Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   2   3   4   5   6   7   8   9   ...   91

10 
 
Qeyri-funksional  sektor  isə  kapillyar  sisteminin  qalan  90%-də  yerləşir  və 
qanın depolaşmış hissəsini təşkil eir. Qanın bu depolaşmış hissəsi heç bir funksiya 
həyata  keçirmir  və  kəskin  qanaitirmələr  zamanı  orqanizmin  ekstremal 
vəziyyətlərində təcili kompensasiya üçün istifadə edilir (Чижевский А.Л., 1959). 
Orqanizdə  DQH-nin  bölüşdürülməsi.  Müxtəlif    müəlliflərin  verdikləri 
məlumatlara  görə  orqanizmdə  dövredən  qan  bədən  kütləsinin  orta  hesabla  1/13 
hissəsini  və  ya  7%-ni  təşkil  edir.  Deməli,  bu  həcm  bədənin  kütləsindən  və  bədən 
səthindən asılı olaraq böyük diapazonda tərəddüd edərək, təxminən 5-6 litrə bərabər 
olur. bundan başqa DQH-nə bir çox amillər də təsir göstərir: məsələn, fərdin cinsi, 
yaşı, sənəti, idmanla məşğuliyyəti, həyat tərzi, ətraf mühitin temperaturası, atmosfer 
təzyiqi və s. 
Orqanizmdə  dövredən  qan  parenximatoz  orqanlar  və  ürək-damar  sistemi 
arasında  bərabər  bölünməmişdir.  Belə  ki,  DQH-nin  20%-ə  qədəri  parenximatoz 
orqanlarda,  80%-i  ürək-damar  sistemində  yerləşir.  Orqanlarda  qanın  yerləşməsi 
belə nisbətdədir: 7% skelet əzələlərində, 5%  qara ciyərdə, qalan 12%-i isə ürək, ağ 
ciyərlər, dalaq, böyrəklər və s arasında bölüşdürülmüşdür. Orqanlar arasında qanın 
qeyri-bərabər  yerləşməsi  orqanın  funksional  fəallığı  və  buna  müvafiq  olaraq 
orqanda qan cərəyanının perfuziyasının intensivlik dərəcəsi ilə əlaqədardır. Həm də 
orqanizmin  funksional  vəziyyətindən  asılı  olub  böyük  dəyişkənliklərə  məruz 
qalaraq qanın yenidənbölüşdürülməsi baş verir. 
Qan dövranı sestemində də qan qeyri-bərabər yerləşir. Belə ki, DQH-nin 75-
80% böyük qan dövranında, 20-25% kişik qan dövranında yerləşir. Bunun 65-70% 
venoz  sistemdə,  15-20%  arterial  sistemdə,  az  bir  hissəsi  (5-8%)  isə  kapillyar 
sistemdə  dövr  edir.  Ürək-damar  sistemində  DQH-nin  bölüşdürülməsi  aşağıdakı 
şəkildə verilmişdir (Şəkil 1). 
DQH-nin  tənzimlənməsi.  Volemik  göstəricilərin  səviyyələri  daimi  sabit 
deyildir.  Müxtəlif  təsirlərdən  qanın  depolaşmasından  və  əksdepolaşmasından, 
transkapillyar mübadilədən (yəni qan plazmasının artmasından və ya azalmasından) 
və digər amillərdən asılı olaraq, bu həcm dəyişkənliklərə məruz qalır. 
Qeyd  edildiyi  kimi,  orqanizmdə  qanın  müəyyən  hissəsi  ümumi  dövretmədə 
iştirak  etmir  (qeyri-funksional  hissə),  depolarda  qeyri-funksional  kapillyarlarda 
“durğunluq  vəziyyətində”  qalır.  Qeyri-funksional  kapillyarların  xüsusi  çəkisi 
ümumi  kapillyarların  böyük  hissəsini  –  90%-ni  təşkil  edir.  Onlarım  ümumi 
köndələn  kəsiklərinin  səthi  aortanın  köndələn  kəsiyindən  600-800  dəfə  böyükdür 
(Чернух  А.М.  və  başq.,  1975)  və  ümumi  uzunluğu  100.00  km-ə  bərabərdir 
(ekvatorun uzunluğundan 2,5 dəfə uzundur). 


11 
 
 
Şəkil 1. Ürək-damar sistemində DQH-nin bölgüsü (Gelin L.E., 1969). 
1 - ürək və  ağ ciyər damarları; 2 - iri arteriyalar;  3 - kiçik arteriyalar; 4 –  arteriolalar; 5 – 
kapillyarlar; 6 - iri venalar; 7 - kiçik venalar, venulalar, venoz sinuslar.
 
 
Orqanizmin  qan  depo  sistemində,  müəyyən  hesablamalara  görə  təxminən 
DQH  qədər  (yəni  4-5  litr)  çox  aşağı  təzyiq  altında  (0.49-0,78  kPa  və  ya  5-8  mm 
c.s.) qan yerləşir (Быков Л.М., Чижевский А.Л., 1959).  Bunu belə də hesablamaq 
olar;  əgər  funksional  kapillyar  sistemində  DQH-nin  8%-ə  qədərdirsə,  yəni  0,48-
0,50  litrdirsə  və  qeyri-funksional  kapillyarların  xüsusi  çəkisi  90%-ni  təşkil  edirsə, 
onda  depoda,  yəni  qeyri-funksional  kapillyar  hissədə  4,5  litr  (0,5  x  9  =  4,5)  qan 
olacaqdır.  Göründüyü  kimi,  orqanizm  lazımınca  “qan  ehtiyatına”  malikdir  ki, 
orqanizmin  stress  vəziyyətlərində  (qorxu-həyacan,  fiziki-emosional  gərginlik, 
kəskin  qanitirmə,  həyati  təhlükələrdə  müdafiəyə  hazırlıq  vəziyyəti  və  s.)  bu  qan 
ehtiyatı  qeyri-funksional  sektordan  çıxaraq,  funksional  sektora  qoşulur  və 
orqanizmi təhlükəli situasiyadan xilas etməyə kömək edir. Bunun üçün filogenetik 
təkamül  prosesində  tənzimləmə  mexanizmləri  formalaşmışdır  ki,  DQH-nin  kəskin 
azalması  zamanı  tibbi  yardımın  göstərilməsində  həmin  mexanizlər  haqqında 
bilgilərə malik olmaq lazımdır. 
DQH-nin  tənzimlənməsinin  fizioloji  mexanizmləri  qan  itgisinin  və  digər 
aqressiyaların təsirlərinin (məsələn, ağrının, şok amillərinin) müəyyən səviyyəsinə 
qədər,  yəni  müəyyən  hədd  çərçivəsində  qoruyucu  effektə  malik  olur.  Bu  həddin 
aşması  zamanı  artıq  patoloji  mexanizmlər  meydana  çıxır  və  orqanizmin  bütün 
uyğulaşma-adaptasiya  imkanlarının  və  resuslarının  üzülməsinə  və  tükənməsinə 
səbəb  olur.  Kaskad  şəkilli,  zəncirvari  və  mərhələli  inkişaf  edən  proseslər 
nəticəsində poliorqan çatmamazlıqları baş verir və hətta xəstənin həyatını təhlükədə 
qoyur.  Belə  hallarda  intensiv  və  infuzion-transfuzion  terapiya  tədbirlərinin 
1, 25%
2, 8%
3, 5%
4, 2%
5, 4%
6, 30%
7, 25%
Həcm, %-lə


12 
 
vaxtında,  gecikmədən,  adekvat  tərkibdə  və  həcmdə  aparılması  ilə  xəstəni 
vəziyyətdən çıxartmaq olar. 
Fizioloji  şəraitdə qanın  depolaşması və  ya  əksdepolaşması  yolu ilə  DQH-nin 
tənzimlənməsi  vazomosiya  mexanizminin  (yəni  damarların  vazomotor  fəallığı  – 
hərəki  fəallığı)  sayəsində  çox  tez  baş  verir.  Burada  reflektoru  sinir  tənzimlənməsi 
və daha çox kapillyar sahədə yerli metabolizmin təsiri ilə avtonom  tənzimləmə rol 
oynayır.  Nəticədə  qanın  yenidən  bölüşdürülməsi,  depalardan  qanın  ümumi  qan 
cərəyanına  qoşulması,  həmin  vaxtda  orqanların  funksional  vəziyyətindən,  daha 
doğrusu təyinatından asılı olaraq orqanlarda qan cərəyanının dəyişkənliyi baş verir. 
DQH-nin azaldılması lazım gəldikdə (məsələn, güclü fiziki yüklənmədən tam 
sakitlik  vəziyyətinə  keçdikdə,  fiziki  və  zehni  istirahət,  yuxu  zamanı  və  s.)  qan 
müəyyən  kapillyar  sahə  ümumi  dövrandan  kənarlaşdırılır  və  burada  olan  qanın 
müvafiq  hissəsi  ümumi  sirkulyasiyada  iştirak  etmir.  Əksinə,  DQH-nin  artırılması 
lazım  olan  hallarda  (məsələn,  birdən-birə  fiziki  yüklənmə  zamanı)  tərkibində 
“durğun  qan”  olan  müəyən  kapilyar  sahə  ümumi  qan  cərəyanına  qoşulur.  Bu 
reaksiyalar  orqanizmin  durumundan,  fəaliyyətdən  asılı  olaraq  daim  baş  verir  və 
bizim  şüurlu  müdaxiləmizdən  asılı  olmayaraq,  vegetativ  mexanizmlərlə 
tənzimlənir. 
Stress  vəziyyətlərinə  (kəskin  qanitirmə,  travmalar,  intoksikasiyalar,  bədənin 
kəskin soyuması və s.) qarşı patoloji reaksiya kimi qanın patoloji depolaşması baş 
verir.  Bu  zaman  fizioloji  depolaşmadan  fərqli  olaraq  patoloji  depolaşmış  qanın 
qatılaşması  və  mikrosirkulyasiyanın  pozulması  (kapillyar  məcrada  qan dövranının 
durğunluğu)  sayəsində  onun  reoloji  xassəsinin  pozulması  meydana  çıxır.  Belə 
depolaşma  eritrositlərin  aqreqasiyasına  qədər  reoloji  xassəsinin  kəskin  və  dərin 
pozulmalarına gətirib çıxarır və dönməz xarakterə malik olur. 
Xüsusən  stress  vəziyyətlərində  baş  verən  depolaşma  və  əksdepolaşma 
mexanizmlərini  bilmək  hipovolemik  vəziyyətlər  zamanı  ürək-damar  sisteminin 
müdafiə-uyöunlaşma reaksiyasının xarakterini yaxşı anlamağa kömək edir. 
Transkapilyar  mübadilə.  DQH-nin  tənzimlənməsi  plazma  və  interstisial 
maye  arasında  mübadilənin  həyata  keçdiyi  transkapillyar  səviyyədə  də  baş  verir.  
Bu  mübadilədə  kapillyar  divarının  keçirici  membrannın  hər  iki  tərəfdə  osmoid-
kolloid təzyiqi müəyyənləşdirən qan plazmasının zülalları, duzlar və su  mühüm rol 
oynayır. 
Plazmada  zülalların  qatılığından  asılı  olaraqqanın  osmoid-kolloid  təzyiqi 
dəyişə  bilir.  Interstisial  sahədən  damar  məcrasına  mayenin  daxil  olması  və  əks 
istiqamətdə  mayenin  çıxması  bundan  asılıdır.  Kapillyar  divarının  keçirici 
membranından mayenin cərəyanı, bir qayda olaraq, kolloidlərin qatılığı yüksək olan 
tərəfə  istiqamətlənir.  Buna  görə  də  qan  plazmasında  zülalların  qatılığının  və 
albumin-qlobulin  nisbətinin  (A/Q  nisbəti)  azalması  dövredən  plazmanın  həcminin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə