5
əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi.
Müharibə illərində Aqata müəllif hüququ və yaxınlarının
taleyini düşünürdü. Ölümündən sonra «Pərdə» əsərindən
gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinə qalmalı idi.
1955-ci ildə Amerika detektiv yazarları assosiasiyası
Aqataya tarixdə ilk olaraq detektiv ədəbiyyatının Qrand-
masteri adını verdi. 60-cı illərdə Kristi ən çox nəşr olunan
ingilisdilli müəllif oldu. 1975-ci ildə oxucular məşhur
belçikalı xəfiyyənin dünyasını dəyişdiyi "Pərdə" əsərini
oxudular. Erkül Puaronun yaradıcısı öz qəhrəmanından bir
neçə ay sonra vəfat etdi.
Həmin ilin qışında o, xəstələndi və 1976-ci il yanvarın 12-
də 86 yaşlı yazıçı vəfat etdi. Onun "Miss Marplın son
təhqiqatı" əsəri ölümündən sonra işıq üzü gördü.
6
Baş nazirin oğurlanması
İndi müharibə və onunla bağlı bütün məsələlər keçmişdə
qalıb; mən risk edərək milli böhran zamanı baş vermiş bir
hadisədə dostum Puaronun oynadığı mühüm rolu dünya
ictimaiyyətinə çatdırmaq istəyirəm. Bu sirr çox möhkəm
qorunub saxlanmışdı. Heç bir mətbuat üzü görməmişdi. Ancaq
indi bunun sirr olmasına o qədər də ehtiyac yoxdur; düşünürəm
ki, biz İngiltərəni böyük bir fəlakətdən xilas etmiş dostum
Puaronun heyrətləndirici ağlına bu ölkənin borclu olduğunu
açıq-aşkar görəcəyik.
Bir axşam yeməkdən sonra - tarixi göstərməyəcəyəm: bu
“sülh danışıqları” keçirilən müddətdə olmuşdu - mən dostumla
onun otağında oturmuşdum. Əlil olduğum üçün ordudan tərxis
olunmuşdum, dostum Puaronun yanında özümçün kiçicik bir
məşğuliyyət tapmışdım. Hər axşam yeməkdən sonra Puaronun
apardığı hər hansı maraqlı işlərdən danışmaq, onu dinləmək
mənimçün artıq adət halını almışdı. Dostumla İngiltərənin Baş
Naziri- Mister David Mak Adamın həyatına qəsd etmək cəhdi
haqqındakı sensasiyanı aydınlaşdırmağa cəhd göstərirdim. Bu
məlumat qəzetlərdə dərc edilmişdi; Baş Nazirin qəribə tərzdə
aradan çıxması, güllənin onun yanağını yalayıb keçməsi
haqqında isə heç bir təfərrüat verilməmişdi.
Mən hesab edirəm ki, bizim polis qaydanın belə kobudcasına
pozulmasına yol verdiyi üçün xəcalət çəkməlidir.
Mən başa düşdüm ki, alman agentləri İngiltərədə belə bir
“naliyyətə” risk etmək arzusunda olacaq. “Mübariz Mak” –
öz partiyası da onu belə adlandırırdı, Sakit Okean təsirinin
genişləndirilməsinə qarşı gərgin və açıq-aydın mübarizə
aparmışdı.
O, təkcə İngiltərənin Baş Naziri deyil, elə İngiltərənin özü
demək idi. Danışıqlarda əsas məqsəd Britaniyanı təsir
7
dairəsindən çıxarmaq və ağır zərbə endirib onu iflic etmək
olacaqdı.
Puaro boz kostyumunu təmizləməklə məşğul idi. O, həmişə
şıq geyinərdi.Otağın havası benzin iyi ilə dolmuşdu, Herkuli
Puaronun başı şalvarı təmizləməyə qarışdığından mənə bir elə
diqqət vermirdi.
- Dostum, düzü, sənə qulaq asıram. Bircə dəqiqə, əlimdəki işi
qurtarıram. Paltarda yağ ləkəsinin olması yaxşı deyil. Onu
benzin daha yaxşı təmizləyir.
O, dodaqlarını tərpətdi.
Mən gülümsəyərək başqa bir siqaret alışdırdım.
- Maraqlı bir şey yoxdur?- bir-iki dəqiqə keçəndən sonra
soruşdum.
- Mən - necə deyərlər- “xadiməyə” öz “ərini” tapmağa kömək
etməliyəm.Çətin işdir, bunun üçün fakt lazımdır. Ağlıma belə
bir fikir gəlir ki, onu tapanda “ər”, o qədər də məmnun
olmayacaq. Sən nə düşünürsən? Mən isə ona rəğbət
bəsləyirəm. O, elə bir adamdır ki, təcrid olunduğu üçün özünü
gizlətmişdir.
Mən güldüm.
- Nəhayət! Yağ ləkəsi artıq çoxdan gedibdir! Mənə indi sənin
vəziyyətin aydındır.
- Mən səndən soruşurdum ki, Mak Adama qarşı edilmiş qəsd
barədə nə düşünürsən?
- Uşaqlıqdır!- Puaro cavab verdi.- Bunun ciddi olduğunu
qəbul etmək kimin üçünsə çətin ola bilər. Axı necə ola bilər ki,
güllə hədəfə dəyməyib? Bu əvvəlcədən düşünülmüş plandır.
- Bu, əldə olunacaq müvəffəqiyyətə çox yaxın olmuşdu, - deyə
dostuma xatırlatdım.
Puaro narahat halda əlləri ilə başını tutdu. O, nəsə demək
istəyirdi, bu zaman ev sahibəsi başını qapıdan çıxararaq, iki
centlmenin Puaronu görmək istədiyini bildirdi.
- Ser, onlar adlarını demədilər, sadəcə, dedilər ki, bu çox
mühüm məsələdir.
8
- Qoy gəlsinlər, - deyə Puaro əlindəki boz şalvarını qatlayaraq
kənara qoydu.
Bir azdan Puaronu görmək istəyənlər otağa daxil oldular.
Mən onları görən kimi tanıdım. Onlardan biri Lord Esteyr -
Ümumi palatanın rəhbəri, ikincisi isə Mister Bernard Doc-
hərbi katibliyin üzvü, Baş Nazirin ən yaxın dostu idi.
- Cənab Puaro,- Lord Esteyr mənə baxaraq tərəddüd etdi,-
mənim işim şəxsidir.
- Siz kapitan Hastinqs qarşısında sərbəst danışa bilərsiniz,-
Puaro başı ilə onlarla qalmağıma işarə etdi, - ancaq onun bu
sahədə dərin səriştəsi olmamasına baxmayaraq, mən Hastinqsin
fikri ilə razılaşıram.
Lord Esteyr hələ də tərəddüd içərisində idi. Ancaq Mister
Doc sakitliyi pozdu:
- Yaxşı, gəlin davam edək! Onsuz da gec-tez İngiltərə bu
barədə biləcək. Vaxt isə gözləmir.
- Buyurun, əyləşin, cənablar!- Puaro nəzakətlə onlara yer
göstərdi, - Siz bu böyük stulda əyləşin, Milord?!
Lord Esteyr astaca sözə başladı:
- Siz məni tanıyırsınız?
- Əlbəttə, mən kiçik şəkilli qəzetləri oxumağı xoşlayıram.Mən
sizi necə tanıya bilmərəm?
- Cənab Puaro, mən bura çox əhəmiyyətli bir iş haqqında
məsləhət almağa gəlmişəm. Ancaq bunu tamamilə gizlicə
soruşmalıyam.
- Siz Herkuli Puaro ilə danışmaq istəyirsiniz? Mən daha heç
bir şey deyə bilmərəm,- ibarəli tərzdə dilləndim.
- Bu, Baş Nazirin işi ilə əlaqədardır. Biz çıxılmaz vəziyyətdə
qalmışıq.
- Lap başımızı itirmişik!- Mister Doc əlavə etdi.
- Onda yara ciddidir?- Mən soruşdum.
- Hansı yara?
- Güllə yarası.
- A, onu deyirsiniz!- Mister Doc əsəbi halda dedi,- O,
çoxdankı məsələdir.
Dostları ilə paylaş: |