Qədim Şərq tarixi


I Daranın dövrü (e. ə. 521- e.ə. 486)



Yüklə 52,77 Kb.
səhifə5/5
tarix18.01.2022
ölçüsü52,77 Kb.
#82947
növüDərs
1   2   3   4   5
İmtahan cavabları tarix...

I Daranın dövrü (e. ə. 521- e.ə. 486)
e.ə. 522-ci ildə Qaumatanın öldürülməsindən sonra hakimiyyətə I Dara gəldi. I Dara bütün üsyanları yatıraraq öz hakimiyyətini möhkəmləndirdi. I Dara:
►imperiyanı inzibati cəhətdən satraplıqlara böldü
►Ölkə üçün vahid pul sistemi yaratdı
►Darik adlanan qızıl pulları tədavülə buraxdı
►Güclü ordu təşkil etdi
►Hindistanın şimal – qərbini işğal etdi
►Egey dənizi hövzəsindəki yunan koloniyalarını ələ keçirdi
►Qara dənizin cənub sahillərindəki yunan koloniyalarını özünə tabe etdi.
►e. a. 512-ci ildə skiflərə məğlub oldu.
►e. a. 490-ci ildə Marafon döyüşündə Afinaya məğlub oldu.

23.Makedoniyalı İsgəndərin Əhəməni imperiyası ilə müharibəyə başlamasını şərtləndirən amillər...



İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi. Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə. 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda  mübarizə başlanır. Nəhayət e.ə. 336-cı ildə III Dara hakimiyyət başına keçir. Uzun müddət davam edən hakimiyyət uğrunda  mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları  tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr də əksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər. Makedoniya qoşunlarının İran ordusuna qarşı ilk döyüşü e.ə. 334-cü ilin mayında Kiçik Asiyadakı Qranik çayı yaxınlığında baş vermişdi… Makedoniya ordusu hücumla Qranik çayını keçərək İran ordusunun ön cəbhəsini yarmış və onun avanqard hissələrini darmadağın etmişdi. Döyüş  zamanı düşmənin cinahlarına və arxasına keçmiş Makedoniya süvari qoşunları başlıca rol oynamışdı.
Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Qalikarnas istisna olmaqla müqavimətsiz İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Frakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi.

24.Makedoniya-yunan ordusu ilə Əhəməni ordusu arasında baş vermiş Qranik və İss döyüşləri....
Yüklə 52,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə