Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   39   40   41   42   43   44   45   46   47

 
130 
 
Birinci 
səhər 
yeməyi 
3-4 
10 

10 

İkinci  səhər 
yeməyi 
7-8 
25 
30 
30 
30 
Nahar  
14-15 
40 
45 
45 
40 
Şam 
yeməyi 
20-21 
25 
25 
15 
30 
 
Belə  ki,  fəhlə  gecə  növbəsində  əlavə  işləyirsə,  onun  4-cü  dəfə  xörək  qəbulu 
fasilə  zamanı  gecə  bufetində  həyata  keçirilməlidir.  Əgər  qidalanma  pəhriz 
yeməkxanasında,  yaxud  şöbələrində  aparılırsa,  azı  2  dəfəli  qidalanmada  fəhlələr 
birinci növbədə işləyirsə qidanı (I xörəyi) nahar fasiləsində və iş gününün sonunda 
(II  xörək  şəklində),  yaxud  2-ci  növbədə  çalışırsa,  qidanı  işdən  qabaq  və  fasilə 
zamanı qəbul etməlidir. 
Pəhriz  qidalanması  zamanı  fasilədən  sonra  işdə  xörək  qəbulu  nisbətən  zəif 
olmalı,  sutkalıq  rasionun  miqdarı  və  dəyərinin  20-25%-indən  çox  olmamalıdır. 
Çünki,  qida  qəbulundan  keçən  ilk  saat  ərzində  baş-beyin  həyəcanlanması  və 
fəhlənin  əmək  məhsuldarlığı  kəskin  surətdə  aşağı  düşür.  Ona  görə  də  I  növbədə 
işləyənlər  üçün  iş  günündən  əvvəl,  yaxud  gecə  istirahətindən  sonra,  sutkalıq  qida 
rasionunun  kaloriliyinin  30%-ni  qəbul  etmək  məqsədəuyğundur.  Bu  şərti  də 
gözləmək  lazımdır  ki,  işdən  sonra  naharın  tərkibi  sutkalıq  rasionun  kaloriliyinin 
40-45%-ni təşkil etməlidir. Şam yeməyi üçün kalorilik 8%-dən çox olmamalı, qida 
qəbulu yuxudan 1-1,5 saat əvvəl həyata keçirilməlidir. 
Sənaye  müəssisələrində  olan  yeməkxanalarda  enerji  dəyərini  nəzərə  alan 
kompleks  rasionların  tətbiqi  xüsusi  əhəmiyyətə  malikdir.  Burada  pəhriz 
yeməkxanaları  təşkil  olunduğu  halda,  onların  tərkibində  müalicə-profılaktiki 
əhəmiyyətli kompleks rasionların tətbiqi məhsul normaları nəzərə alınmışdır. 
 
1№-li kompleks üçün 
1 N°-li pəhriz 
2№-li kompleks üçün 
2 N°-li pəhriz 
3№-li kompleks üçün 
5, 7 və 10 pəhrizlər 


 
131 
 
4№-li kompleks üçün 
8, 9 N°-li pəhrizlər şəklində. 
Bütün bunlarla yanaşı kimya sənayesi müəssisələrində, kömür sənayesi, metal 
istehsalı  müəssisələrində  çalışan  fəhlələrdə  peşə  xəstəliklərinin  qarşısını  almaq 
məqsədilə naharlar, yaxud ayrı-ayrı məhsullar şəklində (süd, kəsmik, vitaminlər və 
s.) güzəştlər əsasında müalicə-profılaktiki iaşə də təşkil olunmalıdır. 
2) Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji tələblər. 
Bu  sahədə  çalışan  fəhlələr  əməyin  gərginliyinə,  mövsümdən  asılılığına,  iş 
günü  müddətinin  daha  çox  vaxt  tələb  etməsinə,  həyati  obyektlərdən  uzaq 
olmalarına  və  s.  şərtlərə  görə  xüsusi  qidalanma  forması  tələb  etməklə,  iş  zamanı 
özünəməxsus  enerji  sərf  edirlər.  Müxtəlif  elmi  araşdırmalar  nəticəsində  kənd 
təsərrüfatı  fəhlələri  üçün  orta  qidalanma  norması  MDB  məkanında  enerji  sərfı 
hesabına  sutkada  3600  kkal  qəbul  edilmişdir.  Bununla  belə,  əkin  və  biçin,  yığım 
vaxtları bu  norma sutkada 4500-4600 kkal-yə çata bilər. Təbii olaraq bu  normalar 
qış  mövsümünü  nəzər  almır.  Bu  dövr  üçün  fəhlələrin  sutkalıq  enerji  sərfı  3000 
kkal-a bərabər götürülür. 
Müəyyən edilmişdir ki, kənd təsərrüfatı işlərində iş gününün müddəti saat 16-
18-ə qədər davam edir deyə, 2 növbəli iş nəzərdə tutulur.  
3) Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları. 
Son  illər  müalicə  və  profılaktiki  qidalanmanın  inkişafında  olan  yüksəlişlər 
yeni  bilik  sahəsi  olan  -  farmakonutrisiologiyanın  (qidalanma  və  farmakologiya 
elmlərinin  sərhəddində  yaranan)  meydana  gəlməsi  ilə  baş  vermişdir.  Onun 
yaranması  insanın  həyat  tərzində  və  qidalanmasında  baş  verən  kəskin 
dəyişikliklərdən  irəli  gəlmişdir.  Bu  istiqamətdə  olan  irəliləyişləri  aşağıdakı  kimi 
xarakterizə etmək olar. 
İlk  əvvəl,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  son  illər  ciddi  texnoloji 
emaldan  keçirilmiş  sənaye  istehsalı  məhsulları  geniş  istifadə  olunur.  Bunun 
nəticəsi  olaraq,  onlarda  olan  təbii  bioloji  fəal  maddələr  -  vitaminlər,  mineral 
elementlər,  fosfolipidlər,  fıtosterinlər  və  orqanizmin  digər  maddələr  mübadiləsi  - 
immunitet, 
hormonal 
fəaliyyət 
və 
ayrı-ayrı 
orqan 
və 
sistemlərinin 


 
132 
 
biotənzimləyiciləri  tam,  yaxud  qismən  itirilmiş  olurlar.  Bunlara  olan  çatışmazlıq 
isə  orqanizmin  müdafıə  qabiliyyətini  azaltmaqla,  onu  zərərli  xarici  mühit 
amillərinin  təsirinə  qarşı  zəiflədir,  xroniki  yorğunluq  sindromuna,  astenikliyə, 
ağılın  ıə  fiziki  iş  qabiliyyətinin  aşağı  düşməsinin  formalaşmasına,  xroniki 
xəstəliklərin güclənməsinə səbəb olur. 
İkinci  tərəfdən  isə  bir  çox  ölkələrdə,  o  cümlədon  MDB  (müstəqil  dövlətlər 
birliyi)  məkanında,  həmçinin  Rusiya  və  Azərbaycanda  son  illər  əhalinin 
qidalanması  səviyyəsi  xeyli  pisləşmişdir.  Belə  ki,  1989-cu  illə  müqayisədə  bioloji 
cəhətdən  qiymətli  olan  bütün  əsas  qrup  məhsullar:  ət  və  ət  məhsulları,  balıq  və 
balıq  məhsulları,  süd  və  süd  məhsullarının  istehlakı  azalmış  və  orta  hesabla  25-
28%  aşağı  düşmüşdür.  Bitki  yağları,  meyvə  və  giləmeyvələrin  əhali  tərəfındən 
qəbulu  isə  daha  da  zəifləmişdir.  Bu  dəyişikliklərin  nəticəsi  olaraq,  ölkə  əhalisinin 
qidalanmasında orqanizm üçün çatışmayan, həyat üçün vacib olan bioloji fəal qida 
maddələrin  çatışmazlığı  meydana  çıxmışdır.  Məsələn,  son  zamanlar  Rusiyada 
aparılrnış  sorğu  və  klinika  yoxlamalan  nəticəsində  müəyyən  edilmişdir  ki,  tədqiq 
olunan  əhali  qruplarının  90%-də  C  vitamini  çatışmazlığı,  30-40%-də  B  qrupu 
vitaminləri,  -karotin,  E  vitamini  çatışmazlığı  vardır.  Eyni  zamanda,  əhalinin 
əksəriyyəti qida ilə, həm də kifayət qədər Ca, Fe, Se, F, Y kimi mineral maddələri, 
həyat fəaliyyəti üçün vacib sayılan sellüloza və digər biotənzimləyiciləri qəbul edə 
bilmirlər. 
Üçüncüsü  isə, hava  və quru ərazilərin səthinin çirklənməsi, baş verən kütləvi 
radioaktiv  çirklənmələr,  qida  məhsullarının  zəhərli  elementlərlə  -  pestisidlər, 
antibiotiklər,  radionuklidlər  və  s.  bu  kimi  orqanizmin  müqavimət  qüvvəsini 
zəiflədə bilən maddələr və birləşmələrlə çirklənməsinə gətirib çıxarır ki, bunlar da 
son  nəticədə  qaraciyər,  böyrəklər,  ağciyər,  dəri  və  s.  orqanların  antioksiki 
funksiyalarını heçə endirirlər. 
Hazırda  qidalanmanı  şərti  olaraq:  sağlam  insanın  rasional  qidalanması,  xəstə 
adamın  müalicəvi  qidalanması  və  zərərli  istehsalda  çalışan  iş  qabiliyyətli  əhalinin 
qidalanması  kimi  3  hissəyə  ayırırlar.  Bu  bölgü  şərti  olsa  da,  vacib  praktiki 
əhəmiyyətə  malikdir.  O,  imkan  verir  ki,  müalicə-profılaktiki  idarələrdə  xəstənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə