Elşad Ərşadoğlu ____________________________________
50
QIZLARIN BAXIŞLARI
Yaş artır,
gün-gündən
daha yaxşı saf-çürük edirəm
dost-tanışları.
Yaş artır,
pis olan təkcə odur ki,
üz-gözümdə,
üst-başımda
sovulur qız baxışları...
Ağlından
paltarlı da keçə bilmərəm daha,
gecələr yuxularıma
soyunub girən qızların.
Ölsəm,
gözlərindən
bir damla yaş da çıxmaz,
baxışların yağdırıb üstümə
leysan kimi,
məni baxışlarında
çimizdirən qızların...
_________________________________________Eşqə doğru
51
AX, BU QIZIN DODAQLARI
Ax, bu qızın barmaqları....
Ramiz RÖVŞƏN
Ax, bu qızın barmaqları... Ramiz
Gör necə qıydı canıma,
Ax, bu qızın dodaqları.
Qanıma batıb, qanıma,
Al qırmızı dodaqları.
Ax, bu qızın dodaqları,
Balmı, ya şəkərmi görən?
Ölüb getsəm bu dünyadan,
Adımı çəkərmi görən?
Ax, bu qızın dodaqları,
Dodaqlarıma dəymədi.
Cadarlandı dodaqlarım,
Bir öpüş belə qıymadı.
Elşad Ərşadoğlu ____________________________________
52
Ax, bu qızın dodaqları,
Nazik, incə dodaqları.
Eh, görəsən kim üzəcək,
O tər, qönçə dodaqları...
_________________________________________Eşqə doğru
53
YAXŞI Kİ, YOXLUĞUN VARMIŞ
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...
Bəxtiyar VAHABZADƏ
Sənsizlik ömrümə qonaq gələndən,
Bir dinclik, rahatlıq tapmamışam mən.
Yoxluğun o qədər ağırdır inan,
Varlığım əlləşir, qaldıra bilmir.
Gah yerə baş vurur, gah göyə qalxır,
Qapıdan boylanır, bacadan baxır.
Xəyalın min cürə oyundan çıxır,
Yenə də üzümü güldürə bilmir.
Sənsiz yaşadığım nə ömür-gündü?
Bomboş xarabadı ürəyim indi.
Qəlbimdə açdığın yer çox dərindi,
Yerini həsrətin doldura bilmir.
Elşad Ərşadoğlu ____________________________________
54
Daha qəm-kədərdi mənə dost-tanış,
Çölümdə bahardı, içərimdə qış.
Hələ nə yaxşı ki, yoxluğun varmış,
Tənhalıq könlümə dərd ola bilmir.
_________________________________________Eşqə doğru
55
HƏSRƏTİMİN AD GÜNÜ
Gözü götürmədi zalım hicranın,
ayırdı bizi də
bir çoxu kimi.
Ayırdı,
qismətim göz yaşı oldu.
Eh,
sənə nə var ki,
ay bəxtəvər qız!
Unutdun hər şeyi
bir yuxu kimi.
Bir gün də
sızlayıb,
göynəmədin heç.
Dünən
həsrətimin bir yaşı oldu,
zəng edib
təbrik də eyləmədin heç...
Elşad Ərşadoğlu ____________________________________
56
_________________________________________Eşqə doğru
57
HƏYAT
ÖLÜMDƏN
KEÇİR…
Elşad Ərşadoğlu ____________________________________
58
Dostları ilə paylaş: |