QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə110/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   112
Beynelxalq ticaret emeliyyatlari

15.5. Valyuta nəzarəti

 
Kommersiya  fəaliyyətinin  dövlət  tənzimlənməsi  siste-
mində valyuta nəzarəti mühüm yer tutur. 
Valyuta  nəzarət  sistemi  ölkələr  arasında  valyuta  dəyər-
lərinin  müxtəlif  formalarının  yerdəyişməsinin  tənzimlənməsi 
üzrə  tədbirlər  toplusunu  təmsil  edir.  Bu  tədbirlər  toplusunda 
valyuta  məhdudiyyətlərinin  tətbiqinə  xüsusi  fikir  verilir. 
Valyuta  məhdudiyyətləri  valyuta  dəyərləri  ilə  bağlı  əməliy-


246 
 
yatlarda  qadağalar,  limitləşmə,  nizama  salma,  ləngimə  və  ya 
onların  sərəncamları  şəklində  istifadə  olunur.  Valyuta  nəzarə-
tinin  və  valyuta  məhdudiyyətlərinin  əsas  məqsədləri  kimi  aşa-
ğıdakıları göstərmək olar: 
- iqtisadi təhlükəsizliyin təmin edilməsi; 
- xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması; 
- ölkənin valyuta ehtiyatlarının formalaşması; 
- ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi. 
Valyuta  məhdudiyyətləri  aşağıdakı  amillərin  nəzərə 
alınması ilə tətbiq olunur: 
-  ölkənin  iqtisadi  inkişaf  səviyyəsinin  və  onun  valyuta 
bazarının nəzərə alınması; 
- ödəniş balansının vəziyyəti
-  rəsmi  qızıl  -  valyuta  ehtiyatlarının  səviyyəsi  və  dina-
mikası; 
- milli pul vahidinin dönmə rejimi; 
- idxalın həcmi və ona olan tələb
- iqtisadi üstünlüklər; 
- milli istehsalın qiymət və həcmlərinin səviyyəsi. 
Valyuta  nəzarətinin  əsas  tələbi  valyuta  qanunverici-
liyinə  riayət  olunmasıdır.  Bu  qanunvericilik,  bir  qayda  olaraq, 
kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının strukturu 
üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetirilməsinə 
nəzarət  üzrə  tədbirlər  kompleksini  nəzərdə  tutur.  Valyuta 
nəzarətinin  və  valyuta  məhdudiyyətlərinin  formaları  uyğun 
olaraq  bu  əlamətə  görə  cari  (mal  sövdələşmələri  və 
«görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı 
və neytral sövdələşmələr) formalarına bölünürlər. 
Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 

aparılan  valyuta  əməliyyatlarının  qüvvədə  olan 
qanunvericiliyə  uyğunluğunu  və  bunun  üçün  lisenziya  və 
icazələrin olmasını müəyyən etmək; 


247 
 
-  dövlət  qarşısında  xarici  valyuta  üzrə  və  Azərbaycan 
Respublikasının  valyuta  bazarında  valyutanın  satışı  üzrə 
öhdəliklərin  rezidentlər  tərəfindən  yerinə  yetirilməsi  vəziyyə-
tini yoxlamaq; 
-  xarici  valyuta  ilə  ödənişlərin  əsaslandırılmış  olduğunu 
yoxlamaq; 
-  valyuta  əməliyyatları,  o  cümlədən  qeyri-rezidentlərin 
milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və 
obyektivliyini yoxlamaq. 
Valyuta nəzarətinin əsas vəzifələri
 
aşağıdakılardır: 
- ixrac edilmiş əmtəələr üzrə valyuta mədaxilinə nəzarət 
etmək; 
-  idxal  əməliyyatları  üzrə  əmtəələrin  Azərbaycan  Res-
publikasına daxil olmasına nəzarət etmək; 
-  barter  müqavilələri  üzrə  əmtəələrin  Azərbaycan  Res-
publikasına daxil olmasına nəzarət etmək. 
Azərbaycanda  valyuta  nəzarəti  "Valyuta  tənzimi  haq-
qında" Azərbaycan Respublikasının Qanununa, eləcə də Nazir-
lər Kabinetinin, Azərbaycan Respublikasının Milli Bankının və 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  öz 
səlahiyyətləri  çərçivəsində  qəbul  etdikləri  qərarlara  uyğun 
həyata  keçirilir.  Respublikamızda  valyuta  nəzarətini  həyat 
keçirən  orqanlar  isə  Azərbaycan  Respublikasının  Milli  Bankı 
və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir. 
Valyuta nəzarətinin həyata keçirilməsi üçün ilkin sənəd 
lazımi  qaydada  tərtib  olunmuş  ixrac  və  ya  idxal  müqavilə-
ləridir.  Onlarda  minimum  aşağıdakı  rekvizitlər  öz  əksini 
tapmalıdır: 
-  hüquqi  ünvanları  göstərilməklə  tərəflərin  müəyyən 
edilməsi; 
-  miqdarı  və  texniki  xüsusiyyətləri  qeyd  edilməklə 
əmtəələrin təsviri; 


248 
 
-  əmtəə  vahidinin  qiymətinin,  qiymətin  hesablanma 
üsulunun və müqavilənin ümumi məbləğinin göstərilməsi
- tədarük vaxtının göstərilməsi; 
- əmtəənin  qəbulu  və  haqqının ödənilməsi  üzrə alıcının 
öhdəlikləri; 
- ödənişlərin həyata keçirilməsinə əsas verən sənədlərin 
siyahısı göstərilməklə ödənişlərin müddəti, ödəniş valyutası və 
ödəniş üsulu; 
-  ödənişi  həyata  keçirənlərin  və  alanların  bankının  və 
hesablarının  nömrələrinin  göstərilməsi  (eləcə  də,  ödənişlərin 
həyata  keçirildiyi  müxbir  bankların  rekvizitlərinin  göstəril-
məsi); 
-  göndərilən  əmtəənin  haqqının  ödəniləcəyinə  və  ya 
həyata keçirilmiş ödənişə görə əmtəənin tədarükünə zəmanət; 
-  əmtəənin  göndərilməyəcəyi  təqdirdə  alınmış  avansın 
qaytarılacağına dair tərəflərin öhdəlikləri
-  öhdəliklərin  yerinə  yetirilməməsinə  görə  tərəflərin 
məsuliyyəti və cərimə sanksiyaları; 
-  meydan  çıxan  mübahisələrin  baxılacağı  məhkəmənin 
yerləşdiyi ölkənin adı. 
Müqavilə  azərbaycan  dilində  tərtib  olunmalıdır  və  ya 
azərbaycan  dilinə  tərcüməsi  notarial  qaydada  təsdiq  olunma-
lıdır.  Müqavilə  nömrələnməli,  onun  imzalandığı  yer  (ölkə), 
tarix  göstərilməli  və  onu  imzalamağa  səlahiyyəti  olanlar 
tərəfindən imzalanmalıdır. 
Valyuta  nəzarətinin  həyata  keçirilməsi  üçün  ikinci  növ 
sənədlər  saziş  pasportu,  uçot  kartoçkası  və  ödəniş  kartoç-
kasıdır. 
Hər bir idxal  və ixrac  əməliyyatları üzrə  saziş  pasportu 
tərtib edilir. Saziş pasportu idxalçının və  ya ixracçının valyuta 
hesabının  açıldığı  və  müqavilə  üzrə  hesablaşmaları  aparan 
bank  tərəfindən  imzalanır.  Saziş  pasportu  müəyyən  edilmiş 
qaydada, standart formada və iki nüsxədə tərtib edilir. 


249 
 
Saziş  pasportu  tərtib  edildikdən  sonra  idxalçı  və  ya 
ixracçı  onu,  müqavilənin  əsli  və  ya  təsdiq  edilmiş  surəti  ilə 
birlikdə,  öz  bankına  təqdim  edir.  Bank  təqdim  edilmiş  sənəd-
lərin, o cümlədən imzaların, həqiqiliyini yoxlayır, saziş paspor-
tunu  imzalayır,  onun  bir  nüsxəsini  özündə  saxlayır,  digər 
nüsxəsini  isə  müştəriyə  verir.  Bununla  da  bank  müqavilənin 
yerinə yetirilməsinə nəzarət funksiyasını üzərinə götürür. 
ARDGK  tərəfindən
 
uçot  kartoçkası  hər  bir  gömrük 
deklarasiyasında hər bir əmtəə kodu üzrə tərtib edilir. ARDGK 
Azərbaycan  Respublikası  ərazisindən  çıxarılan  və  ya  onun 
ərazisinə  daxil  olan  əmtəələrin  və  müvafiq  ödənişlərin 
eyniləşdirilməsi  məqsədi  ilə  uçot  kartoçkalarmı  idxalçının  və 
ya  ixracçının  bankına  göndərir.  Ödəniş
 
kartoçkaları  müqavilə 
üzrə  həyata  keçirilən  ödənişlərin  qeydiyyatı  və  onlara  nəzarət 
məqsədi ilə tərtib edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə