Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   34   35   36   37   38   39   40   41   42

 
125 
-  Pako, yaxşı bir stol hazırla, - deyə Yeva Baret baş xidmətçiyə 
tapşırıq verdi. 
-    Ən  yaxşı  stolu,  -  deyə  baş  xidmətçinin  qara  gözlərində  ona 
qarşı məftunedici bir ifadə göründü. 
-   Siz heç Stellanı görmüsünüz? 
-  Əlbəttə,  üç  dəfə.  Mən  indiyə  kimi  belə  qorxunc  oyun 
görməmişdim. Mən onun ölümünü görmək istəyirəm. Əlbəttə, 
o,  bu  gecələrin  birində  öləcək  və    mən  bunu  öz  gözlərimlə 
görəcəyəm. 
    Pako güldü. 
 -    İndi  o, elə  bir uğur qazanıb  ki,  gərək  bunu gələn  aya kimi 
qoruyub  saxlayaq.  Avqustun  axırına  kimi  o  özünü  öldür-
məsəydi, bundan sonra nə edir, etsin. 
    Orkestr  çalır,  keflənmiş  ağalar  və  xanımlar  rəqs  edirdilər. 
Musiqi  dayanan  kimi  baş  xidmətçi  nəzakətlə  Yeva  Baretin 
qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət etdi. 
-   Biz Stellanı buradan daha yaxşı görəcəyik. 
-   Mən sututara yaxın oturmaq  istəyirəm. Buradan onun üzünü 
daha aydın görə biləcəyəm. 
-    O,  çox  gözəldir?-  stol  arxasında  oturmuş  xanımlardan  biri 
soruşdu. 
-      O  qədər  də  yox.  Gözləri  cazibəlidir.  Stella  hər  dəfə  bu 
səhnəni göstərəndə öz ölümü üçün qorxur. 
-   Mən buna inanmıram. Bu sadəcə olaraq bir oyundur. Burada 
risk ediləsi heç bir şey yoxdur. 
- Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən 
dayaz  suya  tullanmaq  və  ani  olaraq  suya  çatanda  cəld  bir 
hərəkətlə  dönüb  suya  baş  vurmaq,  bu  sizin  düşündüyünüz 
qədər  də  asan    iş  deyildir.  Əgər  o,  bu  hərəkətdə  kiçicik  bir 
səhvə  yol  versə,  onda  onun  kürəyi  və  başı  sututarın  kənarına 
dəyib parçalana bilər. 
-    Əgər  bu  risk  deyilsə,  onda  burada  qorxulu  heç  bir  şey 
yoxdur. Bu iş dəqiqədən asılıdır. Əgər o həyatına risk etmirsə, 
deməli bu müasir dövr üçün ən böyük möcüzədir. 


 
126 
    Səhnənin  sol  tərəfində,  stulların  arxasında  çox  hündür  bir 
nərdivan  vardı.  Bir  azdan  musiqi  dayandı,  işıqlar  söndü. 
Projektor sututarı işıqlandırdı. 
     Bu  vaxt  Kotman  göründü.  O,  stulların  yanındakı  nərdivana 
yaxınlaşdı. 
-    Ağalar və xanımlar, - o, yüksək səslə dedi. – Siz indi əsrin 
ən  gözəl  üzgüçüsünü  görəcəksiniz.  Madam  Stella  dünyada  ən 
məhşur  üzgüçüdür.  O,  iyirmi  metr  hündürlükdən  iki  metr 
dərinliyi  olan,  alovla  şölənənən  suya  tullanır.  Bu  indiyə  kimi 
görünməmiş  möcüzədir.  Madam  Stella  bunu  edə  biləcək  hər 
hansı  bir  adama  yüz  paund  verməyə  hazırdır.  Ağalar  və 
xanımlar, indi mən sizə madam Stellanı təqdim edirəm. 
    Bu  zaman  nərdivanın  yanında  kiçik  bir  fiqura  göründü.  O, 
sututara  tərəf  getdi  və  ona  əl  çalanlara  baş  əydi.  Stella  əyninə 
ipək kişi xalatı,  başına isə  üzgüçü papağı  geymişdi.  Hamı ona 
diqqətlə baxırdı. 
-  Gözəl deyil. - Yeva Baretin stolunda oturan xanımlardan biri 
dedi. 
-  Yaxşı  bədən  quruluşu  var.  Siz  görəcəksiniz.-  Yeva  Baret 
xanımlara dedi. 
    Stella  xalatını  çıxarıb  Kotmana  verdi.  Kotman  aşağı  düşdü. 
Stella  bir  anlığa  dayandı  və  adamlara  baxdı.  Onlar  qaranlıqda 
olduğundan Stella onların yalnız ağ sifətlərini görə bildi. Onun 
bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi. 
    Stella nərdivana çıxmağa başladı. Bu dəfə hündürlük çox idi. 
Onun köməkçisi suya benzin tökməyə başladı. Kotmana yanan 
məşəl verildi. O, nərdivanın qurtaracağındakı kiçik platformada 
dayanmış Stellaya baxdı. 
-   Hazırsanmı? - Kotman qışqırdı. 
-   Bəli. 
-   Tullan! - Kotman bu dəfə daha bərkdən qışqırdı. 
    O,  qışqıran  kimi  əlindəki  məşəl  ilə  suyu  odladı.  Dəhşətli 
alov  göyə  qalxdı.  Bu  vaxt  Stella  tullandı.  O,  göydən  sanki 
parlaq bir ulduz kimi  alovun içərisinə düşdü. Bir azdan Stella 
suyun  üzündə  göründü.  Alqış  səsləri  ucaldı.  Kotman  xalatı 


 
127 
dərhal onun çiyninə atdı. Stella tamaşaçılar qarşısında baş əydi. 
Sonra o, stolların arasından keçərək paltar geyilən otağa getdi. 
Yenidən  musiqi  başladı.  İşıqlar  yandı,  xidmətçilər  stollarda 
əyləşənlərə müxtəlif cürə yeməklər gətirməyə başladılar. 
-   Əla, - deyə bir İngilis həyəcanını gizlədə bilmədi. 
-  Bu  inanılmazdır,  -  deyə  qoca  hərbçi  heç  bir  şeyə 
inanmayanlara tərəf döndü. 
    Səhnədən  sonra  Stella  öz  əri  ilə  barda  oturmuşdu.  Bu  vaxt 
baş xidmətçi Kotmana yaxınlaşdı: 
-  Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir. 
-   Hardadır? 
-   Buralarda olar. 
-   Əlimdəki pivəni içib gəlirəm. 
    Sonra Kotman Stellaya tərəf döndü. 
-  Stella,  burada  qalmaq  istəyirsən,  yoxsa  otağa  keçmək 
istəyirsən? 
    Stella  cavab  vermədi.  O,  ağlayırdı.  Onun  solğun  yanaq-
larından göz yaşı axırdı. 
 Sənə nə olub, əzizim? 
-    Sid,  bu  gecə  mən  bunu  təkrar  etməyəcəyəm,  -  deyə  Stella 
hönkürdü. 
-   Axı, niyə? 
-   Qorxuram. 
    Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı. 
-    Bilirəm,  sən  bu  dəfə  əvvəlkindən  daha  yaxşı  tullanacaqsan. 
Sən  dünyada  ən  cəsur  qadınsan.  Bir  az  iç,  bu  səninçün  yaxşı 
olar. 
-   Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir. 
-    Sən  öz  tamaşaçılarını  intizarda  qoya  bilməzsən,  bunu  özün 
yaxşı bilirsən. 
-      Sən  bunlarımı  deyirsən,  bu  donuz  əti  yeyənləri.  Onlar  nə 
qədər istəyir  yeyir, içir,  daha başa düşmürlər ki,  mən hər dəfə 
öz həyatımı təhlükəyə atıram. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə