Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   ...   21

baldırlarını açıqda qoymuşdu. Canıma istilik gəldi, onun üstünə 
atıldım. «Of, senyor», –  o, yanıqlı- 
yanıqlı hıçqırdı. Onu alçaltdığıma görə özümü alçalmış hiss edib, 
ən bahalı fahişələrin o vaxtkı  
qiymətindən ikiqat artıq pul vermək istədim, di gəl  götürmədi
onda mən onun məvacibini artırmalı  
oldum ki, ayda bir dəfə – paltar yuyanda bunu təkrar eləyim. 
   Haçansa düşündüm ki, bu yataq hesabı mənim düşkün həyatım 
haqqında hekayətin təməli ola bilər,  
adı da, elə bil, göydən düşdü: «Küskün gözəlçələrimi 
xatırlayarkən». Mənim göz qabağındakı həyatım,  
əksinə, az maraqlı idi: atasız-anasız yetim, gələcəyi olmayan 
subay, ortabab jurnalist, Kartaxena de- 
İndiasdakı Çiçək oyunlarının dördqat finalçısı və eybəcərlikdə tayı-
bərabəri olmayan bir adam kimi  
karikaturaçıların sevimli obyekti. Qısası: puç olmuş həyat və bu 
həyat on doqquz yaşımda anamın  
əlimdən tutub, ritorika və ispan dili dərslərində yazdığım məktəb 
həyatından bəhs edən məqaləmin çap  
olunub-olunmayacağını biləcəyini öyrənmək üçün məni «Diario 
de-la-Pas»a apardığı gündən əyri  
getdi. Məqalə bazar sayında məktəb direktorunun gələcəyimə 
böyük ümidlər bəslədiyindən dəm  


vurduğu ön sözü ilə  çap olundu. İllər keçəndən sonra biləndə ki, 
anam həmin və sonrakı yeddi nəşr  
üçün pul verib, xəcalət çəkmək artıq gecdi, o vaxta qədər mənim 
həftəlik köşəm daha ayaq tutmuşdu,  
bundan başqa,  xəbər tərtibatçısı və musiqi tənqidçisi idim. 
   Bakalavr dərəcəsi və əlaçı diplomu alan kimi, üç kollecdə ispan 
və latın dilindən dərs deməyə 
başladım. Mən lazımi təhsili olmayan, işə həvəssiz yanaşan və 
valideynlərinin zülmündən qurtulmaq  
üçün məktəbə getməyin ən asan çıxış yolu olduğunu düşünən 
bədbəxt uşaqlara bir damcı da rəhmi  
gəlməyən pis müəllim idim. Eləyə bildiyim bir şey var idisə, o da 
sevdiyim misraları taxta xətkeşin  
qorxusu altında onlara əzbərlətməkdi: «İndi bütün gördüklərin, 
Fabio, dağlar, kədərli təpə, tərk edilmiş  
vadi bir zamanlar şöhrətli İtaliko adlanırdı». Yalnız qocalandan 
sonra şagirdlərimin mənə verdiyi iyrənc ayamadan xəbər tutdum: 
Kədərli Təpə. 
   Vəssalam, həyat mənə bunları verdi, daha çox şey əldə etmək 
üçün isə heç nə etmədim. Dərsarası  
fasilədə tək nahar eləyirdim və saat altıda ulduzlu səmadan 
siqnallar tutmaq üçün redaksiyaya gəlirdim.  
Saat on birdə, redaksiya bağlanandan sonra isə mənim əsl 
həyatım başlayırdı. Həftədə iki-üç dəfə 


gecəni Çin məhəlləsində keçirirdim, özü də elə cürbəcür adamlar 
arasında ki, iki dəfə ilin müştərisi  
elan olunmuşdum. Yaxınlıqdakı «Roma»  kafesində şam 
eləyəndən sonra bəxtə-bəxt hansısa bir  
fahişəxananı seçib, arxa qapıdan sivişib içəri keçirdim. Mən oraya 
kef çəkmək üçün gedirdim, amma  
vaxt ötdükcə bu mənim işimin bir hissəsinə çevrildi, çünki belə 
yerlərdə siyasət qurdlarının dili açılırdı,  
onlar bir gecədə öz məşuqələrini dövlət sirlərindən agah 
eləyirdilər, heç fikirləşmirdilər ki, karton  
arakəsmələrin arxasında onlara geniş ictimaiyyət qulaq asır. Elə 
bu üsulla – başqa nə cür ola bilərdi – 
bildim ki, mənim qayğısız subay həyatımı Karmen küçəsindəki 
yetim oğlan uşaqlarının köməyilə 
soyutduğum uşaqbazlıq həvəsimlə izah edirlər. Başqa şeylər kimi 
bunu da unutmaq mənə qismət oldu,  
çünki elə orada özüm haqqında xeyli yaxşı şeylər də eşitdim və 
bunu lazımınca qiymətləndirdim. 
   Mənim heç vaxt yaxın dostum olmayıb, isinişə bildiyim 
təkəmseyrək dostlar da artıq Nyu-Yorkda  
idilər. Başqa sözlə desək, ölmüşdülər, çünki, məncə, öz keçmiş 
həyatları haqqında həqiqəti  
çeynəməmək üçün dərdli ürək sahibləri məhz oraya yollanırlar. 
Təqaüdə çıxandan sonra işim azaldı,  


cümə günləri günün ikinci yarısında qəzetə məqalə aparırdım, bir 
də bəzi faydalı məşğuliyyətlərim  
olurdu: «Bell Artes» zalında konsertlər, əsasını qoyduğum üzvü 
olduğum və İncəsənət mərkəzində 
rəsm sərgiləri, ictimai abadlıq cəmiyyətində mühazirə, arabir də 
«Apollo» teatrında Fabreqasın  
filmlərinin nümayişi kimi mühüm işlər. Gəncliyimdə yay 
kinoteatrlarına gedirdim; orada ay tutulmasını  
müşahidə etmək də, eyni uğurla qəfil yağan leysan nəticəsində 
ikitərəfli sətəlcəm olmaq da mümkündü.  
Ancaq məni filmlərdən çox, bilet qiymətinə, bəzən müftə, bəzən 
də borca verən gecə quşları  
maraqlandırırdı. Qısası,  kino – mənim janrım deyil. Şirli Templin 
ədəbsizliyinə sitayiş isə,  
ümumiyyətlə, mənim səbir kasamı daşdıran son damcı oldu. 
   Otuz yaşıma qədər vur-tut dörd dəfə Çiçək oyunlarına getmək 
üçün Kartaxena de-İndiasa səfər  
etmişəm, bir dəfə də Sakramento Montelanın dəvəti ilə onun 
fahişəxanasının təntənəli açılışında iştirak  
üçün murdar bir gecədə motorlu qayıqla Santa Mariyaya 
üzmüşəm. Evdəki həyatıma gəlincə, vasvası  
deyiləm və az yeyirəm. Damiana qocalandan sonra yemək 
hazırlamağa gəlmədi, o vaxtdan mənim  


daimi yeməyim redaksiya bağlanandan sonra «Roma» kafesində 
yediyim kartov tortili oldu. 
   Beləliklə, doxsanilliyim ərəfəsində Rosa Kabarkasın zəngini 
gözləyərək nahar etmədim, kitab  
oxumağa da səbrim çatmadı. Günorta saat ikidə, dəhşətli istidə 
cırcıramaların səsi aləmi başına  
götürmüşdü və günəş açıq pəncərəyə yaxınlaşırdı, ona görə tor 
yelləncəyin yerini üç dəfə dəyişəsi  
oldum. Mənə həmişə elə gəlirdi ki, anadan olduğum gün ilin ən 
isti günüdür və bununla barışmışdım,  
ancaq həmin gün istiyə dözmək mümkün deyildi. Saat dörddə 
Pablo Kazalsın ifasında İohan Sebastyan  
Baxın violonçel üçün yazdığı altı süitasının köməyi ilə özümə 
gəlməyə çalışdım. Onları musiqidə ən  
müdrik adam sayıram, di gəl həmişə sakitləşdirdiyi halda, indi bu 
musiqi məndə ruh düşkünlüyü  
yaratdı. Bir az hay-küylü saydığım ikinci süitada məni mürgü basdı 
və yuxuda violonçelin iniltisi  
sahildən aralanan gəminin ürəksıxıcı fit səsinə qarışdı. Demək 
olar, dərhal da telefon zənginə oyandım  
və Rosa Kabarkasın kallaşmış səsi məni həyata qaytardı. 
«Axmaqların bəxti gətirir, – o dedi. – Bir dənə 
kəklik tapmışam ki, sən istədiyindən də yaxşıdır, ancaq bir əngəli 
var: on dörd yaşı yenicə tamam  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə