QəRİbov asəF ƏZİzov anar


Beynəlxalq tələb və təklif



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   112
Beynelxalq ticaret emeliyyatlari

2.2. Beynəlxalq tələb və təklif 
 
İqtisadi  nəzəriyyədən  məlumdur  ki,  beynəlxalq  iqtisa-
diyyatda  məcmu  tələb  və  təklifin  əsas  predmeti  hesab  olunan 
əmtəə istehsal prosesinin son kateqoriyası hesab olunur ki, bu 
da  əksər hallarda şəxsi  istehlak üçün deyil, satış  üçün nəzərdə 
tutulur. Aydındır ki, əmtəə (commodity good) – ictimai tələba-
tın  təmin  olunması  və  mübadilə  üçün  nəzərdə  tutulan  elə  bir 
dəyərə malikdir ki, o da əmtəələrlə mübadilə prosesində müəy-
yənləşir. Hər bir konkret əmtəəyə olan tələb və təklif biri-birini 
tarazlayır. 
Beynəlxalq  iqtisadi  nəzəriyyədə  əmtəəyə  daha  çox  is-
tehsal  məhsulu  kimi  deyil,  tələb  və  təklif  obyekti  kimi  yana-
şılır.  Beynəlxalq  münasibətlər  tədqiqatın  əsas  predmeti  oldu-
ğundan, məhz onun istehsal prosesinə əks təsiri nəzərə alınma-
lıdır.  Məhsul  yalnız  şəxsi  istehlak  və  mübadilə  üçün  nəzərdə 


30 
 
tutulduğu  və  bazar  iqtisadiyyatının  iki  əsas  qüvvəsinin  -  tələb 
və təklifin təsiri  altında  olduğu halda,  əmtəə hesab olunur.  Bu 
ünsürlərdən hansısa biri mövcud olmadığı halda, məhsul əmtəə 
sayılmır  və  beynəlxalq  iqtisadi  nəzəriyyənin  predmeti  hesab 
olunmur. 
Beynəlxalq iqtisadiyyat ümumi makroiqtisadi nəzəriyyə 
ilə bərabər əmtəə üzrə təklif, məcmu və fərdi tələbin formalaş-
ması qanunauyğunluqlarını, tarazlı qiymətlərin formalaşmasını, 
bu istiqamətdə baş verən dəyişiklikləri, eləcə də ehtimal edilən 
səmərəli  nəticələri  öyrənir.  Hər  iki  yanaşmada  əsas  fərq  isteh-
sal  amillərinin,  (əmək,  torpaq  və  kapital)  mobilliyi  dərəcəsin-
dən  asılıdır  ki,  məhz  bunların  köməyi  ilə  də  əmtəələr  istehsal 
olunur.  Makroiqtisadi  nəzəriyyə  istehsal  amillərinin  mütləq 
mobilliyini,  onların  regionlararası  tarazlı  bölgüsünü  və  s.  nə-
zərdən  keçirir.  Beynəlxalq  iqtisadi  nəzəriyyə  həm  də  belə  bir 
reallığa  əsaslanır  ki,  istehsal  amillərinin  mobilliyi  (çevikliyi) 
bir  çox  şərtlərdən  asılıdır  və  o,  ölkələrarası  maneələrlə  məh-
dudlaşır. 
Əlbəttə  ki,  məhdudiyyətlər  bütün  ölkələrdə  eyni  deyil-
dir. Hətta Qazaxıstan kimi böyük dövlətdə ölkədaxili maneələr 
olmadığı halda belə, istehsal amilləri aşağı mobilliyə malikdir. 
Bunun  da  başlıca  səbəbi  çoxsaylı  inzibati  (məs:  qeydiyyat 
sahələrində)  və  iqtisadi  (məs:  ixtisas  üzrə  iş  yerlərinin  olma-
ması) problemlərlə əlaqədardır. 
Milli  iqtisadiyyata  xas  olan  xüsusiyyətlərin  bir  çoxu 
beynəlxalq iqtisadiyyata aid deyildir. Çünki, əksər əmtəələr da-
xili bazarda satılır və alınır. İstənilən məhsulun istehsalı hələ o 
demək  deyildir  ki,  o,  satış  üçün  yararlı  məhsul  olacaq  və  onu 
kimsə alacaqdır. O cümlədən, daxili bazar üçün istehsal olunan 
əmtəələrin  dünya  bazarında  yüksək  səviyyəli  əmtəə  hesab 
olunacağı və alıcı qazanacağı da əvvəlcədən məlum deyildir. 
Təbii ki, əmtəə o zaman satışa yararlı olur ki, o rəqabət 
qabiliyyətinə  malik  olur.  Düzdür,  prinsipcə  bu  məsələ  həll 


31 
 
oluna  biləndir,  lakin  o  əmtəəki  daxildə  istehsal  olunur,  amma 
satış  üçün  alıcı  qazanmır,  onda  belə  əmtəələri  dünya  bazarına 
çıxarmağa  ehtiyac  yoxdur.  Məhz  bu  nöqteyi-nəzərdən  bütün 
əmtəələr,  beynəlxalq  mobillik-hərəkətlilik  baxımından,  ticarə-
tdə iştirak edən və etməyən olmaqla iki hissəyə bölünür. 
Ticarətdə iştirak edən əmtəələr (tradable goods) - o əm-
təələrdir ki, ayrı-ayrı ölkələr arasında mübadilə olunur. Ticarət-
də  iştirak  etməyən  əmtəələr  (nontradable  goods)  isə  müəyyən 
ölkə daxilində istehsal və istehlak olunur, ölkələrarası mübadilə 
və satış prosesində isə iştirak etmir. 
Fərz  edək  ki,  bəzi  ölkələr  ardıcıl  olaraq  xarici  ölkələrə 
məxsus  istiqrazlar  əldə  etmişlər  və  ödəmə  müddəti  artıq  başa 
çatmışdır. Məhz borcları ödəmək üçün hökumət bu zaman ver-
giləri  artırır  ki,  nəticədə  də  istehlak  səviyyəsi  aşağı  düşür.  Bu 
halda  istehsalçı  ticarətdə  iştirak  edən  əmtəəni  satışa  buraxa, 
eləcə  də  öz  istehsal  əmtəələrinin  bir  hissəsini  xarici  bazarlara 
yönəldə  bilər.  Əks  halda,  məsələn  ticarətdə  iştirak  etməyən 
əmtəə  istehsal  olunarsa,  onda  bu  cür  alternativ  hal  mövcud 
olunur. Bu halda istehsalçı zərərə düşür, müflisləşir və nəticədə 
tələbin  çox  olduğu  digər  əmtəə  istehsalına  keçir.  Satıla  bilmə-
yən məhsulların istehsalı, ölkədə iqtisadi siyasətin də dəyişmə-
sinə  səbəb  olur  ki,  nəticədə  də  aparılan  islahatlar  ciddi  sosial 
problemlərə  və  iqtisadi  inkişafın  ləngiməsinə  gətirib  çıxarır. 
Ümumiyyətlə  isə,  ticarətdə  iştirak  edən  və  etməyən  əmtəələr 
arasında fərq aşağıdakılardan ibarətdir: 
- Ticarətdə iştirak edən əmtəələr üzrə qiymətlər tələb və 
təklif  arasındakı  əlaqədən  formalaşır.  Eyni  zamanda,  belə  əm-
təələr  ölkə  daxilində  və  xaricində  daimi  tələb  və  təklifin  təsiri 
altında olur; 
- Ticarətdə  iştirak  etməyən  əmtəələr üzrə  qiymətlər isə 
daxili bazarda tələb və təklifin  asılılığı  əsasında müəyyən olu-
nur. Təbii ki, bu cür əmtəələr üzrə qiymət dəyişmələri digər öl-
kələr üçün heç biri əhəmiyyət daşımır; 


32 
 
-  Ticarətdə  iştirak  edən  əmtəələr  üzrə  daxili  tələb  və 
təklif balansının dəstəklənməsi zəruri deyildir. Ticarətdə iştirak 
etməyən  əmtəələr  üçün  isə  daxili  tələb  çatışmazlığı  xaricdən 
gələn  əmtəələr  üzrə  tələb  artımı  hesabına  kompensasiya  oluna 
bilər.  Qeyd  etmək  lazımdır  ki,  ticarətdə  iştirak  etməyən  əm-
təələr  üzrə  daxili  tələb  və  təklifin  saxlanılması  çox  vacibdir. 
Təcrübə  göstərir ki,  məhz bu prosesin ardıcıllığının  pozulması 
ciddi sosial-iqtisadi qeyri-mütənasibliyə gətirib çıxarır. 
- Ticarətdə iştirak etmək imkanına malik  əmtəələr üzrə 
daxili  qiymət  səviyyəsinin  dinamikası,  digər  ölkələrdə  qiymət 
səviyyəsinin  və  dinamikasının  dəyişikliyinə  uyğundur.  Daxili 
bazar üçün nəzərdə tutulan - ticarətdə iştirak etməyən əmtəələr 
üzrə  daxili  qiymətlər  digər  ölkələrin  qiymətlərindən  fərqlənə 
bilər ki,  bunun da  əsas səbəbi  bu  əmtəələrin qiymətlərinin də-
yişməsinin,  xaricidə  baş  verən  qiymət  dəyişikliklərindən  asılı 
olmamasıdır. 
Daha çox "ticarətdə iştirak etməyən" əmtəələr üzrə tipik 
nümunə kimi  xidmət  sahələri  götürülə bilər. Adətən belə təsi-
satların (məs. bərbərxana, kimyəvi təmizləmə və s.) müştəriləri 
daimi  yaxında  yaşayırlar.  Məsələn,  təbii  olaraq  xaricdən  ki-
minsə öz kostyumunu başqa ölkəyə aparıb təmizlətməsi qeyri-
realdır.  Mənzili  kirayə  vermək  üzrə  xidmətlər  və  "ticarətdə 
iştirak  etməyən"  əmtəələrə  aiddir.  Məsələn.  Tokioda  mənzil 
üçün  yüksək  icarə  haqqı  olan  şəhərdə  Yaponiya  vətəndaşı,  öz 
ölkəsindən  bir  neçə  yüz  kilometr  aralıda  olan  Qazaxstanda 
normal  yaşayış  şəraiti  və  aşağı  kirayə  haqqı  tələb  edilən 
mənzildən  heç  cür  istifadə  edə  bilməz.  Çünki  mənzil  kirayəsi 
"ticarətdə  iştirak  etməyən"  əmtəədir.  Dünya  iqtisadiyyatı  nöq-
teyi-nəzərindən  həkimlərin,  müəllimlərin  də  təklif  etdiyi  xid-
mətlər "ticarətdə iştirak etməyən" əmtəələrə aid edilir. 
Ticarətdə iştirak edən və etməyən əmtəələr üzrə bölgü-
nü klassik iqtisadi fikir nümayəndələri həyata keçirmişlər. On-
lar  belə  güman  edirdilər  ki,  bütün  hazır  məhsullar  “ticarətdə 


33 
 
istirak edən” əmtəələrdir, ancaq onların istehsalı üçün nə istifa-
də  olunmuşdursa  -  o,  "ticarətdə  iştirak  etməyən"  əmtəələrdir. 
Eyni zamanda müasir klassik modeldə ticarətdə iştirak edən və 
etməyən  əmtəələr  konsepsiyası  50-ci  illərin  sonunda  yaran-
mağa başlamışdır. 
Əmtəənin ticarətdə iştirak edən və etməyən olub-olma-
ması,  əmtəənin  daşınması  yönümündə  (xarici  ölkəiərə,  ticarət 
maneələri  üzrə)  nəqliyyat  xərclərindən  də  asılıdır.  Əgər  əm-
təənin  qiyməti,  əmtəə  vahidi  çəkisinə  görə  yüksəkdirsə,  onda 
bu  əmtəə  praktiki  olaraq  ticarətdə  iştirak  edən  sayılır.  Buna 
parlaq misal  olaraq qızılı göstərmək olar, Nəqliyyat  xərclərin-
dən asılı olmayaraq qızlın qiyməti dünyanın bütün ticarət mər-
kəzlərində eynidir. 
Ancaq  nəqliyyat  xərcləri,  məsələn,  bərbər  (saç  ustası) 
üçün müəyyən olunmayan maneədir. Baxmayaraq ki, saç kəsi-
mi qiymətləri Bakıda Vaşinqtona nisbətən daha aşağıdır, Bakı-
Vaşinqton  marşrut  biletinin  qiyməti  isə  saç  kəsimi  qiymət-
lərindən dəfələrlə  yüksəkdir. Bu səbəbdən də,  Bakıda  yaşayan 
bərbər  (saç  ustası)  işini  buraxıb,  Vaşinqtona  getmir  və  Bakıda 
işləməyə  davam  edir.  Eyni  zamanda  məsələn,  balıq  məhsul-
larının Rusiyadan Yaponiyaya aparmaq (baxmayaraq ki, orada 
bunlar 2 dəfə bahadır) gömrük tariflərinə görə (dəyərin 100%-i 
ödənilməlidir)  səmərəsizdir  və  bu  pulları  daxildə  qazanmaq 
daha  sərfəlidir.  Texnologiyaların  inkişafı  ilə  bərabər  nəqliyyat 
xərclərinin  azalması  ticarətdə  iştirak  edən  əmtəələrin  miqdarı-
nın  artımına,  dövlətlərarası  himayəçilik  siyasəti  isə  azalmağa 
doğru meyl etməkdədədir. 
Əlbəttə,  ticarətdə  iştirak  edən  və  etməyən  əmtəələr 
arasında istənilən sərhəd şərti qəbul edilir. Bu sahədə, daha çox 
BMT tərəfindən qəbul olunmuş sənaye standartlarına əsaslanan 
bölgüdən istifadə edirlər ki, bu da öz növbəsində bütün dünya-
da qəbul edilir. Buna müvafiq olaraq bütün əmtəə və xidmətlər 


34 
 
(hansı  ki,  onlar  da  əmtəə  sayıla  bilərlər)  9  böyük  qrupa  bolu-
nürlər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə