Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 
33 
 - Mən səhv etmədən deyə bilərəm ki, ayın 23-də açarları seyfə 
qoyduq.  -  Mister  Vavasour  dedi.  –  Həmkarım  həmin  günün 
axşamı  xəstələnmişdi.  O  zaman  Ricvey  bizi  tez  tərk  etmişdi. 
Həmkarım  indi  bir  az  özünə  gəlibdir.  Mən  yaşda  olan  adamla 
bronxit  zarafat  etməyi  xoşlamır,  -  deyə  Mister  Şou  qəmgin 
halda dilləndi. 
 -  Ancaq  mən  qorxuram  ki,  Mister  Vavasour  mənim  burada 
olmağımdan əziyyət çəksin, xüsusilə bu gözlənilməz narahatlıq 
hər şeydən üstündür. 
    Puaro daha bir neçə sual verdi. 
    Mən  belə  qərara  gəldim  ki,  o,  iki  qohum-dayı  və  bacı  oğlu 
arasındakı  dəqiq  məbləği  aydınlaşdırmağa  çalışırdı.  Mister 
Vavasour  anlaşılmaz  qısa  cavablar  verirdi.  Onun  bacısı  oğlu 
bankın  inanılmış  xidmətçiləri  idi.  Pul  sarıdan  heç  bir  korluq 
çəkməmişdi. O, keçmişdə də buna oxşar missiyada etibarlı yer 
tutmuşdu.  Axırda  biz  onlarla  nəzakətlə  xudahafizləşib  bayıra  
çıxdıq. 
-  Mən aldadılmışam, - deyə Puaro küçəyə çıxan kimi dilləndi. 
-  Sən elə ümid edirdin ki, daha artıq bir şey əldə edəcəkdin? 
Onlar çox darıxdırıcı qocalar idi. 
- Onların darıxdırıcı qoca olması məni aldatmır, dostum. Sənin 
sevdiyin  bədii  ədəbiyyatlarda  olduğu  kimi,  mən  gözləməzdim 
ki,  bankda  qartal  baxışlı,  kobud  bir  adamla  rastlaşam.  Xeyr, 
mən bir balaca aldadılmışam, bu çox asandır! 
- Asandır? 
-  Bəli,  siz  bilirsiniz  ki,  bu  uşaq  sadəliyi  qədər  mənim  üçün 
asandır. 
 - İndi siz istiqrazların kimin tərəfindən oğurlandığını bilirsiz? 
 - Bəli, bilirəm. 
 - Ancaq, sonra biz... 
 -  Həyəcanlanma,  özünü  dolaşığa  salma,  Hastinqs.  Biz  hələlik 
indi heç bir şey etməyəcəyik. 
 - Nə üçün? Nəyi gözləyirik? 
 -“Olimpiya”nı  gözləməliyik.  O,  Nyu-Yorkdan  çərşənbə 
axşamı qayıdacaq. 


 
34 
 -  Əgər  istiqrazları  oğurlayanı  bilirsənsə,  nə  üçün  gözləmək 
lazımdır? Axı, bu müddət ərzində oğru aradan çıxa bilər. 
- Cənub dənizi adasına qaçacaq? Orada canini tutmurlar?Xeyr, 
dostum,  o,  orada  da  xoşagəlməz  həyat  sürəcək.  Nə  üçün 
gözləyirəm.  Ona  görə  ki,  inspektor  MkNeyl  bir  neçə 
məlumatdan sonra bu işə xitam verəcək. Bəli, indi başqalarının 
mənafeyi  naminə  gözləyirəm.  Ona  görə  gözləmirəm  ki, 
rəhimdil Allah məni bu işə görə mükafatlandıracaq! 
 -  Aman  Allah,  Puaro!    Bilirsiniz,  mən  sizə  lazımi  qədər  pul 
verərdim  ki,  özünüzün  bu  gülünc  vəziyyətinizi  görə  biləsiniz. 
Siz şöhrətpərəstliyi necə də qarışdırırsınız! 
 - Özündən çıxma, Hanstinqs. Həqiqətən, bəzi vaxtlar siz mənə 
hətta,  nirfət  edirsiniz!  Axı,  mən  bu  böyük  cəzalardan  əzab 
çəkirəm! 
    Puaro  bərkdən  öskürdü,  onun  sifətində  komik  bir  ifadə 
gördüm.Gülməyimi güclə saxladım. 
    Çərşənbə  axşamı  biz  London  və  Şimal  Qərb  Dəmiryol  
/L.Ş.Q.D
/  qatarın  biri  ilə,  yumuşaq  bir  kupedə  Liverpula  yola 
düşdük.Puaronun  şübhələri  mənim  düşündüklərimi  inad-
karcasına rədd edirdi. Onun müəmmalı hərəkətləri və ifadələri 
məni də çaşbaş salmışdı. Mübahisə etməyə etinasızlıq göstərir, 
marağımı gizlətməyə çalışırdım. 
    Biz  “Atlantik”  laynerinin  durduğu  sahilə  gəldik.  Puaro 
həyəcanlı  və  çevik  görünürdü.  Bizim  işimiz  dörd  nəfər 
bələdçidən müsahibə almaq və  ayın 23-  də Nyu-Yorka  getmiş 
Puaronun “dostu” haqqında məlumat almaqdan ibarət idi. 
    Yaşlı,  gözünə  eynək  taxmış,  əlil  bir  centlmen  güclə 
kayutundan bayıra çıxdı. 
    Mister  Ventnorun  hündür  qaməti  K-24  rəqəmi  yazılmış 
kayutun  astanasında  göründü.  Keçən  dəfə  bu  kayutada  Filip 
Ricvey  getmişdi.  Puaronun  şəxsən  Mister  Ventnorun  özünü 
görməsinə  baxmayaraq,  o,    hansı  bir  nəticəyə  gələcəyini  hələ 
bacarmırdı.  Bütün  bunlar  məni  həddindən  artıq  hövsələdən 
çıxarırdı. 


 
35 
-  Deyin  görüm,-  deyə  əsəbi  halda  qışqırdım,  -  siz  Nyu-Yorka 
çatanda gəmini ilk dəfə bu centlmen tərk etmişdi? 
   Gəmi xidmətçisi başını qaldırdı. 
-  Xeyr,  ser.  O,  gəmidən  düşənlərdən  lap  axırıncısı  idi.  Mən 
dilxor  halda  bayıra  çıxdım.  Gördüm  ki,  Puaro  dişlərini 
ağardaraq  mənə  baxır.  O,  xidmətçiyə  təşəkkür  edib,  ona  bir 
bank çeki verdi. Sonra biz oradan ayrıldıq. 
-  Bu çox yaxşı oldu,-  mən coşqun bir tərzdə dilləndim. 
-  Ancaq  bu  sonuncu  cavab  sizin  nəzəriyyənizi  elə  bil  ki, 
lənətlədi! 
-   Hastinqs, siz bir qayda olaraq heç bir şeyi görə bilmirsiniz. 
Bu sonuncu cavab mənim nəzəriyyəmin tamamilə əksini təşkil 
edir. 
    Mən ümidsiz halda əllərimi yellətdim. 
-   Mən bunu  rədd edirəm. 
    Biz yenidən qatarda Londona tərəf sürət götürdük. Puaro bir 
neçə dəqiqə olardı ki,  apardığı  işlərin nəticələrini qeyd edirdi. 
O, işini qurtardıqdan sonra yazdıqlarını zərfə qoyub möhürlədi. 
-  Bu  məktub  inspektor  MkNeyl  üçündür.  Bu,  Miss  Esmi 
Farkuharın “Rendezvous” restoranında bizim şərəfimizə təşkil 
edəcəyi  nahar  üçündür.  Biz  məktubları  Şotland  Yardını 
keçərkən yola salmalıyıq. 
-   Ricvey haqqında nə düşünürsünüz? 
-  Onun haqqında? –  Puaro gözlərini döyərək soruşdu. 
-  Nə üçün siz düşünmürsünüz ki, ... Siz bacarmırsınız ki,... 
-    Hastinqs,  sizin  vərdişləriniz  rabitəsiz  inkişaf  edir.  Mən  hər 
bir  fakt  üzərində  düşünürəm.Əgər  istiqrazları  Ricvey 
oğurlamamışsa, bu işin yaxşı nəticə verəcəyinə tamamilə zəmin 
yaradır. Bu işin bir tərəfidir. 
-  Ancaq, bu, Miss Farkuhar üçün yaxşı olmayacaq. 
-  İmkan  daxilində  siz  haqlısınız.  Hastinqs,  gəl  indi  də  bu  işi 
birlikdə  araşdıraq.  Mən  görürəm  ki,  siz  bu  işə  elə-belə  rəng 
verirsiniz.  Miss  Farkuharın  dediyinə  görə  surquclanmış 
bağlama  sandıqdan  yox  olub,  açıq  havaya  buxarlanıbdır.  İndi 
biz   elm  aləmində  hal-hazırda  təcrübədən  keçirilməyən  seyrək 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə