Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

Tammerforsdakı kilsə 
(memar Lars Sonck, 1907)
Tammerforsdakı protestant kilsəsi... Gözlərini ayıra bilmirsən. 
Bina yalnız bütövlükdə gözəl deyil. Ayrıca götürülmüş 
hər bir hissəsi özlüyündə bir gözəllik örnəyidir.


Xalqın içkiyə qurşanmasına qarşı kəskin tədbirlərə əl atılır. 
Finlər öz təbiətlərinə görə içkiyə meyllidirlər, ancaq bu meylliyin 
başlı-başına buraxılmasına yol verilmir. Finlandiyada xəzinəni 
araq satışıyla doldurmağa çalışmırlar, əksinə, arağı xalqın 
gözündən uzaq, onu şirnikdirə bilməyəcək bir sandıqda, qıfıl 
altında gizlətməyə çalışırlar. Finlandiyanın hər yerində arağı 
yalnız böyük tutumlu qablarda almaq mümkündür, üç litr 
yarımlıq bu araq butulkaların qiyməti beş markadır. Bu bahalıqda 
araq butulkasını almaq hamıya müyəssər olan deyil. Bu azmış 
kimi, ötən il Finlandiya seymi spirtli içkilərin, hətta, pivənin belə, 
satışının bütün ölkədə qadağan edilməsi barədə qanun layihəsi 
hazırlayıb. Qanun hələlik öz təsdiqini gözləməkdədir. 
Fin xalqının iqtisadi, siyasi, ictimai və intellektual həyatı bu 
cür - çox gözəl şəkildə qurulub. Finlandiya və ya finlərin öz 
vətənlərini adlandırdıqları kimi, “Suomi” əhalisinin dürüstlüyü 
isə ayrıca söhbətin mövzusudur. Finlandiyada, Suomidə olmayan 
adam finlərin dürüstlüyünə çətin inanar və anlamaz. Buna bənzər 
hallarla Finlandiyadan başqa heç bir yerdə rast gəlmək mümkün 
deyil. 
Həm də, bütün bunlar əslində gənc ölkə sayıla biləcək 
Finlandiyada son 70-ci və 80-90-cı illərin inadlı səylərinin 
nəticəsində əldə edilib. 
Onların mədəniyyətcə belə yüksəlməsi, bütün xalqın birgə 
əməyinin məhsuludur. 
38 


4
Suomi 
FinlandiyalIlar Rusiyanın ucqar şimal-qərbində məskun-
laşıblar. Finlandiyanın arxasında isə İsveç yerləşir. 1811-ci ilə 
kimi Finlandiya İsveçin hakimiyyəti altındaydı.' İsveçlə 
Finlandiyanın qarşılıqlı münasibəti Avstriyayla Voye- 
vodinadakı və ya Bosniya və Hersoqovinadakı serblərin 
münasibətləri kimiydi. Bütün hakimiyyət, ticarət və sənətkarlıq, 
məktəb, hətta kilsə tamamilə isveçlilərin əlində cəmləşmişdi. 
Bütün inzibati işçilər və ziyalılar - hakimlər, məmurlar, 
həkimlər, zabitlər, ruhanilər, müəllimlər - isveçlilərdən ibarətdi. 
İsveçlər finlərə yuxarıdan aşağı baxırdılar, bu münasibət özünü 
ali irq, başqasını aşağı irqdən sayan xalqların münasibətinə 
uyğun gəlirdi. Finlərin də isveçlilərə məxsus bütün azadlıqlardan 
bəhrələndiklərinə baxmayaraq, intellektual, iqtisadi və hətta, 
mənəvi baxımdan isveçlilərə tabe idilər. 
Bu münasibət fın xalqının mədəni inkişafında da öz əksini 
tapmışdı. XVIII yüzilliyin sonuna kimi, daha doğ- 
' Burada müəllif yanılır, əslində Finlandiya 1809-cu ildə, rus-isveç müharibəsində 
qalib gələn Rusiya tərəfindən işğal olunub Rusiyaya birləşdirilmişdi. (Tərc.) 
39 


rusu, XIX yüzilliyin qırxıncı illərinə kimi, fın mədəniyyəti 
qaranlıq və havasız zirzəmidə qaldığından sısqa və solğun hala 
düşmüş incə bitkiyə bənzəyirdi. Hətta, elementar savadlılıq 
dərəcəsi də irəliləyə bilmirdi. 
Ancaq 1808-ci ildə rus-isveç müharibəsinin gedişində rus çarı 
I Aleksandr öz ordusuyla Finlandiyanın yarısını işğal edəndən 
sonra, fın şəhəri Boryuda Suominin bütün bölgələrindən olan 
nümayəndələrinin toplantısını çağırıb onlardan soruşdu: 
- Siz İsveç dövlətinin tabeliyində qalmağı arzu edirsiniz- mi? 
Yoxsa, indiyədək olan bütün daxili idarəetmə formaları və 
hüquqlarınız əvvəlki kimi qalmaqla, Rusiyaya birləşib, onun 
hakimiyyəti altına keçmək istəyirsiniz? 
Fin xalqını təmsil edən nümayəndələr Finlandiyanın Rusiyaya 
birləşdirilməsinə razılıq verdilər, imperator I Aleksandr isə 
özünün və gələcək varislərinin adından and içərək, finlərin 
isveçlilərin vaxtmdakı konstitusiyalarına toxunulmayacağına, 
onların əvvəlki kimi yaşamaqda davam edəcəklərinə söz verdi. 
Finlandiyanın Rusiyaya birləşdirilməsi hər iki tərəfin 
xeyrinəydi. Özlüyündə yoxsul Finlandiya Rusiyaya gərək deyildi. 
Finlandiya, nə ingilislərin istila etdiyi Hindistan və ya Misirdi, nə 
də Rusiyanın özünə birləşdirdiyi Krım, Qafqaz və ya Türküstan. 
Bu birləşmədə Rusiyanın heç bir maddi qazancı yoxdu və ola da 
bilməzdi. Finlandiya Rusiyaya başqa səbəbdən gərəkdi. 
Finlandiya sərhədi Rusiya paytaxtının, Petroqradm 
yaxınlığından keçir. Məsafəni dəmiryoluyla iki saata qət etmək 
olar. Aydın məsələdir, müharibə olarsa, düşmən tərəf çox 
asanlıqla Finlandiyanı tutub oradan birbaşa Petroqradı təhdid edə 
bilər. 
40 


Ona görə də, sərhədi paytaxt Petroqraddan uzaqlaşdırmaq 
üçün Rusiyanın Finlandiya üzərində hakimiyyəti ələ alması 
zəruriydi. FinlandiyalIlar isə, Rusiya ilə birləşməyin sayəsində 
özünəməxsus mədəniyyətlərini azad şəkildə inkişaf etdirmək 
imkanı qazandılar. İsveçlilərin bir çoxu, Rusiyanın hakimiyyəti 
altındakı Finlandiyada qaldı, ancaq onlar artıq ölkənin siyasi 
sahibləri deyildilər. İndi FinlandiyalIlar öz intellektuallarını və 
inzibati idarəçilərini özləri yaratmaq imkanı qazanmışdılar. 
Beləliklə, onlar yaranmış imkandan faydalanaraq mədəniyyət 
sahəsindəki quruculuq işlərinə başladılar. 
Əvvəl iş görəcək qüvvə çatışmırdı. FinlandiyalI müəllimlər, 
ruhanilər, ziyalılar olduqca azlıq təşkil edirdi. Bir ovuc adam... 
Ancaq bu onların həvəsini azaltmadı, əksinə daha da artırdı. 
Snelman, hələ I Aleksandrın sağlığında fın mədəniyyətinin 
bələdçi-apostoluna çevrilə bilmişdi. 
41


Yohan Vilhelm Snelman 
(1806-1881)



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə