Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix08.07.2018
ölçüsü0,52 Mb.
#54235
1   2   3   4   5   6   7   8   9

 

 

 



9

düşüb  sınmış,  Əfqanın  qardaşı  Cavid  oturduğu  masanın  üstündən  götürüb  ona  atdığı  stəkan  onun  sağ 

yanaq nahiyəsinin yuxarı hissəsinə dəyib xəsarət yetirmiş, bundan sonra o, Əfqanın atdığı sınmış şüşəni 

götürüb  ona  atsa  da,  həmin  şüşə  də  Əfqana  dəyməyib  yaxınlığında  olan  Vüsal  adlı  şəxsin  qılçasına 

dəyərək  xəsarət  yetirmişdir.  Həmin  vaxt  toyun  gedişi  pozulmuşdur.  Həmin  anda  Əfqanın  sol  sifət 

nahiyəsini  əli  ilə  tutduğunu,  sifətindən  qan  axdığını  görmüşdür.  Əfqanın  kim  tərəfindən  vurulmasını 

görməmişdir.  

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlu göstərdi ki, 02 

iyun 2015-ci ildə «Köhnə Bazar» şadlıq evində saat 18-də başlanmış toy mərasimində arvadı Ruhiyyə, 

qızı  Tünzalə,  anası  Mıxsə,  atası  Əli  və  qardaşı  Cavidlə  birlikdə  iştirak  etmiş,  həmin  toyda  Aqil 

Məmmədov  və  qardaşı  Ceyhun  Məmmədov  və  onların  arvadları  da  olmuşlar.  Aqilin  əvvəllər  onun 

ailəsi  haqqında  böhtanlar  yaydığına  görə  aralarında  ədavətləri  olduğu  üçün  anası  Mıxsə  toy  sahibinə 

narahatlıq  olmaması  üçün  tərəflərdən  birinin  toydan  çıxıb  getməsini  bildirmiş,  lakin  toy  sahibinin 

xahişindən sonra yenidən masada oturmuşlar. Bu zaman Aqil və Ceyhun oturduqları masadan ona baxıb 

xoşagəlməz  hərəkətlər  etsə  də  o  əhəmiyyət  verməmiş,  sonra  da  Aqil  oturduğu  masadan  Ruhiyyəyə 

baxaraq ona qarşı göz-qaşı və əli pis hərəkətlər etmiş, buna görə də arvadı Ruhiyyə və anası Mıxsə Aqil 

və  Ceyhuna  yaxınlaşaraq  onlara  irad  tutarkən  onların  anasını  söydüyünü  eşidib  həmin  masaya 

yaxınlaşmış,  sonra  Ruhiyyə  onu  kənara  çəkərək  sakit  olmasını  demiş,  toy  sahibinə  Aqillə  aralarında 

ədavətinin  olmasını  və  münaqişəli  olan  hər  iki  ailəni  eyni  vaxtda  toya  dəvət  etmələrinin  düzgün 

olmadığını demiş, bu zaman toy dayanmış, toy sahibinin isə onları sakitləşdirdikdən bir qədər keçəndən 

sonra  arvadı  Ruhiyyə  və  qızı  Tünzalə    toydan  çıxmış,  onların    arxasınca  anası  da  toy  məclisini  tərk 

edərkən Aqilin onun anasını söydüyünü eşitmiş, ona görə də o, Aqilgilin oturduqları  masaya yaxınlaşıb 

bunun səbəbini soruşarkən Aqil masanın üstündə olan  dolu araq şüşəsini  ona  tərəf atmış, lakin həmin 

şüşə  ona  dəyməmiş,  Aqil  masanın  üstündə  olan  ikinci  araq  şüşəsini  götürüb  masanın  üstünə  vuraraq 

sındırıb ona tərəf atmış, sınmış şüşə parçası əyildiyi üçün ona deyil, toyda iştirak edən Vüsalın ayağına 

dəymiş,  o  əyildiyi  zaman  yanında  olan  Ceyhun  əlindəki  «rezak»ın  kəsici  hissəsi  ilə  bir  dəfə  onun 

sifətinin  sol  tərəfinə  vuraraq  kəsmiş,  dərhal  da  oradan  qaçmışdır.  Onun  üzündən  qan  axdığı  üçün 

qohumlarının köməkliyi  ilə onu Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə vaxtı Aqilə 

şüşə atmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Aldığı xəsarətlə əlaqədar olaraq müalicə olunan 

zaman 3.017 manat məbləğində xərci çıxmışdır. Bununla əlaqədar olaraq ibtidai istintaq zamanı mülki 

iddia qaldırmaqla mülki iddiaçı kimi tanınmışdır.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  Azərbaycan  Respublikası  Baş 

prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  Sadıqov 

Səyavuş  Köçəri  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-

40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi 

Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin 

dəlilləri  ilə  razı  olmadığını,  törədilmiş  cinayət  hadisəsinin  iş  materialları  ilə  tam  sübut  edildiyini  və 

birinci  instansiya  məhkəməsi  tərəfindən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlunun 

barəsində qanuni və ədalətli cəza təyin edildiyini bildirdi. Eyni zamanda, dövlət ittihamçısı S.K.Sadıqov 

göstərdi  ki,  məhkəmə  Azərbaycan  Respublikası  CM-nin  67-ci  maddəsinə  əsasən  hökmlərin  məcmusu 

üzrə  Ceyhun  Məmmədova  cəza  təyin  edərkən  və  cəzaçəkmənin  əvvəlinin  hesablanmasında  səhvə  yol 

vermişdir.  Belə  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin 

19.09.2011-ci  il  tarixli  hökmünə  əsasən  CM-nin  29,149.1-ci  maddəsi  ilə  təqsirli  bilinib  4  il  6  ay 

müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 13 iyul 2011-ci il 

tarixdən  tarixdən  hesablanmışdır.  Təqsirləndirilən  şəxs  məntəqə  tipli  cəzaçəkmə  müəssisəsində  olarkən 

hazırki  cinayət  əməlini  törətmiş,  19  avqust  2015-ci  il  tarixdə  həbsə  alınmışdır.  Göründüyü  kimi  həmin 

cəzanın 4 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19.09.2011-

ci  il  tarixli  hökmü  ilə  Ceyhun  Məmmədova  təyin  edilmiş  4  il  6  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzasının çəkilməmiş qalan 4 ay 24 gün hissəsi hazırki 10 fevral 2016-cı il tarixli hökmlə təyin olunmuş 

cəzaya  birləşdirilməli olduğu  halda,  məhkəmə qanunsuz və əsassız olaraq 3 ay 24 gün  hissəsini qismən 

birləşdirmişdir.  Bundan  əlavə  məhkəmə  Ceyhun  Məmmədovun  cəzaçəkməsinin  əvvəlini  onun  həbsə 



 

 

 



10

alındığı  tarixdən,  yəni  19.08.2015-ci  il  tarixdən  hesablamalı  olduğu  halda  həmin  hissədə  də  səhvə  yol 

verərək  C.Məmmədovun  cəzaçəkməsinin  əvvəlini  19.09.2015-ci  il  tarixdən  hesablamışdır.  Odur  ki, 

Lənkəran  Ağır  Cinayətlər Məhkəməsinin  10  fevral 2016-cı  il tarixli  hökmünün Ceyhun Məmmədov və 

Əfqan  Həmidova  aid  hissədə  dəyişdirilməsini  cinayət  qanunu  normaları  düzgün  tətbiq  edilməklə 

Ə.Həmidov  barəsində  Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsinin  tətbiq  edilməsinə  dair 

müddəaların hökmdən xaric edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə çıxışları zamanı  məhkum edilmiş  şəxs Məmmədov 



Aqil  Məhəmməd  oğlunun  müdafiəçisi  Şirinov  Bağban  Səfər  oğlu  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu  tərəfindən  verilmiş 

apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün Aqil Məmmədova aid hissədə ləğv edilməsini, onun 

barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə çıxışları zamanı  məhkum edilmiş  şəxs Məmmədov 



Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Fərəcov  Salman  Böyükağa  oğlu  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmünü  Məmmədov  Ceyhun 

Məhəmməd  oğluna  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmünün  çıxarılmasını  məhkəmə 

kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs  Həmidov 



Əfqan  Əli  oğlunun  müdafiəçisi  Allahverdiyev  Arif  Tariverdi  oğlu    Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu 

tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 

Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Həmidov Əfqan 

Əli oğlu  Lənkəran  Ağır Cinayətlər Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli 

hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən 

Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov 

Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda    verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı 

Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə 

kollegiyasından xahiş etdi. 

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun 

Məhəmməd  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli  1(089)-40/2016 

nömrəli  hökmünü  ona  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmü  çıxarılmasını  məhkəmə 

kollegiyasından xahiş etdi. 

Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd 

oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən özünün  və  müdafiəçisinin  verdiyi apellyasiya  şikayətlərinin təmin edilməsini,  hökmün  ləğv 

edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

 

     Hüquqi  məsələlər: 

 

   

Azərbaycan  Respublikası  Konstitusiyasının  72-ci  maddəsində  göstərilir  ki,  dövlət  və  cəmiyyət 

qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin 

üzərinə  vəzifələr  yalnız  bu  Konstitusiya  ilə  və  ya  qanunla  qoyula  bilər.  Hər  bir  şəxs  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  etməli,  başqa  şəxslərin  hüquq  və  azadlıqlarına 

hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.  

Konstitusiyanın  60-cı  maddəsində  isə  qeyd  olunur  ki,  hər  kəsin  hüquq  və  azadlıqlarının 

məhkəmədə müdafiəsinə təminat verilir. 

Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində 

çıxarılmış  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada  yuxarı  məhkəmədə  yenidən  baxılması,  habelə 

özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə