxın 3 böyük ölçülü daşlardır. 
Daşlar ilahidən yonulub, düzəldilib. Daşların ikisinin 
kölgəsində dağdağan ağacı bitib. Üçüncü daşın köl-
gəsində bitən dağdağan ağacı bir neçə metr aralı-
dadır.  
Belə deyirlər ki, qardaşlar atla qaçarkən, arxala-
rınca kafirlər düşürlər ki, onları tutub öldürsünlər. 
Üçüncü qardaşın atı yorulduğundan 
qardaşların 
yanına çata bilmir.
 Yalvarırlar, Allah-Təala bizi daşa 
döndər. Rəbbim onların səsini eşidib, daşa döndərir. 
Ona görə də 3-cü daşın yanında olan dağdağan ağacı 
bir qədər aralıda bitmişdir.  


 
 
206 
Müəyyən məsafədən baxanda daşlar üzərində 
dini geyimli qadın, samovar və çaynik təsviri 
aydınca görünürdü. 
İnsanlar tərəfindən həmişə ziyarət olunur. 
 
Vənli dərə.  Hal kəndindədir. Dərə  ağaclarla 
əhatə olunduğuna görə adlandırılır. Vənli, Vənlik 
toponimləri rayonun çox kəndlərində mövcuddur.  
 
Yazı düzü.  Bərgüşad Həkəri çayları arasında 
olan böyük düzənlikdir. Bu toponim, yəni Yazı Türk 
dilində geniş, ucu-bucağı görünməyən çöl mənasın-
dadır. Azərbaycanda Yazı düzü adlanan sahələr 
çoxluq təşkil edir. 
 
Yel piri.  Dondarlı  kəndində  Ağ  dərə adlanan 
ərazidədir. Çox böyük yaşı olan saqqız ağacıdır. 
Ziyarət edilirdi. 
 
Yaz yurdu.  Köhnə  Qışlaq (ölükənd) kəndinin 
ərazisində yerləşir. Aran camaatı o yerlərə  dağa 
çıxarmışlar.  
 
Yavaş  dərə.  Aşağı  Mollu kəndindədir. Otunun 
şirinliyinə görə heyvanlar o dərəyə qaçırdılar. O 
ərazidə  çobanlar  çox rahat olduglarına görə Yavaş 
dərə adlandırılıb.  Bəzi informatorlar isə  dərənin 
keçidlərinin çətin olması ilə əlaqələndirirlər. 
 
Yastan. Mahmudlu kəndinin ərazisindədir. 
 


 
 
207 
Yovşanlı yal.  Sarıyataq kəndi  ərazisində otlaq 
sahəsidir. 
 
Yol qəbiristanlığı. Xocik kəndindədir. İnforma-
torların məlumatlarına  əsaslanaraq,  oranın qədim 
Alban qəbiristanlığı olduğu qeydə alınır.  
 
Yemişanlı yurd.  Çayzəmi çayının qərb sahil-
ləridir. Qubadlının rayon camaatı yay aylarını həmin 
yaylaqda keçirərdi.  Seytas kəndinin  ərazisində  də 
Yemişanlı yurd adlı toponim var. 
 
Yastana.  Çayzəmi  ərazisində,  dağın döşündəki 
yastı və hamar bir sahənin adıdır.  
 
Yumru təpə. Hacılı kəndi ərazisində daş karxa-
nasının  üst tərəfində yerləşən yumru təpədir. Geo-
loqlar həmin təpəyə üç  ədəd dəmir borular bas-
dırıblar. 
 
Yumru təpə.  Usuplu  kəndinin cənub tərəfində 
daşlı  təpənin adıdır. Köhnə Mahmudlu-Xələc yolu-
nun üstü. 
Yağlı yurd.  Başarat kəndindədir. Otunun yağlı 
olmasına görə adlandırılmışdır. Yağlı yurd toponimi 
Qarqışlaq kəndində də qeydə alınmışdır.   
 
Yəhər daş. Əfəndilər kəndindədir. Daş kənardan 
baxanda at yəhərinə oxşadığına görə oronim belə 
adlanır.  


 
 
208 
Zoğallı dərə (Zoğallı düz). Zoğal bitkisinin adı 
ilə adlandırılan çoxlu fitotoponimlər mövcuddur. 
Qubadlıdakı Zoğallı  dərə  də belə toponimlərdən- 
dir. Zoğal bitkisinin adı ilə Qubadlının  İşıqlı 
kəndində Zoğallı düz toponimi mövcuddur. Burada 
topluluq ifadə edən "lı"  şəkilçisi zoğal isminə 
artırılaraq, həmin  ərazidə zoğal ağacının çox oldu-
ğunu bildirən toponimi (ad) əmələ  gətirir. Zoğal 
bitkisinin adı ilə Zaqatalada Zoğalbinə  kəndi, 
Şamaxıda Zoğalava çayı, İsmayıllıda Zoğallıq kəndi, 
Xocavənddə Zoğalbulaq kəndi, Culfada Zoğala çayı 
və s. toponimlər mövcuddur. Başqa rayonlarımızda 
da bu meyvənin adı ilə bağlı oronimlər vardır: 
Zoğallı  dərə (Qəbələ, Zəngilan, Gədəbəy, Göyçay, 
Laçın rayonları); Zoğallı dağ (Qəbələ, Şəki, Şəmkir, 
Zaqatala rayonları); Zoğallı çökək (Tovuz rayonu, 
Bala Şamlıq kəndi) və s. 
 
Cəvizlik. Çayzəmi  ərazisindədir. Bu bağ 1960-
61-ci illərdə Meşə  təsərrüfatı idarəsi tərəfindən 
salınmışdır. 4 hektarı isə 1985-ci ildə salınıb. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə