Publication1


Sual 7. Məhkəmə uzun müddət istifadə edə bilmədiyim, lakin xüsusi mülkiyyətimdə olan



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə84/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   81   82   83   84   85   86   87   88   89
Sual 7. Məhkəmə uzun müddət istifadə edə bilmədiyim, lakin xüsusi mülkiyyətimdə olan
mənzilə köçürülməyim barədə qərar vermişdir. Mən həmin mənzilə köçürüldükdən sonra
orada yaşayan keçmiş həyat yoldaşım yenidən maneçilik törədərsə, bu halda mən nə edə
bilərəm?
Cavab.
Tələbkarın yaşayış və ya qeyri‐yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu
tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə,
köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru, tələbkarın icra sənədində
göstərilmiş yaşayış və ya qeyri‐yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını
(olmasını) təmin edir. Tələbkarın köçürülməsi haqqında
icra məmuru
tərəfindən müvafiq akt tərtib
olunur. Tələbkarın
yaşayış və ya qeyri‐yaşayış sahəsindən
maneəsiz istifadə etmək imkanı təmin
olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən
sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə
icraat təzələnməlidir ("İcra haqqında" qanun, 73‐cü maddə).
Beləliklə, xüsusi mülkiyyətinizdə olan mənzilə köçürüldükdən sonra keçmiş həyat yoldaşınız
tərəfindən orada yaşamağınıza yenidən maneçilik yaradılarsa, onda Siz köçürülməyinizi təmin
etmiş müvafiq rayon (şəhər) icra şöbəsinə (bölməsinə) müraciət edərək icra sənədi üzrə icraatın
təzələnməsini xahiş edə bilərsiniz. Bu halda, müvafiq rayon (şəhər) icra şöbəsi (bölməsi) yenidən
həmin mənzilə köçürülməyinizi təmin edəcəkdir.
Sual 8.
 İşsiz kimi qeydə alınmaq üçün müraciət edərkən mənə izah etdilər ki, təklif edilə
n iki
münasib işdən imtina edənlər işsiz statusu ala bilməzlər. Münasib iş deyərkən nə başa düşülür?
Cavab.
“Məşğulluq haqqında” qanunun 5‐ci maddəsində “münasib iş” anlayışına açıqlıq
gətirilmişdir. Belə ki, münasib iş dedikdə, işaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi,
səhhəti, yeni iş yerinə nəqliyyatla gedib‐gəlməsi mümkünlüyü nəzərə alınan iş başa düşülür.
Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat
şəbəkəsinin imkanları nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Bundan başqa, işsizlik müavinətinin qanunla müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan
sonra, münasib iş təklif edilməsi mümkün olmayan işaxtaranlar üçün, onların qabiliyyətini,
səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb edən iş də
münasib iş sayılır.
Bundan əlavə, şəxsin yaşını və başqa xüsusiyyətlərini nəzərə almaqla, qabaqcadan peşə hazırlığı
keçməsini tələb edən, yaxud etməyən müvəqqəti işlər də daxil olmaqla əmək qanunvericiliyinin
tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır: 1. ilk dəfə
işaxtaranlar, 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar; 2. Malik olduğu peşə üzrə əlavə
təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən, yaxud işsizlik müavinətinin ödənilməsi müddəti
qurtardıqdan sonra yeni peşə öyrənməkdən imtina edənlər; 3. Müvafiq icra hakimiyyəti orqanında
(Azərbaycan
Re
spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi
və onun yerli orqanları) 18 aydan çox qeydiyyatda olanlar.
Nəzərə almaq lazımdır ki, işaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin
dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə
ona təklif olunan iş münasib iş sayıla bilməz.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə