QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

239 
 
sərhədindən  keçirilməsi  qaydaları  "İxrac  nəzarəti  haqqında" 
Azərbaycan  Respublikasının  Qanununa  müvafiq  olaraq 
müəyyən edilir. 
Tarif  –  Azərbaycan  Respublikasının  gömrük  sərhədin-
dən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin 
əmtəə çeşidinə uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu 
dərəcələrinin məcmusudur. 
Gömrük  rüsumu  -  mallar  (Azərbaycan  Respublikasının 
gömrük  sərhədindən  keçirilən  istənilən  əmlak,  o  cümlədən, 
istilik,  elektrik  enerjisi  və  enerjinin  digər  növləri)  Azərbaycan 
Respublikasının  gömrük  ərazisinə  gətirilərkən  və  ya  bu 
ərazidən  çıxarılarkən  Azərbaycan  Respublikasının  gömrük 
orqanları  tərəfindən  tutulan  haqq  olmaqla  yanaşı,  həm  də  bu 
cür idxal və ixracın mühüm şərtidir. 
Gömrük rüsumları üç əsas funksiyanı yerinə yetirir: 
1. Fiskal funksiya. 
2. Proteksionist funksiya. 
3. Balanslaşdırıcı funksiya. 
Malın gömrük dəyəri - malın "Gömrük tarifi haqqında" 
Azərbaycan  Respublikası  qanununa  uyğun  olaraq  müəyyən-
ləşdirilən  və  aşağıdakı  məqsədlər  üçün  istifadə  olunan  dəyə-
ridir: 
- maldan rüsum tutulması üçün; 
- xarici iqtisadi əlaqələr və gömrük statistikasının aparıl-
ması,  ticarət-iqtisadi  münasibətlərin  dövlət  tənzimlənməsi,  o 
cümlədən xarici iqtisadi əməliyyatlara valyuta nəzarəti; 
-  bu  sahədə  bank  hesablaşmalarının  həyata  keçirilməsi 
ilə bağlı tədbirlər. 
Gömrük  dəyəri  bir  neçə  üsulla  hesablanır  və  həmin 
üsullar aşağıdakılardır: 
- gətirilən malların sövdələşmə qiyməti ilə
- eyni malların sövdələşmə qiyməti ilə; 
- eynicinsli malların sövdələşmə qiyməti ilə; 


240 
 
- dəyərin toplanması üsulu ilə
- dəyərin çıxılması üsulu ilə
- ehtiyat üsulu ilə. 
 
15.4. Tənzimlənmənin qeyri-tarif metodları. 
 
Xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olan  kommersantlar 
nəzərə  almalıdırlar  ki,  müasir  şəraitdə  xarici  ticarətin  tənzim-
lənməsinin müxtəlif qeyri-tarif metodları tətbiq edilir. 
Qeyd  etmək  lazımdır  ki,  dünya  təcrübəsində  qeyri-tarif 
tənzimlənməsinə  münasibət  kifayət  qədər  ziddiyyətlidir. 
Ümumdünya  Ticarət  Təşkilatı  rəsmi  olaraq  belə  tədbirlərin 
ləğv  edilməsi  və  müstəsna  olaraq  tarif  üsullarından  istifadə 
edilməsi məsələsini ortaya qoyur. 
Bununla  bərabər  tələblərin  birmənalı  şəkildə  qəbulu 
digər  məsələlərdə  arzuolunmaz  nəticələrə  gətirib  çıxara  bilər. 
Belə  ki,  Ümumdünya  Ticarət  Təşkilatının  üzvü  olan  ölkələr 
xarici  ticarətdə  qeyri-tarif  tənzimləmə  metodlarından  həm 
əvvəl,  həm  də  indi  istifadə  etməkdədirlər.  Bəzi  qeyri-tarif 
tənzimlənməsinin  aradan  qaldırılması  sadəcə  olaraq  qeyri-
mümkündür. 
Belə  ki,  qeyri-tarif  tənzimlənməsi  daxili  iqtisadi 
siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü 
kimi  çıxış  edir.  Bununla  belə,  beynəlxalq  ticarət  sistemi 
tərəfindən  qanuniləşdirilmiş  qeyri-tarif  tənzimləmə  tədbirləri, 
daha  doğrusu  xarici  malların  idxalının  kəskin  artımı  ilə  milli 
iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən 
müdafiə  tədbirləri,  həmçinin  xarici  ixracatçılar  tərəfindən 
qeyri-sağlam  rəqabətin  qarşısının  alınmasına  yönəlmiş  digər 
tədbirlər mövcuddur. 
Qeyri-tarif metodlarını üç qrupda təsnifləşdirmək olar: 
- kəmiyyət məhdudiyyətləri
- gizli metodlar; 


241 
 
- maliyyə metodları. 
Qeyri-tarif metodlarının ən geniş  yayılmış növü kəmiy-
yət  məhdudiyyətləridir.  Kəmiyyət  məhdudiyyəti  dedikdə, 
idxalına və ixracına icazə verilən malların nomenklaturasını və 
kəmiyyətini  müəyyən  edən  qeyri-tarif  inzibati  tənzimləmə 
forması  nəzərdə  tutulur.  Kəmiyyət  məhdudiyyəti  hökumətin 
birtərəfli surətdə qəbul etdiyi qərar və müəyyən mal ilə ticarəti 
tənzimləyən çoxtərəfli saziş əsasında tətbiq edilə bilər. 
Kəmiyyət məhdudiyyətlərinə aşağıdakılar daxildir: 
1.
 
kvotalaşdırma; 
2.
 
lisenziyalaşdırma; 
3.
 
ixracın könüllü məhdudlaşdırılması. Kəmiyyət məh-
dudiyyətlərinin  ən  geniş  yayılmış  forması  kvota  hesab  edilir. 
Kvota dedikdə, malın  ixracını  və  ya idxalını  müəyyən müddət 
ərzində  və  müəyyən  edilmiş  kəmiyyət  və  məbləğ  həddində 
məhdudlaşdıran  kəmiyyət  qeyri-tarif  vasitəsi  başa  düşülür.  Öz 
fəaliyyət  istiqamətlərinə  görə  kvotalar  ixrac  və  idxal  kvotala-
rına bölünürlər. 
İxrac kvotaları ya müəyyən mal üzrə ümumi ixracda hər 
bir  ölkənin  payını  müəyyən  edən  beynəlxalq  sazişlərə  uyğun 
olaraq  (məsələn,  OPEK  ölkələrində  neft  ixracı),  ya  da  daxili 
bazarda  çatışmayan  malların  ixracının  qabağını  almaq  məqsə-
dilə dövlət tərəfindən tətbiq edilə bilər. 
İdxal  kvotaları  dövlət  tərəfindən  yerli  istehsalçıları 
müdafiə etmək, ticarət balansının tarazlığına nail olmaq, daxili 
bazarda tələb və  təklifi tənzimləmək, həmçinin  digər ölkələrin 
ayrıseçkilik tədbirlərinə cavab məqsədilə tətbiq edilir. 
Öz  əhatəsinə  görə  kvotalar  qlobal  və  fərdi  kvotalara 
bölünür.  Qlobal  kvotalar  müəyyən  müddət  ərzində  müəyyən 
malın idxalına və ixracına (həmin malın hansı ölkəyə idxal və 
ixrac  edilməsindən  asılı  olmayaraq)  münasibətdə  tətbiq  edilir. 
Bu  cür  kvotaların  tətbiqində  məqsəd  daxili  istehlakın  lazımi 
səviyyəsinin təmin edilməsidir. 


242 
 
Fərdi  kvotalar  isə  qlobal  kvota  çərçivəsində  müəyyən 
edilməklə  malı  idxal  və  ya  ixrac  edən  hər  bir  ölkə  üzrə 
kvotanın  həcmini  göstərir.  Bu  cür  kvotalar  adətən,  ikitərəfli 
sazişlər  əsasında  tətbiq  edilirdi.  Onlar  siyasi,  iqtisadi  və  digər 
maraqlar  üzrə  sıx  əlaqədar  qurulmuş  ölkələrə  mal  idxalı  və 
ixracında əsas üstünlüyü əldə etməyə imkan verir. Fərdi kvota-
lar  adətən,  mövsümi  olurlar,  yəni  daxili  bazarın  dövlət  müda-
fiəsinə  daha  kəskin  ehtiyac  olduqda  müəyyən  müddət  ərzində 
tətbiq edilə bilər. 
Bundan  başqa  mövsümü  kvotalar  da  vardır.  Mövsümi 
kvotalar ilin fəsillərindən asılı olaraq tətbiq edilir. İlin müəyyən 
fəsillərində  ölkə  daxilində  istehsalın  yüksək  olduğu  dövrlərdə 
(ən  çox  kənd  təsərrüfatı  məhsulları  üçün)  tətbiq  edilir.  İdxalın 
müəyyən  vaxt  dövrü  nəzərə  alınmadan  məhdudlaşdırılması 
konkretləşdirilməmiş kvotalar adlanır. 
Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsinin  digər  növü 
olan  lisenziyalaşdırma  kvotalaşdırma  ilə  sıx  əlaqədardır. 
Lisenziyalaşdırma  dedikdə,  xarici  iqtisadi  fəaliyyətin  dövlət 
orqanları  tərəfindən  müəyyən  müddətə  verilən  və  müəyyən 
edilmiş  kəmiyyətlərdə  mal  ixracını  və  idxalını  nəzərdə  tutan 
icazələr  vasitəsilə  tənzimlənməsi  nəzərdə  tutulur.  Lisenziyada 
idxal  və  ixracın  həyata  keçirilmə  qaydası  da  müəyyən  edilə 
bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolun-
maz  həcmlərini  müəyyən  müddət  ərzində  məhdudlaşdırıldığı 
zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir. 
Bununla  yanaşı,  lisenziyalar  dövlət  tənzimlənməsinin 
müstəqil  aləti  kimi  çıxış  edirlər.  Bu  halda  aşağıdakı  konkret 
formaları fərqləndirmək olar: 
1.  Birdəfəlik  lisenziya  -  hökumət  tərəfindən  konkret 
firmaya bir ticarət əməliyyatının həyata keçirilməsi üçün veril-
miş və bir il müddətində olan yazılı icazədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə