Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

40 
 
Dalağın  saya  əzələləri  baş  beyinin  qadığından  daxil  olan  impulslar 
təsirindəndə, yəni şərti reflektoru yolla da yığılır. Bunun nəticəsində qarşıda duran 
fiziki  və  emosional  gərginliyin  olması  haqqında  istənilən  məlumat,  siqnal  dalaq 
saya  əzələlərinin  yığılmasına  və  böyük  miqdarda  eritrositlərin  dövredən  qan 
cərəyanına  çıxmasına  səbəb  olur.  Deməli,  qarşıda  duran  fiziki  və  emosional 
gərginlikdən  əvvəl  orqanizm  əlverişli  vəziyyətə  düşür.  Qanaxmalar,  yanıqlar, 
travmalar,  hipoksiyalar,  asfiksiyalar,  anesteziyalar  zamanı  və  digər  ekstremal 
hallardaq anın dalaqdan çıxaraq, ümumi qan cərəyanına qoşulması müşahidə edilir. 
 
Qara ciyərin və dərinin depolaşdırma rolu 
Qara  ciyərin  damarlarında  və  dərinin  damar  ilgəklərində  olan  qan  (insanda  1 
litrə  qədərdir)  onların  damarlarının  xüsusiyyətləri  ilə  əlaqədar  digər  damarlarla 
müqayisədə çox yavaş (10-20 dəfə) sürətlə dövr edir. Buna görə də bu orqanlarda 
qan ləngiyir, yəni qanın rezervuarı, deposu kimi də fəaliyyət göstərir. 
Qara  ciyər  qan  deposu  kimi  böyük  rola  malikdir.  Qara  ciyər  venalarının  iri 
şaxələrinin  divarlarında  sfinktor  əmələ  gətirən  əzələ  dəstələri  vardır  ki,  dalaqda 
olduğy kimi bunlar yığılaraq, venaların ağzını daraldır və qara ciyərdən qanın axıb 
getməsinə  maneçilik  yaradır.  Qara  ciyərdə  olan  qan,  dalaqdakından  fərqli  olaraq, 
ümumi  qan  dövrandan  kənarlaşdırılmır;  lakin  burada  hərəkəti  yavaşıdılır.  Qara 
ciyərin  qanla  dolğunluğu,  qan  deposu  kimi  onun  funksiyası  reflektoru  yolla 
tənzimlənir. 
Dəri venaları və ümumilikdə bütün venoz sistemi də qan deposu rolunu yerinə 
yetirir. 
 
Regionar qan dövranı 
Hər  bir  orqan  və  toxumanın,  xüsusən  də  beynin,  ürəyin,  ağ  ciyərlərin,  qara 
ciyərin, dərinin, əzələlərin qan döpvranı fərdi fizioloji xüsusiyyətlərə malikdir. 
Insan orqanizmində qanın fasiləsiz hərəkəti damarların ardıcıl birləşmiş vahid 
məcrasında sistem hemodinamikanı, müxtəlif orqanların regionar qan təzhizatını və 
perfuziyasını  təmin  edilir.  Lakin  ayrıca  götürülmüş  hər  bir  orqanda  (orqanizmin 
regionunda)  qanın  hərəkəti  prosesində  tam  dövr  tamamlanmır  (“rigionar  qan 
dövranı”  adlandırılsa  da).  Yəni  ümumi  qan  dövranı  tərkibində  autotənzimləmə 
mexanizmi sistemi vasitəsi ilə orqanın özünəməxsus qan dövranı formalaşır. 
 Qazlar,  maddələr  və  onların  metabolizminin,  həmçinin  qan  və  hüceyrələr 
arasında  enerji  mübadiləsinin  təmin  edilməsində    qan  dövranının  əsas  təyinatı 
(vəzifəsi)  orqanların  damar  sistemi  səviyyəsində  reallaşdırılır.  Məhz  burada 
mübadilə  damarlarının  toxuma  elementləri  ilə  bilavasitə  bioloji  mübadilə  təması 
həyata  keçirilir.  Bu  mübadilə  qan  damarlarının  divarlarının  struktur  xüsusiyyətləri 
və  burada  qan  cərəyanının  xətti  sürətinin  aşağı  olması  regionar  qan  dövranının 
mübadilə-transport funksiyasının tam yerinə yetirilməsinə optimal şərait yaradır.  


41 
 
Bundan  başqa  xarici  və  daxili  mühitin  daim  dəyişən  şəraitinə  (məsələn 
qanaxma  şəraitində)  orqanizmin  fasiləsiz  uyğunlaşma  prosesləri  zamanı  müxtəlif 
regionların  və  orqanlar  qrupunun  aktiv  fəaliyyəti  səfərbər  edilir.  Belə  halda 
müxtəlif  orqan  və  sistemlər  arasında  onların  fəallıq  dərəcəsinə  müvafiq  olaraq 
qanın  adekvat  yenidənbölüşdürülməsində  dəqiq  koordinasiyanı  və  yüksək 
etibarlılığı,  təminatı  tələb  edilir.  Nəhayət,  orqanların  regionar  damar  şəbəkəsi 
ümumi ürək-damar sistemində, ümumi periferik damar müqavimətinın mövcudluğu 
şəraitində paralel qoşulmuş orqana məxsus həmin parametrlərin səciyyəviliyini və 
adekvatlığını qoruyub saxlayır və eyni zamanda ümumi sistem hemodinamikaya da 
təsir göstərir. 
Bir  çox  orqanlarda  qan  dövranının  ümumi  cəhətlərinin  olması,  ümumi 
prinsiplərə  və  qanunauyğunluqlara  malik  olması  ilə  yanaşı  bəzi  orqanların  qan 
dövranının səciyyəvi xüsusiyyətləri vardır. Buna görə də bunları nəzərdən keçirmək 
lazımdır. 
.... 
.... 
 
Qanın laxtalanma sistemi – Hemostaz 

 
Trombositlərin fəallaşmsı 

 
Qanın laxtalanma mexanizmi 
Orqnizmdə spontan hemostaz sistemi formalaşmışdır ki, bunun vasitəsi ilə bir 
çox  hallarda  kənardan  heç  bir  müdaxilə, kömək  olmadan  da  qanaxmanın  qarşısını 
ala bilir. Kiçik qanaxma hadisələri kifayət qədər tez-tez baş verir ki, çox vaxt buna 
diqqət  verilmir.  Hər  hansı  xırda  travma  (əzilmə,  cızılma,  analiz  üçün  qan 
götürüldükdə, inyeksiyalar zamanı və s.) zamanı kiçik damarların zədələnməsi baş 
verir  və  qanaxmanın  qarşısını  alan  spontan  hemostaz  sistemi  olmasa,  onda  belə 
zədələnmələr ağır dərəcəli qanaxmaya və zərərçəkənin ölümünə səbəb ola bilər. 
Hemostaz üç əsas mexanizmlərin sayəsində həyata keçirilir: 
1.
 
Damar reaksiyası. 
2.
 
Trombositlərin fəallaşması (hüceyrə mexanizmi). 
3.
 
Qanın laxtalanma və əks-laxtalanma sistemi (plazma mexanizmi) 
 
Damarların reaksiyası 
Damarın  zədələnməsi  zamanı  zədələınmiş  damarın  vazokonstriksiyası  –
tonusunun artması müşahidə olunur. Bu, damar divarının saya əzələ hüceyrələrinin 
yığılması sayəsində baş verir. Digər tərəfdən damar endotelinin zədələnməsi, onun 
iltihabi  və  allergik  dəyişiklikləri  zamanı  damar  divarında  demli  zona  yaranır  və 
keçiriciliyi  pozulur.  Belə  halda  damar  divarının  daxili  təbəqəsinin  hidrofobluq 
xassəsi zəifləyir; normada bu xüsiyyət damardaxili laxtalanmaya mane olan və qan 
laxtasının tez həllolunmasına yardım edən amildir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə