_________________________________________Eşqə doğru
35
GÜLƏ ŞEH DÜŞƏNDƏ
GÖZƏL GÖRSƏNİR
Qorxma əzablardan, ay ömrüm-günüm,
Qəlb dərddə bişəndə gözəl görsənir
.
Elə xisləti var insan çiyninin,
Ona yük düşəndə gözəl görsənir.
Ümid gözəl şeydir, ümidlə ağla,
Qoşul bu gəzərgi buludla ağla,
Ay bahar nəfəslim, sükutla ağla,
Gülə şeh düşəndə gözəl görsənir.
Könülsüz hər nəfəs bir ah kimidi,
Gecikmiş savab da günah kimidi,
Əslində, insan da Allah kimidi,
O da tək düşəndə gözəl görsənir...
Elşad Ərşadoğlu ____________________________________
36
GÖZ YAŞI
Qız, yaman gözəldi qaş-qabağın da,
Kirimə, elə qal ağlamağında.
Ağla, xeyri var ağlamağın da,
Gözlər göz yaşında təmiz olurlar.
“Yaş yorğun gözlərin axan təridi”.
1
Göz yaşı qadının dövlət varıdı.
Kövrək anaların göz yaşları da,
Qızları köçəndə cehiz olurlar.
Kim almır ki, dərdi-qəmi vecinə,
Hamı təslim olur qəmin gücünə.
Kimi çölə ağlar,
kimi içinə,
Çölə ağlayanlar əziz olurlar...
1
Misra Salam Sarvana məxsusdur.
Elşad Ərşadoğlu ____________________________________
38
O QIZ
O qız dünyanın hər işini sevdi,
Ağacını sevdi, daşını sevdi,
Adamını sevdi, quşunu sevdi,
Gör sevgi nə günə qoydu o qızı.
Gərək ürəyinə bağlayaydı daş,
O qız sevməyəydi, sevməyəydi kaş!!!
Nə ağac,
nə torpaq, nə adam, nə quş
Anladı o qızı, duydu o qızı.
O qız öz içində özün gizlədi,
Güldü, gülüşündə üzün gizlədi.
Sevinc üstün örtdü, çölün bəzədi,
Kədərsə içindən oydu o qızı...
...Allahlı bəndəli məhv elədilər,
Ömrünü yedilər, kef elədilər.
Öldürüb içində dəfn elədilər,
Dedilər: qisməti buydu o qızın...
Elşad Ərşadoğlu ____________________________________
40
SƏNƏ OXŞAYIRDI BİR AZ
Bu səhər bir adam gördüm,
Sənə oxşayırdı bir az...
Bu dünyalı olmadığı
Hər halından bəlli idi.
Xeyli tamaşa elədim,
Təbəssümü elə doğma,
O qədər sevimli idi.
Ən dəli ağıllı idi,
Ən ağıllı dəli idi,
Sənə oxşayırdı bir az..
Təzə açmış çiçək kimi,
Təzə gəlmiş yaz kimiydi.
Ruhuma çəkmişdi bir az,
Ruhumla əkiz kimiydi.
İçi qaynar, od-alovlu,
Baxışları buz kimiydi,
Sənə oxşayırdı bir az...
_________________________________________Eşqə doğru
41
Üzünün aydınlığında
Ən gizli sirrimi gördüm.
Üzünə çıxmışdı xatirələri...
Toz basmış xatirələrində
Eşq qoxuyan,
sevgi dadan
Havalı birini gördüm
Mənə oxşayırdı bir az...
Ey ruhumla əkiz adam,
Ey könlümün od-ocağı,
Uzaqların ən doğması,
Doğmaların ən uzağı,
Bu səhər bir adam gördüm,
Sənə oxşayırdı bir az...
Həm sənə, həm də ki, elə
Mənə oxşayırdı bir az...