QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə93/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   86   87   88   89   90   91   92   93   94

 
203 
 
 
Şəkil 15.13. 1950-1998-ci illərdə dünya geoterminal energetikası 
 
Yer təkinin istiliyindən istifadə olunması ətraf mühitin mühafizəsi baxımından olduqca perspektivli hesab 
olunur. Hazırda bir sıra ölkələrdə elektrik enerjisi əldə edilməsində, binaların və istixanaların qızdırılmasında isti 
su mənbələrindən istifadə edilir.  
Geotermal elektrik stansiyaları quraşdırılması, avadanlıq təchizatı və istismarına görə ənənəvi İES-lərdən 
az fərqlənir və praktiki olaraq neqativ ekoloji nəticələrə səbəb olmur. Kamçatkanın 1200 m dərinlikdə yerləşən 
termal suları yataqlarında suyun temperaturu 257
0
C-yə çatır. Burada aşkar edilən istisu resursları, gücü 350-
500 mVt olan geotermal elektrik stanstiyalarının işini təmin edə bilər.  
Qeyri  ənənəvi  enerji  mənbələrinin  iqtisadi  effektivliyinin  müqayisəli  xarakteristikası  15.6  saylı  cədvəldə 
verilir.  
 
Cədvəl 15.6 
 
Müxtəlif üsullarla alınan enerjilərin müqayisəli xarakteristikası 
 
Elektrik 
stansiyasının tipi 
Tutduğu ərazinin vahid sahəsində 
enerjinin xüsusi həcmi (Vt/m
2

Xüsusi kapital qoyuluşu 
(müqayisəli vahid) 
Külək 
0,4 
4,5 
Günəş 
30 

Geotermal 


Atom 
1300 

  
Geotermal enerjidən  istifadə etdikdə su, hava və torpaq xeyli çirklənir. 1000 MVt gücü olan geotermal 
elektrik stansiyaları atmosferə il ərzində 10
4
-10
5
 ton qaz buraxır, 10
5
-10
8
 m
-3
 suyu çirkləndirir və geniş sahə 
tələb edir (1 stansiya üçün 20 km
2
).  
Respublikamızın  böyük  potensial  ehtiyatlara  malik  enerji  mənbələrindən  biri  də  termal  sulardır.  Termal 
suların öyrənilməsinin hazırlık vəziyyətində yalnız Abşeron, Gəncə, Lənkəran, Masallı, Şirvan, Muğan, Xaçmaz 
və Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir. Tədqiqatlar göstərdi ki, (Əzizov, Cəlilov, 2003) respublika 
ərazisində termal sulardan isti su təchizatında, istixanalarda, balneoloji məqsədlər üçün, kimyəvi xammal kimi 
istifadə  edilə  bilər.  Respublikada  Kürdəmir  rayonunun  ərazisində  1980-ci  illərdə  neft-qaz  axtarışı  məqsədilə 
qazılan  quyudan  sutkada  6-10  min  m
3
-  ə  qədər  həcmdə,  istiliyi  80-90
0
-yə  çatan  termal  su  çıxmışdır.  İyirmi 
ildən  yuxarı  müddət  ərzində  həmin  sular  istifadəsiz  qalaraq  ətraf  ərazilərə  axmış  və  xeyli  torpaq  sahələrini 
yararsız hala salmışdır. Hazırda həmin sulardan balneoloji məqsədlər üçün istifadə edilir. Respublikanın digər 
regionlarındakı termal sulardan əsasən balneoloji məqsədlər üçün istifadə olunur.  


 
204 
 
d) Dəniz energetikası  
Dəniz  energetikası  akvatoriya,  dəniz  axınları  və  qabarmaların  səthində  baş  verən  dalğaların  enerjisinə, 
həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır.  
Dalğa energetikası.  İstənilən  su  hövzəsində  dalğalar  labüd  hadisədir.  Dünya okeanının  dalğa  gücü 
2,7  mlrd  kVt-la  qiymətləndirilir,  bu  dünyada  sərf  olunan  enerjinin  30%-ni  təşkil  edir.  Dalğa  elektrik 
stansiyalarının (DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə 
dalğa cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki, 
ABŞ  və  Yaponiyanın  sahil  zonasının  bir  sıra  sahələrində  dalğa  cəbhəsinin  xüsusi  gücü  40  kVt/m  təşkil  edir. 
Böyük  Britaniyanın  qərb  sahillərində  Hebrid  adaları  rayonunda  daha  əlverişli  şərait  yaranaraq  bu  rəqəm  80 
kVm-ə çatır.  
DES-lərin  işinin  funksional  prinsipi  dalğanın  potensial  enerjisini  pulsasiyanın  kinetik  enerjisinə, 
pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır.  
DES-lər  bilavasitə  sahildə,  sahilin  yaxınlığında  akvatoriyada  və  ya  sahildən  müxtəlif  məsafələrdə  açıq 
dənizdə qurula (tikilə) bilər.  
Təcrübələr  göstərir  ki,  sahilyanı  zolağın  intensiv  formalaşdığı  sahilə  yaxın  akvatoriyada  yerləşdirilən 
qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir.  
Qeyd etmək lazımdır ki,  bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir 
sıra  çatışmazlıqları  –  enerjinin  nisbətən  aşağı  konsentrasiyalığı,  dalğa  tərəddüdlərinin  geniş  spektrə  malik 
olması, məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji 
təmizliyindədir.  
Axın energetikası.  Dəniz energetikasının inkişafının perspektiv istiqamətlərindən biri okean axınlarının 
enerjisindən istifadə edərək hidroelektrik stansiyalarının yaradılmasıdır.  
Okean axınları enerjisinin dəyişdiriciləri təsir prinsipinə görə dalğa və həcm nasoslarına bölünür.  
Okean  axınından  istifadə  üzrə  tədqiqat  işləri  ABŞ-da  Tureina  Universitetində  (Luiziana  ştatı)  aparılır. 
Hazırlanmış  layihələrə  uyğun  olaraq  nisbətən  güclü  axınlara  malik  olan  rayonlarda  yaradılan  qurğularda 
alüminiumdan hazırlanan turbinlərin işçi çarxının diametri 170 m, rotorun uzunluğu 80 m, xidmət müddəti 30 il 
nəzərdə tutulur.  
Qabarma  energetikası.  Dünya  okeanının  səviyyəsinin  dəyişməsinin  səbəbi  Ayın  və  Günəşin  cazibə 
qüvvəsindən asılı olaraq (Yerin Ay və Günəşlə qravitasiya qarşılıqlı təsiri) qabarma əmələgətirmə gücü hesab 
olunur.  
Böyük  qabarma  elektrik  stansiyası  (QES)  Fransada  işləyir.  Bu  «Rans»  stansiyası  1  kVt  gücünə  xüsusi 
kapital xərcləri 2000 frank təşkil edir. Bu isə analoji gücə malik olan su elektrik stansiyasından iki dəfə artıqdır. 
Rusiyada  Murmanskdan  60  km  qərbdə  Ura  çayının  mənsəbində  qabarma  enerjisindən  praktiki  istifadə 
olunmasına  təcrübəvi  Kisloqubsk  QES-nin  tikintisindən  sonra  başlanmışdır.  Burada  qabarmanın  hündürlüyü 
1,1…. 3,9 m təşkil edir. QES ekoloji baxımdan ən təmiz enerji mənbəyi sayılır.  
Dəniz  suyunun  müxtəlif  dərinliklərində  temperatur  fərqindən  istifadə  olunması.  Dünya 
okeanının  400  m  dərinliyi  ilə  səthi  arasında  orta  temperatur  fərqi  12
0
C  təşkil  edir.  Su  qatları  arasındakı 
temperatur fərqlərindən başqa, həm də hava qatlarının səthində, həmçinin dib süxurları və dib suları arasında 
temperatur fərqləri mövcüddür.  
Temperatur fərqləri ilə asılı enerjinin əldə olunmasında aşağıdakı sistemlərdən istifadə edilir: 
- açıq prinsip və birkonturlu sxem burada işçi cismi kimi dəniz suyundan istifadə olunur. 
-  qapalı  prinsip  və  ikikonturlu  sxem,  burada  aralıq  işçi  cisimlərindən  (freon,  ammonyak,  propan  və  s.) 
istifadə olunur.  
Göstərilən  qurğuların  əsas  çatışmayan  cəhəti  üst  isti  və  dərinlik  soyuq  sularının  qarışması  nəticəsində 
istilik tarazlığının pozulması ilə əlaqədar mütləq temperaturun dəyişməsi olub, istisevər faunaya öldürücü təsir 
göstərə  bilər.  Bundan  başqa,  okeanın  dərin  sularında  üst  qata  nisbətən  karbon  iki  oksidin  miqdarının  çox 
olması, karbon qazının atmosferə ayrılması və həmin regionda iqlimin vəziyyətinə təsir göstərir.  
Duzluluq qradiyentindən istifadə. Hazırda aparılan nəzəri tədqiqatlar və təcrübi-konstruktiv işlər dəniz 
suyunun duzluluq fərqlərinə əsaslanan energetikanın mümkünlüyünü təsdiq edir. Lakin bu sistemdən praktiki 
istifadə olunması məsələsi axıra qədər öyrənilməmişdir.  
 
e) Hidrogen energetikasına keçid  
Hidrogen  energetikası  –  termokimyəvi  və  elektrolitik  metodların,  həmçinin  bioloji  proseslərin  köməyilə 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə