Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Kilsə 
Snelman alovlu məhəbbətlə sevdiyi Suomini oyandırmaq 
üçün yalnız xalq müəllimləriylə danışmaqla kifayətlənmirdi. 
Haradasa, məmurların, həkimlərin, ruhanilərin, tacirlərin, 
müəllimlərin, zabitlərin hansısa yığıncağı olurdusa, Snelman 
fürsət tapıb toplaşanlara deyirdi: 
- Xalq haqqında düşünün. Siz hamınız bu xalqın içindən 
çıxmısınız. Kim olmaq istəyirsiniz? Özünüzü savadsız qar-
daşlarınızdan ayırmaqmı istəyirsiniz? Yoxsa öz xalqınızın 
həyatını necə yaxşı qura bilmək üçün düşünəcəksiniz? Xalq 
kütlələrini mədəni cəhətdən yetişdirmək üçün hansı işlər 
görmüsünüz? 
Snelman ruhanilərə üz tutub deyirdi: 
- Kilsənin hörmətli ruhani atalan və pastorları! Düşməniniz 
olaraq deyil, kilsənin oğlu, dini ruhlu bir insan kimi sizdən xahiş 
edirəm: Həqiqətən öz xalqınıza yol göstərin! Ruhanilər kilsə 
məmurları demək deyil. Sizin işiniz yalnız mərasim və ayinləri 
icra etməklə qurtarmır. Sizin fəaliyyətiniz kilsəyə qulluq etməklə 
bitmir. İsa Məsih hər şeydən öncə, xalqa təmiz, xeyirxah, doğru 
yaşamağı öyrədirdi. O 
50


insanların vicdanını oyadırdı. Onlara öz yaxınlarına sevgi 
aşılayırdı. Xeyiri necə yaratmağı, insan-heyvanlardan, insan-
vəhşilərdən Tanrı oğlu düzəltməyi öyrədirdi. Xalqın içinə canlı 
nəsihətlər və canlı həqiqətlərlə gedin. Xalqla, özünüzün 
darıxdırıcı, ürəkbulandıran keşiş dilinizdə danışmayın, yüz 
illərdir özünüzü, bu ölmüş sözləri ikiüzlülüklə təkrarlayan 
meyitlər kimi aparmağınız kifayətdir. İsa Məsih indi Suomiyə 
gəlsəydi, xalqınızla necə danışardısa, siz də onunla məhz o cür 
danışın. 
Müqəddəs atalar, siz ey İsa Məsih ardıcıllarının bələdçiləri, 
iki milyonluq fin xalqı adından, göz yaşları içində sizdən xahiş 
edirəm: ruhunuzu bu ölmüş fikirlərdən ibarət sxolastik 
fəlsəfədən təmizləyin, özünüzü canlı İsa Məsih kimi aparın və 
xalqa onun həqiqətlərini anlamağı öyrədin. Qocalarda və 
uşaqlarda, gənclərdə və yaşlılarda yuxuya dalmış iradəni oyadın, 
canlandırın və İncilin öyrətdiyi kimi yaşamaqla onlara nümunə 
göstərin. 
Bir dəfə Finlandiyanın paytaxtı Helsinqforsda yepiskopların 
toplantısı keçirilir və orada aşağıdakı suallar müzakirə edilirdi: 
-
Xalq kütlələri arasında dinin ölüb getməsi;
-
Kilsəyə laqeydlik və ruhanilərə hörmətsizlik;
-
Bunlarla mübarizə aparmaq üçün lazım olan üsullar.
Snelman bu toplantıda məruzəylə çıxış etmək istədiyini 
bildirdi. Əvvəlcə buna etiraz etdilər: 
-
Bura yepiskopların toplantısıdır, mülki adamlar bu 
toplantıda iştirak edə bilməz. Üstəlik, ilahiyyat təhsili olmayan 
Snelman kilsənin yüksək təbəqəsindən olan insanlara nə deyə 
bilər? 
51


Əvəzində Snelman toplantıya açıq məktub yazıb göndərdi: 
- Mənim sizə nəsihət vermək fikrim yoxdur. Mən mülki bir 
adam kimi sizə yalnız geniş və zəngin məbədlərinizin nəyə görə 
bizim kimi mülki insanlar üçün soyuq olduğunu söyləmək 
istəyirəm. Siz özünüz, xalqın dindən və kilsədən soyuduğunu 
təsdiqləyirsiniz, mən isə bunun səbəbini izah etmək istəyirəm. 
Məni “xalqın səsi olaraq” dinləməyinizi xahiş edirəm, məni öz 
kilsənizdəki toplantıya buraxmaq və mənə qulaq asmaq 
istəmirsiniz. Dərdini demək istəyən xəstəyə qulaq asmadan onu 
necə müalicə edə bilərsiniz? Bundan sonra Snelmam kilsə 
toplantısına çağırdılar və o, yepiskoplara belə bir müraciət 
ünvanladı: 
“Mənim sizi ittiham etmək, günahlandırmaq niyyətim 
yoxdur. Onsuz da mən deməsəm də, indi insanların çoxu 
ruhaniləri qınayır və günahlandırır. Mən isə ruhaniləri deyil, 
özümü, cəmiyyəti, bütün xalqı günahlandırıram. Ruhanilər 
göydən düşmür, onları külək bataqlıqlardan qovub gətirmir. 
Bizim ruhanilərin əti ətimizdən, sümüyü sümüyümüzdəndir. 
Necə olmasından, yaxşılığından-pisliyindən asılı olmayaraq, 
ruhanilərimiz də elə bizim özümüz deməkdir. Onlar bizim 
aramızdan çıxıblar. Ona görə də, kimlərinsə ruhaniləri 
günahlandırdığını görəndə o şəxslərdən soruşuram: 
Aranızda neçə nəfər vicdanlı və dürüst tacir var? Aranızda 
namuslu aşpazlar, vicdanlı bənnalar, memarlar, dəmirçilər 
varmı? Hansı sənət sahibləri sizi qane edir? Vəkillərinizi, 
parlament üzvlərinizi, jurnalistlərinizi bu ölkənin dadı-duzu 
saymaq olarım? Siz nə istəyirsiniz? Əgər öz aranızda namuslu bir 
donuzotaran tapa bilmirsinizsə, onda nə üçün kilsədə dürüst bir 
tann bələdçisinin olma- mamsına heyrətlənirsiniz? Sizin kilsəniz 
də elə özünüz 
52


sünüz. Eləcə, ruhaniləriniz də özünüzdən ibarətdir. Onlar sizin 
xəmirinizdən yoğurulub bişiriliblər. 
- Ona görə də mən buraya sizi günahlandırmaq üçün deyil - 
Snelman 
üzünü 
bütün 
Finlandiyanın 
yepiskoplarının 
toplantısında iştirak edənlərə tutub dedi, - həkimin yanma gələn 
xəstə kimi gəlmişəm. Gəlmişəm sizə deyəm: Xalq kobuddur. 
Xalq amansızdır. Xalq yalançıdır. Xalq tamahkardır. Xalq heç 
kimə və heç nəyə hörmət etmir. Xalq heç kimə etibar etmir. Hamı 
bir-birinə şübhəylə yanaşır. Burada dinin yeri haradadır? Burada 
hansı din ola bilər? Xalqda yalnız bir sıra qədim kilsə adətləri və 
xurafat qırıntılarına alışqanlıqdan başqa din adına layiq heç nə 
yoxdur. 
Məgər bütün bunlar xalqın günahıdır? Kim və harada xalqa 
din haqqında həqiqətləri danışıb? İsa Məsih və onun ardınca 
həvariləri, özləri xalqın içinə gedirdilər. Onunla çox sadə və 
aydın bir dildə danışırdılar. Misallar çəkirdilər. İbrətamiz 
əhvalatlar danışırdılar. Onun ürəyini, ruhunu ayıldırdılar. 
Beləliklə, minlərlə insan İsa Məsihin ardınca gedirdi, İohan 
peyğəmbərə qoşulub səhraya üz tuturdu... Ancaq indi kilsələr, 
hətta, böyük dini bayramlarda belə boşdur! Adamlar moizələrdən 
qaçırlar. Nə üçün? Çünki burada ölmüş adamlar ölmüş sözlər 
danışmaqla məşğuldur və bu sözlər xalqın şüuruna və ürəyinə heç 
nə çatdıra bilmir. Düşünün, görək bu fəlakətdən necə çıxmaq 
olar. Bunu siz etməlisiniz. Bu, sizin işinizdir. Bunun məsuliyyəti 
sizin boynunuzdadır. 
- Sizə, - Snelman sözünə davam etdi, - xalqın ağır ruhi xəstə 
olduğunu demək istəyirəm. Çox qorxulu bir şəkildə xəstədir. Din 
- insanın dünyayla, insanlarla, çöldəki hər bir bitkiylə, duygusal 
əlaqəsidir. Əgər belə bir əlaqə yoxdursa, onda dövlətin, 
cəmiyyətin, ailənin, hətta, insanın belə 
53


mövcudluğu mümkün deyil. Xalqın dinc olmaması kilsənin 
məsələsi deyil. Bu dövlətçiliyə qarşı təhlükədir. Kütlənin dinə 
laqeydliyi xalq arasında qorxulu xəstəlik törədə bilər. Yelbeyin 
gənclik ağıl kasadlığından əziyyət çəkən liberallarla birgə, çox 
nahaq yerə, allahsızlığın azad düşüncəliliyin əlaməti olduğunu 
düşünür. Allahsızlıq - ürəyin şikəstliyi, ruhun xəstəliyidir. 
Allahsızlıq - xalqın varlığında özünə yer tapmış bütün 
müqəddəsliklərin ölümüdür və elə bunun nəticəsində, biz indi 
heyvan-insanlar, mənəviyyatsızhq, əxlaqsızlıq, kobud təkəbbür, 
talançılıq, sırtıqlıq səviyyəsinə çatmış pozğunluqla üz-üzəyik. 
Ona görə də mən adi vətəndaş kimi siz kilsə atalarma 
deyirəm: xalqın ruhundakı Allah ölür. Bu ölümdən daha qorxunc 
nə ola bilər? Əgər siz özünüzün, Allahın və öz xalqınızın 
qarşısında vicdanınızın rahat olmasını istəyirsinizsə, günahkarları 
uzaqda axtarmayın. Elmi, fəlsəfəni, ziyalıları günahlandırmayın, 
bütün inanclarda olmuş və bu gün də yaşamaqda davam edən 
fariseyçiliyə nəzər salın. 
Özünüzü günahlandırın! 
Özünüzü müalicə edib sağaldın! 
Xalqa öyrətmək istədiklərinizi öncə özünüz öyrənin. 
Özünüz Allahı axtarın. Özünüzdə. Özünüz üçün. Bundan 
sonra xalqa Allahın yolunu həyatda göstərin! 
Təkrar edirəm, xalqın ruhu Allahsız olduqca, onun xilası 
mümkünsüzdür. Mən siz - kilsə rəhbərlərinə müraciətimi kömək 
barədə çağırışla bitirirəm: 
Xalqımızı xilas edin! Allahı ona qaytarın. Ona inancın ölü 
qaydalarıyla təsir etməkdən əl çəkin, Allahın könüllərdə canlı bir 
duyğuya çevrilməsinə çalışın. 
Snelman çıxışını bitirib toplaşanlar qarşısında baş əydi. Onun 
bu çıxışı zalda əyləşənlər arasında fərqli təəssürat ya 
54


ratmışdı. Bəzi ruhanilər qəzəblənmişdilər. Onlar uca səslə 
deyinirdilər: 
- Biabırçılıq! Həyasızlıq! Bu, kilsəni təhqir etməkdir! Bizi ələ 
salmaqdır! 
Başqaları isə, - nə yaxşı, onlar çoxluqdaydılar - susurdular. 
Bu sükut Snelmanın sözlərinin həqiqət olduğunu etiraf 
etmələrinin ən yaxşı sübutuydu. Onlar öz keçmişlərinə görə 
xəcalət çəkir, ancaq eyni zamanda gələcəkləri üçün sevinirdilər. 
Uşaqlıqda Snelmanın dini təhsiliylə məşğul olmuş, toplantının 
ən yaşlı yepiskoplarından biri natiqə yaxınlaşdı, onu bərk-bərk 
qucaqlayıb dedi: 
- Çox sağ ol! Sən öz qoca müəllimini sevindirdin. Mən indi 
artıq əminəm, sənin qulluğundan azad olmağını xahiş etməyə 
dəyər, çünki xalqı xilas etmək üçün lazım olan bəsirət gözüm 
açılıb. Tanrı yardımçın olsun! Xalqı ayağa qaldır və onu 
kamilləşdir! Bir daha çox sağ ol! 
Bir sıra yepiskoplar bu toplantıdan qayıdandan sonra öz 
yepiskopluğunun bütün ruhanilərinin yığıncağını keçirdilər. 
Kilsə moizələrinin necə canlandırılması, ruhanilərin xalqla necə 
yaxınlaşması barədə uzun-uzadı və ürəkdən söhbətlər apardılar. 
Özlərinin də bir ruhani kimi onlara necə başçılıq etməli olduqları 
bu söhbətlərinin əsas mövzusuna çevrilmişdi. 
Həmin yığıncaqdan sonra, ruhanilərin ən müxtəlif təbəqələri, 
bir yerə toplaşıb yığıncaqlar keçirməyə, İncili birlikdə oxumağa 
başladılar. Böyük həqiqətlərin dərinliklərinə varmağa çalışdılar. 
Bu yığıncaqlara inanclı insanları da dəvət edirdilər. Xalqla yeni, 
daha başa düşülən dillə danışırdılar. Yeni mövzular, yeni suallar 
ətrafında müzakirələr aparırdılar. Gəncləri və yeniyetmələri bir 
yerə toplayıb söhbətlər aparır, onlara təsir etməyə çalışırdılar. 
Keçmiş dövrlərdə 
55


olduğu kimi, şüuru, elmi, həyat sevincini lənətləmir, onlara 
özlərindəki təmiz uşaq ruhunu və gənclik idealının qızğınlığını 
yaşatmalı olduqlarını təlqin etməyə çalışırdılar. 
Xalq kütlələri də hərəkətə gəldi. Daha yaxşı həyata can 
atmağa başladı. Çoxları özləri üçün yeni olan həqiqətləri 
öyrənincə, ruhi yüngüllük duymağa başladılar. Ürəklər 
yumşaldı. Gözlər daha çox açıldı, daha fərəhlə baxdı. 
Snelman və dostları bu canlanmanı görüb sevinir, deyirdilər: 
-
Sıralarımız artır. Biz xalqın maariflənməsi üçün yeni, 
gərəkli və dəyərli köməkçilər qazana bildik. 
56



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə