QəRİb məMMƏdov, mahmud xəLİlov


 Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə88/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

 
192 
 
15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası 
Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli və ya 
uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa olunan ekoloji 
təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir. 
1992-ci  ildə  Rio-de-Janeyroda  dayanıqlı  inkişafın  strategiyasının  ekoloji  aspektinin  müddəalarından  biri 
«üzvi  yanacağın  yandırılmasına  əsaslanan  energetikadan  tədricən  enerjinin  bərpa  olunan  mənbələrindən 
istifadə edən alternativ energetikaya keçmək» sayılır.  


 
193 
 
 
 
Şəkil 15.7. Alternativ enerji mənbələrinin təsnifatı 
  
Bu  baxımdan,  ən  perspektivli  energetika  günəş  və  külək  enerjisi,  kiçik  çayların,  qabarma  və  dalğaların 
enerjisi,  geotermal  və  biokütlənin  enerjisi  sayılır.  Elm  və  texnologiyanın  inkişafı  ilə  əlaqədar  qeyri  ənənəvi 
bərpa olunan enerji mənbələrinin siyahısı durmadan artır. Artıq 1991-ci ildə bərpa olunan mənbələrdən əldə 
olunan  enerji,  ümumi  istifadə  edilən  enerji  istehsalına  nisbətən  faizlə  Norveçdə  -  99%,  Avstriyada  –  70%, 
İsveçdə – 62%, Portuqaliyada – 55%, İsveçdə – 41%, İspaniyada – 25% təşkil etmişdir (Xotunsev, 2002).  
 
a) Su elektrik stansiyaları (SES) 
SES-lər  ənənəvi  olaraq  nisbətən  ucuz  başa  gələn  və  ekoloji  təmiz  enerji  mənbəyi  sayılırdı.  Bu  xülyanın 
təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil. 
Belə  ki,  çayların  nizamlanması  sudan  suvarmada,  zavodlarda,  elektrik  stansiyalarında  və  s.  istifadə  etməyə 
imkan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə 
su  anbarlarının  yaradılmasının  bir  sıra  neqativ  ekoloji  təzadları  meydana  gəlir.  Bununla  əlaqədar  olaraq 
dünyada  enerji  istehsalının  perspektivində  ümumi  enerji  istehsalından  SES_lərin  payına  yalnız  5%-dən  çox 
olmaması nəzərdə tutulur.  
SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və 
istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.  
Bir  sıra  tədqiqatçıların  məlumatına  görə  SES-lərin  ətraf  mühitə  təsiri  kənd  təsərrüfatına  yararlı  münbit 
torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.  
Su  anbarı  yaxınlığında  olan  torpaq  sahələri  qrunt  sularının  səviyyəsinin  qalxması  ilə  əlaqədar  olaraq  su 
altında qalır. Bu, adətən bataqlaşmış və şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması və onlara xas 


 
194 
olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı 
baş  verir.  Abraziya  prosesləri  adətən  on  illərlə  davam  edərək  böyük  torpaq-qrunt  kütləsinin  dağılmasına, 
qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik 
çirklənməsinin  nəticəsində  oksigenin  itməsi  və  digər  proseslər  intensivləşir.  İstilik  çirklənməsi  biogen 
maddələrin toplanması ilə bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına 
şərait  yaradır.  Suyun  keyfiyyətinin  pisləşməsi  orada  canlıların  çoxunun  məhv  olmasına  səbəb  olur,  balıq 
sürülərinin  xəstələnməsi,  xüsusən  helmintlərlə  zədələnməsi  artır.  Balıqların  miqrasiya  yolları  pozulur,  yem 
sahələri,  kürüləmə  yerləri  dağılır.  Məs.,  Volqa  çayı  üzərində  SES  kaskadı  tikildikdən  sonra  Xəzər  dənizindən 
nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.  
Nəticədə,  tranzit  çay  sistemlərinin  su  anbarları  ilə  kəsilməsi  (bağlanması)  tranzit  akkumulyativ  sistemə 
çevrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində ağır metallar, radioaktiv elementlər və bir çox 
zəhərli kimyəvi maddələr toplanır.  
Akkumulyasiya məhsulları, su anbarı ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında 
problemlər yaradır.  
Dağlıq  rayonlarında  adətən  sahəsi  kiçik  olduğundan  su  hövzələrinin  yaradılması  xeyli  az  məsarif  tələb 
edir.  Lakin  seysmik  baxımdan  təhlükəli  dağ  rayonlarında  su  anbarları  zəlzələyə  səbəb  ola  bilər.  Burada 
sürüşmə  hadisəsi  və  bəndin  dağılması  nəticəsində  fəlakətin  baş  verməsi  ehtimalı  artır.  Belə  ki, 1960-cı  ildə 
Hindistanda (Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.         
XX  əsrdə,  xüsusilə  1950-ci  ildən  başlayaraq  bəndlərin  tikilməsi  işi  artmışdır.  Hazırda  dünyada  milyona 
qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə 
(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km
3
-i keçir, faydalı həcmi isə 3000 km
3
 
təşkil edir. Həcmi 1 mln km
3
-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara 
çayında Bratski (169 km
3
), Zambezidə – Karib (160 km
3
), Nildə – Nasir (157 km
3
), Voltada – Volta (148 km
3

su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.  
Su anbarlarının səthindən 240 km
3
-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı 
suvarma  suyundan  sonra  ikinci  yeri  tutur  və  sənayedə  istifadə  olunan  suyun  mütləq  ölçülərindən  5  dəfə 
çoxdur.  
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və 
s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim 
iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının rejimi 
və  onların  ətraf  mühitə  təsiri  yüksək  dərəcədə  təbii  şəraitdən  asılıdır.  Tropik  regionda  hər  yeni  su  anbarı 
yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su 
biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. 
Bu  isə  xəstəliklərin  artmasına  səbəb  olur.  Malyariya,  şistosomatoz  kimi  xəstəliklərin  yayıcıları  əvvəlkinə 
nisbətən  su  anbarlarının  suyunda  yaşamaq  üçün  əlverişli  şərait  tapır,  bu  isə  xəstəliklərin  kəskin  artmasına 
səbəb olur.  
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa 
əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui 
hesab  olunur.  Burada  daim  yüksək  dərəcədə  istiliyin  olması  şəraitində  su  bitki  örtüyü  olduqca  yaxşı  inkişaf 
etdiyi  üçün  su  anbarında  suyun  səthi  praktiki  olaraq  görünmür.  Ölü  su  biokütləsinin  sonrakı  çürüməsi  həll 
olmuş oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen 
sulfidin  ayrılmasına  gətirib  çıxarır.  Burada  ölümlə  nəticələnən  ensofalit  xəstəliyinin  bir  növü  də  daha  çox 
müşahidə  olunmağa  başladı.  Belə  vəziyyət  Surinamda  da  mövcuddur,  burada  o  qədər  də  böyük  olmayan 
Brokopondo  su  anbarında  hidrogen-sulfidin  iyi  o  dərəcədə  kəskindir  ki,  SES-də  operatorlar  işlədiyi  zaman 
əleyhqazdan istifadə edirlər.  
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə 
əsas  verir.  Lakin  yaddan  çıxarılmamalıdır  ki,  su  anbarları  bərpa  olunan  su  ehtiyatlarının  həcminin  artırılması 
üçün mühüm vasitədir.  
RAN-ın  xarici  üzvü  (ABŞ)  Q.Yayt  Misirdə  Nil  çayı  üzərindəki  Asuan  bəndinin  tikilməsinin  ekolodi 
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar 
baş  verərək  həmişə  Misirin  inkişafında  və  sivilizasiyasında  səmərəli  (faydalı)  rol  oynayır.  Belə  ki,  daşqınların 
münbit  lilli  suyu  ilə  tarlalar  suvarılırdı.  Hazırda  isə  münbit  lil  bənd  tərəfindən  tutulub  saxlanılır,  odur  ki, 
torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında 
toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə