Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
121 
 
Qeyd  edildiyi  kimi,  böyüyən  orqanizmin  toxuma  və  hüceyrələri,  orqanları  və 
bütövlükdə  bədənin  qurulması  və  fəaliyyəti  üçün  zülallar  xüsusi  əhəmiyyətə 
malikdirlər. Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi 
olduqca  vacibdir,  çünki,  zülali  maddələr  tikinti  və  enerji  materialı  olmaqla  yanaşı, 
funksiyaların  əsas  daşıyıcısıdır.  Orqanizmin  azot  balansı  kimi  mühüm  istiqamət 
göstəricisi də əsasən zülal və aminturşuların mənimsənilməsi ilə əlaqədardır. 
Qida rasionunda zülal çatışmazlığı  və ya zülala görə qidanın az dəyərliyi uşaq 
dietoloqlarını  qayğılandıran  əsas  məsələlərdən  biridir.  Bu  məsələnin  əhəmiyyəti 
ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur. Zülallar orqanizmin böyümə 
fazasında yeni toxuma və hüceyrələrin formalaşması üçün zəruridir. Uşağın yaşı nə 
qədər  az  olarsa,  onun  bədən  kütləsinin  hər  kiloqramı  üçün  bir  o  qədər  çox  zülal 
lazımdır.  Belə  ki,  uşaq orqanizminin  inkişafı  dövründə  bədənin  hər  kq  kütləsinə  5-
5,5 q, 1-dən 3 yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər - 
3  q,  12-dən  yuxan  yaşlarda  isə  2-2,5  q  zülal  tələb  olunur.  Oğlanlarda  zülala  olan 
ehtiyac  qızlardakından  çoxdur.  Böyüyən  orqanizmdə  zülalların  sintezi  onların 
parçalanmasından  üstün  olduğuna  görə  uşaqlarda  azot  balansı  müsbət  olur.  Zülalın 
optimal  sutkalıq  dozaları  mövcuddur  ki,  bu  dozalarda  azotun  orqanizmdə 
maksimum  saxlanması  və  ya  retensiyası  müşahidə  edilir.  Məsələn:  1,5-dən  3  yaşa 
qədər  maksimum  retensiya  1  kq  bədən  kütləsinə  4  q  zülal  düşdükcə  qeyd  olunur. 
Zülalın  bu  normadan  yuxarı  artması  orqanizmdə  retensiya  ilə  müşaiyyət  olunmur. 
Azotun  retensiyası  təkcə  qidadakı  zülallardan  deyil,  həmçinin  zülal,  yağ  və 
karbohidratlar  arasındakı  nisbətlərdən  də  asılıdır.  Ən  əlverişli  retensiya  qidada  bu 
maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda müşahidə edilir. Ən vacibi odur ki, 
uşaqlar  qida  ilə  kifayət  qədər  əvəzolunmayan  aminturşularını  ala  bilsin.  Məsələn: 
böyüm  və  qanın  yaranmasına  kömək  edən  lizin  aminturşusunun  sutkalıq  optimal 
miqdarı 3,2-4,8 q-a qədər, böyümə üçün zəruri olan triptofanın miqdarı isə 1 q təşkil 
edir  və  s.  1-dən  3  yaşa  qədər  olan  uşaqlarda  qida  ilə  mənimsənilən  zülalın  75%-ə 
qədəri heyvanat mənşəli, 25%-ə qədəri isə bitki mənşəli olmalıdır. 
Yaş  artdıqca  sutkalıq  qida  rasionunda  heyvanat  mənşəli  zülalların  miqdarı 
getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan  uşaqlarda  hər  iki  növ qida zülalının 


 
122 
 
miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və tələbələr üçün müəyyən edilən 
qida  rasionlarında  yaşlılarda  olduğu  kimi  heyvanat  mənşəli  zülallar  30,  bitki 
zülalları isə 70%-ə yaxın olmalıdır. 
Uşaqlarda karbohidrat mübadiləsi intensiv  gedir və bu orqanizmin şəkərə olan 
böyük  tələbatları  ilə  əlaqədardır.  Eyni  zamanda  böyüyən  orqanizmdə  karbohidrat-
ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil olunmuşdur. Adətən, 1-
dən 3 yaşa qədər olan uşaqların karbohidratlara olan sutkalıq tələbatı 183 q, 4-don 7 
yaşa qədər 288 q, 8-dən 13 yaşa kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir. 
Uşaq  orqanizminin  yağlara  olan  ehtiyacı  yaş  çox  olduqca  azalır.  Belə  ki,  4 
yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb yaşlarında 
isə 2,0-2,5 q  yağ tələb olunur.  Tədqiqatlar göstərmişdir ki, bu zaman  yağa  bənzər 
maddələrdən  fosfolipidlərin  miqdarı  artır.  Bu  halda  yaşla  əlaqədar  olaraq  qanda 
xolesterinin, neytral yağların miqdarı artmağa başlayır. 
Uşaqların  müxtəlif  mineral  maddələrə  olan  tələbatları  fərqlənir,  belə  ki, 
onların qidasında Na, K və C1 az, Ca, P, N isə nisbətən bir neçə dəfə çox olmalıdır. 
Uşaq  orqanizminin  kalsium  və  fosfora  olan  ehtiyacları  xüsusilə  böyükdür,  bu  da 
onların sümük toxumasının, skeletinin intensiv inkişafı ilə bağlıdır. Həyatın birinci 
ilində  kalsiuma  olan  tələbat  ikinci  ilində  olduğundan  8  dəfə  artıq  olur. 
Məktəbəqədər  və  məktəb  yaşlarında  orqanizmin  kalsiuma  olan  sutkalıq  tələbatı 
0,68-2,36  mq/kq  bədən  kütləsinə  bərabərdir.  Qanın  hemoqlobinin  tənəffüs 
funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 1-
1,2 mq/kq çəki qiyməti qədərdir. 
Uşaq  orqanizmində  enerji  sərfı  yaşdan  asılıdır  və  yaş  artdıqca  onun  qiyməti 
hər  kq  bədən  kütləsinə  görə  hesablandıqda  tədricən  artır.  Aşağıdakı  cədvəldə 
(cədvəl  1)  uşaqlarda  və  yeniyetmələrdə  hər  kq  bədən  kütləsinə  görə  yaşlılarla 
müqayisədə sutkalıq enerji sərfınin qiymətləri verilmişdir (V.İ.Molçanova görə): 
Cədvəl 1 
Yaş dövrü 
Enerjinin sutkalıq sərfi, (kcoul 
ilə) 
Uşaqlarda 
 


 
123 
 
2 - 6 yaşda 
294-315 
7-10 yaşda 
252 - 294 
11-15 yaşda 
189-231 
Yaşlılarda 
147-168 
 
Uşaqlarda  enerjinin  böyük  hissəsi  böyümə  prosesinə  sərf  olunur.  Bu  mənada 
yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər yüksəkdir. Məsələn: 3 
aylıq  körpənin  orqanizmi  onda  əmələ  gələn  enerjinin  30%-ə  qədərini,  9  aylıq 
uşaqda isə 21%-ə qədərini böyümə prosesinə sərf edir. 
3) Tələbələrin qidalanması. 
Hesablamalara  görə  oğlan  tələbələrin  sutkalıq  enerji  ehtiyacı  təxminən  3300 
kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu iki cinsdən olan 
tələbələrin  əsas  qida  maddələrinə  olan  sutkalıq  tələbat  normaları  müvafıq  olaraq 
aşağıdakı  kimi  müəyyən  edilmişdir:  zülallar  -113  və  96  q,  o  cümlədən  heyvani 
zülallar  -68  və  58  q,  yağlar  -  106  və  90  q,  o  cümlədən  bitki  yağları  -  32  və  27  q, 
karbohidratlar isə - 451 və 383 q. 
Tələbələrin  sağlamlığını  və  tədris  prosesində  zehni  iş  qabiliyyətini  lazımi 
səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın  miqdarı  və 
qida  rejimləri  arasındakı  müddəalar  mühüm  rol  oynayır.  Qəbul  edilmiş  normativlərə 
görə tələbə gündə dörd dəfə qidalanmalıdır. Bəzi şəraitlərdə onun gündəlik rejimi ən 
azı  üç  və  ya  iki  dəfə  qidalanma  ilə  məhdudlaşa  bilər.  Tədris  prosesinin  yükü  və 
tələbənin  yaşadığı  şərait,  onun  qidalanmasının  təşkili  məsələsində  mütləq  nəzərə 
alınmalıdır.  Tələbələrin  gündə  dörd  dəfə  qidalanmasında  kalorinin  düzgün 
paylanmasına  xüsusi  fikir  verilməlidir.  Normativlərə  görə  birinci  səhər  yeməyi 
sutkalıq  kalorinin  15%-ni,  ikinci  səhər  yeməyi  10%-ni,  nahar  yeməyi  45%-ni,  şam 
yeməyi  isə  20%-ə  qədərini  təşkil  etməlidir.  Üç  dəfəlik  qida  rejimi  olduqda  isə  səhər 
yeməyi  sutkalıq  kaloridə  30%,  günorta  yeməyi  50%,  şam  yeməyi  20%-ə  qədər 
olmalıdır. Yeməklərarası fasilələrin müddətləri 6 saatdan çox olmamalıdır. 
Texniki  peşə  məktəblərində  oxuyan  tələbələrin  qidalanma  rejimləri  bir  qədər 
fərqlənə  bilər.  Cinsdən  və  təlim-tədris  qaydalarından  asılı  olaraq  onların  gündəlik 
yeməyinin  ümumi  kaloriliyi  3000  kkalori  və  ya  daha  çox  olmalıdır.  Texniki-peşə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə