Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

 
 
70 
Gödəklər.  Bərgüşad çayının sol sahilindədir. 
Kənd keçmişdə Mil düzündə yaşamış xalacların gö-
dəkli tirəsinə  məxsus ailələrin bir hissəsinin Bərgü-
şad çayı sahilində məskunlaşması nəticəsində yaran-
mışdır. Gödəkli tirəsinin kərbalılar və  nəzərli nəsil-
ləri  əvvəllər yayı Qubadlıda, Gödəklər kəndində, 
qışı isə Mil düzündə keçirirdilər. Beyləqan, Xaçmaz, 
Şəki, Zaqatala rayonlarında da Gödəklər adlı kəndlər 
var. 
 
Göyərcik.  Qubadlı rayon mərkəzindən 22 kilo-
metr qərbdə  Bərgüşad silsiləsinin yamacında yer-
ləşən kənd. Məlumatlara görə, Göyərcik yaşayış 
məntəqəsini XIX əsrin ortalarında qonşu Qiyaslı 
kəndindən küçüb gələn ailələr salmışlar. Bəzi tədqi-
qatçılar toponimi "göylük, yaşıllıq, otluq" mənası ilə 
izah edirlər. Bəziləri isə onu kürd dilindəki kuvər 
(arxac) sözü ilə əlaqələndirib (-cik Azərbaycan dilin-
də kiçiltmə şəkilçisidir) "kiçik arxac" kimi yozurlar. 
Toponimi türkdilli küçərçi etnonimi ilə bağlayanlar 
da var.  
Topinimlə   Maraluçan, Qaya, Güllü yer
Qalaça, Əli bulağı, Bədəl bulaq, Quşçu bulağı, Akif 
bulağı, Pəyə  dərə, Quru dərə, Tüklü təpə, Top daş, 
Daşçıxan, Yal yeri, Yolaşan, Təvərə yer, Quşçu 
düzü, Zoğallıq, Zəmi yerləri, Taxtalıq, Aşağı bulağa, 
Zağlıq, Zağlığın dərəsi, Quyu bulağı,  Şalvar zəmi, 
Nənə yeri, Səfəralı dərəsi, Qara qaya, Qarğa cəvizi


 
 
71 
Yuxarı bulaq, Səfəralı bulağı, Hallı gab, Saldaş, Daş 
arası, Çaqqal parası, Abasqulu yeri, Taxta meşə, 
Hüseynalı yeri, Nəvər biçənəyi, Çöp yeri, Pəyə yeri, 
Xırda pəyə, Armuddux, Qoşalcalar, Uc armud.   
 
Göyərabbas.  Bərgüşad silsiləsinin yamacında-
dır. Rayonun şimal qərbində  mərkəzdən 28 km-də 
dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. 
Rayonun dardan yuxarı  kəndləri sırasına daxildir. 
Təbiəti olduqca gözəldir. Göyərcik kəndindən gedən 
Göyər Abbas  adlı  şəxs  kəndi salmışdır. Bəzi tədqi-
qatçılar Göyər tayfalarından olduqlarını yazırlar.  
Toponimləri:  Alpaşa yeri, Bərəher düzü, Biçə-
nəklər, Əzgillik, Batıq yer, Güllə bulağı, Dəyirman, 
Əli bulağı, Quru bulaq, Kəpəz. 
 
Göyyal.  Dağlıq  ərazidə yerləşən kənd. Göyyal 
toponimi göy və yal sözlərindən ibarətdir. Göy - 
yaşıl mənasında, yal isə dağ beli mənasındadır. Kənd 
salındığı ərazinin adı ilə adlandırılmışdır.  
Toponimləri:  Quru dərə, Həcətgə, Hərtiz piri, 
Yeddişərik, Örtdən,  Əjdaha qayası,  İldırımvuran, 
Cöngədüşən, Cəvizdər, Boyalı, Çıxıkolavat, Gözət-
daş, Muzula bulağı, Kənd  bulağı, Ağ quyu bulağı, 
Quyu bulağı, Gözətcə dağı, Əhədi dağı, Qalaca dərə-
si, Səngər yeri, Qələycə, Hacı yurdu, Şıx  Əfəndi, 
Cümcümə, Türk qəbri, Bozlu yal, Yolaşan, Maral 
duracağı, Tayıfça və s. 


 
 
72 
Gürcülü. Qubadlı rayonunda Bərgüşad silsiləsi-
nin yamacında yerləşən kənd. Gürcülü yaşayış mən-
təqəsinin salınması haqqında iki fikir var. Birinci 
ehtimala görə,  kəndin ilk sakinləri Gürcüstandan 
gəlmiş azərbaycanlı ailələr olduğu üçün kənd belə 
adlanmışdır. İkinci ehtimala görə, mülkədarlar gürcü 
əsirlərini öz torpaq sahələrində  işlətmiş, sonralar 
onlar geri qayıtsalar da kənd Gürcülü adlandırıl-
mışdır.  
Toponimləri:  Səkkizbucaqlı türbə, Fındıqlı bu-
laq, Söyüdlü bulaq, Göy təpə, Ağ düz, Fındıqlı və s.  
Böyük mülkədar, tacir, tarixçi Rəşidəddin bu 
yerlərdə olmuş,  Qubadlı  ərazilərindən özünə xeyli 
torpaq sahələri almışdır. Məlumatlara görə, Qaradağ 
əyalətindən həmin yerlərə xeyli əhali köçürdülmüş 
və orada məskunlaşmışlar. 
Rəşidəddin aldığı  ərazilərdə tikinti və  təsərrüfat 
işləri aparmaq üçün İrandan gürcü əsirlərindən pulla 
alıb bu yerlərə  gətirir. Deyilənlərə görə,  kəndin adı 
da gürcülərlə bağlıdır. 
Nəzər Heydərovun və  Əbdurahman  Şirinovun 
kitablarında bu məlumat verilmişdir. Gürcülüdə me-
marlıq üslubunda tikilmiş  günbəzin tarixi haqqında 
Qubadlı ərazisində yaşamış Rəşid Ənanın məlumat-
larına görə XVII əsrdə abidə var imiş. 


 
 
73 
Göyərlər.  Göyçə adlanan göl, Ərzurumda Köy 
kənd, Tiflisdə,  Şamaxıda Göylər dağ,  Göylər, Qu-
badlıda Göyərabbas, Göyərcik kənd. 
Aleksandrapol qəzasında Qoqarci qala adları Gö-
yərlərlə (Göyər tayfaları) bağlıdır. Qoqarcik mahal 
adı erməni mənbələrində “Qqarck” formasında 
yazılmışdır. Bu bilərəkdən etnooykonimin türk mən-
şəlilikdən uzaqlaşdırmaq məqsədi güdülməsidir. 
Göyər-cik  şəkilçisi  dilimizdə  ən geniş yayılmış 
şəkilçilərdən biridir. Nəvaziş, kiçiltmə bildirir. Əsa-
sən, bizim toponimlərimizdə  an-lar, cı-çıq etnofor-
matları (şəkilçiləri) çox işlədilmişdir. Quqarcıq topo-
niminin türk mənşəli olmasını sadaladığımız şəkilçi-
lər də subut edir. 
E.Sevortanyan görtərir ki, müxtəlif türk dillə-
rində kökər (özbək), Koqar (Qaraqalpaq), Kükər 
(Tatar), Qoqar (Altay) sözlərinin kökündə  göy 
umumtürk sözü Tanrı, səma mənasında işlənmişdir. 
“Oğuznamə”də Göy-dirək  yox formasında da 
atalar sözü qeyd edilmişdir. (168.14) 
Orxon Yenisey abidələrində də “göy”, ”Kök ün”, 
”Köyür” oxşar köklü coğrafi adlara rast gəlinir. 
(143.387) 
Türk dilli xalqların yaşadıqları  ərazilərdə Göyər 
toponimlərinə oxşar oykonimlər geniş yayılmışdır. 


 
 
74 
Güllü zəmi (Əyin k), Vənnik (Cibikli), Xatın kol-
luğu (Mirlər k), Nərgizli (Çərəli k), Armudlu (Əyin k), 
Armudlu (rayonun kəndi), Əzgilli dərə (Göyərcik k). 
 
Hal.  Bazarçayın sahilində rayon mərkəzindən  
11 kilometr cənub-şərqdə yerləşən kənd.  Əhalisi tü-
tünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla 
məşğul olur. Hal komponenti bir çox mənalar daşıyır: 
1) Əşyanın başqa əşya, əlamət, yaxud proseslərə 
münasibətini ifadə edən müəyyən ismin (adın), cüm-
lənin digər üzvlərinə münasibətini bildirən qram-
matik kateqoriya; 
2)  Müxtəlif dillərin hal sistemini təşkil edən 
kateqoriya formalarından biri. Ayrı-ayrı dillərdə hal-
ların sayı müxtəlifdir. Azərbaycan və rus dillərində 
6, alman dilində 4, ingilis dilində 2, Tabasaran di-
lində 46 hal var; 
3) Türk xalqları, o cümlədən azərbaycanlılar cin-
lərin dişisinə hal deyirlər. Folklordan bəlli olduğuna 
görə, hal anasının  ən çox qorxduğu  şey iynədir. 
Inama görə, əgər cinin üstünə iynə sancılsa, gözə gö-
rünər, insana tabe olar; 
4) Hal komponenti vəziyyət, hal-əhval mənasın-
da da işlənir.  
Toponimləri: Taxtalar, Ortaçlar, Nərgizli, Vənli 
dərə, Kattarlı, Toxmaq təpə,  Şıx Məhəmməd piri, 
Körpü, orta əsrə aid qəbiristanlıq və s.  
 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə